Məhkəmə qərarları › İş №2(102)-1702/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1702/2023

17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi, iddianın ona cavab verməli olmayan şəxsə qarşı təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 17 aprel 2023-cü il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, 43 saylı mənzil MA seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.

2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83, 46 saylı mənzil MA seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir.

3. X4 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin direktorunun xx.xx.2015-ci il tarixli 140 saylı “cari təmir işlərinin aparılması”na dair razılıq məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində suvaq işlərinin aparılmasına, qapı və pəncərənin dəyişdirilməsinə, rəngsaz işlərinin aparılmasına, qaynaq işlərinə, döşəmənin dəyişdirilməsinə, sanit ar xətlərin təmirinə və tavanın dəyişdirilməsinə icazə verilmişdir.

4. X4 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin Cavabdeh1 ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinin sakini İddiaçı mənzilində mətbəx və sanitar-qovşağına üst mərtəbədən su sızmasına dair müraciəti ilə əlaqədar mütəxəssislər tərəfindən araşdırmalar aparılmış və sözügedən ünvanda mətbəx və sanitar qovşağa su sızması Cavabdeh1 icazəsiz quraşdırdığı eyvanın döşəməsndə hidroizolyasiya qatının düzgün aparılmaması səbəbindən baş verdiyi müəyyənləşdirilmişdir.

5. Mübahisə cavabdehin mənzilindən iddiaçının mənzilinə dəymiş ziyan və həmin ziyanın ödənilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) iddia ərizəsi (iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10000 manat maddi və mənəvi zərərə görə pul tutulması və onun mənzilinin mətbəx və sanitar qovşağının üzərində inşa edilmiş tiklinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsi Mənzil Kommunal və Təmir Xidməti iddia ərizəi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, mənzil 43-də yaşayır. Həmin b inanın 4-cü mərtəbəsində yaşayan cavabdeh neçə müddətdir ki, bir mərtəbə aşağıda olan iddiaçının mənzilə su axıdır. Uzun illər Azərbaycan xalqının milli adət-ənənəsini nəzərə alan iddiaçı dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Artıq bu mübahisənin məhkəmə müstəvisində həll edilməsindən başqa yol qalmadığı üçün cavabdehdən məhkəmə qaydasında mülki zərərin əvəzinin ödənilməsi və inşa edilmiş tikilinin sökülməsini zəruri hesab edir.

9. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Sonuncu dəfə 05 yanvar 2016-cı il tarixdə iddiaçını mənzilinə su sızması baş vermişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi Mənzil-kommunal və Təmir Xidmətinə mür aciət etmiş və 11 yanvar 2016-cı il tarixdə həmin Xidmət tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir. Çünki, cavabdehin bu hərəkəti iddiaçının çox gərgin mənəvi və psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

12. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş zərərin səbəblərinin müəyyən edilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli, 19971 saylı ekspert rəyinə əsasən cavabdehə məxsus mənzilə mansard mərtəbəsinin pəncərəsinə ba xış zamanı (cavabdeh ekspert baxışı zamanı iştirak etməyib) iddiaçının mətbəx otağının üzərində cavabdehə məxsus mənzilin eyvan tikilisi yerləşir. Eyvan tikilisinin üzəri açıqdır. Eyvana yağan yağış sularının döşəmənin üzərində qalmaqla, həmin döşəmədə yağış sularının yer səthinə ötürülməsi üçün trapın olması müəyyən edilmədi. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinin cavabdehin mənzilinin altında yerləşməsi, 43 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu, həmin qüsurların su sızmaya aid olduğu nəzərə alınaraq suyun cavabdehə məxsus mənzildən 43 saylı mənzilə sızması müəyyən edildi. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzi linə suyun sızması halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləğinin 1850 manat olduğu müəyyən edildi. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə suyun sızmasına səbəb həmin mənzilin üst mərtəbəsində yerləşən cavabdehə məxsus mənzilin üstü açıq tipli eyvanının döşəməsində trapın olmamasıdır.

14. İddiaçı iddia ərizəsində sökülməsini tələb etdiyi hissəyə baxılıb araşdırılması məqsədilə ekspertiza keçirilməsi barədə vəsatət vermişdir.

15. Birinci instansiya məhkəməsi 22 noyabr 2016-cı il tarixli qərardadla yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzi 20 fevral və 21 aprel 2017-ci il tarixli məktublarla eksp ertiza aparmaqdan imtina etdiyini, imtinanın əsası kimi cavabdeh tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmamasını göstərmiş, bu barədə müvafiq akt tərtib edilmişdir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-240/2017 saylı, 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən vurulmuş maddi zərərə görə 1850 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 2850 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zaur Əliyev)

18. Birinci instansiya məhkəməsi ilk növbədə iddianın “maddi və mənəvi zərərin ödənilməsi” hissəsinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edib ki, iddiaçı Mülki Məcəllənin 1096.1, 1097.1 və 1111.2-ci maddələrinə əsasən cavabdehdən maddi və mənəvi zərə ödənilməsini tələb edə bilər.

19. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinadən göstərib ki, binadan nəyinsə axıdılması zamanı zərər vuran şəxsin məsuliyyət daşıması üçün bu şərtlər olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), şəxsiyyət və ya əmalka dəymiş zərər, həmin zərərin binanın (mənzilin, yaxud otağın) lazımi qaydada saxlanılmamasından irəli gəlməsi, yəni əməllə zərər arasında uyğun səbəbli əlaqə, məsuliyyətə səbəb olan binanın (mənzilin, yaxud otağın) cavabdehin mülkiyyətində və ya hər hansı formada sahibliyində olması.

20. Birinci instansiya məhkəməsi xüsusi olaraq vurğulayıb ki, binadan suyun axıdılması nəticəsində müvafiq otağı tutan şəxsin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır, yəni bu halda zərər vuranın mülki-hüquq məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin müəyyən edilməsinə (və ya araşdırılmasına ) ehtiyac yoxdur.

21. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən hesab edib ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 43 saylı mənzilinə cavabdehə məxsus (eyni zamanda onun yaşadığı) həmin binanın 46 saylı mənzilindən müxtəlif texniki səbəblərdən su axması, bunun nəticəsində iddiaçıya zərər dəyməsi iddiaç ının izahatı ilə yanaşı, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi, “İçərişəhər” X4 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin xx.xx.2016-cı il tarixli V-01/05/05 saylı məktubu ilə təsdiqlənir.

22. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsi hallarının aşkar edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalıdır. Zərərin məbləği isə ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək, 1850 manat müəyyən edilməlidir.

23. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə dəfələrlə şərait yaradılmamasını nəzərə alıb, MPM-nin 97.5-ci maddəsini rəhbər tutaraq, belə nəticəyə gəlib ki, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilində inşa edilmiş tikili inşaat-tikinti və texniki təhlükəsizlik norma və qaydalarına uyğun olmayan özbaşına tikilidir və o, 43 saylı mənzilin mülkiyyətçisi olan iddiaçının öz əmlakından təyinatı üzrə istifadə etməsinə maneçilik yaradır. Bu baxımdan, hazırkı mülki işdə MM-nin 157.4-cü və 180-ci maddələrinin dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının “Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin Cavabdeh1 hesabına sökülməsi tələbi də haqlı sayılmalı və təmin etməlidir.

24. Mənəvi zərər tələbi ilə bağlı birinci instans iya məhkəməsinin mövqeyi belə olub ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus olan mənzildən su axıdılması, özbaşına tikili inşası ilə ona maneçilik törədilməsi, habelə bunların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur və işin halları nəzərə alınmaqla bu məbləğ 1000 manat müəyyən edilməlidir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.4, 180, 1096.1, 1097.1, 1111.2, Mülki Prosessual Məcəllənin 14.2. 77, 88 və 97-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Cavabdeh apelly asiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iclasında cavabdehin iştirakı təmin olunmamışdır; - ekspertiza keçirilməsi barədə cavabdehin məlumatı olmamış, bununla bağlı onun qapısı döyülməmişdir; - məhkəmə qətnaməsində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tiklinin cavabdehin hesabına sökülməsini qeyd etsə də, həmin tikilidə cari təmir işlərinin aparılmasına xx.xx.2015-ci ildə X4 Qoruğu İdarəsinin Mənzil Kommunal və Təmir Xidməti İdarəsinin direktorunun 140 saylı razılıq məktubu var; - iddiaçının sonradan inşa etdiyi eyvanın qanuna uyğun qaydada inşa edilib edilməməsi barədə ekspert qarşısında sual qoylmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2018-ci il tarixli qərardadla təkrarəlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş və bunun səbəbi kimi cavabdehin mənzilinin texniki pasportunun təqdim edilməməsi və tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi barədə vəsatətin təmin edilməməsi göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi 05 sentyabr 2018-ci il tarixli protokolqərardadla işi yenidən rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 46 saylı mənzilinin ilkin vəziyyətini əks etdirən texniki pasportdan kənar, mənzilin qarşısında və ona bitişik vəziyyətdə uzunluğu 8,33 m, eni 2,5 m ölçüdə olan, bir hissəsi üstü örtülü açıq eyvanın inşa olunduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 və 46 saylı mənzillərinə, o cümlədən 46 saylı mənzilin texniki pasportunda öz əksini tapmayan açıq eyvanına xaricdən (çöldən) baxış keçirilən zaman, mübahisəli eyvanın faktiki olaraq 43 saylı mənzilin bir hissəsinin, yəni 43 saylı mənzilin texniki pasportu üzrə 3 saylı mətbəxin, 4 saylı dəhlizin və 6 saylı sanitar qovşağının damı ilə təmasda olmadığı müəyyən edilmişdir. İlkin ekspertiza rəyində 43 saylı mənzilin sahəsi 8,64 kv.m olan yaşayış otağına, sahəsi 16,0 kv.m olan mətbəxinə və 4,87 kv.m olan sanitar qovşağına üst mərtəbədən suyun sızma sı qeyd olunmuşdur. Lakin su sızma baş vermiş həmin tikililərin texniki pasportunda əks olunub-olunmaması barədə məlumat ekspert rəyində əks olunmamışdır. Eyni zamanda təkrar ekspertiza baxışı zamanı 43 saylı mənzilə baxışın keçirilməsinə iddiaçı tərəfindən zəruri şərait yaradılmamışdır. Bu səbəbdən də, 43 saylı mənzilə suyun texniki pasportda nəzərdə tutulmuş hissəyə, yoxsa, texniki pasportda nəzərdə tutulmayan hissəyə sızmasını müəyyən etmək mümkün olmamışdır. İlkin ekspert rəyində 43 saylı mənzilə suyun sızmasının səbəbinin cavabdehə məxsus 46 saylı mənzilin açıq eyvanının döşəməsində trapın olmaması göstərilmişdir. Lakin cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmışdır. Belə olan halda suyun məhz trapı n olmaması səbəbindən sızması istisna olunur. Suyun sızması müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, döşəmələrin izolyasiya qatının keyfiyyətsiz olmasından yarana bilər. Bu səbəbdən də, iddiaçının 43 saylı mənzilinə suyun sızmasının 46 saylı mənzillə, o cümlədən mənzilin hər hansı bir hissəsi ilə əlaqəsinin olub-olmamasını müəyyən etmək mümkün deyildir.

31. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin natamam olması əsası ilə 22 yanvar 2019-cu il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

32. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılmasından imtina etmiş və buna səbəb kimi, iddiaçını bir neçə dəfə ekspertiza tədqiqatında iştirak etməməsini göstərmişdir.

33. İşin apellyasiya baxışı zamanı cavabdeh tərəfindən ona məxsus olan mənzilin Cavabdeh2 satılması müəyyən edildiyi üçün apellyasiya instansiyası məhkəməsi 29 mart 2022-ci il tarixli iclas protokolunda Cavabdeh2 tikilinin sökülməsi hissəsində cavabdehin prosessual hüquq varisi kimi işə cəlb etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinin natamam olması əsası ilə 12 aprel 2022-ci il tarixli qərardadla yenidən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.

35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2736 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 43 saylı mənzilinə baxış keçirilərkən 43 saylı mənzilə dair texniki pasportun məluma tları ilə mənzilin faktiki vəziyyəti ilə müqayisə aparılan zaman mənzilin daxilində yerləşən tikililərin (mənzilin hüdudları daxilində) yerlərinin dəyişdirilməsi kimi halların olduğu müəyyən edilmişdir. Lakin 43 saylı mənzilin daxilində əlava tikililərin yaradılmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilinin qapısı bağlı olduğundan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 43 saylı mənzilinə suyun sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilində təmir işləri aparıldığından mənzilin daxilində qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Lakin tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı e vin 43 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurlar və onların bərpa olunmasına dair smeta ilkin ekspertiza rəyində göstərilmişdir.

36. Birinci instansiya məhkəməsində iş üzrə üçüncü şəxsin nümayəndələri bildirmişlər ki, cavabdehin mənzilində yerləşən mübahisəli eyvan daşınmaz əmlakın dövlət reyestrində, texniki pasportda və mənzilin planında nəzərdə tutulmayıb və qanunsuz tiklidir. Qoruq tərəfindən həmin tikiliyə icazə verilməmişdir.

37. Birinci instansiya məhkəməsində sonuncu rəyi verən ekspert bildirib ki, müvafiq ekspertiza aparılması məqsədilə həmin ünvanda əvvəllər də olub. Mübahisəli eyvan təqdim edilmiş texniki pasportda öz əksini tapmayan tiklidir, həmin eyvan heç bir hüquq müəyyənedici sənədlə təsdiqini tapmır.

38. Birinci instansiya məhkəməsi yerli baxış da keçirm işdir.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10/22 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov)

40. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyindən də göründüyü kimi, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi verilərkən həmin rəydə 43 saylı mənzilə suyun sızmasının səbəbinin cavabdehə məxsus 46 saylı mənzilin açıq eyvanının döşəməsində trapın olmaması göstərilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, məhkəmə tikinti-texniki e kspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi ilkin olaraq verildiyindən həmin ekspertiza zamanı müəyyən edilmiş hallara istinad edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 25129 saylı ekspert rəyində də ilkin ekspertizanın müəyyən etdiyi hallar əksini tapmışdır. Həmçinin açıq-aşkar görünür ki, ilkin ekspertizadan sonra cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmışdır. Bu trapların sonrada quraşdırılması cavabdehi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyətdən kənar etmir.

42. İş materiallarından görünür ki, üçüncü dəfə ekspertiza keçirilən zaman xx.xx.2022- ci il tarixli 10/2736 saylı ekspert rəyi verilərkən ilkin ekspertiza rəyinin nəticələrinə istinad edilməsinə bir növ məcburiyyət yaranmışdır. Belə ki, sonuncu rəydən görünür ki, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilinin qapısı bağlı olduğundan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilinə suyun sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 2022-ci ildə artıq Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilində təmir işləri aparıldığından ekspert tərəfindən həmin mənzilin daxilində qüsurların mövcud olmadığı müəyyən edilmişdir. Lakin buna baxmayaraq ekspert rəyində tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 43 saylı mənzilində su sızma nəticəsində əmələ gəlmiş qüsurların və onların bərpa olunmasına dair smetanın ilkin ekspetiza rəyində göstərilməsinə istinad edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi ekspertiza rəylərinə işin digər sübutları ilə birgə qiymət verərək hesab edib ki, ilk və sonuncu ekspert rəyləri Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzilində su sızma nəticəsində vurulan ziyanla bağlı sübut növü kimi qəbul edilməlidir. Belə ki, ikinci rəydə artıq ilkin rəydə əksini tapmamış hallara (trapın quraşdırılması) istinad edilmiş və ekspertiza baxışı zamanı 43 saylı mənzilə baxışın keçirilməsinə iddiaçı tərəfindən zəruri şərait yaradılmamasına baxmayaraq, cavabdehin mənzilinin qarşısında və ona bitişik vəziyyətdə yerləşən açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılmasına istinad edərək suyun məhz trapın olmaması səbəbindən sızmasının istis na olunmasını, suyun sızmasının müxtəlif səbəblərdən, o cümlədən boru xətlərində yaranan qəzadan, əmələ gələn qüsurlardan, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmadan, döşəmələrin izolyasiya qatının keyfiyyətsiz olmasından yarana bilməsini, bu səbəbdən də, iddiaçının 43 saylı mənzilinə suyun sızmasının 46 saylı mənzillə, o cümlədən mənzilin hər hansı bir hissəsi ilə əlaqəsinin olub-olmamasını müəyyən etməyin mümkün olmaması kimi qənaətə gəlinmişdir.

44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verməsi hallarının aşkar edilmədiyini nəzərə alaraq düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşımalıdır və zərərin məbləği ilkin ekspert rəyi digər sübutlarla yanaşı qiymətləndirilərək 1850 manat müəyyən edilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin sökülməli olması ilə bağlı gəldiyi nəticə ilə də razılaşıb və əlavə olaraq qeyd edib ki, mahiyyəti üzrə düzgün, qanuni və əsaslı olan qətnamə qəbul ediləndən sonra keçən dövr ərzində Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verdiyi və ona qarşı qaldırılmış iddianın hüquqi taleyi tam məlum olmadığı halda xx.xx.2020-ci ildə mənzilini Cavabdeh2 alğı-satqı müqavi ləsi əsasında satdığı üçün, sonuncunun 46 saylı mənzilin mülkiyyətçisi kimi iş üzrə prosessual varis kimi cəlb edilməsi zərurəti yaranmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, hazırda halda artıq 46 saylı mənzilinin mülkiyyətçisi dəyişsə də, inşa edilmiş özbaşına tikilinin sökülməli olması ilə bağlı məsuliyyət əvvəlki mülkiyyətçi Tamila Quliyevanın üzərində qalır.

47. Apellyasiya instansiyası məhkəməsi 46 saylı mənzildə inşa edilmiş özbaşına tikilinin sökülməli olmasına dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşarkən eyni zamanda məhkəmənin müəyyən etdiyi hallardan əlavə, apellyasiya baxında təqdim edilmiş “İçərişəhər” X4 Qoruğu İdarəsinin 46 saylı ünvanla bağlı arayışın məzmununa və yerində müayinəsinin nəticələrinə əsaslanıb.

48. Apellyasiya instansiyas ı məhkəməsi hesab edib ki, Tamila Quliyeva artıq 46 saylı mənzilin mülkiyyətçisi olmasa da, həmin mənzildə aparılan onun tərəfindən birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi inşa edilmiş tikili inşaat tikinti və texniki təhlükəsizlik norma və qaydalarına uyğun olmayan özbaşına tikili nə qədər ki, 43 saylı mənzilin mülkiyyətçisi İddiaçı öz əmlakından təyinatı üzrə istifadə etməsinə maneçilik yaradır, həmin tikilinin Cavabdeh1 hesabına sökülməsi tələbi haqlı sayılmalıdır.

49. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, 46 saylı mənzilin yeni mülkiyyətçisi, yəni, mənzili orada inşa edilmiş tikili inşaat tikinti və texniki təhlükəsizlik norma və qaydalarına uyğun olmayan özbaşına tikili ilə birlikdə əldə etmiş Cavabdeh2 qanunsuz tikilinin sökülməsi ilə bağlı mənzilinə də yən zərərlə bağlı Cavabdeh1 qarşı müvafiq iddia qaldıra bilər.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi zərərlə bağlı mövqeyi ilə də razılaşaraq göstərib ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus olan mənzildən su axıdılması, özbaşına tikili inşası ilə ona maneçilik törədilməsi, habelə bunların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur və işin halları nəzərə alınmaqla bu məbləğ 1000 manat müəyyən edilməsi düzgün olmuşdur.

51. Apellyasiya instansiyası məhkəməsi apellyatorun birinci instansiya məhkəməsinin i clasında iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərib ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdedhə lazımi qaydada məlumat verilməməsinə dair dəlillər öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

53. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faktiki olaraq zərərin konkret olaraq cavabdeh tərəfindən, yəni cavabdehin mənzilindən axdığı suyun iddiaçının mənzilinə tökülməsini təsdiq edən mötəbər sübutların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2 016-cı il tarixli rəyini mötəbər hesab etməyən apellyasiya məhkəməsi apellyasiya baxışında bir neçə dəfə ekspertiza təyin etmiş və hər dəfə ekspertlərə hər iki mənzilə baxış keçirilməsinə imkan yaradılmamışdır. Ekspert tərəindən baxış keçirilməsinə iddiaçının özü tərəfindən də şərait yaradılmamışdır. Sonradan ekspertlər tərəfindən aparılmış baxış zamanı birinci ekspert rəyindən fərqli olaraq su sızmasının məhz trapın olmaması səbəbindən istisna olunduğu qeyd edilmişdir. Qətnamənin əsaslandrıcı hissəsindən görünür ki, məhkəmə biri digərinə zidd olan rəylər və arayışlar əsasında iddiaçıya cavabdeh tərəfindən zərər vurulması barədə nəticəyə gələ bilməmiş və bu səbəbdən həmin uyğunsuzqları və ziddiyyətləri aradan qaldırmaq üçün ekspertiza təyin etmiş, lakin sonradan hər şeyin əksinə olaraq i lkin rəyi əsas kimi qəbul etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsi qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində qeyd edilsə də, həmin maddədə nəzərdə tutulmuş şərtlərlə, yəni hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin nədən ibarət olmasını təsdiq edən sübutlar işə əlavə edilməmiş, əmlakından məhrum olması dedikdə isə, hansı əmlakından məhrum olması göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzə rdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştira k etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndir ilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

56. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yox layır.

57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən vurulmuş maddi zərərə görə 1850 manat və mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 2850 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlib.

59. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş maddi, eləcə də bununla bağlı mənəvi ziyanın əvəzinin ödənilməsi barədədir.

60. İşin həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tər əfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olmuş mənzilindən su sızması nəticəsində ziyan dəymişdir.

61. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur. Çünki həmin normaların dispozitiv şərtləri iddianın təmini üçün əsas vermişdir.

62. Məhkəmə kollegiyası ekspertiza rəyləri arasında ziddiyyət olmasına, bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin təkrar ekspertizalar təyin etməsinə və buna baxmayaraq, məhkəmənin nəticədə ilk ekspert rəyini əsas götürməklə səhvə yol verməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir.

63. Belə ki, işdən görünür ki, işdə üç ekspert rəyi və bu rəylər arasında uyğunsuzluq olsa da, apellyasiya instansi yası məhkəməsi həmin rəylərə qiymət verib və nəyə görə xx.xx.2016-cı il tarixli 19971 saylı ilkin rəyə istinad edilməli olmasını qətanamədə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 19971 saylı rəyi ilkin olaraq verildiyindən həmin ekspertiza zamanı müəyyən edilmiş hallara istinad edilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, ikinci rəydə açıq eyvanın döşəməsinin üzərində iki yerdə trap quraşdırılması göstərilsə də, bu trapların sonradan quraşdırılması cavabdehi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən su axması nəticəsində iddiaçıya vurulmuş zərərə görə məsuliyyətdən kənar etmir. (bax:41-43-cü bəndlər)

64. Bundan başqa, işdən görünür ki, birinci ekspert rəyindən sonra birinci instan siya məhkəməsi yenidən ekspertiza təyin etsə də, cavabdeh ekspertiza tədqiqatında iştirak etməkdən yayındığı üçün Mülki Prosessual Məcəllənin 95.7-ci maddəsinin tətbiqi də düzgün olmuşdur.

65. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 1000 manat pul tutulması barədə gəlinən nəticə də işin halları baxımından əsaslı və qanuni olmuşdur. Həmin tələblə bağlı işin müəyyən edilmiş hallarına görə iddiaçının mülkiyyətində olan mənzilə cavabdehə məxsus olan mənzildən su axıdılması, özbaşına tikili inşası ilə ona maneçilik törədilməsi, habelə bunların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməməsi faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üç ün kifayət edir. (bax:50-ci bənd)

66. Bu baxımdan, iddianın qeyd edilən hissələrdə təmin edilməsi barədə gəlinən nəticə qanuni və əsaslı olduğu üçün həmin hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas yoxdur.

67. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin cavabdeh T.Qulyevanın hesabına sökülməsi barədə iddianın təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməyib.

68. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilini Cavabdeh 1 xx.xx.2020ci ildə Cavabdeh2 alğı-satqı müqaviləsi əsasında satıb. Hətta işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi 29 mart 2022-ci il tarixli iclas protokolunda mənzilin yeni mülkiyyətçisi Cavabdeh2 tikilinin sökülməsi hissəsində Cavabdeh1 prosessual hüquq varisi kimi işə cəlb etmişdir. (İ cild, i.v. 271)

69. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

70. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 tikilinin sökülməsi hissəsində Cavabdeh1 prosessual hüquq varisi kimi işə cəlb etsə də, sonda yenə də həmin iddianın Cavabdeh1 qarşı təmin edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini qüvvədə saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Bir halda ki, apellyasiya məhkəməsi tikilinin sök ülməsi hissəsində Cavabdeh1 mənzilin yeni mülkiyyətçisi olan prosessual hüquq varisi Cavabdeh2 ilə əvəz edib, bu da o deməkdir ki, Cavabdeh1 həmin hüquq münasibətində sıradan çıxıb və həmin tələb üzrə artıq cavabdeh deyil, belə olan təqdirdə də, həmin tələb prosessual hüquq varisi olan Cavabdeh2 münasibətdə yoxlanılmaqla qiymət verilməli idi. Prosessual hüquq varisliyi ilə bağlı məsələni nizama salan Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə görə prosessual hüquq varisliyinə o halda yol verilir ki, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxmış olsun.

71. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, hazırda 46 saylı mənzilinin mülkiyyətçisi dəyişsə də, inşa edilmiş özbaşına tikilinin sökülmə li olması ilə bağlı məsuliyyət əvvəlki mülkiyyətçi Tamila Quliyevanın üzərində qalır.

72. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlməklə, inşa edilmiş tikilinin sökülməsi barədə iddianı faktiki olaraq həmin iddiaya cavab verməli olmayan şəxsə qarşı təmin etmişdir ki, bu da MPM-in 50.3-cü maddəsinin işdə cavabdeh olmalı olan şəxslə bağlı tələbin pozulması deməkdir.

73. Həmçinin apellyasiya instansiyası məhkəməsi inşa edilmiş tikilinin sökülməsi barədə təmin edilən tələb üzrə cavabdehi prosessual hüquq varisi ilə əvəz etməsinə baxmayaraq, həmin hissədə iddianı yenə də ilkin cavabdehə (mənzilin köhnə mülkiyyətçisinə) qarşı qüvvədə saxlamaqla qətnamənin gələcəkdə icrasının da mümkünsüzlüyünə şərait yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, ə mri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (MPM, 15.2-ci maddə)

74. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin cavabdeh T.Qulyevanın hesabına sökülməsi barədə iddianın təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin prosessual pozuntuya yol vermişdir.

75. Mülki Prosessual Məcəlləni n 418.3-cü maddəsinə görə də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

76. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uy ğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

77. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 saylı evin 46 saylı mənzilində inşa edilmiş özbaşına tikilinin Cavabdeh1 hesabına sökülməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin, qətnamə qalan hissədə d əyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar