Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-170/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı MTK-ya, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyun 2023-cü il tarixli, 2(103)3237/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddialar üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil yaşayış binasının birinci mərtəbəsində yerləşməklə, binanın zirzəmi hissəsinin 60 kv.m. hissəsi, habelə binanın qarşısında inşa edilmiş 50 kv.m. tikili ilə birlikdə ümumi sahə kimi Cavabdeh tərəfindən mağaza kimi istifadə olunur.
2. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 11 mart 2020-ci il tarixli, 55 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməs i şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların yararsız halda olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,752 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07 yanvar 2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,752 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MTK (İddiaçı MMC-nin hüquqi varisidir) Cavabdeh qarşı iddia ərizəsi ilə, sonradan isə A zərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzil və veteran olmasını nəzərə alaraq, əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.metr mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökül məsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 12A saylı binanın mülkiyyətçilərdən biri olan Cavabdeh mülkiyyətində olan və binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 42,1 kv.metrdən ibarət olan 62 saylı mənzilinə bitişik yerdə lazımi icazələr almadan təxminən 50 kv.metr artırma etmişdir. Həmin mənzilin sahəsinin artırılmış hissəsi dövlət qeydiyyatından keçməmiş, özbaşına tikilidir. Ona görə də həmin qeyri-qanuni tikili sökülməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına və İcarə müqaviləsinə əsasən sözügedən binanın yerləşdiyi torpaq sahəsi İddiaçı MTK-nın qanuni istifadəsinə verilmiş, səlahiyyətli orqanların müvafiq rəyləri və razılaşdırma məktublarına əsasən həmin binaların qəzalı olması öz təsdiqini tapmış və müvafiq sərəncamla göstərilən binanın sökülməsi, yerində müasir tipli binaların tikilməsi səlahiyyəti şirkətə verilmişdir. Ona görə də MTK qanunsuz tikilinin sökülməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Həmçinin cavabdehin mülkiyyətində olan mənzilə özbaşına qeyri-qanuni artırmalar edərək istifadə etməsi qanunsuzdur. Cavabdeh tərəfindən edilmiş özbaşına artırmalara dair hər hansı hüquq müəyyənedici sənədlər yoxdur. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikilinin inşası üçün müvafiq icazənin tələb olunmasına baxmayaraq belə icazənin olmaması müəyyən olunmuş, həmin sahəl ərin tikintisi bilavasitə İddiaçı MTK-nın mülkiyyət hüququnu pozmaqdadır. Cavabdeh tərəfindən aparılmış özbaşına tikinti işləri nəticəsində iddiaçı özünün istifadəsində olan torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir, icarə müqaviləsindən irəli gələn hüquq və vəzifələrini həyata keçirə bilmir. Bunun nəticəsində isə iddiaçının torpaq sahəsi üzərində həm sahiblik, həm də istifadə hüquqları pozulmuşdur.
6. İddiaçı Cavabdeh İddiaçı MTK-ya, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə İddiaçı MTK tərə findən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21 noyabr 2003-cü il tarixində verilmiş ÖM seriyalı, 173701 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.metr sahə də onun adına işlənmiş, zirzəmiyə girişin yaşayış sahəsindən olduğu qeyd göstərilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.metr artırma edilmişdir. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003-cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməmişdir. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə, mebellərin satışı ilə məşğul olur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küç ələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MTK-nin istifadəsinə verilmişdir. Göründüyü kimi sərəncamın və qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşasına başlamalı idi. Lakin İddiaçı MTK tikililərin istifadəçiləri (mülk iyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 aydan çoxdur ki, ərazini hasara almış, tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlamışdır. İddiaçı MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 aydan çoxdur ki, İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o işçilərin maaşlarını belə verə bilmir. İddiaçı MTKnın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin maddi və mənəvi zərər dəymişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e2(005)-3974/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin rədd olunması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qanunsuz tikilinin (50 kv.metr) onun öz hesabına sökülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv.metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ə dəd 4 otaqlı 100 kv.metr mənzilin və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı, hər biri 100 kv.metr mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, mənzilin İddiaçı MTKya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 180, 560.1, 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.6-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedent qərarlarına, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikay əti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2021-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Digər tərəfdən, Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarix li 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırma edilməsi, həmin sahənin hazırda Cavabdeh istifadəsində olması işin mübahisəsiz halıdır. Lakin qarşılıqlı iddiaçı 50 kv.m. artırma sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir.
10. Qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir.
11. Qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını alır, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə iddiaçını məcburetməyə çalışmaqla hüquqlarından suiistifadə edir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2(005)-3974/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-10563/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevin və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2(005)-3974/2021 nömrəli qətnaməsi - ilkin iddia tələbinin təmin edilən - sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 42,1 kv.metr olan mənzilin və həmin mənzilin binaya bitişik sahədə artırılmış, özbaşına inşa edilmiş 50 kv.metr tikilinin, cəmi 92,1 kv.metr olan sahənin Cavabdeh tərəfin dən İddiaçı MTK-ya təhvil verilməsi və həmin sahənin İddiaçı MTK tərəfindən sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə ilkin iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, bu baxımdan ilkin iddianın rədd edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
15. Belə ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyin uyğun sözügedən ərazidə istismar müddətini başa vermiş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. MMC həmin binaların sakinlə rinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. 16. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2021-ci il tarixli qərarına istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsi ni də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət h üququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
17. Göründüyü kimi hazırki mübahisə baxımından ilk iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.
18. Digər tərəfdən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir, həmçinin, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Hazırda isə iddiaçı yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv.m. mənzil ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv.m. mənzilin qarşılıqlı iddiaçıya verilməsi hüquq müəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur.
19. Hazırki vəziyyətdə qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilə, binanın zirzəmisinin bir his səsi, yəni 60 kv.m.-nə, həmin mənzilə bitişik olmaqla təxminən 50 kv.m. artırmaya istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla hüquqlarından sui-istifadə etmişdir. Belə olan halda Cavabdeh “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qarşılıqlı iddia üzrə cavabdeh “Ailə Park" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılmasının qadağan edilməsi” barədə qar şılıqlı iddia tələbi əsassız olmuşdur.
20. Bununla apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42,1 kv.m, yaşayış sahəsi 29,0 kv.m olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın 09 oktyabr 2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminə n 50 kv.m. artırma edilmiş və həmin sahə hazırda Cavabdeh istifadəsindədir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən, düzgün olmayaraq qeyri-qanuni tikili qismində - 50 kv.m sahənin, eləcə də istismar müddəti keçmiş 97 kv.m-dən ibarət olan mənzilin sökülməsi qənaətinə gəlmişdir. Halbuki iş materiallarından göründüyü kimi hazırda iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42.1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. artırma mövcuddur.
21. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 50 kv.m sahənin Cavabdeh tərəfindən sökülməsi barədə gəldiyi nəticə də yanlış olmuşdur. Belə ki, işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış bi nalarının (yaşayış və qeyri- yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42,1 kv.m olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv.m. qeyri yaşayış sahəsi – ümumilikdə 92,1 kv.m olan sahə Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməli və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməlidir.
22. Apellyatorun dəlillərinə münasibətdə apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa Cavabdeh izahatında ona məxsus mənzilin binanın birinci mərtəbəsində yer ləşməsini və binanın zirzəmisinin də onun istifadəsində olmasını qeyd etmişdir. Cavabdeh bununla bağlı zirzəminin texniki pasportunu təqdim etsə də, zirzəminin onun mülkiyyətində olması müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, zirzəmi binanın balansında olmaqla dövlətə məxsus olmuş və dövlətə məxsus əmlaka dair kompensasiya verilməsi nəzərdə tutulmamışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
23. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)10563/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2022-ci il tarixli, 2(102)-2466/2022 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun məruzəsi ilə, hakimlər A.Q.Hüseynovun və İ.R.Xələfovun iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-10563/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Kassasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlara tam, hər tərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır.
26. İddiaçının izahatı və onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 42,1 kv.metr mənzil yaşayış binasının birinci mərtəbəsindədir, mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunur. Həmin binaya bitişik inşa edilmiş 50 kv.metr əlavə artırma da eyni məqsədlərlə istifadə olunur, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılıq verilmiş, bununla da icra hakimiyyəti 50 kv.metr artırmanın mövcudluğuna və kommersiya məqsədləri üçün istifadə olunmasına etiraz etməmiş, əksinə yanakı olaraq razılıq vermişdir. İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportdan görünür ki, binanın zirzəmisinin 60 kv.metr hissəsi cavabdehin mülkiyyətində olan 42,1 kv.metrlik mənzilin bir hissəsi kimi işlənmişdir, iddiaçının izahatına görə həmin zirzəmi hazırda onun istifadəsindədir. Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi İddiaçı MTK tərəfindən yeni tikiləcək binada hər birinin ümumi sahəsi 100 kv.metr olan 2 ədəd təmirli 4 otaqlı mənzilin verilməsi qət olunsa d a, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzillərin nömrələri göstərilməmiş, bu məsələnin həllində də məhkəmələr qeyri-müəyyənliyə yol vermişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 2(103)5840/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və Q.A.Əsgərovun iştirakı ilə) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(005)-3974/2021 qətnaməsi qismən - ilk iddia tələbinin təmin olunan hissəsində ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehə məxsus əmlakın təyinatı, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyi, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olması, mənzilin yaşayış binasının birinci mərtəbəsində olaraq mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunması, binaya bitişik inşa edilmiş 50 kv.metr əlavə artırmanın da eyni məqsədlərlə istifadə olunması, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mü lkiyyətçisinə razılığı əsasında işlədilməsi, İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportuna uyğun binanın zirzəmisinin 60 kv.metr hissəsinin cavabdehin mülkiyyətində olan 42,1 kv.metrlik mənzilin bir hissəsi kimi istifadəsi, kompensasiya kimi İddiaçı MTK tərəfindən yeni tikiləcək binada mənzilin verilməsi təklif edildiyi təqdirdə belə, həmin mənzillərin yerləşmə koordinatları və rekvizitləri müəyyən edilməklə, hansı binadan və neçənci mərtəbədən olmasının göstərilməsi, cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərindən dövlətə ödənilən vergi nəzərə alınmaqla aylıq gəlirinin nə qədər olması, əmlakının əvəzləşdirilməsi və ya digər formada ko mpensasiyanın verilməsi zamanı mütənasibliyin nəzərə alınması kimi amillər nəzərə alınmamışdır.
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında keçirilməsinin müəyyən edildiyi nəzərə alınaraq, istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra, hər hansı sakinin mülkiyyət və istifadə hüquqlarının ma neəsiz həyata keçirilməsi və ədalətli kompensasiya haqları gözlənilərək tikintinin işlərinin başlanması mümkündür.
30. Birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı 17 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir.
31. İlk iddianın həcminin artırılmasının və ya tələbin dəyişdirilməsinin apellyasiya icraatı zamanı baxılma həddi üzrə prosessual mümkünsüzlüyü müəyyən etdiyindən, tam təmin edilən iddianın fərqli (tələbdən kənar) həll edilməsi yolverilməzliyini müəyyən ed ir. Ona görə, iddia tələbinin hədləri və qarşılıqlı iddianın tam təmin edilməsi apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, tərəflər bu növ iradə ifadəsinin real əsaslarını nümayiş etdirməmişlər.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər, bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə ümumiyyətlə tələb-təklif təfərr üatlarının rəsmi ifadəsi mülkiyyətçiyə təqdim edilməmişdir.
33. Qeyd edilənlərdən əlavə məhkəmə göstərmişdir ki, müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişiçıxışı, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsinin mümkün olmasının sübuta yetirməsinə gərək yoxdur. Belə ki, hamıya bəlli olan haldır ki, sökülən binada yerləşən əmlakdan mülkiyyət hüquqlarının təyinatı üzrə maneəsiz həyata keçirilməsi mümkün deyil və bu sübut edilməsinə zərurət olmayan haldır. Lakin qarşılıqlı iddiaya dair hissədə kassasiya instansiya məhkəməsinin göstərişləri olmadığından, habelə maneələrin təfərrüatı dəqiq müəyyən edilmədiyindən, bu hissədə iddianın təmin edilməsinə əsaslar müəyyən edilmir. d) Kassasiya instansiyası məhkəməs indəki ikinci icraat:
34. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5840/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-956/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5840/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir
36. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin yerləşdiyi torpaq sahəsinin iddiaçının uzunmüddətli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mülkiyyətində və i stifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olunarkən mülkiyyətçinin qanuni istifadə etdiyi sahələrin ölçüləri, təmirin vəziyyəti, həmin sahələrdən hansı məqsədlə istifadə etməsi nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. Kassasiya məhkəməsinin əvvəlki icraatda qəbul etdiyi qərardakı göstərişlər də bu istiqamətdə verilmişdir. Lakin apellyasiya məhkəməsi tərəflərin kompensasiya məsələsində barışığa gəlmədiklərini və ilk iddianın həcminin artırılmasının və ya tələbinin dəyişdirilməsinin apellyasiya icraatı zamanı qeyri-mümkün olmasına istinad etməklə iddianı rədd etmişdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Belə nəticəyə gəlmək olur ki, hazırki iddianın predmetin cavabdehə ədalətli kompensasiya (əvəz) verilməklə, mülkiyyət hüququnu məhdudlaşdırılması təşkil etmişdir. Bu zaman təklif olunan əvəz iddianın predmeti deyil, obyekti kimi çıxış etmişdir. İş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi təkrar apellyasiya baxışında tərəflərə barışıq üçün vaxt vermiş və məhkəmə iclasını təxirə salmışdır. Lakin sonrakı iclaslarda məhkəmə barışıq imkanlarını tərəflərlə bir daha müzakirə etməmiş, iddiaçıya cavabdehin mülkiyyət hüququna müdaxiləyə görə təklif olunan kompensasiyanın konkretləşdirilməsini təklif etməmiş, təqdim olunan sübutlar əsasında bu əvəzin həcmini müəyyən etməmiş, müəyyən olunan əvəzin verilməsinə iddiaçının razılığını soruşmamışdır. Bu baxımdan, iddianın həcminin artırılmasının və tələbin dəyişməsinin qeyri-mümkün olması əsası ilə iddianın rədd edilməsindən ibarət apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş və son nəticədə proses sual qənaət prinsipinin pozulmasına səbəb olmuşdur.
38. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, və 60-cı maddəsinin İ hissəsisnə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarınına istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiya məhkəməsində üçüncü icraat:
39. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, həmin yerdə 2004-cü ildən mebellərin satışı ilə məşğul olmuş, hər ay təxmini 5000-7000 manat civarında gəlir əldə etmişdir. Həmin obyekt ailəsinin yeganə qazanc mənbəyidir. O, birinci Qarabağ və Əfqanıstan müharibəsi veteran ıdır. Himayəsində ikinci Qarabağ Müharibəsi qazisi, ikinci qrup əlil qardaşı və birinci qrup əlil əmisi var. Bu halların da nəzərə alınmasını və apellyasiya şikayətini təmin edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, işə baxan məhkəmələr tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan əmlakların konkret göstəriciləri qeyd edilməmişdir. Həqiqətən də, birinci instansiya və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən qəbul edilmiş qətnamələrdə verilməli olan əmlakların hansı binadan, hansı b lokdan verilməsi əks olunmamışdır. Bu da icra mərhələsində yeni bir mübahisənin yaranması deməkdir. Digər bir məsələ tərəflərə barışıq imkanları üçün şəraitin yaradılması ilə bağlıdır. İkinci dəfə işə apellyasiya instansiya məhkəməsində baxılarkən 3 dəfə məhkəmə iclası təxirə salınmış və mübahisənin məhkəmədən kənar həll edilməsi təklif edilmişdir. Mübahisələndirilən əmlak 42.1 kv. metr mənzil, 50 kv.metr əlavə tikili, 60 kv. metr zirzəmidən ibarətdir. Cavabdeh əsas tələbi odur ki, onun əmlakına mütənasib alternativ əmlak versinlər. İş materiallarında Dövlət Vergi Xidmətinə təqdim edilmiş hesabatlardan görünür ki, müvəkkili həmin obyektdən hər ay beş-yeddi min manat məbləğində gəlir əldə edir. Təklifə qoşma olaraq göndərilmiş mütəxəssis rəyi onların məlumatı və iştirakı olmadan birtərəfli qaydada tərtib edildiyindən sübut kimi qəbul edilə bilməz. Ərizədə 3 kompensasiya təklifi irəli sürülür. İddia tələbində birinci bənddə irəli sürülən təklifdən artıq kvadratda mənzil təklif edilmişdir. Halbuki, qarşı tərəf hazırki mərhələdə iddia tələbindən aşağı təkliflə çıxış edə bilməz. İkinci bənddə qeyd edilən təkliflə bağlı nəzərə alınmalıdır ki, Cavabdeh qarşı tərəfin rəhbərliyi ilə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə görüşərkən 180 kvadrat metr sahəsi olan ikinci mərtəbə yerləşən qeyri-yaşayış sahəsinin verilməsini razılaşdırmış, hazırki təklif həmin təklifdən aşağıdır. Ümumiyyətlə Cavabdeh ikinci mərtəbədə ona qeyri-yaşayış sahəsi verilməsinə razı deyil. Belə ki, onun sözlərinə görə ikinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə müştəri cəlb etmək olmur. Üçüncü bənddə qeyd edilən təklifə münasibətdə isə qarşı tərəf iddia edir ki, onlara təklif edilən əmlakın kvadratı 2.500 manat, belə olan halda ümumi məbləğ 500 000 manat təşkil edirdi. Hazırki kompensasya məbləği ilə bağlı təklif də həmin məbləğdən qat-qat aşağıdır. Onlar qarşı tərəfə 500.000 manat məbləğində kompensasiya verilməsini təklif etmişlər. Belə ki, binanın eskiz layihəsi belə mövcud deyil, onların heç həmin binanın inşa edilib təhvil veriləcəyinə inamları yoxdur. Qarşı tərəf isə nağd formada pullarının olmadığını bildirir. Qeyd olunanlardan göründüyü kimi, təklifdə tam absurd müddəalar qeyd olunub. Bütün instansiya məhkəmələrində işə baxan məhkəmə qarşısında vəsatət qaldırmışdılar ki, əmlakın real dəyərinin müəyyən edilməsi üçün yerində müayinə keçirilməsi işin tam, hərtərəfl i araşdırılması baxımından mütləqdir. Barışıq sazişinə gəldikdə isə hazırda Cavabdeh təklif edilən ölçüdə qeyriyaşayış sahəsinin tikintisi başa çatmış binadan verilməsi və ya hər ay ödənilməli olan kompensasiya məbləğinin 2000 manat olmaqla tikintisi davam edən binadan verilməsi şərti ilə barışığa razıdır. Çünki qarşı tərəfin hazırda təklif etdiyi aylıq məbləğə həmin ərazidə icarəyə obyekt tapmaq mümkün deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, onlar tərəfindən təqdim edilən mütəxəssis r əyində hazırda mübahisə predmetini təşkil edən əmlakın bazar dəyəri müəyyən olunur. Həmin rəy isə bu sahədə ixtisaslaşmış və müvafiq sertifikasiya sənədləri olan qurum tərəfindən verilmişdir. Onlar da həmin rəyi əsas götürməklə iddia tələbindən fərqli mövqedən çıxış etməklə cavabdeh tərəfə kompensasiya təklifi kimi 3 seçim haqqı vermişlər. Tərəflə mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində bir neçə dəfə görüş keçirilmiş, lakin heç bir yekun nəticə əldə olunmamışdır. İddiaçı MMC-nin rəhbərliyi həmin 3 seçimdən hər hansı biri ilə tərəflə razılığa gəlməyə hazırdır. Barışıq sazişi qarşı tərəfin təklifinə əsasən onunla razılaşdırılmış şərtlərlə tərtib edilməsinə baxmayaraq qarşı tərəf sazişi imzalamaqdan yayınmışdır. Qarşı tərəf sazişi imzalamaqdan imtina etdikdə İddiaçı MMC-nin r əhbərliyi də kompensasiya təklifdən imtina etmək niyyətində idi, lakin o, rəhbərliklə danışaraq mübahisənin konservativ həlli yolunun bu istiqamətdə olduğunu bildirmiş, yalnızca 42.1 kv.metr sahəyə münasibətdə reyestrdən çıxarış olduğuna görə, həmin çıxarışda da əmlakın təyinatı mənzil kimi göstərildiyindən onların təklifi tam ədalətlidir. Onlar təklifi irəli sürərkən hətta qarşı tərəfin himayəsində Vətən Müharibəsi qazisinin olmasını, özünün müharibə veteranı olmasını da nəzərə almışlar.
42. Bakı Apellyasiya instansiyası məhkəməsinin (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Xəyal Sarıyev) 2(103)-3237/2023 nömrəli, 09 iyun 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın t əmin edilən hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 12A saylı evin, 42,1 kv.m. sahəsi olan 62 saylı mənzili, həmin mənzilə bitişik olan 50 kv.m. ölçüdə əlavə tikili, habelə mənzilin alt tərəfində yerləşən 60 kv.m. ölçüdə zirzəmi Cavabdeh tərəfindən boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilsin. Həmin sahələrin (mənzil, əlavə tikili, zirzəmi) İddiaçı QSC tərəfindən sökülməsi təmin edilmiş. Bu sahələrin (mənzil, əlavə tikili və zirzəmi) əvəzinə həmin ünvanda İddiaçı QSC tərəfindən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən (Həsənoğlu küçəsinə baxan istiqamətdə) hər biri 100 kv.m. olmaqla, ümumili kdə 200 kv.m. olçüdə olan 2 ədəd, təmirli qeyri-yaşayış sahəsi inşa işləri başlanılan tarixdən 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan sahələrin (mənzil, əlavə tikili və zirzəmi) İddiaçı QSCyə təhvil verildiyi gündən başlayaraq, hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. olçüdə olan 2 (iki) ədəd təmirli qeyri-yaşayış sahəsi təhvil verilən günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 1.000 (bir min) manat məbləğində pul ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasi ya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.
44. Məhkəmə kollegiyası təklif və tələb edilən kompensasiya məbləğlərini nəzərə alaraq, tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, barışıq üçün onlara vaxt vermişdir. Hətta mübahisəli sahədə keçirilən yerində müayinə zamanı tərəflər arasında barışıq əldə edilmişdir. Belə ki, 25 may 2023-cü il tarixdə mübahis əli sahədə tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Cavabdeh istifadə və sahibliyində olan sahələrə baxış keçirildikdən sonra İddiaçı QSC-nin qanuni təmsilçisi olan Nümayəndə da həmin yerə gəlmiş və məhkəmə kollegiyası bundan sonra da yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsini və kompensasiya məbləği ilə bağlı məsələdə qarşılıqlı razılaşma yolu ilə barışıq sazişi bağlamağı tərəflərə təklif etmişdir. Təklifə uyğun olaraq kollegiyanın hər 3 üzvünün iştirakı ilə İddiaçı QSC-nin qanuni təmsilçisi Nümayəndə ilə Cavabdeh arasında kompensasiya məbləği ilə bağlı müzakirələr aparılmış, o cümlədən biri-birinə münasibətdə təklif və tələblər irəli sürmuşlər. Nəticədə Cavabdeh ona təmirli, 200 kv.m. qeyri-yaşayış sahəsinin verildiyi təqdirdə ödənilməsi təklif edilən kir ayə haqqının 1.000 manat olmasına razı olduğunu və bu şərtlər daxilində barışıq sazişi bağlamağa hazır olduğunu bildirmiş, Nümayəndə isə Cavabdeh təklifini qəbul etmişdir. Cavabdeh əlavə təklifinə uyğun olaraq, İddiaçı QSC-nin qanuni təmsilçisi təklif edilən 200 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə hər biri 100 kv.m. olmaqla, təmirli 2 ədəd qeyri-yaşayış sahəsinin verilməsinə də razılıq vermiş və bundan sonra İddiaçı QSC tərəfindən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə razılaşdırılmış kompensasiya təklifini əks etdirən barışıq sazişi təqdim edilmişdir. Lakin Cavabdeh sazişi imzalamaqdan imtina etmiş və təklif edilən ölçüdə qeyri-yaşayış sahəsinin tikintisi başa çatmış binadan verilməsi və ya hər ay ödənilməli olan kompensasiya məbləğinin 2000 manat olmaqla tikintis i davam edən binadan verilməsi şərti ilə barışığa razı olduğunu qeyd etmişdir.
45. Məhkəmə kollegiyası iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək, mübahisəyə məhz təqdim edilmiş barışıq sazişində əks olunmuş təklif əsas götürülməklə hüquqi qiymət verərək qeyd etmişdir ki, Cavabdeh məxsus olan mübahisəli əmlakın ümumi sahəsi 152,1 kv.m. təşkil edir, həmin sahənin cəmi 42,1 hissəsi onun mülkiyyətindədir, qalan 110 kv.m. sahə istifadəsindədir. Mülkiyyətində olan sahə daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi, yəni mənzil kimi qeydə alınmış, lakin təyinatına uyğun istifadə edilmir. Qeyd edilən bütün sahə (152,1 kv.m.) qeyri-yaşayış sahəsi kimi ofis mebellərinin satışını həyata keçirən mağaza kimi fəaliyyət göstərir. Mülkiyyətdə olan 42,1 kv.m. və ona bitişik olan 50 kv.m. artırma təmirlidir. 60 kv.m. ölçüdə zirzəmi təmirsizdir.
46. Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 1.000 manat pul məbləğini məqbul hesab edərək belə qənaətə gəlmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur.
47. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini, cavabdehin əmlakının yerləşdiyi sahəyə dair iddiaçının hüquqlarını, iddiaçı ilə razılıq əldə edən digər əmlakların mülkiyyətçilərinin hüquqlarını, kompensasiya məbləği ilə bağlı qənaətini, habelə Cav abdeh mülkiyyətində və istifadəsində olan sahələrin təhlükəli vəziyyətdə olmaqla istismar müddətinin keçməsini nəzərə alıb, hesab etmişdir ki, kompensasiya müqabilində Cavabdeh mülkiyyətində və istifadəsində olan sahələr (mənzil, əlavə tikili və zirzəmi) boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilməli və məhz İddiaçı QSC tərəfindən sökülməlidir. Belə ki, birinci instansiya məhkəməsi hər hansı əsas olmadan və hüquqi nəticə etibarı ilə iddia tələbinə zidd olaraq, tikintinin mülkiyyətçinin özü tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Həmçinin, bu münasibətlərin xarakteri də həmin tikintilərin məhz İddiaçı QSC tərəfindən sökülməlidir.
48. Kompensasiya qismində isə Cavabdeh qeyd olunan barışıq sazişində əks olunmuş və mövcud sahənin söküldükdən sonra onun yerində inşa ediləcək hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən (Həsənoğlu küçəsinə baxan istiqamətdə) hər biri 100 kv.m. olmaqla, ümumilikdə 200 kv.m. sahədən ibarət olan təmirli 2 ədəd qeyriyaşayış sahəsi təhvil verilməli, əmlakın (mənzil, əlavə tikili və zirzəmi) İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh hər ay 1.000 manat məbləğində pul ödənilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi. 13-cü maddəsinin İ hissəsi, 16.1-ci maddəsi, 29-cü maddəsinə, Mülki Məcəllənin 11.1, 152.1, 152.5, 157.8, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4..2 və 4.2.1, Mənzil Məcəlləsinin 3.1, 28.7 və 85-ci maddələrinə istinadla əsaslandırmışdır. K assasiya instansiyası məhkəməsindəki üçüncü icraat: Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2023-cü il tarixli, 2(103)-3237/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217, 420-ci maddələri pozulmuşdur. Belə ki, həmin binaların yaşayış üçün yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə məhkəməyə şifahi formada vəsatət təqdim etməyimizə baxmayaraq məhkəmə vəsatəti təmin etməmiş, məhkəmə binanın qəzalı vəziyyətdə olub-olmamasını araşdırmamı şdır.
52. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
54. Elektron məhkəmə informasiya sistemində iş üzrə tərtəflərin elektron kabinetinə barışıq sazişi əlavə edilmişdir.
55. İddiaçı və cavabdeh məhkəməyə tərəflər arasında Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu Sadıqov Zülfüqar oğlu tərəfindən təsdiq edilmiş barışıq sazişi təqdim etmiş, barışıq sazişinin təsdiq edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini, barışıq sazişinin təsdiq edilməsinin və icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək sazişin təsdiq edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
56. Maddə 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.
57. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.
58. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
59. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə h akim iş üzrə icraata xitam verir.
60. Maddə 417.1.5 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış barışıq sazişini, təqdim edilmiş ərizələri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
57. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasın da bağlanmış xx.xx.2023cü il tarixli barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı müəyyən edildiyindən təsdiq edilməlidir.
58. Hər iki tərəf barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə yazılı ərizə təqdim etmişlər. Barışıq sazişində qanunvericiliyin tələblərinə zidd və 3-cü şəxslərin maraqlarına toxunan müddəalar yoxdur. Barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar mövcud deyildir. Tərəflər barışıq sazişi bağlamaqla iş üzrə icraata xitam verilməsinin nəticələrinin onlara aydın olduğunu göstəmişlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 52.3, 191, 261.0.5, 262.4 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC ilə Cavabdeh Ələsgər o ğlu arasında bağladıqları 28 noyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər qəbul edirlər ki, İddiaçı QSC-nin Cavabdeh qarşı “qeyri-qanuni tikilinni sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsivə kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı (Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbi barədə qarşılqılı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyun 2023-cü il tarixli, 2(103)-3237/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolleg iyasında yazılı icraat qaydasında baxılacaqdır.
2. Tərəflər qəbul edirlər ki, iddiaçı tərəfindən işlər Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun icra edilir.
3. Tərəflər qəbul edirlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12A (yeni qaydalarla-ünvan 3 ünvanında yerləşən aşağıda qeyd edilən təhlükəli vəziyyətdə və istismar müddəti keçmiş qeyri-yaşayış cavabdehə məxsusdur: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12A saylı evin 42.1 kv.m sahəsi olan 62 saylı mənzil (Texniki İventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 173701 nömrəli xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsi) Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12A saylı e vin 42.1 kv.m sahəsi olan 62 saylı mənzilə bitişik 50.0 kv.m sahəsi olan əlavə tikili (Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 244 saylı xx.xx.1996-cı il tarixli razılıq məktubu) Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12A saylı evin 42.1 kv.m sahəsi olan 62 saylı mənzilin 60.0 kv.m sahəsi olan zirzəmisi Texniki İventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Texniki Pasport)
4. Barışlq sazişinin 3-cü bəndində nəzərdə tutulmuş qeyri-yaşayiş sahəsi cavabdeh tərəfindən 01 dekabr 2023-cü il tarixdə tam boşaldılaraq iddiaçıya təhvil verilir, bununla da həmin qeyri-yaşayış sahəsinə (əmlaklara) dair mülkiyyət, istifadə və sahiblik hüquqlarına xitam verilməsi ilə razılaşmış olur.
5. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12A (yeni qaydalarla-ünvan 3 ünvanında inşa ediləcək yeni binanın (4 və 5 saylı blokların arasında) 2-ci mərtəbəsindən (Həsənoğlu küçəsinə baxan istiqamətdə) bu sazişə əlavə edilmiş eskiz layihədə göstərilən ölçülərdə olan hər-biri 100 (yüz) kv.metrdən ibarət olan, ümumilikdə içdən-içə hesablanmaqla 200 (iki yüz) kv.metrdən ibarət olan təmirsiz 2 (iki) qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay ərzində təhvil verilir.
6. Barışıq sazişinin 5-ci bəndində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin girişi cavabdehə məxsus olmaqla pilləkəndən (pilləkən qəfəsi təmir edilmək şərti ilə) yalnız özləri istifadə edəcəklər.
7. Cavabdeh tərəfindən barışıq sazişinin 3-cü bəndində nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin əvəzinə barışıq sazişinin 5-ci bəndində nə zərdə tutulmuş qeyri-yaşayış sahəsinin qəbul edilməsi öhdəliyi götürülür.
8. Barışıq sazişinin 3-cü bəndən nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən etibarən inşa edilməsi nəzərdə tutulan binadan qeyri-yaşayış sahəsi təhvil alınanadək 2500 (iki min beş yüz) manat məbləğində aylıq kirayə haqqı iddiaçı tərəfindən cavabdehə ödənilir.
9. Barışıq sazişinin 8-ci bəndində nəzərdə tutulmuş aylıq kirayə haqqı hər ayın 5-nə kimi iddiaçı tərəfindən cavabdehin təqdim etdiyi bank hesabına ödənilməsi təmin edilir.
10. Cavabdeh tərəfindən barışıq sazişinin 3-cü bəndində nəzərdə tutulmuş qeyriyaşayış sahəsinə dair 01 dekabr 2023-cü il tarixə kommunal ("xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB) xidmətlərdən istifadəyə görə borcun olmaması haqqı nda rəsmi arayışlar əldə edilərək iddiaçıya təqdim edilir.
11. Barışıq sazişinin 5-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin təmiri üçün nəzərdə tutulmuş xərclər (200 kv.m x 120 azn=24000azn) iddiaçı tərəfindən cavabdehə barışıq sazişinin 4-cü bəndi icra edildikdən sonra 3 (üç) ay müddətində ödənilir.
12. İddiaçı tərəfindən 200 (iki yüz) kv.m qeyri-yaşayış sahəsində (qaz sayğacı və texniki şərt istisna olmaqla) su və işıq təchizatı ilə əlaqədar texniki şərtlərin alınması və 10/15 kv sayğacların quraşdırılması təmin edilir.
13. Yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş bütün xərclər cavabdeh tərəfindən təmin edilir.
14. Tərəflərin qabaqcadan yazılı razılıq barışıq sazişindən irəli gələn hüquqlar, vəzfilələr, borclar və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
15. Barışıq sazişi imzalandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı bir əmlak və ya qeyri-əmlak xarakterli, pul kompensasiyası tələbi irəli sürülməyəcəkdir.
16. Barışıq sazişində göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazımınca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
17. Barışıq sazişi üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 iyun 2023-cü il tarixli, 2(103)3237/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzr ə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.