Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-171/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 (Şahid2 Cəfər oğlu mübahuisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-171/2024 (Açar sözlər: müqavilə üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı (Şahid2 Cəfər oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilə üzrə borcun tutulması ” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1340/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsus olmuşdur.
2. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xx.xx.2014-cü il tarixə olan vəziyyətdə X3 20 pay və Şahid2 Əlicəfər oğlu 280 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləri olmuşlar. 3. 12 may 2014-cü il tarixli 1 saylı əmrə əsasən Nümayəndə təsisçilər tərəfindən İddiaçı MMC-nin direktoru təyin edilmişdir. İddiaçı MMC-nin təsisçilərinin 27 may 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1.686,50 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin, 1,1028 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 satılması və əmlakın satılmasının MMC-nin direktoru Nümayəndə həvalə edilməsi qərara alınmışdır. 4. 29 may 2014-cü il tarixl i daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1.686,50 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) həmin qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin) 1.1028 ha torpaq sahəsi ilə birlikdə 100.000 manata alıcı Cavabdeh1 sataraq, onun mülkiyyətinə vermişdir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən adı çəkilən əmlak kompleksi xx.xx.2014-cü il tarixdən mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır.
6. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMCnin xx.xx.2016-cı il tarixdən hazıradək Nümayəndə 280 pay və Şahid1 20 pa y nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləridir.
7. Nümayəndə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə 376.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 verməyi, sonuncu isə krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
8. Nümayəndə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Nümayəndə 91.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 verməyi, sonuncu isə krediti 9.1.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Nümayəndə iddiasının qismən təmin edilməsi, Cavabdeh1 09 oktyabr 2017-ci il tarixli borc mü qaviləsinə əsasən qaytarılmamış 91.000 ABŞ dolları məbləğində borcun tutularaq, iddiaçı Nümayəndə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı (bundan sonra iddiaçı ə ya MMC) Cavabdeh1 (bundan sonra cavabdeh) qarşı (Şahid2 Cəfər oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qa lan 877.238 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak kompleksi 29 may 2014-cü il tarixli AN-1 nömrəli ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə cavabdehə satılmışdır. Əmlakın dəyəri müqavilədə 100.000 manat göstərilmiş, faktiki 2.500.000 ABŞ dollara razılıq olunmuşdur. Əmlakın dəyəri qismən ödənilmiş, qalan məbləğ isə bu günə kimi ödənilməmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili, iddiaya qarşı etiraz edərək bildirmişdir ki, mübahisəli əmlak kompleksi iddiaçının mülkiyyətində olmuş, alğı-satqı zamanı MMC-nin təsisçiləri Şahid2 Əlicəfər oğlu və X3 olmuşlar. Həmin şəxslərlə cavabdeh arasınd a qarşılıqlı razılıq əsasında MMC-yə məxsus əmlak kompleksi satılmış, dəyəri tam şəkildə ödənilmişdir. Nümayəndə alğı-satqı zamanı cəmiyyətin direktoru olmuş və etibarnamə əsasında çıxış etmişdir. İddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ olmadığından iddia rədd edilməlidir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-120/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nümayəndəı mübahisəli əmlak kompleksinin cavabdehə satılmasından sonra təsisçi olduğuna görə iddiaçı həmin əmlak kompleksi ilə əlaqədar iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Ona görə də, hazırki iddia tələbi də əsassız hesab olunma lı və rədd edilməlidir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64.1, 64.8 və 93.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçı Nümayəndə deyil, İddiaçı MMC-dir. Məhkəmənin Nümayəndə iddiaçı zənn etməklə, subyektiv hüququnun olmamasına istinad etməklə iddanı rədd etməsi tamamilə əsassızdır və qanunsuzdur. Məhkəmə belə qənaətə gələn zaman hüquqi şəxs anlayışı ilə hüquqi şəxsin t əsisçisi anlayışını qarışdırmış, iddiaçının və satıcının təsisçi deyil, hüquqi şəxs olmasına diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi 1 ilə yaxın müddətdə məhkəmə araşdırmasını davam etdirdikdən sonra belə qanunsuz qətnamə qət etməsi iddiaçının prosessual hüquqlarının pozulmasına və məhkəmə süründürməçiliyinə səbəb olmuşdur. Göründüyü kimi, alğı-satqı müqaviləsinin tərəfləri iddiaçı və cavabdehdir. Bundan əlavə, mübahisəli əmlakın alğı-satqı dəyərinin müqavilədə 100.000 manat göstərilməsinə baxmayaraq faktiki olaraq əmlakın dəyərinin 2.500.000 ABŞ dolları olması və əmlakın 2.500.000 manata satılmasının razılaşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh mübahisəli əmlakın alğı-satqı dəyərinin 2.500.000 ABŞ dolları olduğunu etiraf etdiyindən iddiaçı olaraq sübut etmə vəzi fəsindən azadıq. Cavabdehin etirafı məhkəmə iclasının video çəkilişində və məhkəmə protokollarında qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasında öz etirazının əsası kimi iki halı - əmlakın dəyəri olan 2.500.000 ABŞ dollarını tam ödəməsini və əmlakı aldığı zaman iddiaçının təsisçisinin Nümayəndə olmamasını göstərmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə qarşı “pul tələbi və qeyri-yaşayış sahəsindən çıxarılma”ya dair iddia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində də göstərmişdir ki, “iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə ilə bağladığı 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, cavabdehə məxsus, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümum i sahəsi 1686,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) 1,1028 ha torpaq sahəsi ilə birlikdə faktiki olaraq 2.500.000 ABŞ dollarına almışdır”. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının öhdəliklərini və vəzifələrini təsisçilər daşımış və yalnız təsisçilərin hazırki iddianı qaldırmaq hüququ olmuşdur. Halbuki, məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxsin əvvəllər əldə etmiş olduğu hər hansı bir tələb hüququnun, onun təsisçisinin kim olmasından asılı olmayaraq, həmin tələb hüququnun yaranmış olduğu andan sonra hüquqi şəxsə rəhbərlik edən istənilən şəxs tərəfindən hüquqi şəxsin adından irəli sürmək hüququ vardır. Yəni hətta Nümayəndə iddiaçıya uzun illərdən sonra da təsisçi və ya direktor təyin edilərdisə, onun iddiaçının ödənilməyən aktivlərini iddiaçının adından tələb etmək hüququ olmuş, iddiaçı öz əmlakını satan zaman Rəhilə Əsədulazadənin MMC-nin təsisçisi olmaması iddiaçını satdığı əmlakın pulunu tələb etməkdən məhrum etməmişdir. Göründüyü kimi məhkəmə belə qənaətə gəlməkdə səhv etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə əsassız və qanunazidd qətnamə qəbul etmişdir. Əslində isə məhkəmə iddiaçının iddia tələbinin əsaslı olmasını, iddia tələbinin cavabdehin etirafı ilə tam olaraq sübuta yetirilməsini görmüş, iddia tələbinin başqa əsasla rədd edilməsinin mümkün olmamasını başa düşüb, iddiaçının hazırki tələblə məhkəmədə çıxış etmək üçün subyektiv hüquqa malik olmamasını əsas gətirmişdir. Məhz bu baxımdan məhkəmə öz qətnaməsində məhkəmə iclasında tədqiq edilən heç bir sübuta qiymət verməmiş, cavabdehin iddianı qismən etiraf edə rək satılan əmlakın dəyəri qismində 2.500.000 ABŞ dolları ödəmək öhdəliyinin olmasını göstərməsinə, lakin etirazının əsası kimi həmin məbləği ödəməsi barədə gətirdiyi dəlillərə toxunmamışdır. Halbuki, cavabdehin məhkəmə iclasında satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər heç biri öz təsdiqini tapmamış, cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmişdir. Məhkəmə isə bu barədə öz qətnaməsində göstərməmiş, cavabdehin aldığı əmlakın dəyərini ödəyibödəməməsinin sübuta yetirilib-yetirilməməsinə toxunmadan qeyri-müəyyən bir qətnamə qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi və ziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksinin müqavilə bağlanan dövr üçün real bazar dəyəri də 2.500.000 – 2.700.000 ABŞ dollarıdır. Bu əmlak Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən təyin edilən və "xxxx" MMC tərəfindən verilən qiymətləndirmə rəyi ilə də təsdiq olunmuşdur. Hazırda iddiaçı cavabdehdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qalıq borcunu – 877.238 ABŞ dolları məbləğində pulu tələb edir ki, həmin məblə ğ 29 may 2014-cü il tarixdə alğı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq halhazıradək ödənilməmişdir. Bundan əlavə, cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, guya R.Əəsədullazadəyə 91.000 ABŞ dolları borcu qalmışdır. Halbuki, həmin borcun hazırki əmlakla əlaqəsi yoxdu, həmin borc xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Bu fakt birinci instansiya məhkəməsinin 2(004)2967/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1681/2021 nömrəliı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır.
18. Apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən məhkəmə- mühasibatlıq və qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmişdir. “Property MMC” tərəfindən verilmiş x x.xx.2021-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 N ünvanında yerləşən, mülkiyyətdə olan 1,1028 ha (110,28 sot) torpaq sahəsi üzərində 1686,5 kv.m. sahəli əmlak kompleksi kimi müəssisənin hazırkı tarixə olan bazar dəyəri 2.145.000 manat və likvid dəyəri 1.823.000 manat müəyyən edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsnini Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadına əsasən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı qe ydiyyat nömrəli seriyası RX N-si ******* olan çıxarışa əsasən (reyestr nömrəsi **********69-12301) Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13 N ünvanda olan "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1686,5 kv.m., torpaq sahəsi 1,1028 ha olan əmlak kompleksi kimi müəssisə (qeyri yaşayış sahəsi) "xxxx" MMC-nin adından çıxış edən qanuni təmsilçi Nümayəndə tərəfindən 29 may 2014-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, İnşaatçılar prospekti, ev 6, mənzil 10-da yaşayan cavabdehə 100.000 (bir yüz min) manata Bakı şəhəri, 54 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən satılmışdır. Bu barədə notarius tərəfindən reyestrdə 4Ə/98 nömrə ilə qeyd aparılmışdır. Rəsmiyyətdə əmlak 100.000 manata sa tılsa da əslində satıcı və alıcı əmlakın 2.500.000 ABŞ dollarına (o vaxtki kurs ilə 1.960.000 manat) satılmasını razılaşmışlar. Bunu hər iki tərəf, iddiaçı və cavabdeh audit yoxlamasına verdikləri izahatlarında da təsdiq ediblər. Cavabdeh audit yoxlamasına verdiyi izahatında bildirmişdir ki, satıcı iddiaçı ilə aralarında qeyri rəsmi razılaşdırılmış 2.500.000 ABŞ dolları məbləği tam ödəmişdir. Cavabdeh auditə verdiyi izahatında bildirmişdir ki, o borcun bir hissəsini şirkətdən zərər çəkmiş 28 nəfər şəxsə 810.000 manat dəyərində avtomobil, Axundovski MTK-dan Nümayəndə dəyəri 504.000 manat olan 309-310 nömrəli mənzillər, Axundovski MTK-dan Nümayəndə dəyəri 262.460 manat olan 126 nömrəli mənzil, Asifə verilmiş dəyəri 130.000 dollar olan S-63 markalı Mersedes avtomobili, yenə Asifə verilmiş dəy əri 55.600 manat olan 3 ədəd avtomobil verməklə əmlak vasitəsilə ödəmiş, bir hissəsini isə şirkətin təsisçisi Razi Rzayevə 60.000 manat, ƏDV-yə görə yenə Razi Rzayevə 18.000 manat, Asifə 75.000 ABŞ dolları, Nümayəndə isə 8.500 manat nağd olaraq ödədiyini göstərmişdir. Bundan əlavə o, alğı-satqı müqaviləsinə görə müqavilədə göstərilən 100.000 manat məbləğində pulun satıcıya ödənilməsi üçün notariusun depozit hesabına ödədiyini bildirir. Beləliklə o izahatında satıcıya 1.979.280 manat ödənişlərin edildiyi dövrlərin kursu ilə 2.519.113 ABŞ dolları ödənildiyini göstərmişdir. Cavabdeh bildirmişdir ki, onda izahatında göstərdiyi ödənişlərə dair hər hansı rəsmi ödəniş sənədi yoxdur. İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə audit yoxlamasına izahat verərək bildirib ki, cavabdeh tərəfində n aldığı əmlak kompleksinə görə şirkətə həyat yoldaşı Şahid1 zərər çəkmiş şəxslərə 765.825 manat (dollar hesabı ilə 976.817) ödədiyini (minik maşını və nağd pul ilə), birdə Axundovski MTK-dan dəyəri 504.000 manat olan (dollar hesabı ilə 642.857) iki mənzil verdiyi barədə izahat vermişdir. Ümumilikdə cavabdeh aldığı əmlak kompleksinə görə şirkətə 1.269.825 dollar hesabı ilə 1.619.674 dollar ödəmişdir. Onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı ondan istintaqa şikayət edəcəyimi bildirdikdə mənə borcundan 5.000 dollar, manat hesabı ilə 8500 manat verərək ödəniş qəbzi aldı. Beləliklə hal-hazırki tarixədək cavabdehin şirkətə manat hesabı ilə 681.675 manat, dollar hesabı ilə 875.326 dollar borcu qalmışdır. Əgər ödənişi danmaq fikri olsaydı aldığı əmlak kompleks inə görə zərər çəkənlərə ödədiyi 765.825 manat və verdiyi 504.000 manat dəyərində olan mənzillərin də onun tərəfindən verildiyini danardı. Çünki həmin ödənişlərində bizə verilməsi rəsmiləşdirilməmişdir və şirkətin bir qanuni təmsilçisi kimi buna görə cavabdehə heç bir ödəniş sənədi verməmişdir. Ona yalnız 2018-ci ildə aldığı 5.000 dollara görə qəbz vermişdir. Beləliklə auditin nəticəsi olaraq audit yoxlamasına təqdim edilən iş materiallarında cavabdeh tərəfindən iddiaçıdan aldığı əmlak kompleksinə görə etdiyi ödənişlərin satıcı tərəfindən ödənilməsini təsdiq edən rəsmi sənədlərə rast gəlmədi. Cavabdeh audit yoxlaması zamanı verdiyi izahatında bildirdiki onun şirkətə ödədiyi ödənişlərə görə (əmlaka və nağd pula görə) rəsmi sənədi yoxdur. Buna görə də cavabdehin şirkətə ödədiyini iddia etdiy i məbləğlərin audit yoxlaması ilə həqiqiliyini müəyyən etmək olmadı. Nəticə olaraq cavabdeh iddiaçıdan aldığı əmlak kompleksinə görə razılaşdırılmış 2.500.000 ABŞ dollarını, manat hesabı ilə 1.960.000 manatı tam ödədiyini, iddiaçının qanuni təmsilçisi Nümayəndə isə cavabdehin şirkətə dollar hesabı ilə 875.326, manat hesabı ilə 681.675 manat borclu qaldığını iddia edirlər. Bu yalnız məhkəmə istintaqı yolu ilə müəyyən edilməlidir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-291/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmamasına istinad etməklə iddianı rədd etməsi tamamilə əsassızdır. Nə qədər ki, mülki iş üzrə iddiaçı Nümayəndə deyil MMC-dir və birinci sonuncunun yalnız qanuni təmsilçisidir. Qeyd edilən səbəbdən və məhkəmənin müvafiq ekspertizalar təyin etməməsi əsası ilə apellyasiya hədləri çərçivəsində apellyasiya instansiya məhkəməsi mümkün qədər mahiyyəti üzrə araşdırma aparsa da borcun məbləğinin müəyyən edilməsi istiqamətində təkzibedilməz sübutlar müəyyən etməmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ödənilməli məbləğin qarşılığında iddiaçının əmlak satılması şərtləndirilmiş və alğı-satqı zamanı pul vəsait lərinin ödənilməsini tam həyata keçirməmiş, danışığın şərtləri ilə iddiaçının pul vəsaitlərinin bir qisminin qəbul etdiyi, lakin hüquqi şəxsin hesabına mədaxil etməyərək audit rəyinə əsasən “Mühasibat uçotu haqqında” xx.xx.2004-cü il tarixli 716-Q saylı Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması təsbit edilmiş, cavabdehin satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər iddiaçının tələb etdiyi hədlərdə öz təsdiqini tapmamış və bununla da cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmiş, lakin iddiaçı cavabdehin öhdəliyini icra etməsini tələb etsə də, əmlakın dəyərinin tərtib edilən balans üzrə hesab təyinatı) üzrə pulun mədaxil edilməməsi və hüquqi şəxsin balansının mülki dövriyyəsi üzrə mədaxil-məxaric əməliyyatlarının müəyyən edilməməs i, habelə məbləğin bir hissəsinin ödənildiyinin iddiaçı tərəfindən etiraf edilməsi səbəbindən borcun qalığının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya hesab etmişdir ki, iddiaçı hüquqi şəxs olaraq qanunvericiliyə və nizamnaməsinə uyğun əmlakın satıldığı zamanından cəmiyyətin fəaliyyətin təftiş etməli və hesabatlılığı təmin edib rəsmiləşdirilməni (sənədləşdirməni) aparmaqla ilk növbədə (balans, pay, mənfəət və sair üzrə) məxaric edilən əmlakın cəmiyyətə münasibətdə mülki hüquqi statusun və mədaxil edilməli olan məbləğin təyinatın müəyyən etməli və bundan sonra cəmiyyətə olan qalıq borcu dəqiq müəyyən etməklə məhkəməyə yenidən müraciət edə bilər. Əks halda, yuxarıda qeyd edilən əsaslarla və iddiaçının qanuni təmsilçisinin cavabdehlə olan digər borc münasibətləri müstəvisində, habelə tə rəflərin dayanıqlı sübutetmə imkanlarından kənar cəhdlərinə əsasən iddianın yalnız cavabdehin “etirafı” və bunun sübut edə bilməməsi əsası ilə qəti mövqeyin nümayiş etdirilməsi dispozitiv imkandan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Kollegiya hesab etmişdir ki, daşınmaz əmlak pul vəsaitlərinin dövriyyəsi üzrə sübutlar rəsmi və təkzibedilməz sübutlarla təmin edilməli və hər-hansı şübhələrdən kənar sənədləşmə ilə təsdiq edilməlidir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 87, 91, 96, 417, 418, 425, 421-442, 560, 566, 567, 597-601, 646-649-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 77, 81-82, 88, 106, 372, 385-390-cı maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat:
24. Qətnamədən iddiaçı (Və kil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsasları ilə razı olsa da, cavabdehin iddiaçıdan qeyd edilən əmlakı satın almasını və bu əmlakın dəyəri qismində 2.500.000 ABŞ dollarını iddiaçıya ödəmək öhdəliyini etiraf etməsini göstərsə də, iddiaçının bu hissədə iddianı sübut etmək vəzifəsindən azad olmağına qiymət verməmiş, həmin hissədə də iddianın sübut edilməli olmasını göstərmişdir. Cavabadeh iddiaçıdan mübahisəli əmlakı satın almasını və bu əmlakın dəyəri qismində 2.500.000 ABŞ dollarını iddiaçıya ödəmək öhdəliyini öz üzərinə götürməsini məhkəmə icl asında yazılı və şifahi olaraq etiraf etmişdir. Bu hal işin mübahisə edilməyən halıdır və bu hal iddiaçının satdığı əmlakın dəyəri qismində alıcı cavabdehin satıcı iddiaçıya 100.000 manat deyil, 2.500.000 ABŞ dolları ödəmək öhdəliyinin olmasını sübut etmək vəzifəsindən azad etmişdir. Lakin cavabdeh məhkəmə iclasında öz etirazının əsası olaraq, əmlakın dəyəri olan 2.500.000 ABŞ dollarını tam ödəməsini göstərmişdir. Bu hal isə cavabdehin həmin pul vəsaitini iddiaçıya ödəməsini sübut etmək vəzifəsini yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini əsaslandırdığı faktları cavabdeh tərəfin etiraf etməsini iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad etməsinə istinad etməli olduğu halda, məhkəmə iddiaçının üzərinə cavabdeh tərəfin etiraf etdiyi halları sübut etməli olma sı barədə əlavə vəzifələr qoymuşdur. Məhkəmə kollegiyası öz qətnaməsində daşınmaz əmlak-pul vəsaitlərinin dövriyyəsi üzrə sübutların rəsmi və təkzibedilməz sübutlarla təmin edilməli və hər-hansı şübhələrdən kənar sənədləşmə ilə təsdiq edilməli olmasını göstərmiş, bu zaman Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad edərək, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsini qeyd etmişdir. iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, bununla əlaqədar verilmiş 4 oktyabr 2021-ci il tarixli audit rəyində də Cəmiyyətin hesabına 2.500.000 ABŞ dollarının daxil olması göstərilməmişdir. Cəmiyyətin özünə məxsus daşınma z əmlakı satarkən müqavilədə əmlakın dəyərinin real dəyərindən aşağı göstərilməsi isə, əmlakı satan şəxsin həmin əmlakın real dəyərinin tələb etməsi hüququndan məhrum etmir. Çünki, cavabdeh həmin əmlakı 2.500.000 ABŞ dollarına almasını etiraf edir, yəni artıq iddiaçının bu məbləği tələb etmək hüququ yaranır. İddiaçı ödənilməli olan məbləğdən 877.238 ABŞ dolları məbləğində hissəsinin ödənilməməsini bildirir, bu hissədə isə cavabdeh iddiaya etiraz edərək, pulu ödəməsini bildirdiyinə görə, həmin pul vəsaitini ödəməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Yəni iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alğı-satqısı ilə əlaqədar bağlanmış müqavilədə əmlakın real dəyərinin göstərilməməsinə və bu məbləğin ödənilməsində pul vəsaitlərinin dövriyyəsi üzrə sübutların rəsmi və təkzibedi lməz sübutlarla təmin edilməməsinə istinad edərək, iddianın sübut edilməməsini göstərməkdə apellyasiya instansiyası haqlı olmamışdır. Hazırki məhkəmə qətnaməsində isə məhkəmə ədalətin bərqərar olmasını iddiaçı tərəfin mühasibatlıq əməliyyatlarında etdiyi səhvlərdən asılı etmiş, məhkəmə öz qətnaməsində belə bir qənaətə gəlmişdir ki, əgər iddiaçı hüquqi şəxs olaraq mühasibatlıq sənədlərini düzgün rəsmiləşdirməmişdirsə bu zaman artıq onun apardığı maliyyə əməliyyatları üzrə qanunla digər hüquqlardan istifadə edərək, ona dəymiş zərəri tələb edə bilməz. Kassasiya şikayəti verən şəxsin tələbi Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad edərək, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsini qeyd etmişdir. Məhkəmə bir halı nəzərdə almamışdır ki, məhz cavabdeh iddiaçı tərəfin mühasibatlıq sənədlərində rəsmiyyətin olduğu kimi aparılmamasından istifadə edərək, iddiaçıya olan borcunu tam ödəməsini bildirir, lakin bu barədə özü də hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının apellyasiya şikayətinə baxan zaman prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4128/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamaqla, iddianın əsaslı olub-olmamasına dair hüquqi dəyərləndirmə aparmamışdır. Belə ki, iddiaçı, daşınmaz əmlakın alğı-satqısına dair cavabdehlə bağladığı müqaviləyə istinad edərək ödənilməmiş qalan 877.238 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə əmlak kompleksinin razılaşdırılmış dəyərini ödədiyini bildirməklə iddiaya etiraz edir. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsası kimi əvvəlcə müqavilədən, daha sonra isə qanundan irəli gələn tələb hüquqlarına dair normaları nəzərdən keçirə bilər. Daşınmaz əmlakın alğı-satqısına dair notarial qaydada təsdiqlənmiş müqavilə bağlanması əqddən irəli gələn öhdəlik münasibətlərinin yoxlanılması üçün əsasdır. Mülki Məcəllədə nəzərdə tutulmuş əqdlərdən biri də alğı-satqı müqaviləsidir. Bu müqaviləyə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, sözügedən əmlakı sataraq mülkiyyətini cavabdehə keçirsə də, əşyanın dəyəri kimi razılaşdırılmış ümumi məbləğdən 877.238 ABŞ dolları alıcı tərəfindən ödənilməmişdir. Başqa sözlə, bu iddia müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə əsaslanır. Qeyd olunduğu kim i, işdə olan, notarial alğı-satqı müqaviləsində əmlakın dəyəri 100.000 manat olaraq göstərilmişdir. Bununla belə, həm tərəflərin izahatlarından, həm də iş üzrə keçirilmiş mühasibatlıq tədqiqatlarından belə görünür ki, tərəflər alğı-satqının predmeti olan daşınmaz əşyanın qiymətini əslində 2.500.000 ABŞ dolları məbləğində razılaşdırmışlar. Belə olan halda, iddiaçının müqavilədə göstəriləndən çox məbləğdə tələb etdiyi pul vəsaitinin cavabdehdən tutulmasının qanuni əsası məhkəmə tərəfindən düzgün müəyyən edilməlidir. Həmçinin, daşınmaz əşyaya sərəncam verilməsi haqqında müqavilə notarial qaydada təsdiqlənməli, müqavilənin bağlanmış sayılması üçün isə tərəflər bütün mühüm şərtləri tələb olunan formada razılaşdırmış olmalıdırlar. Hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr tərəflərin satılan əş yanın öz aralarında razılaşdırılmış dəyərinin notarial müqavilədə əks olunmamasının səbəblərini araşdırmamış, bu xüsusatın iddianın həllinə təsirini müzakirə etməmiş, məsələyə hüquqi qiymət verməmişlər. O da qeyd edilmişdir ki, əgər iddiaçının hazırkı pul tələbi müqavilə xaricində yaranan, yəni qanundan irəli gələn tələb hüququ kimi qəbul edilirsə, o zaman bu hüququn söykəndiyi qanuni əsası (əsassız varlanma və s.) dəqiq şəkildə izah olunmalıdır. Göstərilən hüquqi əsaslardan hər hansı biri ilə iddiaçının cavabdehdən pul tələb etmək hüququ müəyyən edildiyi halda, iş üzrə mübahisəli hallar aydınlaşdırılmalı, bu hallar üzrə sübutetmə yükü müəyyənləşdirilməli, tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırma aparılmaqla iddiaya yekun hüquqi qiymət verilməlidir. Hazırkı işdə isə apellyasiya məhkəməsi bu qaydalara əməl etməmiş, iş üzrə gəldiyi nəticəni yuxarıda göstərilən maddi və prosessual normaların tələblərinə müvafiq surətdə əsaslandırmamışdır. Qətnamədə işin müəyyən edilmiş faktiki halları, bəzi maddi hüquq normaları sadalanmaqla, alğı-satqı zamanı pul vəsaitlərinin ödənilməsinin tam həyata keçirmədiyi, cavabdehin əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlilləri sübut edə bilmədiyi, eyni zamanda hüquqi şəxs olaraq iddiaçının qalıq borcu dəqiq müəyyən etməklə mühasibatlıq qaydalarına uyğun sənədləşmə apardıqdan sonra məhkəməyə yenidən müraciət edə biləcəyi qeyd olunmuş və iddia rədd edilmişdir. Halbuki, sadəcə qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı və ya əsassız olması barədə qənaəti əks etdirən bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş (qanuna uyğun) aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1340/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsi tərəflərin mövqeyini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli əmlakın dəyərinin tam ödənilməsi üçün maddi imkanının olmaması səbəbindən 29 may 2014-cü il tarixdə onların arasında hüquqi nəticə etibarı ilə daşınmaz əmlakın nisyə alğı-satqısı müqaviləsi bağlanmış və məhz bu müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Nəticədə həmin müqavilədə əmlakın dəyəri ilə bağlı şərtlərə əməl edilməyərək, əmlakın tərəflər arasında razılaşdırılmış dəyərindən xeyli aşağı dəyər göstərilmişdir. Bu da öz növbəsində həmin müqavilənin etibarsız olması anlamına gəlir. Lakin sonrad an cavabdeh şərtləşdirilmiş məbləğin ödənilməsini təmin etmək məqsədi ilə iddiaçıya avtomobillər və mənzillər vermiş, iddiaçı bu əmlakları qəbul etmiş və əmlaka dair cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlər edərək, həmin müqaviləni etibarlı hala gətirmişdilər. Bu hal öz növbəsində müqavilədə əmlakın real dəyərindən dəfələrlə aşağı qiymətin göstərilməsinin tərəflərin vergidən, rüsumdan və ya başqa qanuni ödənclərdən qəsdən yayınmaq niyyətində olması ilə bağlı olmadığını təsdiq edir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 12.5.2014-cü il tarixli çıxarışına əsasən 29.5.2014-cü il tarixli müqavilə imzalanan vaxt MMC-nin təsisçiləri X3 (20 pay) və Şahid2 Əlicəfər o ğlu (280 pay) olmuşdur. Əmlakın satılması barədə 27 may 2014-cü il tarixli qərar da cəmiyyətin təsisçilərinin ümumi yığıncağında məhz onlar tərəfindən qəbul edilmişdir. 2016-cı ildə bu təsisçilər öz payını özgəninkiləşdirmişlər və Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 22.4.2016-cı il tarixli çıxarışa əsasən həmin cəmiyyətin Nümayəndə (280 pay) və Şahid1dur (20 pay). Payın bu şəxslərin xeyrinə hər hansı, xüsusilə də cavabdehin cəmiyyətə borcunun olması barədə qeydlə özgəninkiləşdirilməsi, habelə hazırda tələb edilən borc məbləğinin payların dəyərində nəzərə alınması müəyyən edilmir. İddiaçı da bununla bağlı hər hansı sübut təqdim etmir.
31. Bununla belə, əmlak bu təsisçilərin deyil, əvvəlki təsisçilərin qərarı ilə satılmış və hazırda tələb edilən məbləğ hər hansı formada cəmiyyə tin paylarının hazırki təsisçilərin xeyrinə özgənikiləşdirilməsində öz əksini tapmamışdır. Bu baxımdan mövcud vəziyyətdə iddiaçının hüquqi nəticə etibarı ilə cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığını təsdiq edir və əmlakın razılaşdırılmış (2.500.000) dəyərini tam ödədiyini iddia edən cavabdehi bu halı sübut etmək yükündən azad etməklə məhz qeyd edilən (subyektiv hüququnun olmaması) əsasla iddianın rədd edilməsini şərtləndirir.
32. Məhkəmə kollegiyası hər bir halda onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının subyektiv hüququ olduğu halda belə iddia rədd edilməlidir. Belə ki, iddiaçı öz tələbini adi kağızda və sadə yazılı formada aparılmış qeydlərə istinadən əsaslandırır və borcun 877.238 ABŞ dolları olduğunu bil dirir. Lakin 2014-cü ildən bügünədək bu məbləğdə borcun cavabdehdən ala bilməməsini iddia etməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cəmiyyətin (iddiaçının) təsisçisi, eyni zamanda hazırda qanuni təmsilçisi olan və məhkəmədə cəmiyyəti təmsil etməklə bu məbləği tələb edən Nümayəndə cavabdehə xx.xx.2017-ci il tarixədək 376.000 manat məbləğində borc, daha sonra, yəni xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə artıq xx.xx.2018-ci il tarixədək 91.000 ABŞ dolları məbləğində borc verir. Nümayəndə özü etiraf edir ki, cavabdehin ona 376.000 manat məbləğində borcu yarandıqdan sonra cavabdeh oğluna aldığı avtomobili 130.000 ABŞ dollarına sataraq həmin vəsaiti ona vermiş və bundan sonra cavabdehin 91.000 ABŞ dolları məbləğində borcu qalmış dır. Bununla belə, xx.xx.2017-ci il tarixdə bu şəxs cavabdehə hər hansı məbləğdə borc verməmiş və hüquqi nəticə etibarı ilə xx.xx.2017-ci il tarixdə tərəflər arasında borc müqaviləsi deyil, borcun etirafı müqaviləsi bağlanmışdır.
33. Nümayəndə özü ilə cavabdeh arasında hər hansı işgüzar münasibət olmamış, cavabdehin onun özünə hər hansı məbləğdə borcu yaranmamışdır. Onların arasında bütün münasibətlər mübahisəli əmlakın alğı-satqısından irəli gəlmişdir. Belə olan halda, 376.000 manat məbləğində borcla bağlı münasibətlər də məhz eyni əsasla yaranmışdır və 877.238 ABŞ dolları məbləğində borcun qaldığı bir halda, onun cavabdehə əlavə olaraq (həmçinin, bu məbləğdə vəsaitə malik olması öz təsdiqini tapmır) 376.000 manat məbləğində borc verməsi nəinki real görünmür, ümumiyyətlə qeyri mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, 376.000 manat məbləği məhz 2.500.000 ABŞ dolları məbləğindən ödənilməmiş qalan hissədir ki, onun da 130.000 ABŞ dolları avtomobilin dəyəri hesabına ödənildikdən sonra qalıq qismində 91.000 ABŞ dolları qalmış, həmin məbləğ də birinci instansiya məhkəməsinin 2(004)-2967/2019 nömrəli, 30 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulmuşdur.
34. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 64.8, 93.2, 144.1, 324.1, 324.4, 337.1, 351.3, 385.1, 386.1, 405.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 119.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandığı hal, yəni “tərəflər arasında borc müqaviləsi deyil, borcun etirafı müqaviləsi bağlanması” heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, iddiaçı öz tələbini adi kağızda və sadə yazılı formada aparılmış qeydlərə istinadən əsaslandıraraq, borcun 877.238 ABŞ dolları olduğunu bildirsə də, cavabdeh bu borcun mövcudluğunu etiraf etmiş, lakin bu borcu ödəməsini bildirmişdir. Yəni iddiaçı bu məbləğdə borcun olmasını sübut etmək vəzifəsindən azad olmuş, cavabdehin isə həmin pul vəsaitini ödəməsini sübut etmək vəzifəsi yaranmışdır. Göründüyü kimi cavabdeh mübahisəli əmlakın razılaşdırılmış alğısat qı qiymətinin 2.500.000 ABŞ dolları olmasını etiraf etdiyinə görə, artıq biz iddia tələbimizi bu hissədə sübut etməkdən azad olmuşuq. Yəni, mübahisəli əmlakın alğı-satqı dəyərinin 2.500.000 ABŞ dolları olması və bu məbləğin cavabdeh tərəfindən ödənilməli olması işin mübahisə edilməyən halıdır. Apellyasiya məhkəməsində aparılan araşdırma ilə bu hal müəyyən edilmiş, məhkəmə qətnamədə bunun sübuta yetməsini göstərmişdir. Cavabdeh isə iddia ərizəsinə etirazda mübahisəli əmlakın razılaşdırılmış dəyəri olan 2.500.000 ABŞ dolları məbləğində pul vəsaitinin 2.494.670 ABŞ dolları hissəsini ödəməsini göstərmişdir. Deməli cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni cavabdehin iddiaya etirazına əsasən onun iddiaçıya 5.330 ABŞ dolları borcu qalıb. Göründüyü kimi bir tə rəfdən cavabdeh iddiaçıya məhkəmə qətnaməsinə əsasən 91.000 ABŞ dolları borcu qalmasını göstərir, digər tərəfdən isə 5.330 ABŞ dolları borcu qalmasını bildirir. Məhkəmə isə işin bu halına aydınlıq gətirməmişdir. İddiaçı cavabdehin etirazının əsası kimi istinad etdiyi halları qismən etiraf etdiyinə görə, yəni mübahisəli əmlakın razılaşdırılmış dəyəri olan 2.500.000 ABŞ dolları məbləğində pul vəsaitindən 1 622 762 ABŞ dollarını ödəməsini etiraf etdiyinə görə cavabdeh ödənilməmiş qalan 877.238 ABŞ dolları məbləğində pul vəsaitini ödəməsi barədə istinad etdiyi halları sübut etməlidir.
37. Qeyd olunmalıdır ki, məhkəmə iş materiallarına əlavə edilmiş 17 sentyabr 2018ci il tarixli qəbzə hüquqi qiymət verməmiş, həmin qəbzlə cavabdeh tərəfindən Nümayəndə 5.000 ABŞ dollarının hansı müqavilə üzrə ver ilməsini aydınlaşdırmamış, həmin pul vəsaitinin 91.000 ABŞ dolları barədə olan kredit müqaviləsi üzrə ödənilmişdirsə, niyə həmin məbləğdən çıxılmamasına aydınlıq gətirməmişdir. Yəni məhkəmə öz qətnaməsində göstərməyə çalışmışdır ki, Cavabdeh1 ilə Nümayəndə arasında bağlanmış 09 oktyabr 2017-ci il tarixli borc müqaviləsi əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 91.000 ABŞ dolları borcunun qalmasını etiraf etmə müqaviləsidir. Əgər bu belədirsə, niyə cavabdeh 5.000 ABŞ dollarını ödəyəndən sonra həmin pul vəsaitini 9 oktyabr 2017-ci il tarixli borc müqaviləsi üzrə olan 91.000 ABŞ dollarından çıxmamış, məhkəmədə 91.000 ABŞ dolları borcunun qalmasını etiraf etmişdir? Kassasiya şikayətinə qarşı eti razın dəlilləri:
38. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiya məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
40. Maddə 64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
41. Maddə 93.2. Cəmiy yət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.
42. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə if adəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
46. Maddə 351.3. Əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəz ərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
50. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
51. Maddə
435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.
52. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
54. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
55. M addə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
56. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
57. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
58. Maddə 646.2. Əgər bu Məcəllənin bu para qrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişləri nə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın g örünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
76. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1340/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.