Məhkəmə qərarları › İş №2(102)-1708/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1708/2023

11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1708/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh İcbari Tibbi Sığorta və Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta və Dövlət Agentliyinə qarşı “tibbi sığorta şəhadətnaməsinin ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7996/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməyə əsasən, İddiaçı sağlamlığı icbari qaydada sığortalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X6" X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmiş və müharibə zamanı yaxınlığında partlayan düşmən mərmilərinin partlamasından barotravma almış, bunun nəticəsində isə səhhətində “Tinnitus” xəstəliyi yaranmışdır. Bundan başqa, burun “çəpər əyriliyi və septoplastika” cərrahi əməliyyatının uğursuz nəticə verməsinə görə sol burun borusunda sinexiya və burun üzərində şişlər, döyənəklər yaranmışdır. Göstərilən xəstəliklərinin müayinə və müalicəsi üçün dəfələrlə cavabdehə ünvanlanmış müraciətləri müsbət həll olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli sonuncu cavab məktubunda müalicəsi üçün “YAŞAT” fonduna müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh iddiaçını müalicə və müayinə olunması üçün başqa bir orqana yönləndirirsə, demək onun icbari tibbi siğortaya ehtiyacı yoxdur. İcbari tibbi siğorta şəhadətnaməsinin ləğv edilməsi üçün cavabdehə ünvanlanmış müraciətinə baxılmamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(006)608/22 nömrəli qətnaməsi ilə (hakim A.İbadza də) iddia rədd edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı icbari tibbi sığorta şəhadətnaməsinin ləğv edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı şəhadətnamənin ləğv edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-1.1, 1-1.3, 15-1.0-cı maddələrinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli, 2(006)-608/2022 saylı qətnaməsindən apellyasiya şikayəti v ermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov) 2(103)-7996/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2022-ci tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "İcbari Tibbi Sığorta X6" X5rşı “icbari tibbi sığorta şəhadətnaməsinin ləğv olunması” tələbinə dair işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi, cavabdeh inzibati akt qəbul etmək səlahiyyəti olan hüquqi şəxsdir və İddiaçı cavabdeh “İcbari Tibbi Sığorta X6 ” X3 müraciətinə münasibətdə hərəkətini (hərəkətsizliyini) mübahisələndirir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

11. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 2.2.3, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə, Mülki Prosessual Məcəllənin 153.2, 261, 384.0.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil Vilayət oğlu) kassasiya şikayəti verərək, apelly asiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarında hazırkı iş üzrə cavabdeh olan “İcbari Tibbi Sığorta X6” Publik Hüquqi şəxs inzibati orqan kimi göstərilməmişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi cavabdeh “İcbari Tibbi Sığorta X6” X7 inzibati orqan olması ilə bağlı səhv nəticəyə gəlmiş və əsassız olaraq iş üzrə icraata xitam vermişdir. Cavabdeh publik hüquqi şəxs inzibati orqan olmadığından hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıd ır. Apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasının tələblərini pozmuş, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə

41. Sağlamlığın qorunması hüququ I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. “Tibbi sığorta haqqında” Qanun

16. Maddə 2.1. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

17. Maddə 15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir. “Publik hüquqi şəxslər haqqında” Qanun

18. Maddə 2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. 19. 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. İcbari Tibbi Sığorta üzrə X1 20. 2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və s ığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir. 21. 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:... 2.2.2. əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi

22. Maddə 2.2.2 və 2.2.3.İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), eləcə də inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

25. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

26. Maddə 261.0.1.İş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.

27. Maddə 391.Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamı ş saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayət ində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə inzibati məhkəmədə baxılması əsası ilə mülki iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

33. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrindən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) v ə digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur.

34. Nəzərə alınmalıdır ki, iddianın predmetini icbari tibbi sığorta şəhadətnaməsinin ləğv olunması təşkil edir.

35. İcbari tibbi sığorta şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən elektron informasiya sistemində elektron sənəd şəklində yaradılır və sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən sənəddir.

36. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyə ti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

37. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda “İcbari Tibbi Sığorta X6” X7 adı inzibati orqan kimi qeyd olunmamışdır. Lakin həmin təsnifatın V bölməsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də təsnifata daxil edilmişdir.

39. Baxılan iş üzrə cavabdeh p ublik hüquqi şəxsdir. Publik hüquq dedikdə – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Publik hüquqi şəxs isə, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan təşkilatdır. “İcbari Tibbi Sığorta X6” Publik Hüquqi şəxs də tibbi sığorta təminatları ilə bağlı ictimai əhəmiyyətli funksiyanı yerinə yetirdiyinə görə, baxılan iddia tələbi üzrə münasibətlər publik hüquq sahəsinə aiddir və apelyasiya instansiyası məhkəməsi haqlı olaraq verilmiş tələb inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə qənaətinə gəlmişdir.

40. Qərardadın ləğv olunması üçün əsaslar yoxdur.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 416- 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7996/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar