Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1719/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilkin, Cavabdeh2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə iclas protokolunun tərtib olunması və imzalanması, qətnamənin ləğvinə əsas olan prosessual pozuntu, reyestr qeydinin (çıxarışın) ləğvi tələbinin aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi barədə ilk, Cavabdeh2 mənzilin dəyərinin ödənilməsi bərədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı1 (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh2 (bundan sonra – birinci cavabdeh), Cavabdeh3 (bundan sonra – ikinci cavabdeh) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Reyestr xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci və ikinci cavabdehin mülkiyyətində olmuş mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyətə dair çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə hazırda mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi ərazidə iddiaçıya yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Bunu nla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tələb olunan sənədlər əldə edilmişdir. Eyni zamanda, tikinti üçün ayrılmış ərazidə yerləşən birmərtəbəli köhnə tikililərin, o cümlədən mübahisə predmetini təşkil edən mənzillərin razılaşdırılmış dəyəri MMC-yə aid olan "xxxx" MTK tərəfindən onların mülkiyyətçilərinə tam şəkildə ödənilmiş və formal olaraq birinci və ikinci cavabdehin mülkiyyətinə keçirilmişdir. Bu şəxslər həmin mənzillər üçün hər hansı məbləğdə pul ödəməmişlər. "xxxx" MTK-nın təsisçisi və xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək sədri olan birinci cavabdeh həmin mənzillərin sökülməsi məqsədi ilə əldə edilməsindən məlumatlı olmuş, mənzillər məhz onun sədr olduğu dövrdə, nəinki razılığı və iştirakı ilə, həmçinin bilavasitə rəhbərliyi ilə sökülmüşdür. Bu hal onun imzası ilə iddiaçının adından Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış məktublarla da öz təsdiqini tapır. Mənzillər söküldükdən sonra onların yerində hündürmərtəbəli və çoxmənzilli yeni yaşayış binası inşa edilmişdir. Bu mənzillər mövcud olmadığından onlara dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı Reyestr xidmətinə müraciət edilmiş, lakin həmin müraciət bu günədək cavabsız qalmış və qeydlər ləğv edilməmişdir. Halbuki, həmin əşyalar tam məhv olmuş və bunun nəticəsində onların qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir.
3. Birinci cavabdeh qarşılıqlı iddia verərək, iddiaçıdan mübahisəli mənzillərin dəyəri olaraq 1.764.000 manat, mənəvi zərərə görə 200.000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, birinci cavabdeh MMC-nin sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, mənzilləri vətəndaşlardan əldə etmiş, təsisçi ilə əldə edilmiş razılığa əsasən ona həmin mənzillərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi vəd verilmiş, lakin qarşı tərəf vədlərə əməl etməmiş, nəticədə ona maddi zərər vurulmuşdur.
5. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-121/2021 nömrəli, 08 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur.
6. Birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olmuş mənzillərin öz iradələrinə uyğun olaraq və razılıqlar ı əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, hesab etmişdir ki, ilk iddia təmin edilməlidir.
7. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, birinci cavabdeh MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, cavabdeh iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, qarşılıqlı iddia təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 21.1, 21.2, 150.1, 150.2, 152.1, 203.1, 373.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Birinci və ikinci cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayətləri eyni məzmunda qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
11. Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının (bundan sonra – birinci instansiya məhkəməsi) 2(103)-6912/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6886/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) birinci və ikinci cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, ilk iddianın hansı mötəbər sübutlar əsasında təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini öz qətnaməsində tam əsaslandırmamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
15. Apellyasiya instansiya sı məhkəməsinin 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya Məhkəməsinin qətnaməsi qismən, yəni ilk iddianın ikinci cavabdehin adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, ilk iddia ikinci cavabdehin adına verilmiş Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və birinci cavabdehin mülkiyyətində olan Bakı şəhəri Xan Şuşinski küçəsi, 33 saylı evin 2 saylı mənzilinə dair qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində rədd edilmiş, qarşılıqlı iddiası qismən təmin edilərək, iddiaçıdan 1.568.750 manat pulun tutularaq birinci cavabdehə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, MMC mübahisəli mənzillərin dəyərinin onun tərəfindən ödənilməsini, alqı-satqı müqavilələrinin formal olaraq birinci cavabdehin adına rəsmiləşdirildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də, həmin mənzillərin dəyərinin iddiaçı tərəfindən birinci cavabdehə ödənilməsi barədə qarşılıqlı iddia əsaslıdır. Birinci instansiya məhkəməsində işə baxıla rkən "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə əsasən həmin mənzillərin ümumi dəyəri 1.568.750 manat təşkil etdiyindən, qeyd olunan məbləğ iddiaçıdan tutulub birinci cavabdehə ödənilməlidir.
17. Birinci cavabdehə məxsus mənzillər söküldüyündən və mənzillərin dəyəri ödənildikdən sonra onların qeydiyyatı hər hansı hüquqi əhəmiyyət kəsb etmədiyindən, həmin mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat və çıxarışlar ləğv edilməlidir. Birinci cavabdehə məxsus mənzilin dəyərinin ödənilməsi barədə mübahisə həll edilmədiyindən, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzilə dair qeydiyyatın və çıxarışın ləğvi barədə tələb rədd edilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Mülki Məcəllənin 140, 150.1, 150.2, 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1, 18.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı və "xxxx" MTK arasında mövcud olan bağlılığı müəyyən etmək üçün iş yeni apellyasiya baxışına qaytarılsa da, apellyasiya instansiyası məhkəməsi bu hüquqi şəxslərin qeydiyyat tarixlərindən bu g ünədək olan təsis sənədlərini müvafiq qeydiyyat orqanından tələb etməmiş, bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmişdir.
21. Eyni zamanda, mülki iş materialları ilə tanış olarkən iş materiallarının 4-cü cildinin 78-ci vərəqində olan xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolunun, eləcə də həmin cildin 85, 86-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolunun sədrlik edən hakim tərəfindən imzalanmadığı müəyyən edilmişdir. MPM-in 418.4.4-cü maddəsinə əsasən, məhkəmə iclasının protokollarının sədrlik edən hakim tərəfindən imzalanmaması prosessual pozuntu kimi qiymətləndirilir və şikayətin digər dəlillərindən asılı olmayaraq, qətnamənin ləğvi üçün əsas təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Birinci cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas təşkil etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun o laraq aparılır.
25. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
26. Maddə 272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
31. Maddə 418.4.4 İşdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Baxılan mülki işin materiallarından görünür ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən 06 dekabr 2022-ci il və 14 dekabr 2022-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarının protokolları katib tərəfindən tərtib edilməklə, onun tərəfindən imzalansa da, sədrlik edən hakim tərəfindən imzalanmamışdır.
35. MPM-ə əsasən, işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8-ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (§ 31).
36. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin dəlillərindən biri də məhz qeyd olunan prosessual pozuntu ilə bağlıdır.
37. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, baxılan iş üzrə ilkin iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin (çıxarışların) ləğvi ilə bağlıdır və cavabdehlərdən biri inzibati orqan olan Reyestr xidmətidir. İddiaçı həmin hissədə tələbini mübahisəli daşınmaz əmlakların artıq mövcud olmadığı ilə əsaslandırmış və tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 150.1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə istinad etmişdir. İdd iaçı bildirmişdir ki, mübahisəli daşınmaz əmlaklar artıq söküldüyü üçün onlarla bağlı reyestr qeydinin (çıxarışın) ləğv edilməsi ilə bağlı Reyestr xidmətinə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində müraciətinə cavab verilməmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işl ərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 39. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. B u kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında b axılmalıdır.
40. Ona görə də kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqelər baxımından iddiaçının Reyestr xidmətinə qarşı mübahisəli daşınmaz əmlakların reyestr qeydlərinin (çıxarışların) ləğv edilməsi tələbinin mülki, yaxud inzibati məhkəməyə aidiyyəti ilə məsələyə hüquqi qiymət verilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2366/2022 nömrəli, 14 dekabr 2022- ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.