Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1699/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “XXX”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: delikt öhdəliyi, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “XXX”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1415/2025 nömrəli qətnaməsindən cavabdeh “XXX”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) övladı X1 müddətli əmək müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə “XXX”nin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra “cavabdeh” və ya "xxxx") fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə Şirkətin başqa əməkdaşı X3 rayonunda Şirkətə məxsus nəqliyyat vasitəsini idarə edərkən bədbəxt hadisə baş vermiş və nəticədə iddiaçının oğlu X1 vəfat etmişdir.
2. Göygöl Rayon Məhkəməsinin 1(066)-04/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cina yət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 3. "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) ilə Şirkət (sığortalı) arasında bağlanmış xx.xx.2013-ci il tarixli, QAL00010794 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə və ona 44 nömrəli xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən, X9 icbari qaydada sığorta olunmuşdur. 4. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən müqavilə üzrə X5 ailə üzvünə (vərəsəsinə) 15.045,93 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 300000 manat və mənəvi ziyana görə 50.000 manat, cəmi 350.000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, iddiaçının övladı X7 cavabdeh Şirkətdə əmək müqaviləsi əsasında işləmişdir. X3 rayonu X kəndində yerləşən “XXXX” adlanan ərazidə daş-çınqıl tullantılarının daşınması ilə əlaqədar Şirkətə məxsus “Ford Karqo” markalı, **JT-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsü işlədiyi dövrdə, yəni 16 iyul 2019-cu il tarixdə saat 17 radələrində üzərinə qoyulmuş vəzifələrə əməl etməyərək, Şirkətdə fəhlə işləyən X5 vurub üzərindən keçmiş, xəsarətlər sonuncunun ölümünə səbəb olmuşdur. Göygöl Rayon Məhkəməsinin 1(066)- 04/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası C inayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı dəfələrlə cavabdehə dəymiş ziyanla bağlı müraciət etsə də, onlar buna məhəl qoymamışar. X2 ailənin yeganə övladı olmuş və ailəsinə maddi dəstək olmuşdur.
7. Birinci instansiya məhkəməsi "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
8. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazda göstərilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən baş vermiş bədbəxt hadisə nəticəsində nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda b ədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. X1 işlədiyi müddətdə icbari sığorta olunmuşdur. Buna görə Taryel Əhliman oğlunun ölümünə görə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya maddi ziyan ödənilmişdir. Bundan başqa, Şirkət tərəfindən iddiaçıya xx.xx.2019cu il tarixdə 4.300 manat, xx.xx.2019-cu il tarixdə 1.500 manat, xx.xx.2019-cu il tarixdə 8.000 manat, cəmi 13.800 manat pul ödənilmişdir.
9. Cavabdehin nümayəndəsi məhkəmə baxışında əlavə olaraq bildirmişdir ki, hadisə 4 il əvvəl olub. O zaman iddiaçıya kömək edilmişdir, lakin iddiaçı indi yenə də pul istəyir. Şirkət tərəfindən 13.800 manat məbləğində mənəvi zərər iddiaçı tərəfə ödənilmişdir. Şirkət pulu mənəvi ziyan kimi ödəyib, maddi ziyanı onsuz da sığorta şirkəti ödəmişdir.
10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)1601/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Qamət Əbilov)
11. Birinci instansiya məhkəməsi iddia tələbi, cavabdehin iddiaya etirazı, şahid ifadəsi və işdəki sənədlərə əsasın qeyd etmişdir ki, baş vermiş bədbəxt hadisə nəticəsində maddi ziyana və mənəvi zərərə görə iddiaçıya müvafiq ödənişlər edilmişdir, bu səbəblə hazırki iddia tələbi təmin olunmamalıdır
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1118.1, 1118.2, 1119.1, 1119.2, 1119.3, 1121.1, 1121.3, 1122.1, 1122.2-ci, Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 196.5, 215, 217, 225.1, 238, 239.1, 239.2, 239.5, 290.3-cü, i, “İsteh salatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.3cü bəndi, və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ödənilmiş sığorta məbləği ilə iddia tələbinin fərqinə varmamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 1118.1, 1118.2-ci maddələrinə istinad etsə də, nədənsə maddənin dispoziyasına deyil, öz mülahizələrinə uyğun olaraq qətnaməni əsaslandırmağa çalışmışdır. Həmçinin məhkəmə iş materiallarında olan sübutlara deyil, öz mülahizəsinə uyğun şəkildə maddələrə istinad etmişdir.
15. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Maddi ziyan tələbinin cavabdehə aidiyyəti yoxdur, belə ki, Əmək Məcəllə sinin 239.5-ci maddəsinə görə icbari sığorta olunan işçilər sığorta ödənişi ilə təmin olunur. Bu ödəniş də 15.045,93 manat olmaqla artıq iddiaçıya ödənilmişdir. Şirkət heç bir halda məhkəmə qətnaməsi olmadan mənəvi ziyana görə 10 min manatdan artıq ödəniş etmir. Lakin hazırki iş üzrə iddiaçıya 13.800 manat pul ödənilmişdir. Ona görə ki, ölən şəxs gənc adam idi, bir tək atası və anası qalıb. İddiaçı kömək olunması üçün şirkətə yaxınlaşa bilərdi. Amma hazırda şirkətin də maddi vəziyyəti o qədər də yüksək deyil, vəsait yox dərəcəsindədir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)1415/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərər tələbi ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Şirkətdən mənəvi zərərə görə 15.000 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Səadət Səlimova)
17. Apellyasiya instansiyası məhkəməsi maddi zərərin ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının həmin tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş iş çilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Lakin həmin Məcəlləsinin 239.5-ci maddəsinin tələbinə görə bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
18. X15 cavabdeh tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuş və "xxxx" Sığorta Şirkəti ASC tərəfindən onun ailəsinə 15.045,93 manat məbləğində sığorta ödənişi verilmişdir.
19. Bununla belə apellyasiya instan siyası məhkəməsi mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, cavabdeh təşkilatın əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iş yerində baş vermiş bədbəxt hadisə iddiaçının oğlunun ölümü ilə nəticələndiyindən iddiaçı cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
21. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasın X15 iddiaçının yeganə övladı olmuş və o, vəfat edəndə iddiaçının artıq 58 yaşı var idi.
22. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə ana və atanın uşaqlarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri və cavabdeh tərəfindən X15un ailə üzvlərinə hadisədən sonra 13.800 manat məbləğində vəsaitin ödənildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə mənəvi zərərin əvəzi olaraq cavabdehdən 15.000 ma nat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2 1096.1, 1097.1, 1099.1, 1099.2-ci, Əmək Məcəlləsinin 225.1, 238, 239.1, 239.2, 239.3, 239.4, 239.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarları və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın də lilləri
25. Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin tam və obyektiv və hərtəfli araşdırılmasının təmin edilməsi məqsədilə mübahisə predmeti olan maddi tələbin hansı əsaslara görə cavabdehdən yenidən tutulması kimi hallar natamam qalmış və bu amillər nəzərə alınmamışdır. Bu da öz növbəsində cavabdehin mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır. Belə ki, iddiaçı övladı X4 vəfat etməsinə görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən maddi ziyana görə 15.045,93 manat, cavabdeh Şirkətdən isə mənəvi zərərə görə müxtəlif zamanlarda cəmi 13.800 manat məbləğində ödənişlərlə təmin edilmişdir. İddiaçı hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ölmüş şəxsin evin yeganə qazanc gətirəni olduğuna əsaslanaraq iddiaçıdan maddi və mənəvi ziyan tələb etmişdir. Halbuki baş vermiş bədbəxt hadisəyə görə iddiaçıya maddi ziyana görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən, mənəvi zərər görə isə cavabdeh şirkət tərəfindən ödənişlər edilmişdir. Bununla bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunları deyil, daxili inamına istinad etməklə səhvə yol vermiş, MPM-nin 9.3, 88, 217, 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tə tbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəl irlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəsl ində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbayan Respublikasının Əmək Məcəlləsi Maddə 225.1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Maddə
238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbə bdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını po zmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqlən dirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzmi natı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mən əvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı “İnsa n hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda mü əyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlü kəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində cavabdeh qətnamənin tam ləğvini xahiş etsə də, şikayətin məzmun və dəlillərindən görünür ki, qətnamə iddianın mənəvi zərər aid təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1723-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənl əşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88 maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Həmçinin gəlinən nəticə Konstitusiya Məhkəməsinin istinad edilən qərarlarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdur.
36. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, mənəvi zərər aid tələb üzrə onları qəbul etməyib.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdeh “X16 və x2nin” Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.