Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1693/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ağayeva X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evin texniki pasporta uyğun olaraq ilkin vəziyyətə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3691/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cav abdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ağayeva X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evin texniki pasporta uyğun olaraq ilkin vəziyyətə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 saylı fərdi yaşayış evi üzrə xx xxxxxx 2016-cı il tarixdə və xx xxxxxx 2015-ci il tarixdə tərtib edilmiş Texniki Pasportun göstəricilərinə uyğun olaraq “A” tikilisinin planı (İ mərtəbə) üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylı yaşayış otağı arasındakı arakəsmənin bərpa edilməsi, həmin otaqların pəncərələrinin yerində açılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 saylı ev iddiaçının anası Baxşıyeva Böyükxanım Ağa Həsən qızının mülkiyyətində olmuş və anasının vəfatından sonra qanun üzrə vərəsəlik hüququna əsasən onunla bacısı Cavabdeh1 mülkiyyətinə verilmişdir. RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 saylı evin 1-ci mərtəbəsindən 2 otaq və 2-ci mərtəbəsi Cavabdeh1, 1-ci mərtəbəsindən 3 otaq və 3-cü mərtəbəsi Ağayeva X2 məxsusdur. RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 saylı evin 1-ci mərtəbəsindən 3 otaq və 3-cü mərtəbə Ağayeva X1, 1-ci mərtəbəsindən 2 otaq Cavabdeh2 Namiq qızının və evin 2-ci mərtəbəsi Cavabdeh3 mülkiyyətindədir. Lakin qeyd olunan çıxarışların heç birində 1-ci mərtəbədə yerləşən otaqlardan hansıların Naziləyə, hansıların isə Leylaya məxsus olması müəyyən edilməmişdir. Bundan istifadə edən Əzizə 1-ci mərtəbədə küçəyə çıxışı olan işıqlı və əlverişli yerdə yerləşən iki otağı öz mülkiyyəti kimi mənimsəyərək, iddiaçını qeyri-qanuni olaraq həyət tərəfdə olan qaranlıq və gün şüası düşməyən otaqlardan istifadə etməyə məcbur edir. Evin 1-ci mərtəbəsində yerləşən texniki pasport üzrə 3 və 4 saylı otaqlar arasındakı arakəsmənin cavabdehlər tərəfindən müvafiq icra hakimiyyəti orqanından lazımi icazə almadan qanunsuz olaraq sökülməsi, otaqların birləşdirilməsi və həmin otaqların pəncərələrinin yerində qapıların açılması evin ümumi dayanıqlığına mənfi təsir edir və evi uçma təhlükəsi qarşısında qoyur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Bir inci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cuil tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-62/2019) iddia tələbləri təmin olunmuş, Ağayeva X1, Cavabdeh2 və ƏliyevNatiq Namiq oğlunun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin planı (İ mərtəbə) üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylı yaşayış otağı arasındakı arakəsmənin bərpa edilməsi, həmin otaqların pəncərələrinin yerində açılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin planı (İ mərtəbə) üzrə sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylı yaşayış otağı arasındakı arakəsmənin bərpa edilməsi, həmin otaqların pəncərələrinin yerində açılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, dövlət rüsumunun əvəzi qismində 10 manatın cavabdehlərdən tutulub Ağayeva X2 verilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın cavabdehlərdən müştərək qaydada tutulub FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 paylı mülkiyyətdədir. Belə ki, həmin evin 1-ci mərtəbəsindən 2 otaq və 2-ci mərtəbə xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət növü olaraq Cavabdeh1, 1-ci mərtəbədən 3 otaq və 3-cü mərtəbə xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət növü olaraq Ağayeva X1 adına qeydiyyatdan keçmişdir. xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin 1-ci mərtəbəsinin həyət tərəfdən 3 otağı və 3-cü mərtəbəsi Ağayeva X2 vəsiyyət edilmişdir. xx.xx.2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin 1-ci mərtəbəsinin 2 otağı və 2-ci mərtəbəsi Cavabdeh1 vəsiyyət edilmişdir. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evin 1-ci mərtəbəsindən 2 otağı Cavabdeh2, ünvan 1 ünvanında yerləşən evin 2-ci mərtəbəsini isə Cavabdeh3 hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 paylı mülkiyyətdədir. Belə ki, həmin evin 1-ci mərtəbəsindən 3 otaq və 3-cü mərtəbə xx.xx.2015-ci il tarixdən xüsusi mülkiyyət növü olaraq Ağayeva X1, 1-ci mərtəbəsindən 2 otaq xx.xx.2016-cı il tarixdən xüsusi mülkiyyət növü olaraq Cavabdeh2, 2-ci mərtəbəsi isə 6.02.2016-cı il tarixdən xüsusi mülkiyyət növü olaraq Cavabdeh3 adına qeydiyyatdan keçmişdir Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-ci il tarixli 7452 saylı rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə texniki pasportdan kənar müəyyən konstruktiv dəyişikliklərin, o cümlədən söküntü və yenidənqurma işlərinin aparılması ilə, evin 1-ci mərtəbəsində yerləşən texniki pasport üzrə 3 və 4 saylı otaqlar arasındakı arakəsmənin qismən sökülməsi, həmin otaqların pəncərələri yerində qapıların açılması, texniki pasport üzrə 8 saylı bağlı eyvanın daxilində birgə sanitariya qovşağının (hamam-tualet) yaradılması, 9 saylı mətbəxin və həyətdəki pilləkənin tamamilə sökülməsi, eləcə də 5 və 6 saylı otaqlarda 3 və 4 saylı otaqlara keçid qapılarının açılması müəyyən edilmişdir; 3-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində aparılmış konstruktiv dəyişikliklərin, o cümlədən arakəsmənin sökülməsinin və pəncərələr yerində qapıların açılmasının evin dayanıqlığına və yükgötürmə qabiliyyətinə müəyyən dərəcədə təsir etməsi ehtimal olunur; 4-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə texniki pasportdan kənar aparılmış konstruktiv dəyişikliklərin, o cümlədən arakəsmənin sökülməsinin və pəncərələr yerində qapıların açılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət kimi Ağayeva X1, Cavabdeh2 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. Həmin yaşayış sahəsinin zirzəmi, üç mərtəbə və on beş otaqdan ibarət olduğu müəyyən edilmişdir. Mübahisəli evə aid texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki vəziyyəti müqayisə olunduğu zaman texniki pasportdan kənar müəyyən konstruktiv dəyişikliklərin, o cümlədən söküntü və yenidənqurma işlərinin aparılmas ı ilə, evin 1-ci mərtəbəsində yerləşən texniki pasport üzrə 3 və 4 saylı otaqlar arasındakı arakəsmənin qismən sökülməsi, həmin otaqların pəncərələri yerində qapıların açılması, texniki pasport üzrə 8 saylı bağlı eyvanın daxilində birgə sanitariya qovşağının (hamam-tualet) yaradılması, 9 saylı mətbəxin və həyətdəki pilləkənin tamamilə sökülməsi, eləcə də 5 və 6 saylı otaqlarda 3 və 4 saylı otaqlara keçid qapılarının açılması və aparılmış bu tikililərin evin dayanıqlığına və yükgötürmə qabiliyyətinə müəyyən dərəcədə təsir etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənard a və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsiümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını öz gəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlid ir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instans iya məhkəməsi hesab etmişdir ki, sökülməsi iddia edilən tikililərin mövcudluğu iddiaçının mülkiyyətindən istifadə hüquqlarını pozduğu, habelə mülkiyyətində olan evi uçmaq təhlükəsi qarşısında qoyduğu üçün ünvan 1 ünvanında yerləşən evin 1-ci mərtəbəsində sahəsi 13,49 kv.m olan 3 saylı yaşayış otağı ilə sahəsi 10,74 kv.m olan 4 saylı yaşayış otağı arasındakı arakəsmənin bərpa edilməsi, həmin otaqların pəncərələrinin yerində açılmış qapıların bağlanması və pəncərələrin əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiya sının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Babayev, iş № 2(103)3691/2020) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsindən 3 otaq və 3-cü mərtəbə xx.xx.2015-ci il tarixdən Ağayeva X1, 1-ci mərtəbəsindən 2 otaq xx.xx.2016-cı il tarixdən Cavabdeh2, 2-ci mərtəbəsi isə 6.02.2016-cı il tarixdən Cavabdeh3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Birinci i nstansiya məhkəməsinin təyin etdiyi ekspertizanın xx xxxxxx 2019-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə texniki pasportdan kənar müəyyən konstruktiv dəyişikliklər, o cümlədən söküntü və yenidənqurma işləri aparılmış, evin 1-ci mərtəbəsində yerləşən texniki pasport üzrə 3 və 4 saylı otaqlar arasındakı arakəsmə qismən sökülmüş, həmin otaqların pəncərələri yerində qapılar açılmış, texniki pasport üzrə 8 saylı bağlı eyvanın daxilində birgə sanitariya qovşağı (hamam-tualet) yaradılmış, 9 saylı mətbəx və həyətdəki pilləkən tamamilə sökülmüş, eləcə də 5 və 6 saylı otaqlarda 3 və 4 saylı otaqlara keçid qapıları açılmışdır və həmin konstruktiv dəyişikliklərin, o cümlədən arakəsmənin sökülməsinin və pəncərələr yerində qapılar ın açılmasının evin dayanıqlığına və yükgötürmə qabiliyyətinə müəyyən dərəcədə təsir etməsi ehtimal olunur. Rəyə görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsi üzrə texniki pasportdan kənar aparılmış konstruktiv dəyişikliklərin, o cümlədən arakəsmənin sökülməsinin və pəncərələr yerində qapıların açılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun olmadığı müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləş ən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdır ılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Evdə aparılmış konstruktiv dəyişikliklərin “İçərişəhər” Dövlət-X4 İdarəsinin razılığı əsasında həyata keçirildiyi arqumentinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyatorların bununla bağlı istinad etdikləri adı çəkilən İdarənin xx.xx.2016-cı il tarixli məktubunda, “mənzilin d axilində heç bir rekonstruksiya işləri etmədən binanın fasad dəmir qapısının yeni taxta qapı ilə əvəzlənməsinin və mənzildə cari təmir işlərinin aparılmasının məqsədəuyğun sayıldığı” göstərilmişdir; işin müəyyən olunan halına görə isə cavabdehlər evdə konstruktiv dəyişikliklər aparmış, 3 və 4 saylı otaqlar arasındakı arakəsməni qismən sökmüş, həmin otaqların pəncərələri yerində qapılar açmış, evin dayanıqlılığına və yük götürmə qabiliyyətinə müəyyən dərəcədə təsir edən işlər görmüşlər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3691/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mübahisəli iş hərtərəfli araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlərin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi m addi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3691/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Evdə aparılmış konstruktiv dəyişikliklərin “İçərişəhər” Dövlət-X4 İdarəsinin razılığı əsasında həyata keçirildiyi arqumentinə münasibətdə kollegiya qeyd edir ki, apellyatorların bununla bağlı istinad etdikləri adı çəkilən İdarənin xx.xx.2016-cı il tarixli məktubunda, “mənzilin daxilində heç bir rekonstruksiya işləri etmədən binanın fasad dəmir qapısının yeni taxta qapı ilə əvəzlənməsinin və mənzildə cari təmir işlərinin aparılmasının məqsədəuyğun sayıldığı” göstərilmişdir; işin müəyyən olunan halına görə isə cavabdehlər evdə konstruktiv dəyişikliklər aparmış, 3 və 4 saylı otaqlar arasındakı arakəsməni qismən sökmüş, həmin otaqların pəncərələrinin yerində qapılar açmış, evin dayanıqlılığına və yükgötürmə qabiliyyətinə müəyyən dərəcədə təsir edən işlər görmüşlər.” Apelyasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, «… evdə aparılmış konstruktiv dəyişikliklərin “İçərişəhər” Dövlət-X4 İdarəsinin razılığı əsasında həyata keçirildiyi arqumentinə münasibətdə qeyd edilməlidir ki, apellyatorların bununla bağlı istinad etdikləri adı çəkilən İdarənin xx.xx.2016-cı il tarixli məktubunda, “mənzilin daxilində heç bir rekonstruksiya işləri etmədən binanın fasad dəmir qapısının yeni taxta qapı ilə əvəzlənməsinin və mənzildə cari təmir işlərinin aparılmasının məqsədəuyğun sayıldığı” göstərilmişdir; işin müəyyən olunan halına görə isə cavabdehlər evdə konstruktiv dəyişikliklər aparmış, 3 və 4 saylı otaqlar arasındakı arakəsməni qismən sökmüş, həmin otaqların pəncərələri yerində qapılar açmış, evin dayanıqlılığına və yük götürmə qabiliyyətinə müəyyən dərəcədə təsir edən işlər görmüşlər.» Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3691/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.