Məhkəmə qərarları › İş №2(102)-1719/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1719/2022

05.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1719/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 3-cü şəxslər X7, X4, X5, X10 və X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdən düşən payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2093/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 aprel 2022 -ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qıızna qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X15ma (miras qoyan) məxsus Qəbələ rayon AİK-nm 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)- 35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hiss ə üzrə müəyyən olunmasına uyğun olaraq mərhum X1 payına düşən payın 1/5 hissəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək mərhum X6 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmasına uyğun olaraq, digər açıq qalmış mərhum-vərəsə X1 payına düşən payın 1/5 hissəsinin müəyyən edərək, h əmin payın İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar X19 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, mərhum X15ma (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sa həsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Məhkəmə həmin mülki işin halları ilə müəyyən etmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Endə X2 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ JN-375A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X11 05 noyabr 1999-cu il tarixdə, əri isə X12 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından adlı uşaqları doğulmuşdur. X3 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X13 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X3 vəfat edən zaman onun vərəsələri arvadı və uşaqları olmuşdur. X13 vəfat edən zaman onun vərəsələri arvadı və uşaqları olmuşdur. X2 (miras qoyan) vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsi ilə bağlı rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Nəticədə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməli, mərhum X6 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən edilmişdir. Məhz buna görə məhkəmə gəldiyi nəticəyə uyğun olaraq 1 6 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnamə çıxarmış, lakin mərhum X1 payına düşən hissəsinə dair hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmənin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)35/2020 saylı qətnaməsinə uyğun olaraq mərhum X1 payına düşən hissəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payları hər birinin 1/5 hissə kimi müəyyən edilməlidir. 14.04.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında X16, X17, X14, X9 və X20 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşlar. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 avqust 2021-ci il tarixli 2(025)-567/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia tələbi təmin edilərək, mərhum X6 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-375A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi vərəsə - X1 oğlu İddiaçı1 payının 1/5 hissə üzrə müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Endə X2 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ JN-375A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X11 05 noyabr 1999-cu il tarixdə, əri isə X12 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından adlı uşaqları doğulmuşdur. X3 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X13 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X3 vəfat edən zaman onun vərəsələri arvadı və uşaqları olmuşdur. X2 (miras qoyan) vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsi ilə bağlı rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 "vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)35/2020 saylı qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, mərhum X6 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Həmin iş üzrə İddiaçı2, X20, X9, X14, İddiaçı1, X16 və X17 tərəfindən qarşılıqlı iddia ərizəsi də verilmiş və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına və torpağın mülkiyyətə verilməsinə Şəhadətnaməyə əsasən (JN-375A, Kod ********) 05.11.1999-cu ildə ölmüş X6 məxsus olmuş və onun ölümündən sonra miras qalmış 0.22 ha torpaq sahəsinin və orada yerləşən bir otaqlı yaşayış evinin mirasın açıldığı gündən mirasqoyanın yalnız bir vərəsəsi - ataları X3 tərəfindən miras əmlak kimi faktiki q əbul olunmaqla idarə olunmasını, 03.02.2003-cü ildə ölmüş valideynləri olmasını nəzərə almaqla miras qalmış bütün əmlak üzərində onların birgə bərabər paylı hüquqlarının müəyyən edilməsi məhkəmədən xahiş olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsi ilə qeyd olunan qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qətnamənin mənasından aydın olur ki, qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir ona görə ki, X2 (miras qoyan) oğlu İddiaçı1 sağlığında yeganə vərəsə kimi anasından qalan bütün miras əmlaka sahiblik etmək və ya əmlakı idarə etmək faktı öz təsdiqini tapmamışdır, bu səbəbdən onun miras amlaka yalnız bir vərəsə kimi tam payı müəyyən edilməmişdir, eyni zamanda birinci növbədə vərəsə kimi İddiaçı1 bərabər paydan məhrum o lunmamış, miras qoyanın əmlakından digər birinci növbədə olan qanun üzrə vərəsələr sırasında olmaqla 1/5 hissə üzrə payı açıq saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-888/2020 saylı 11.08.2020-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərildiyi kimi, X3 03 fevral 2003-cü il tarixdə vəfat edən zaman onun vərəsələri arvadı və uşaqları olmuşdur. Hazırda V və M Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi ilə açıq qalmış mərhum - vərəsə X1 payına düşən 1/5 hissə üzrə payı müəyyən edib, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək he sab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1.1, 1159.1.2, 1159.13, 1159.1.4, 1159.1.5, 1243.1, 1243.2, 1252, 1253.1, 1253.2, 1262, 1274, 1282.1, 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Elçin Hüseynov) 16.11.2021-ci il tarixli, 2(107)-2093/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(025)-567/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətlərinə nəzər saldıqda görünür ki, apellyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. İkincisi, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Endə X2 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. 05 noyabr 1999-cu il tarixdə, əri isə X12 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından adlı uşaqları doğulmuşdur. X3 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X13 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X3 vəfat edən zaman onun vərəsələri arvadı M və uşaqları və V olmuşdur. Vərəsələrdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 "vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, mərhum X6 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə J N 375A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Miras qoyanın əmlakından digər birinci növbədə olan qanun üzrə vərəsələr sırasında olmaqla 1/5 hissə üzrə payı açıq saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-888/2020 saylı 11.08.2020-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərildiyi kimi, X3 03 fevral 2003-cü il tarixdə vəfat edən zaman onun vərəsələri arvadı M və uşaqları və V olmuşdur. Hazırda V və M Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/202 0 nömrəli qətnaməsi ilə açıq qalmış mərhum - vərəsə X1 payına düşən 1/5 hissə üzrə payı müəyyən edib, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı atasının ölümündən sonra miras qalmış əmlakı idarə etməkdə davam etmişdir. Cavabdehlər tələbin bu hissəsini mübahisələndirməmiş, onların mübahisəəlndirdiyi hal iddiaçı tərəfə ayrıca torpaq sahəsinin verilməsidir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sa xlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Nümayəndə2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi işdəki preyudisial əhəmiyyətə malik Qəbələ Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qətnaməsinə nəzər salmadan işi sadəcə iddiaçının xeyrinə həll etməklə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Məhkəmə iddiaçının atasının ölümündən sonra miras qalmış əmlakı idarə etdiyi qeyd etsə də, işdəki məhkəmə aktları ilə sübut olunur ki, hətta onun atası birinci növbə vərəsə olaraq miras qalmış torpaq sahəsini qəbul etməmiş, onu idarə etməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun oğlu da öz növbəsində həmin miras əmlakı heç vaxt idarə etməmiş və onun da istifadəsində olmamışdır. İddiaçı cavabdehin istifadəsində olmuş miras əmlaka dair iddia qaldırmışdır. İddiaçının özünün verdiyi izahatlara əsasən miras torpaq sahəsinin Cavabdeh1 istifadəsində olduğu müəyyən olunur. İddiaçı isə cavabdehin istifadəsində olan miras əmlakı atası məhkəmə qətnaməsi ilə qəbul etmədiyi halda mübahisələndirərək həmin torpaq sahəsini də ələ keçirmək məqsədi güdmüşdür. Apelyasiya məhkəməsi isə işdəki hüquqi faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə qiymət verməyərək üzərindən keçmişdir. Qəbələ Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qətna məsindən göründüyü kimi iddiaçının atası X1 miras əmlaka olan payının tanınması barədə İddiaçı1 iddiası təmin olunmamış, atanın payı müəyyən olunmamışdır. Məhkəmə iddiaçının miras əmlaka payını tanımaqda haqlı olmamış, həmin hissədə sübutetmə vəzifəsinin iddiaçının üzərində olmasına düzgün qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1 və 1133.2. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya v əsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edil miş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən v ərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş halla rda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdehin istinad etdiyi iş materiallarında olan qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, hazırki iddiaçı və onun qardaş bacıları qarşılıqlı iddia tələbində miras əmlakın yalnız ataları tərəfindən faktiki qəbul edilməsinin nəzərə alınaraq onların, yəni özünün və qardaş-bacılarının miras əmlak üzərində paylı mülkiyyət hüquqlarının müəyyən edilməsini xahiş etmiş, bu barədə sübutlar təqdim edilmədiyinə görə qarşılıqlı iddia təmin edilməmiş, Ra düşən pay həmin q ətnamə ilə nə inkar edilmiş nə təsdiq edilmiş, miras əmlakda X2 5 övladlarından 4-nün adı qeyd edilməklə onların 1/5 hissədə pay müəyyən edilmiş, Ra dair hissədə pay açıq saxlanmışdır. Hazırki halda cavabdeh kasasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qətnaməsindən iddiaçının atası X1 miras əmlaka olan payının tanınması barədə İddiaçı1 iddiasının təmin olunmadığının göründüyü, atanın payı müəyyən olunmadığını bildirsə də, yuxarıda göstərildiyi kimi qeyd edilən qətnamə ilə bu hal müəyyən edilməmiş, hazırki iddiaçı qarşılıqlı iddiada atası X1 miras əmlakda payının tanınmasını deyil, əmlakın yalnız atası tərəfindən qəbul edildiyinə istinad edib özü və qardaş-bacılarının payının müəyyən olunmasını tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2093/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar