Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1701/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilən prosessual müddətin bərpası haqqında ərizənin rədd edilməsi; kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2, AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsi, "xxxx" MTK) qər arın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payın tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1915/2023 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokolundan çıxarışa əsasən Gəncə şəhəri Nizamı rayonu X6 prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “XXX” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtə bəsində yerləşən ümumi 264 nömrəli 3 otaqlı mənzilin Cavabdeh mülkiyyətinə verilmiş qərarın etibarsız hesab edilməsi, bu qərar əsasında cavabdehin adına mübahisəli mənzilə dair verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətinə qaytarılması, mənzil üzərində mərhum atasına məxsus pay üzərində iddiaçının, cavabdehin və üçüncü şəxs XXX 1/3 hissə ilə paylarının tanınması tələbinə dair qətnamə çıxarılması xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin 2(125)-559/2023 nömrəli iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1915/2023 nömrəli iş ü zrə 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli ümumi iclasının 12 nömrəli protokol qərarı qismən, yəni 1/6 hissədə etibarsız hesab edilmiş, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 210 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış ünvan saylı evin mənzil M5 m3 saylı mənzilə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, yəni 1/6 hissədə ləğv edilmiş, həmin 1/6 hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Cavabde h apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir.
6. Ərizənin əsaslarına görə, xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemində baş verən nasazlıq səbəbindən vəkilin şəxsi kabinetindən şikayəti göndərmək mümkün olmamışdır. Hazırda şəxsi kabinetdə olan nasazlıq tam olmasa da, nisbətən aradan qaldırılmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1915/2023 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti cavabdehə qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli qətnaməsi “sifarişli poçt göndərişi” ilə Cavabdeh göndərilmiş və sonuncu həmin qətnaməni 11 dekabr 2023-cü il tarixdə qəbul edilmiş və bu barədə verdiyi kassasiya şikayətində qeyd etmişdir. Həmçinin həmin qətnamə xx.xx.2023-cü il tarixdə Vəkil1 şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh kassasiya şikayəti isə xx.xx.2024-cü ildə tərtib edilmiş və həmin tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırılmışdır ki, həmin qətnamədən k assasiya şikayəti hazırlanmış, lakin xx.xx.2024cü il tarixdən baş verən elektron məhkəmə sisteminin vəkillər üçün olan şəxsi kabinetdən həmin şikayəti göndərmək mümkün olmamışdır. Bununla əlaqədar Asan imzanın qaynar xətti olan 1847 nömrəsinə və Bakcell mobil operatorunun qaynar xətti olan 555 xidmətinə dəfələrlə zəng edilərək baş verən nasazlığın aradan qaldırılması üçün müraciət edilmişdir. Buna görə də, qanunla müəyyən olunmuş müddətə kassasiya şikayəti verməmişdir. Hazırda elektron məhkəmə sisteminin şəxsi kabinetində olan nasazlıq tam olmasa da nisbətən aradan qaldırılmışdır. Halbuki, onun iş materiallarına əlavə edilmiş etibarnamə və orderin surəti ilə müəyyən edilir ki, həmin kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə tərtib edilməmiş və həmin tarixdə elektron məhkəmə sisteminin və killər üçün olan şəxsi kabinetdə hər hansı xətanın olması belə hazırkı ərizənin təmin olunması üçün heç bir əhəmiyyət kəsb etmir. Belə ki, Cavabdeh tərəfindən ona etibarnamə xx.xx.2024- cü il tarixdə verilmiş, order isə xx.xx.2024-cü il tarixdə yazılmışdır. Göründüyü kimi, Cavabdeh tərəfindən vəkilə etibarnamə verilərkən, artıq qətnamədən kassasiya şikayəti vermə müddəti ötürülmüş və cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülmə səbəbinin elektron məhkəmə sistemində yaranan nasazlıqla əlaqələndirmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizənin təmin olunmasını xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlillərinə görə, məhкəmə işdə оlаn оrdеrin tаriхinə və еtibаrnаmənin tаriхinə əsаslаnsа dа, qеyd оlunаn sənədlər оnlаrın tərtib еdilmə müddətini göstərir. Yəni, apеllyаsiyа məhкəməsində vəкil оlduğundаn kаssаsiyа şiкаyətinin göndərilməsində еlекtrоn sistеm işləmədiyindən, tərəfin mürаciətinin irаdə ifаdəsinə uyğunluqlа bаğlı məhкəmə düzgün qiymətləndirmə аpаrmаmışdır. Bеlə кi, cаvаbdеh mürаciət еtsə də, şiкаyətin göndərilməsi mümкün оlmаdığındаn, оnunlа müqаvilə bаğlаnmаsı mümкün оlmаmışdır. Еtibаrnаmənin zəruriliyi isə sоnrаdаn, sənədin göndərilməsi zаmаnı bəlli оlduğundаn еtibаrnаmə həmin müddətdə аlınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Ka ssasiya şikayətinə qarşı iddiaçının etirazında şikayətin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkə mə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Ma ddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş h esab edilir; Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
15. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun qərarları "X1 şi kayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 13 fevral 2007-ci il tarixli Qərar: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş mə hkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərar: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hə rəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı: “Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və x üsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərə k, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.
22. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də qanunvericiliklə bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu qəbil məhdudiyyətlərdən biri MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə və qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən müvafiq olaraq 2 ay və 10 gün müddətlərində verilməsi müəyyən olunmuşdur.
23. Məhkəmə kollegiyası bildirir ki, qanunla nəzərdə tutulan prosessual müddətin cavabdeh tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir.
24. Bütün bunlar da prosessual müddətin cavabdeh tərəfindən üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.
25. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
26. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1915/2023 nömrəli iş üzrə 22 fevral 2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.