Məhkəmə qərarları › İş №2(102)-1698/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1698/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1698/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili V əkil, tərcüməçi X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5711/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 ABŞ dolları məbləğində pul vəsaitinin, xx.xx.2019-cu il tarixdən etibarən həmin borc üçün illik bank uçot dərəcəsi əsas götürülməklə 10000 ABŞ dolları məbləğində faizlərin, maddi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat məbləğində hüquqi xidmət xərcinin, iş vaxtını itirməyə görə 300 manat, 30 manat dövlət rüsumunun, ümumilikdə 1330 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov, iş № 2(001)-2848/2019) ilk iddia qismən təmin edilmiş, 10000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi, i ddianın qalan hissədə rədd edilməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmşdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə görə, X3 Əkbərovaya 10000 ABŞ dolları məbləğində borc pul vermiş və sonuncu həmin məbləği xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6-cı bəndində göstərilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Cavabdeh isə ilkin iddiaya etiraz edərək, Cavabdeh tərəfindən Marinaya 6310 ABŞ dolları məbləğ ində pulun ödənilməsi barədə sübut olaraq məhkəməyə sadə yazılı qəbz təqdim etmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2848/2018 saylı qərardadına əsasən məhkəmə - xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın xx xxx 2019-cu il tarixli, 10662 №-li rəyində qeyd olumuşdur ki, ekspertizaya təqdim edilmiş, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzdə “Marina” yazısından aşağıda olan imzalar: həmin qəbzin aşağı sol və sag künclərində olan imzalar, qəbzin arxa tərəfinin yuxarı sag hissəsində olan imza İaradanguliev Marina tərəfindən icra olunmuş, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzin yuxarı sol küncündə “Marina” yazısı İaradanguliev Marina tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bir inci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə v ə xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Y enidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsait indən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər öhdəliyin icrasının qəbulu qaydasını müqavilə ilə müəyyən etsələr də, borc sənədinin üzərində ödəmə ilə bağlı heç bir qeyd aparılmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş qəbzə münasibətdə hesab etmişdir ki, qeyd olunan qəbzdə rəqəmlərin nəyi ifadə etməsi, hansı tarixlərdə imzalanması əks olunm amış, yalnız qəbzin arxa hissəsində “xx.xx.2016” tarixi qeyd olunmuşdur. Müqavilənin xx.xx.2016-cı il tarixdə bağlanması və xx.xx.2016-cı il tarixə kimi, yəni 6 ay ərzində borcun 6310 ABŞ dolları hissəsinin qaytarılması, bundan sonra 3 il ərzində heç bir ödəniş aparılmaması da inandırıcı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı maddi zərərin nədən ibarət olduğunu, mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını sübut edə bilmədiyinə və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyinə görə, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində ilkin iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi ilk iddianın qismən, “10000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması” hissəsində təmin edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın da rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-13116/2019) ilk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, B akı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan məbləğin tutulması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni nö vlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün c avabdehdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı ondan borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin iddiaya etiraz edərək təqdim etdiyi qəbzə əsasən iddiaçıya 6310 ABŞ dolları məbləğində pul ödənilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onu qeyd etmişdir ki, apelyasiya baxışı zamanı bu barədə aparılan araşdırmada müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə gəldiyi razılığa əsasən ingilis dilində keçdiyi 8 dərs 150 dollar, alman dilində isə 180 dollar təşkil etmiş, həmin dərslərə görə ödənilməli pullar yığıldıqca cavabdeh həmin pulları iddiaçıya hissə-hissə ödəmiş və bu barədə cavabdehin təqdim etdiyi qəbzdə müvafiq qeydlər aparılmışdır, həmçinin cavabdehin qızına dərslər bəzən hər gün keçirildiyindən iddiaçı bu barədə öz qeydiyyat kitabçasında da qeydlər aparmış, dərslər saathesabı olduğundan ödənişlərin vaxtında da fərqlər yaranmışdır. Bu faktlar apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi qeydiyyat kitabçasından çıxarışla da öz təstiqini tapmışdır. Kassasiya instansiyası məhkəməsində birinci ic raat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev, iş № 2(102)-1213/2020) İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə borcun qaytarılmaması ilə bağlıdır və borcun qaytarılmasını sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəla iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına 6 il müddətində ingilis və alman dilindən dərslər keçmiş və cavabdeh 8 dərsə görə ingilis dili üçün 150, alman dili üçün 180 ABŞ dolları olmaqla bu müddətdə yəni 6 il müddətində ona pul ödəmişdir. Eyni zamanda iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına bir müddət “Sahil” biznes mərkəzində, son üç il isə evdə dərs demişdir. Lakin iddiaçı 2016-cı il istisna olmaqla qeyd etdiyi dövrlərdə cavabdehin qızına edilmiş tədrisə görə “Sahil” biznes mərkəzinə və yaxud ona pulun köçürülüb köçürülməməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehdən hissə-hissə o lmaqla qəbul etdiyi pulların məhz etdiyi tədrisə görə ona verildiyini iddia etdiyi halda 2016-cı il istisna olmaqla qalan dövrlərə münasibətdə cavabdeh tərəfindən ona bu qaydada (qəbzlərə imza etməklə) etdiyi tədrisə görə pulların ödənilməsinə dair də sübut təqdim etməmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh aldığı borcu qismən qaytardığını iddia etməklə bunu təsdiq edən hal kimi yazılı qəbzləri təqdim etdiyinə, iddiaçı isə bu pulların cavabdehin qızına edilmiş tədrislə əlaqədar ona verildiyini göstərdiyinə görə sonuncu 6310 ABŞ dolları məbləğində pulun tədrislə əlaqədar ona verildiyini sübut etməli idi. Ona görə də iddiaçı cavabdehin qızına tədrislə bağlı göstərdiyi xidmətlərə görə borcun 6310 ABŞ dolları təşkil etdiyini, ona verilən pulların cavabdehin aldığı bo rca görə deyil, tədrisə görə verdiyini və bu pulların “Sahil” biznes mərkəzinə deyil, məhz ona verilməli olduğunu sübut etməli idi. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Sahil” biznes mərkəzinin işçisi kimi həmin mərkəzdə aparılmış tədrisə görə iddiaçının pul vəsaitlərini qəbul etmək səlahiyyətinə malik olub-olmadığını ümumiyyətlə araşdırmamışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)-5711/2020) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2848/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində dəyişdirilərək Cavabdeh tutularaq İddiaçı ödəniləcək məbləğ 3690 (üç min altı yüz doxsan) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X3 Əkbərovaya 10000 ABŞ dolları məbləğində borc pul vermiş və sonuncu həmin məbləği xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6-cı bəndində göstərilmişdir ki, borc verən müqavilə üzrə öhdəliyin icasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə tərəflər öhdəliyin icrasının qəbulu qaydasını müqavilə ilə müəyyən etmişlər, lakin borc sənədinin üzərində ödəmə ilə bağlı heç bir qeyd aparmamışlar. Cavabdeh isə ilkin iddiaya etiraz edərək, Cavabdeh tərəfindən Marinaya 6310 ABŞ dolları məbləğində pulun ödənilməsi barədə sübut olaraq məhkəməyə sadə yazılı qəbz təqdim etmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzdə “Marina” yazısından aşağıda olan imzalar: həmin qəbzin aşağı sol və sag künclərində olan imzalar, qəbzin arxa tərəfinin yuxarı sag hissəsində olan imza İaradanguliev Marina tərəfindən icra olunmuş, 1 ədəd yuxarı tərəfində “Marina” və “Kunay” yazıları yazılmış qəbzin yuxarı sol küncündə “Marina” yazısı İaradanguliev Marina tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digə r şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bildirdiklərindən görünür ki, o, 2012-ci ilin aprel ayından başlayaraq cavabdehin qızına bir müddət “Sahil” biznes mərkəzində, son üç il isə evdə dərs demişdir. Lakin iddiaçı 2016-cı il istisna olmaqla qeyd etdiyi dövrlərdə cavabdehin qızına edilmiş tədrisə görə “Sahil” biznes mərkəzinə və yaxud ona pulun köçürülüb-köçürülməməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehdən hissə-hissə olmaqla qəbul etdiyi pulların məhz etdiyi tədrisə görə ona verildiyini iddia etdiyi halda 2016-cı il istisna olmaqla qalan dövrlərə münasibətdə cavabdeh tərəfindən ona bu qaydada (qəbzlərə imza etməklə) etdiyi tədrisə görə pulların ödənilməsinə dair də sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh aldığı borcu qismən qaytardığını iddia etməklə bunu təsdiq edən hal kimi yazılı qəbzləri təqdim etdiyinə, iddiaçı isə bu pulların cavabdehin qızına edilmiş tədrislə əlaqədar ona verildiyini göstərdiyinə görə sonuncu 6310 ABŞ dolları məbləğində pulun tədrislə əlaqədar ona verildiyini sübut etməli idi. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfin təqdim etdiyi qəbzlərdə göstərilən ödənişlər hesabına ümumilikdə 6310 ABŞ dolları məbləğində pul iddiaçının cavabdehə verdiyi 10000 ABŞ dollarının bir hissəsinin ödənişi kimi qəbul edilməli və həmin məbləğin məhz borc müqaviləsinin icrası ilə bağlı nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının “10000 ABŞ dolları məbləğində qərarın çıxarıldığı gün üçün Milli Bank uçot dərəcəsini əsas götürməklə müvafiq faizlərin ödənilməsi” barədə iddia tələbinə münasibətdə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulan “özgəsinin pul vəsaitini qanunsuz saxlama”, “özgəsinin pul vəsaitindən faydalanma” ilə bağlı hallar hazırki işdə müəyyən olunmadığı üçün cavabdehdən buna görə faizlərin tutulması barədə iddia tələbini düzgün olaraq təmin etməmişdir. İlk iddiaçının “cavabdehdən 10000 manat maddi və mənəvi ziyanın tutulması” ilə bağlı tələbinə gəldikdə isə apellyasiya instansiya məhkəməsi qeyd et mişdir ki, iddiaçının təqdim etdiyi aptekdən alınmış dərmanlarla bağlı çeklər əvvəla həmin dərmanların məhz iddiaçı üçün alındığını, “Medistyle Hospital”ın baş həkimi tərəfindən verilmiş arayış və reseptlər isə iddiaçıya qoyulmuş diaqnozun və yazılmış dərmanların cavabdehin ona olan borcunun qaytarılmamasına görə maddi və mənəvi gərginlik keçirməsini və buna görə də ona maddi və mənəvi ziyanın vurulduğunu təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, özünün hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5711/2020 nöm rəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5711/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsinin Cavabdeh qarşılıqlı iddiasının təmin olunmamış hissəsində ləğv edilərək, Cavabdeh qarşılıqlı iddiasının tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, nümayəndəsi və vəkili X4 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5711/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, qarşı tərəfin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş edir. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5711/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin Cavabdeh qarşılıqlı iddiasının təmin olunmamış hissəsində ləğv edilərək, Cavabdeh qarşılıqlı iddiasının tam təmin olunmasına dair qərar qəbul edilməsini, qarşı tərəfin isə kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunverici liyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istin ad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilmə li, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona gö rə də, məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmə dən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5711/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar