Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1713/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sağlamlığa vurulmuş ziyana görə maddi və mənəvi zərərin tutulması, ekspert rəyləri, tələbin sübuta yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4788/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı 2015-ci ildə bədənində ağrılar hiss etməyə başlamışdır. Həmin dövrdə o, "Bakcell" şirkətində çalışmış və bütün əməkdaşlar kimi "xxxx" ASC-də tibbi sığortalanmışdı. Ağrıların səbəbini öyrənmək üçün "Modern" klinikada uroloq müayinəsində olmuşdur. Müayinədən sonra ona qasıq yırtığı diaqnozu qoyulmuş və əməliyyat olunması məsləhət görülmüşdür. Bundan sonra o, öncədən tanıdığı " Medical Plaza"-nın həkimi Cavabdeh müraciət etmişdir. İddiaçı 21 iyul 2015-ci il tarixdə "Medical Plaza"da həkim Cavabdeh tərəfindən əməliyyat olunmuşdur. 2. "xxxx" Şirkəti tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli 099 saylı arayışa əsasən həkim Cavabdeh şirkətin “Medical Plaza” klinikasında əmək müqaviləsi ilə işləməmişdir. İş üzrə qəb ul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh "xxxx"-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən müayinə və əməliyyat xərcinin əvəzi olaraq 22000 ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 200000 ABŞ dolları pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Modern” klinikada uroloq müayinəsində olarkən iddiaçıya “qasıq yırtığı” diaqnozu qoyulub və ona əməliyyat olunması məsləhət görülüb. Bundan sonra iddiaçı “Medical Plaza”-nın öncədən tanıdığı həkimi Cavabdeh müraciət edib. 21 iyul 2015-ci ildə iddiaçı “Medical Plaza”-da həkimi Cavabdeh tərəfindən əməliyyat olunub. İddiaçıya öncədən həkim tərəfindən əməliyy atın yerli keyitmə ilə olacağı və yırtığın kiçik olduğu üçün tikiləcəyi bildirilmişdir. Lakin əməliyyat başlayan zaman heç bir səbəb bildirilmədən iddiaçıya onurğa sütunundan keyitmə aparılmış və əlavə dərmanlarla yatızdırılmışdır. Yalnız əməliyyat bitdikdən sonra iddiaçıya məlum olmuşdur ki, yırtıq tikilməmiş və ora tibbi tor qoyulmuşdur.
5. Əməliyyatdan dərhal sonra, yəni ağrıkəsicilərin təsiri keçdikdə iddiaçının sağ ayağında güclü ağrılar başlamışdır. Həkim Cavabdehla əlaqə saxladıqda, həkim iddiaçıya bildirmişdir ki, bu müvəqqəti vəziyyətdir və qısa müddətə ağrılar keçəcək. Lakin həkimin dediklərinin əksi olaraq, ağrılar get-gedə daha da şiddətlənmişdir. Dəfələrlə klinikaya müraciət etsə də, hər dəfə eyni sözləri eşitmişdir. Son dəfə 2018-ci ildə müraciət etdikdə, Cavabdeh ağrıların s əbəbinin əməliyyat zamanı anestezioloqun səhvi ucbatından onurğanın zədələndiyini bildirmişdir. Bundan sonra iddiaçı anestezioloqla və baş həkimlə görüşmüşdür. Lakin həmin görüşə Cavabdeh da dəvət olunsa da, gəlməmiş və sonra iddiaçıya bildirilmişdir ki, anestezioloq barədə dediyi sözləri onun üzünə baş həkimin yanında deyə bilməmişdir.
6. Bundan sonra iddiaçı “Gömrük Hospital”ına müraciət etmişdir. Orada müayinə zamanı müəyyən edilmişdir ki, əməliyyat zamanı iddiaçının siniri zədələnmişdir. Həmçinin təkrar olaraq " Api Med" klinikasında da müayinə edilmiş və oradan da bildirilmişdir ki, tibbi tor venanın üzərinə qoyulmuş və onu sıxır. Bunun nəticəsində iddiaçının sağ ayağında varikoz başlamışdır.
7. Beləliklə qeyd edilənlərdən məlum olur ki, iddiaçı artıq 5 ildir "Medical Plaza" klinikası nın həkimləri ucbatından güclü ağrılarla yaşayır. Həyatı tam alt-üst olmuşdur. Bu ağrılara görə iddiaçı demək olar ki, heç bir iş görə bilmir. Hazırda təkrar əməliyyat olunmalıdır. Lakin yuxarıda qeyd edilən səbəbə görə işləmək qabiliyyəti demək olar ki, itmişdir və maddi durumu ağırdır. Təkrar Türkiyə Respublikasında "Acı Badəm" klinikasında müayinə üçün 2000 ABŞ dolları, əməliyyat üçün isə 20000 ABŞ dolları tələb edilir. Habelə iddiaçı 5 il ərzində güclü ağrılarla yaşamaq məcburiyyətində olmuşdur. Bu isə ona böyük mənəvi ziyan vurmuşdur. Cavabdeh ona bu mənəvi ziyanı da pul ekvivalenti ilə ödəməlidir.
8. İddiaçı tələbini hüquqi əsası kimi Mülki Məcəllənin 21.1-ci maddəsinə istinad etmişdir.
9. İddiaçının vəkili və nümayəndəsi ərizə verərək, iş üzrə cavabdeh olan "xxxx" MMC-nin cavabdeh siyahısından çıxarılaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, həkim Cavabdeh isə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsi 12 noyabr 2021-ci il tarixli protokol qərardadı ilə Cavabdeh qismində, "xxxx" MMC-nin isə statusunu dəyişərək cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisminə işə cəlb etmişdir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaya etiraz edərək göstərib ki, onun tərəfindən əməliyyat düzgün aparılmışdır.
12. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin (bundan sonra “üçüncü şəxs”) nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, müalicəni aparmış həkim Cavabdeh hospitalın həkimi deyil, həmin həkim müqavilə əsasında dəvət edilmişdir.
14. İddiaçının nümayəndəsi və cavabdeh iş üzrə tibbi ekspertizanın keçirilməsinə dair vəsatətlər və ekspert qarşısında qoyulacaq suallarla bağlı təkliflərini vermişlər.
15. Birinci instansiya məhkəməsi iddiaçının üzərində aparılmış tibbi əməliyyatın düzgünlüyünü müəyyən etmək məqsədilə 09 dekabr 2021-ci il tarixli qərardadla komisyon məhkəmə-tibbi ekspertizası təyin etmişdir. 16. “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2022-ci il tarixli, KEŞ-1041 saylı rəyinə əsasən İddiaçı ATU-nun X1 kafedrasının dosenti Elman Tağıyevin müayinəsinədən keçmişdir. Xəstə İddiaçı 21 iyul 2015-ci il tarixində «Modern Hospital» klinikasına s ağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə müraciət etmişdir. Həmin vaxtı xəstədə hərtərəfli müayinə aparılaraq «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı həyata keçirilib. Əməliyyatdan sonra xəstə müsbət dinamika ilə öz rayonuna cərrahın nəzarətinə ambulator müalicəyə göndərilib. 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə yazılanlara, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Medical Plaza» klinikasında həkim-cərrah Cavabdeh tərəfindən İddiaçı qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohem ioplastika» əməliyyatı aparılmışdır; - İddiaçı qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə aparılmış «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı ilə bağlı heç bir fəsad, qüsur və həkim səhvi (residiv yırtıq, implantın - torun tutarsızlığı, əməliyyat yarasının infeksiyalaşması) aşkar edilməmişdir; - bu gün xəstəni narahat edən sağ aşağı ətrafın səthi venalarının varikoz genişlənməsi və sağ budda olan ağrılar cərrahi əməliyyatın ağırlaşması kimi yox, yanaşı (yəni cərrahi əməliyyatla əlaqəsiz) xəstəliklərdir və bunun müalicəsi də müvafiq ixtisas həkimləri tərəfindən müayinə və müalicə oluna bilər; - İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumat lara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. “Medical Plaza” klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Sağ tərəfli çəp qasıq yırtığı” aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “Sağtərəfli hemiotomiya. Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı üzərində icra edilmiş “Sağtərəfli hemiotomiya. Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatının aparılmasına əks göstəriş olmamışdır.
17. İddiaçı ekspert rəyi ilə razı olmamış, vəsatət verərək təkrar komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsini xahiş etmişdir.
18. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi isə göstəriblər ki, bütün əməliyyat və müalicələr düzgün aparılmışdır. Ekspert rəyindən də göründüyü kimi, iddiaçıya düzgün diaqnoz qoyulmuş və xəstə ilə bağlı görülmüş heç bir tədbirdə yanlışlığa yol verilməmişdir.
19. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-188/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (X7)
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış əməliyyatda hər hansı qüsur olmamış və bu, "Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 müvafiq rəyi ilə təsdiqlənmişdir.
21. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən onda olan ağrıların cavabdeh tərəfindən aparılmış əməliyyatla bağlılığı təsdiq olunmadığından iddia rədd edilməlidir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 78.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə mübahisəsi zamanı vəkili tərəfindən verilən vəsatətdə ekspert qarşısına qoyullan suallar açıq, aydın əsaslı qeyd olunsa da, ekspert rəyi iddiaçının onun qarşısında qoyduğu suallar, məsələn 5-ci sual (xəstənin əməliyyat nəticəsində sağlamlığına dəyən zərər nədir və onun müalicəsi nədən ibarətdir, müstəqil aparılmış müayinələrin nəticələri: 1.sağ ayaqda X5 sinirinin aksonal zədələnməsi – meralgiya Parestetika,
2. Sağ qasıq nahiyəsində X10 kompresiyanın olması (düzgün qoyulmayan torun təsirindən) nəticəsində Sağ VSM-in 3-cü dərəcə genişlənməsi kimi) ümumiyyətlə cavablandırılmamış, həmçinin hər iki ayaqda müqayisəli şəkildə sinirlərin yoxlanılması (EMG) aparılmamış, hər iki ayaqda venaların müqayisəli şəkildə yoxlanılması təmin edilməmişdir; - bundan başqa damarların müqayisəli şəkildə oturaq və uzanıqlı vəziyyətdə doppler yoxlanılması da aparılmamışdır; - buna görə də ekspert rəyində qeyd olunanlar söz yığınağından başqa bir şey deyil. İşin faktiki hallarını dəyişə bilən iddiaçının sağlamlığına vurulan zərər ekspertlər tərəfindən düzgün aparılmamış, EMG və doppler nəticələri rəyə əlavə edilməmişdir. Ona görə çıxarılan qətnamə əsasısızdır.
25. Apellyasiya baxışında iddiaçı təkrar komisyon məhkəmə -tibbi ekspertizası keçirilməsi barədə vəsatət vermişdir.
26. Apellyasiya instansiyası məhkəməsi 25 iyul 2022-ci il tarixli qərardadla təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin etmişdir. 27. “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 04 noyabr 2022-ci il tarixli, 4310 saylı ekspert rəyinə əsasən: - İddiaçı üzərində "xxxx" MMC-yə məxsus “Medical Plaza” klinikasında sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə həkim Cavabdeh tərəfindən «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı icra edilmişdir; - İddiaçı üzərində aparılmış “Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika” əməliyyatından sonra əməliyyatla bağlı heç bir ağırlaşma, qüsur, fəsad, (residiv yırtıq, süni torun tutarsızlığı, əməliyyat yarasının irinləməsi, toxum çiyəsi və xayada zədələnmə) aşkarlanma mışdır; - İddiaçı üzərində aparılmış hernioplastika əməliyyatına heç bir nisbi və mütləq əks göstəriş olmamışdır. Əməliyyat zamanı və əməliyyatdan sonra icra olunan əməliyyatla əlaqədar müalicə tələb edən heç bir fəsad və qüsur aşkarlanmamışdır; - İddiaçı üzərində təkrar “MedEra” özəl tibb müəssisəsində aparılmış EMG müayinəsinin nəticəsinə əsasən onda sağ aşağı ətrafın n.femoralis cutaneus sinirin nevralgiyası aşkarlanmışdır. Bu da aparılmış cərrahi əməliyyatın ağırlaşması kimi yox, cərrahi əməliyyatla əlaqədar olmayan yanaşı patologiyadır; - İddiaçı “Diamed” özəl tibb müəssisəsində hər iki aşağı ətraf venalarının müqayisəli, ayaq üstə, oturaq və uzanıqlı vəziyyətdə təkrar rəngli dopler müayinəsi aprılmışdır. Hər iki aşağı ətraf venaların minimal genişlənmə əlamətləri, baldır nahiyəsind ə perforant venalarda və dərialtı kommunikantlarda dilatasiya və zəif çatışmazlıq əlamətləri müəyyən edildi. Damarlarda gedən dəyişiklik xroniki prosesin nəticəsidir; - tibbi manipulyasiyalar zamanı sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4788/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan, Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)-188/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrliyik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov)
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, həm birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının, həm də ap ellyasiya instansiya məhkəməsində təyin edilmiş ekspertizanın rəyləri ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış əməliyyatda hər hansı qüsur olmamışdır.
30. Bundan başqa, iddiaçı apellyasiya şikayəti verərkən və həmçinin apellyasiya baxışı zamanı ekspertiza təyin edilən zaman təqdim etmədiyi subutlara, xüsusilə də “UNİKAL KLİNİKA”nın xx.xx.2022-ci il tarixli “Sağ aşağı ətraf venaları dopler müayinəsi Protokolu”na istinad edərək tələbini sübut etməyə çalışmışdır. İddiaçı belə sübutun birinci instansiya məhkəməsinə, daha sonra apellyasiya baxışı zamanı ekspertiza təyin edilən zaman təqdim edilməsinin mümkün olmamasını əsaslandırmadığından Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə əsasən belə sübutun araşdırılmasından imtina edilməlidir. Kassasiya şikayətinin v ə ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iş üzrə əlavə ekspertiza təyin olunması və tələb olunan xüsusatlar üzrə əlavə rəy alınması, bununla da işin hallarının nəticəyə tam uyğun olması üçün mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələr işə baxan zaman ona həkim tərəfindən tibbi xidmət göstərilən zaman vurulmuş fiziki və mənəvi zərəri nəzərə almamışlar. İddia üzrə birinci və apellyasiya məhkəmələrində məhkəmə-tibb ekspertizaları təyin olunmuş və rəylər alınmışdır. Lakin alınmış rəylər keçirdiyi cərrahiyyə əməliyyatı, müalicəsi, cərrahiyyə əməliyyatından sonrakı fəsadlar və təqs irkar həkimin səhvləri barədə olan suallara tam aydınlıq gətirməmişdir. Bundan başqa, ekspert rəyi ilə müayinə və müalicə olunmağına dair olan tibbi sənəd arasında ziddiyyətlər vardır və bu ziddiyyətlər aradan qaldırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı Cavabdeh (vəkil X3) yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri iddiaçının işin faktiki halları ilə bağlı arqumentlərinin təkzib edilməsinə yönəlməklə, ümumi şəkildə ondan ibarətdir ki, iddiaçı əsassız və heç bir dəlilə söykənməyən fikirləri kassasiya şikayətinə daxil etməklə zərərçəkmiş görüntüsü yaratmağa çalışıb. Ekspert rəyləri ilə iddia tələbinin əsassız olması təsdiq edilib. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Tətbiq edi lən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveric iliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi iddiaçının sağlamlığına cavabdeh həkim tərəfindən vurulan zərərin əvəzinin ödənilməsi barədədir.
41. Qeyd edilən tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 1097.1-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
42. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt əsas götürülür. Yalnız üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliy in normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
43. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
44. Hazırki işdə isə zərərin cavabdehin təqsiri üzündən baş verməməsinin iş üzrə keçirilmiş tibbi ekspertizaların rəyi ilə təsdiq edilməsi məhkəmələr tərəfindən müəy yən edilib.
45. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin təyin etdiyi məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsini apellyasiya şikayətində dəlil kimi irəli sürmüş, apellyasiya məhkəməsi iddiaçının həmin dəlili əsasında təkrar ekspertiza təyin etmiş, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə ekspert qarşısında əlavə sualar qoymuş, təkrar ekspert rəyi ilə də iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini də Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi qanunu nəticəyə gəlmişdir.
48. Təkrar tibbi ekspertiza təyin edilməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
49. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı, buna dair sübutlarını təqdim etməli və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4788/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.