Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1694/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “daşınmaz əmlakın naturada bölgüsü və payın müəyyən edilməsi tələbi, ekspert rəyləri”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın naturada bölgüsü və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-724/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixl i qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsində yerləşən 36 saylı (yeni qaydada ünvan 4 yaşayış evinin üzərində 2/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2n payı “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
2. Mübahisəli fərdi yaşayış evi üzərində paylar yuxarıda qeyd edildiyi kimi müəyyən edilsə də, payçılar arasında faktiki olaraq bölünmüş, faktiki bölgü paylara uyğun deyil, amma payçılar uzun müddətdir faktiki bölgüyə uyğun mübahisəsiz qaydada fərdi yaşayış evindən istifadə edirlər. 3. “Daşınmaz əmlakın dövlət reyestrindən” müxtəlif tarixl ərdə verilmiş “Çıxarışlardan” görünür ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli qeydiyyat məlumatına əsasən 0,0096 ha torpaq sahəsi və 66,8 kv.m daşınmaz əmlakdan, xx.xx.2020-ci il tarixli qeydiyyat məlumatına əsasən 0,123990 ha torpaq sahəsi və 132,30 kv.m daşınmaz əmlakdan ibarət olmuş, sonuncu - xx.xx.2021-ci il tarixli qeydiyyat məlumatına əsasən isə 0,124 ha torpaq sahəsi və 558,4 kv.m daşınmaz əmlakdan ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsində yerləşən 36 saylı (yeni qaydada ünvan 4 yaşayış evinə olan 2/4 hissədə payının hazırda faktiki istifadəsində olan hissəsinin texniki pasportda göstərilən sxemlərə və (məhkəmə baxışı zamanı verilmiş) ekspert rəylərinə uyğun yeni ünvan verilməklə naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilməsi və həmin evdə digər mülkiyyətçilərlə birlikdə qalan payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev xüsusi və paylı mülkiyyət hüququ ilə 2/4 hissədə (evin 279,2 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsi) İddiaçı, 1/4 hissədə (evin 558 kv.m hissəsi, torpaq sahəsinin 0,124 ha hissəsi) Cavabdeh1, 1/4 hissədə (evin 66,8 kv.m hissəsi, torpaq sahəsinin 0,0096 ha hissəsi) Cavabdeh2 məxsusdur. Cavabdehlərlə evə və torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsində anla şılmazlıqlar yaranmışdır və bu hal iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olur. Ona görə də evin məhkəmə tərəfindən naturada ayrılması zərurəti yaranmışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 214.1, 215.1, 220.2, 220.3 və 220.6-cı maddələrinə istinad etmişdir.
7. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə öz aralarında paylara uyğun olmayan formada torpaq (1952-ci ildə olan tikili paya uyğun olaraq bölünmüşdür, yəni hissə hazırki iddiaçıdadır, 1/4 hissə isə özündədir) 1970-ci ildən bölünərək mişar daşı ilə hasarlamış və payçılar özlərinin ayrı-ayrılıqda giriş çıxışını müəyyən etmiş, əlavə həyətyanı sahələrində yəni fərdi yaşayış evləri tikərək oradan daimi olaraq istifadə edir və yaşayırlar. Bu ev onların ata evi olmuş, atasını n sağlığında bölgü aparılmış və hazırki vəziyyətə qədər hazırki bölgüləri qəbul edərək yaşayırlar, tikililər və torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İddiaçı gəlin gəlmiş və vəfat edən qardaşının arvadıdır. Bu günə kimi belə yaşayırlar. İddiaçı onlara gəlin kimi 1970-ci ildə gəlmiş və əvvəl tikilmiş ev 1/2 hissə olaraq bölünmüş və 1/2 hissə ilə həyətyanı sahə bölünmüş və iddiaçının həyat yoldaşına verilmiş, yerdə qalan hissə isə onunla birgə 11 adam (qardaş, bacı, ata, ana) yaşamışlar. 1970-ci ildən bu günə qədər iddiaçı, digər payçı və o, bu vəziyyətdə bölgüləri qəbul etmiş və bununla əlaqədar olaraq ümumi tikililəri və torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün notarial ərizələr də vermiş və çıxarış, texniki pasportlar əldə etmişlər. İddiaçı, Cavabdeh2 və o, ayrı-ayrılıqd a notarial ərizələr verərək ünvan 1 ünvan: ünvan 2ə həmin evin yerləşdiyi 0.123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmiş və razılığını qeyd etmişlər. Bu ərizələrdən sonra yenidən çıxarış və texniki pasportlar almışlar. Hər üç payçı öz iradələrini notarial qaydada paylarını hazırki vəziyyətdə qəbul etmiş və bu barədə ərizələrini notarial təsdiq edərək ƏMDX təqdim etmişlər və yeni çıxarış, texniki pasport almışlar. Belə ərizələr verərək hazırki vəziyyətdə faktiki ölçüləri qəbul etdiyi halda, bu iddianın qaldırılması tamamilə əsassız və qanunsuzdur. İddiaçının belə bir iddiası var idisə, onda əvvəldən etiraz edərdi və onlar da bu qədər iş görməz, bu qədər tikinti aparmaz, təmir işləri, hasarların təmiri iş ləri və digər işləri görməzdilər. Hər üçü öz imzası ilə və iradəsi ilə addım ataraq bu vəziyyəti qəbul edərək, razılıqlarını notarial qaydada bildirmişlər. Bu razılıqdan sonra iddia qaldırılması əsassız və qanunsuzdur. İddiaçı özü notarial ərizə verib, bu vəziyyəti qəbul edir, bir müddət sonra belə bir əssasız iddia qaldırır.
8. Birinci instansiya məhkəməsi mübahisəli evin paylara uyğun naturada bölünməsini mümkünlüyünü müəyyən etmək məqsədilə 28 mart 2022-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin 10/5814 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə əsasən ünvan 3 ünvan: ünvan 4 yaşayış evinin İddiaçı payı 2/4 his sə, Cavabdeh1 payı 1/4 hissə, Cavabdeh2 payı 1/4 hissə olmaqla paylara uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyil.
10. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında mübahisəli evin paylara uyğun naturada bölünməsini mümkünlüyünü müəyyən etmək məqsədilə 26 dekabr 2022-ci il tarixli qərardadla əlavə tikinti-texniki ekspertizası təyin etmişdir
11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cu il tarixli 10/685 saylı ekspert rəyinə görə İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin İddiaçı Əlibaba qızının 2/4 hissəsinə uyğun olaraq naturada ayrılıb onun mülkiyyətinə verilməsi mümkündür. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin C və E tikililəri tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İ tikilisi və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0403 ha hissəsi Cavabdeh2 hal-hazırda faktiki istifadəsindədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin A tikilisinin texniki pasportda göstərilən 11,7,8,14,12,13,15,16 saylı literlərdə qeyd olunan tikililəri (qeyd: 12,13,14,15,16 saylı literlerdə olan tikililər ümumi sahəyə əlavə edilməmişdir), D tikilisi tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İV və V literləri və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən is ə 0.0558 ha hissəsi Cavabdeh1 hal-hazırda faktiki istifadəsindədir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin A tikilisinin texniki pasportda göstərilən 1,2,3,4,5,6,9,10 saylı literlərdə qeyd olunan tikililəri, eləcə də, ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0278 ha hissəsi İddiaçı Əlibaba qızının hal-hazırda faktiki istifadəsindədir. Həmin evin və torpaq sahəsinin İddiaçı Əlibaba qızının istifadəsində olan hissəsi hazırda faktiki vəziyyətdə texniki pasportda göstərildiyi kimidir, yəni, paylardan kənar təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmış vəziyyətdədir. Qeyd: A tikilisinin 12,13,14,15,16 saylı literlərində olan tikililər faktiki vəziyyətdə mövcud olduğu, lakin həmin tikililər ümumi sahəyə əlavə edilmədiyi üçün texniki pasportun “yaşayış evlərinin texniki göstəriciləri” bölməsində qeyd olunmuş “A” tikilisinin 132.3 kv.m ümumi sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də payçıların hal-hazırda faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də payçıların hal-hazırda faktiki istifadələrində olan hissələrinin həmin mülkiyyətin neçədə bir hissəsini təşkil etmələrini müəyyən etmək mümkün olmamışdır.
12. İddiaçıın sifarişi ilə tərtib edilmiş və məhkəməyə təqdim olunmuş "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin iddiaçı X3 2/4 hissəsinə uyğun olaraq naturada onun mülkiyyətinə verilməsi mümkündür və bu rəyin 1 saylı əlavəsində göstərilmiş sxemə uyğun olmalıdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin və həmin həyətyanı sahəsinin Cavabdeh2 halhazırda faktiki istifadəsində olan həmin mülkiyyətin, 80/248 hissəsini təşkil edir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin və həmin həyətyanı sahəsinin Cavabdeh1 hal-hazırda faktiki istifadəsində olan həmin mülkiyyətin 113/248 hissəsini təşkil edir. X3 faktiki istifadəsində olan 55/248 hissəsinin mövcud vəziyyətdə naturada ayrılması hazırki rəyin 2 saylı əlavəsində göstərilmiş sxemə uyğun mümkündür və X3 fa ktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra (həmin mülkiyyətin X3 faktiki istifadəsində olan 55/248 hissəsi, naturada ayrılaraq ona verildikdən sonra) Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyəti aşağıdakı kimi qalır: İddiaçı -69/193 hissə; Cavabdeh1- 62/193 hissə və Cavabdeh2 -62/193 hissə.
13. Rəyə xx.xx.2023-cü il tarixli əlavəyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin X3 faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyəti hansı qaydada qalır sualına cavab olaraq onların tərəfindən aparılmış hesablamalarla X3 faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyətinin aşağıdakı kimi qalması müəyyən edilmişdir. X6- 69/193 hissə; Cavabdeh1 - 62/193 hissə; Cavabdeh262/193 hissə Həmin rəqəmlərə əsasən mülkiyyətin qalan hissəsində X3 payı 1/3-dən çox, Cavabdeh1 payı 1/3-dən az və Cavabdeh2 payı 1/3-dən az müəyyən edilir. X1 faktiki istifadəsində olan hissəsi naturada olaraq ona verildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi qəsəbəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə payı yuvarlaqlaşdırılarsa mülkiyyətçilərin həm in evdə paylı mülkiyyəti aşağıdakı kimi qalır. X6-1/3 hissə; Cavabdeh1 - 1/3 hissə; Cavabdeh2 - 1/3 hissə
14. İş üzrə xx.xx.2023-cu il tarixli 10/685 saylı rəyi vermiş ekspert X5 birinci instansiya məhkəməsində göstərmişdir ki, tikililər qeyri-bərabər şəkildə bölünüb. Faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsində 3 sotdur. Paylar qeyri-rəsmi şəkildə bölünmədən sonra, tikililər də rəsmi şəkildə payçıların arasında bölünməlidir və həddindən artıq əlavə tikili var. Tikililərin ümumi sahəsi 558 kv metrdir. Lakin ordakı texniki pasportda bir çox hissəli tikililər yoxdur. Belə çıxır ki, iddiaçının istifadəsində və mülkiyyətində olan bu hissələr var, ümumi hissəyə düşüb, amma bunlar yox. Cavabdeh1 qalan hissə ümumi sahəyə salınmamışdır. Sənəd üzrə 13 sotdur, faktiki isə iddiaçının istifad əsində 3 sota yaxındır. Torpaq sahəsini 1/4 hissədə bölmək mümkündür, lakin iddiaçının torpaq sahəsi az olur. Qərardaddakı 5-ci sualın cavabı torpaq sahəsi faktiki istifadədir, artıq ayrılıb. Verdiyi rəyi təsdiq edir. Torpaq sahəsi faktiki 1/4 hissədən azdır, Literlər faktiki ilə eynidir.
15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 36 saylı (yeni qaydada ünvan 4 yaşayiş evinə olan 2/4 payının hal-hazırda faktiki istifadəsində olan hissəsi ekspert rəylərində (Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı xx.xx.2023-cü il tarixli rəyi və «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 08 iyun 2023-cü il tarixli rəyi) göstərilən sxemlərə uyğun naturada ayr ılaraq iddiaçının xüsusi mülkiyyətinə verilməsi və ünvan 3 qaydada Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramoy küçəsi, ev 155) fərdi yaşayış evində digər mülkiyyətçilərlə birlikdə qalan payın isə 1/3 hissədə müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq dövlət nəfinə alınması qət edilmişdir. (hakim Rübabə Qafarova)
16. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə qərardadına əsasən müəyyən etmişdir ki, mübahisəli daşınmaz əmlakın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, 36 saylı fərdi yaşayış evinin A tikilisinin texniki pasportd a göstərilən 1,2,3,4,5,6,9,10 saylı literlərdə qeyd olunan tikililəri, eləcə də, ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0.1240 ha torpaq sahəsindən isə 0.0278 ha hissəsi İddiaçı Əlibaba qızının hal-hazırda faktiki istifadəsindədir və həmin hissənin naturada ayrıldıqdan sonra ümumin əmlakın qalan hissəsindən iddiaçının payı 1/3 hissə təşkil edir.
17. İddiaçı bu qaydada ona məxsus payının naturada ayrılmasına etiraz etmir. Belə ki, onun yaşadığı fərdi yaşayış evinin ayrıca giriş-çıxışı, qapısı vardır. Həmin evin İddiaçı faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq, onun xüsusi mülkiyyətinə verilməsi, qalan hissəsinin isə digər mülkiyyətçilərlə birlikdə ümumi paylı mülkiyyətdə qalması (Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 sayl ı xx.xx.2023-cü il tarixli rəyinə və «S-Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 08 iyun 2023-cü il tarixli rəyinə əsasən) mümkündür. Mübahisəli fərdi yaşayış evinin X3 faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq ona verildikdən sonra həmin fərdi yaşayış evində X3 payı 1/3 hissədə, Cavabdeh1 payı 1/3 hissədə və Cavabdeh2 payı 1/3 hissədə qalır. Ekspert rəyi ilə bu payların X4 münasibətdə 69/193 hissə, yəni 1/3 hissədən çox, Cavabdeh1 münasibətdə 62/193 hissə, yəni 1/3 hissədən az, Cavabdeh2 münasibətdə 62/193 hissə, yəni 1/3 hissədən az olması müəyyən edilir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X6 iddia ərizəsində onun faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq ona verildikdən sonra həmin fərdi yaşayış evində onun payının 1/3 hissədə müəyyən e dilməsini xahiş etdiyinə görə, qalan iki mülkiyyətçinin də payının 1/3 hissə olması müəyyən edilməsi mümkündür və bu halda cavabdehlərin mülkiyyəti artdığına görə onların hüquqları pozulmur.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1, 213.2, 213.3, 215.4, 220.1, 220.2, 220.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apelyasiya şikayətinin dəlilləri iddiaya etirazın əsasları ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 öz hissəsində yeni yaşayış evləri inşa etməsinə və təmir-bərpa işləri görməsinə 100000 manatdan çox xərc çəkmişdir. Lakin məhkəmə işə qərəzli baxaraq, payçıların vermiş olduğu notarial ərizələrə, mübahisəli evin 50 ildən çox müddət ərzində faktiki bölgüyə uyğun qəbul edilməsinə hüquqi qiymət verməmiş, ancaq müstəqil ekspert rəyini əsas götürərək cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olmuş qanunsuz qətnamə qəbul etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(103)-724/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü “daşınmaz əmlakın naturada bölgüsü və payın müəyyən edilməsi tələbi barədə” iddiası təmin edilməmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin üzərində 2/4 hissədə iddiaçının, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2 payı “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Mübahisəli fərdi yaşayış evi üzərində paylar yuxarıda qeyd edildiyi kimi müəyyən edilsə də, payçılar arasında faktiki olaraq bölünmüş, faktiki bölgü paylara uyğun deyil, amma payçılar uzun müddətdir faktiki bölgüyə uyğun mübahisəsiz qaydada fərdi yaşayış evindən istifadə edirlər. “Daşınmaz əmlakın dövlət reyestrindən” müxtəlif tarixlərdə verilmiş “Çıxarışlar”a əs asən mübahisəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli qeydiyyat məlumatına əsasən 0,0096 ha torpaq sahəsi və 66,8 kv.m daşınmaz əmlakdan, xx.xx.2020-ci il tarixli qeydiyyat məlumatına əsasən 0,123990 ha torpaq sahəsi və 132,30 kv.m daşınmaz əmlakdan ibarət olmuş, sonuncu - xx.xx.2021-ci il tarixli qeydiyyat məlumatına əsasən isə 0,124 ha torpaq sahəsi və 558,4 kv.m daşınmaz əmlakdan ibarətdir.
24. Göründüyü kimi, payçılar öz faktiki sahələrində zamanla fərdi yaşayış evinin ölçülərinin artması ilə müşayiət edilən müəyyən yaxşılaşmalar həyata keçirmiş, torpaq sahəsinin ölçüləri böyümüş və fərdi yaşayış evinin sahəsinə edilmiş əlavələr tərəflərin verdikləri razılıq ərizələri nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2017-ci ildən 2021-ci il tarixədək 4 il ərz ində mübahisəli evin torpaq sahəsinin ölçüləri 0,0096 hektardan 0,124 hektaradək (təqribən 14 dəfə), daşınmaz əmlakın ölçüləri isə 66,8 kv.metrdən 558,4 kv.metrədək (təqribən 9 dəfə) artmışdır.
25. Payçıların ayrı-ayrılıqda verdikləri və xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən hər biri paylı mülkiyyət hüququ üzrə ona məxsus mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmir, razıdırlar.
26. Məhkəmə tikinti-texniki ekspertizasının 10/5814 saylı, xx.xx.2022-ci il tarixli rəyə əsasən mübahisəli fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Həmin rəyin tədqiqat hissəsindən görünür ki, tə dqiqat obyektinə baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı texniki pasportda göstərilən tikililərin faktiki vəziyyətlə uyğunluq təşkil etdiyi, mübahisəli torpaq sahəsində bir neçə fərdi yaşayış evinin yerləşdiyi, payçılar arasında tikililərin və torpaq sahəsinin bir neçə hissəyə paylara uyğun olmayaraq əvvəlcədən bölünərək mişar daşı ilə hasarlandığı müəyyən edilmişdir.
27. Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin iddiaçının 2/4 hissəsinə uyğun olaraq naturada ayrılıb onun mülkiyyətinə verilməsinin mümkün olduğu müəyyən edilir.
28. Fərdi yaşayış evinin “C” və “E” tikililəri tam olaraq, eləcə də, ümu mi sahəyə əlavə edilməyən İ tikilisi və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0403 ha hissəsi Cavabdeh2 hal-hazırda faktiki istifadəsindədir.
29. Fərdi yaşayış evinin “A” tikilisinin texniki pasportda göstərilən 11, 7, 8, 14, 12, 13, 15, 16 saylı literlərdə qeyd olunan tikililəri (qeyd: 12, 13, 14, 15, 16 saylı literlərdə olan tikililər ümumi sahəyə əlavə edilməmişdir), “D” tikilisi tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İV və V literləri və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0558 ha hissəsi Cavabdeh1 hal-hazırda faktiki istifadəsindədir.
30. Fərdi yaşayış evinin “A” tikilisinin texniki pasportda göstərilən 1, 2, 3, 4, 5, 6, 9, 10 saylı literlərdə qeyd olunan tikililəri, eləcə də, ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyi n və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0278 ha hissəsi iddiaçının hal-hazırda faktiki istifadəsindədir.
31. Fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsi hal-hazırda faktiki vəziyyətdə texniki pasportda göstərildiyi kimi olduğu, yəni, paylardan kənar təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmış vəziyyətdədir.
32. Həmin rəydə qeyd edilmişdir ki, “A” tikilisinin 12, 13, 14, 15, 16 saylı literlərində olan tikililərinin faktiki vəziyyətdə mövcud olduğu, lakin həmin tikililər ümumi sahəyə əlavə edilmədiyi üçün texniki pasportun “yaşayış evlərinin texniki göstəriciləri” bölməsində qeyd edilmiş “A” tikilisinin 132,3 kv.m ümumi sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də payçıl arın hal-hazırda faktiki istifadələrində olan hissələrinin həmin mülkiyyətin neçədə bir hissəsini təşkil etmələrini müəyyən etmək mümkün olmamışdır.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Rayon Məhkəməsinin işdə olan rəyləri əsas götürərək yuxarıda qeyd edilən nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və səhv qətnamə qəbul etmişdir.
34. Əvvəla, iddia tələbi qeyri-müəyyəndir. Çünki iddiaçı hansı ekspert rəyi və texniki pasportda olan sxemlərə uyğun bölgünün aparılmasını dəqiq göstərməmişdir. "xxxx" MMC-nin rəyi isə ekspert rəyi hesab edilmir, mütəxəssis rəyi sayılır ki, Rayon Məhkəməsi tərəfindən mülki işin baxılmasına mütəxəssis cəlb edilməmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı da ekspertiza təyin edilmə sinə zərurət görməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadəsində olan hissənin naturada ayrılmasına o halda yol verilə bilər ki, ümumi paylı mülkiyyətdə qalan payların bölgüsünün aparılması mümkün olsun. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində belə ayrılmadan sonra payların qeyri-bərabər, yəni İddiaçı 69/193 hissə; Cavabdeh1 - 62/193 hissə; Cavabdeh2 - 62/193 hissədə müəyyən edilməsinin mümkünlüyü qeyd edilmiş və bu payların yuvarlaqlaşdırılması ilə payçıların hər birinin 1/3 hissədə pay sahibi ola biləcəyi vurğulanmışdır.
36. Belə anlaşılır ki, cavabdehlərin hər birinə 1/3 hissədən az pay düşməsinə baxmayaraq, iddiaçı öz payından bir hissəni cavabdehlərə onların iradəsinin əleyhinə məhkəmə qətnaməsi əsasında bağışlamaqla öz payından müəyyən hissənin ayrılması na nail olmağa çalışır.
37. Rayon Məhkəməsi isə cavabdehlərin razılığının və belə bir tələbinin olmamasına baxmayaraq, onların əmlak üzərində payını iddiaçının payı hesabına artırmaqla maddi və prosessual hüquqi əsası olmayan və mülki qanunvericiliyin prinsiplərinə zidd olan qənaətə gəlmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı cavabdehin mənafeyi naminə iddia qaldıra bilməz. Çünki cavabdeh iddia tələbinin yönəlməli olduğu şəxsdir. Bu baxımdan iddianın təmin edilməsinin cavabdehin maraqlarına uyğun olması fikri prosessual baxımdan da yolverilməzdir. İddia tələbini qəbul etmək cavabdehin hüququdur. Bu, onun üzərinə vəzifə kimi qoyula bilməz.
39. Hazırki iş üzrə cavabdeh tərəf isə hesab edir ki, iddianın təmin edilməsi onun mənafeyinə uyğun deyil.
40. Apellyasiy a instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının faktiki istifadəsində olan hissənin naturada ayrılmasından sonra əmlakda qalan payların yeni bölgüsünün aparılması mümkün olmadığı üçün iddia payın naturada ayrılması hissəsində də əsassız hesab edilməlidir.
41. Bundan başqa, torpaq sahəsi üzərində olan daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyatdan keçdiyi üçün həmin tikililər nəzərə alınmadan torpaq sahəsinin paylara uyğun bölgüsünün müəyyən edilməsinin hazırki iş üçün əhəmiyyəti yoxdur.
42. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - ekspert rəyinə əsasən iddiaçının payının bütövlükdə digər mülkiyyətçilərin payından ayrılması mümkün olmadığına görə, iddiaçı öz payının digər mülkiyyətçilərin payından bütövlükdə ayrılmasını deyil, payının yarısının, yəni onun faktiki istifadəsində olan hissəsinin digər mülkiyyətçilərin payından ayrılıb onun ayrıca mülkiyyətinə verilməsini tələb edib. Onun payının faktiki hissəsində olan hissəsinin ayrılıb ona verilməsi ekspert və mütəxəssis rəyi ilə də mümkün hesab edilir və bu hissədə digər mülkiyyətçilərin etirazı yoxdur. Payın bu hissəsinin ayrılıb iddiaçının ayrıca mülkiyyətinə verilməsi heç kimin hüququnu pozmur, çünki ha zırda bu hissə faktiki olaraq ayrılıb, bu ayrılma evin Texniki pasportunda da öz əksini tapıb. Sadəcə iddiaçı bu ayrılmanı rəsmiləşdirmək, öz faktiki istifadəsində olan hissəyə dair ayrıca Çıxarış almaq, bununla da uzun illər aralarında olan mübahisəni məhkəmə yolu ilə həll etmək istəyir. Belə ki, Cavabdeh1 əmlakın paylı mülkiyyətdə olmasından istifadə edərək bir çox məsələlərdə iddiaçı üçün məhdudiyyətlər yaradır, iddiaçı öz nəvəsini özünə məxsus evə qeydiyyata salmaq istəsə də cavabdeh buna notarial qaydada razılıq verməkdən imtina edir; - qanunvericiliyin tələbindən də görünür ki, mülkiyyətçinin paylı mülkiyyətdə olan öz payının bir hissəsinin digər mülkiyyətçilərin payından naturada ayrılmasını tələb etmək hüququ o zaman məhdudlaşdırıla bilər ki, payın naturada ayrılması mümkün olmasın və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildir. Hazırki işdən də görünür ki, iddiaçının payının ayrılmasını tələb etdiyi hissəsi artıq faktiki ayrılıb onun ayrıca istifadəsinə verilib, indi isə o, bu hissəsini onun ayrıca mülkiyyətinə verilməsini tələb edir. Bu formada ayrılmanın mümkünlüyünü istisna edən hal yoxdur, sadəcə bu ayrılmadan qalan payın neçə də bir hissə olması mütəxəssis rəyi ilə müəyyən edilib. Beləliklə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəlillərindən görünür ki, həmin dəlillər mülkiyyətçinin paylı mülkiyyətdə olan öz payının bir hissəsinin digər mülkiyyətçilərin payından naturada ayrılmasını tələb etmək hüququnun məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz; - iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəs i, Neftçi küçəsində yerləşən 36 saylı (yeni qaydada ünvan 4 yaşayiş evinə olan 2/4 hissədə payına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yəni iddiaçı həmin payın bir hissəsini sata, bağışlaya, girov qoya və ya naturada ayıra bilər ki, bu hüquq onun dövlət tərəfindən qorunan hüququdur;
45. Cavabdeh1 iddiaya etirazında və apellyasiya şikayətində iddiaçının mülkiyyətinin yalnız hal-hazırda iddiaçının faktiki istifadəsində olan hissədən ibarət olmasını qalan hissənin isə ona məxsus olmasını göstərir. Yəni cavabdeh artıq bu etirazı ilə iddiaçının faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq ona verilməsinə və həmin hissənin iddiaçıya verilməsindən sonra paylı mülkiyyətdə qalan 69/193 hissəsi nin yuvarlaqlaşdırılaraq 1/3 hissədə olmasına, yəni bu yuvarlaqlaşdırma nəticəsində onun payında sahənin cüzi də olsa artmasına etiraz etmədiyini bildirmiş olur. Cavabdehin yeganə etirazı iddiaçının payının faktiki istifadəsində olan hissəsi ayrıldıqdan sonra iddiaçının heç bir payının qalmaması barədədir. Belə olduqda isə məhkəmə cavabdehin iradəsi əleyhinə onun mülkiyyətinin sahəsinin artmasının iddianın rədd edilməsi üçün əsas hesab etməkdə haqlı deyildir. Yəni iddiaçının artıq bu iddia ilə Cavabdeh1 mülkiyyətdə payının artmasının Cavabdeh1 iradəsi əleyhinə olmamasını sübut etmək vəzifəsi qalmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edi lən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 220.1 paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
53. İddia tələbi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması barədədir.
54. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin iddiaçı nın 2/4 hissəsinə uyğun olaraq naturada ayrılması mümkündür. Başqa sözlə, fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmaqla naturada bölünməsi mümkün deyil.
55. Mülki Məcəllənin 220-ci maddəsi paylı mülkiyyətin mülkiyyətçilərinin ümumi əşyanın bölünməsi və ondan payının ayrılmasını mərhələli şəkildə nizama salır. Bu normalarda müəyyən edilən qaydaya görə ilkin olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
56. Qeyd edildiyi kimi, ekspert rəyi ilə fərdi yaşayış evinin həyətyanı sahəsinin onun üzərində tikilmiş tikililər nəzərə alınmaqla naturada bölünməsi istis na edilmişdir.
57. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı sayır.
58. Hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
59. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətin dəlilləri ekspert rəyinə uyğun olaraq əmlakın naturada bölünməsinin mümkün sayıldığı halda, iddianın rədd edilməsini düzgün olmaması barədədir ki, buna da yuxarıdakı bəndlərdə artıq qiymət verilmişdir.
60. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar, ekspertiza rəyləri ətraflı araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəy yən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-724/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.