Məhkəmə qərarları › İş №2(102)-1716/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1716/2021

24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1716/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4782/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Nəsimi-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsi xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeyd iyyata alınmaqla fəaliyyət göstərir. xx xxxxxxxx 2019-cu il tarixdə Cəmiyyətin ümumi yığıncağı keçirilmiş və X2 2 il müddətinə Cəmiyyətin sədri, X1 isə Cəmiyyətin sədr müavini seçilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin noyabr ayında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi yığıncaq çağırılmadan 7 nəfərin iştirakı ilə keçirilmiş xx xxxxxxxx 2019-cu il tarixli iclasda Nurxan İsayevin Cəmiyyətin sədri, Mikayıl Əsgərovun isə sədr müavini seçilməsini, həmin iclasın Cəmiyyətin Nizamnaməsinin 8.1-8.6-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə keçirilməsini əsas göstərməklə Cəmiyyətin sədr və sədr müavininin se çilməsi barədə iclas protokolu ilə bağlı Qeydiyyat və Notariat Baş idarəsində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1080/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: S.R.Mustafayeva) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4782/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apellyasiya şi kayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1080/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinə görə Cəmiyyətin İdarə Heyətinin sədri və onun müavini Cəmiyyətin ümumi yığıncağının qərarına əsasən qiyabi səsvermə qaydasında seçilmiş, bu zaman yığıncağın nəticələrinə dair qeydiyyatın etibarsız sayılması üçün əsas verən pozuntuya yol verilməmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı qətnamədən kassasiya şikayəti verərək yığıncağın qiyabi səsvermə qaydasında keçirilməsi barədə məhkəmə kollegiyasının göstərdiklərinin həqiqətə uyğun olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında üçüncü şəxs X2 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 46.1 Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. Maddə 46.2 Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cəmiyyətin İdarə Heyətinin sədri və müavininin seçilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli ümumi yığıncağı qiyabi səsvermə yolu ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 46-cı maddəsi ümumi yığıncağın müzakirəsinə çıxarılmış məsələnin qiyabi səsvermə yolu ilə həllinə imkan verdiyindən, apellyasiya instansiyası məhkəməsi qanunun həmin normasına və digər maddi hüquq normalarına əsaslanaraq iddianın rədd edilməsini qanuni və əsaslı saymışdır. Kollegiya işin müəyyən olunmuş hallarına və yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbl ərinə əməl edilməklə çıxarıldığından və qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntularına yol verilmədiyindən, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətində ümumi yığıncağın keçirilməməsi iddia olunsa da işdən görünür ki, həmin məsələ işə məhkəmə instansiyalarında baxılarkən yoxlanılmış, lakin öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4782/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar