Məhkəmə qərarları › İş №2(102)-1709/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1709/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1709/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlunun məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak hüququnun tanınması və ya maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1790/2023 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia qaldıraraq, satınalma yolu ilə əldə edilən JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında sərhədləri göstərilmiş torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması və ya həmin torpaq sahəsinin əldə olunmasından ötrü ödənilmiş 5000 manat məbləğində nağd pulun və iddia verilməsi üçün ödənilmiş 71 manat pulun alınıb onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İmişli Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 21 iyun 2023-cü il tarixli, 2(036)-1433/ 2023 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 5000 manatın və 71 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi qət edilmişdir.

3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 30 noyabr 2023-cü il tarixli, 2(106)-1790/2023 nömrəli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh apellayasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

6. Apellyasiya instansiya məhkəməsinin 2(106)-1790/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetinə 02 dekabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh və onun vəkili Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayəti 20 fevral 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən 2 ay müddətində veril məli olduğu halda, 2 ay 17 gün keçdikdən sonra, 20 fevral 2024-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Eyni zamanda kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.

8. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin adından verilmiş kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 101.1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 130.1, 130.3-cü maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərard adının ləğv olunmasını xahiş etmişdir.

11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi alıb, xx.xx.2024-cü il tarixdə elektron qaydada kassasiya şikayəti vermişdir. Cavabdeh hesab etmişdir ki, müddət bitməmiş kassasiya şikayətini göndərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarıl ır.

15. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.

16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birli kdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 18. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bi lər.

22. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...

23. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırda cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə t utur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

30. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəl lənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

31. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə 02 dekabr 2023-cü il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti verilməsi müddəti həmin vaxtdan başlanmış, lakin cavabdehin kassasiya şikayəti 20 fevral 2024-cü il tarixdə elektron qaydada təqdim edilmişdir. Kassasiya şikayəti qanunla müəyyən edilən müddət ötürməklə verilmiş və prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir.

32. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müd dət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1790/2023 nömrəli, 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar