Məhkəmə qərarları › İş №2(102)-1721/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1721/2020

08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1721/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 Niyazi oğlunun vəkili X14 iştirakı ilə, İddiaçı1 Niyazi oğlunun cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X6 qarşı mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən tikilmiş fərdi yaşayış evinin və digər köməkçi tikililərin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2604/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X2 şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh1 qarşı iddia verərək, xx.xx.2009-cu il tarixli “Torpaq Bağışlama” müqaviləsinə əsasən İddiaçı1 Niyazi oğlu tərəfindən ona və ailə üzvlərinə bağışlanmış Qax rayonu Marsan kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən qanunsuz tikilimiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, həmin torpağın cavabdeh tərəfindən boşaldılması və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq banka ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 əsl iddiaçı ola n İddiaçı1 Niyazi oğlu ilə əvəz edilmişdir. İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim mülkiyyətində olan Qax rayonu, Marsan kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin və digər köməkçi tikililərin Cavabdeh1 hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X18, Cavabdeh3, X11 və X15 tərəfindən boşaldılması və onların təsərrüfatlarında olan 5 baş xırdabuynuzlu mal və 20 ədəd toyuqları ilə birlikdə çıxarılmaları, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq banka ödədiyi 10manat dövlət rüsumunun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-5/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, JN-169 A literli, Kod 40317028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı1 Niyazi oğlu və onun ailə üzvləri X8, X19 və X12 birgə mülkiyyətində olan Qax rayonu Marsan kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş fərdi yaşayış evinin və digər köməkçi tikililərin Cavabdeh1 hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X18, Cavabdeh3, X11 və X15 tərəfindən boşaldılması və təsərrüfatlarında olan 5 baş xırdabuynuzlu mal və 20 ədəd toyuqları ilə birlikdə çıxarılmaları, cavabdehlər Cavabdeh1, X18, Cavabdeh3, X4 birgə qaydada 10 manat dövlət rüsumunun alınaraq İddiaçı1 Niyazi oğluna verilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişd ir. (hakim Malik Qarayev) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2604/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X5 apellyasiya şikayəti təmin edilməyərək, Qax Rayon Məhkəməsinin 2(024)-3514/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli, İnşallah Quliyev) Cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X11 (vəkil X9) kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmiş, məhkəmə işin bu və digər həqiqi hallarının araşdırılmasına bilavasitə maraqlı olmamış, mübahisə predmeti olan torpaq sahəsinin hüquqi statusunu müəyyən etmədən, həmin torpağın qohumu X16 verilməsini, sonuncunun də torpağı ona satmasını nəzərə almadan, bu səbəbdən də istər ilkin İddiaçı2, istərsə də İddiaçı1 Niyazi oğlunun və qeyrilərinin mübahisə predmetinə dair subyektiv hüquqlarının olmadığına əhəmiyyət vermədən səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Niyazi oğlunun vəkili X3 şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydad a xəbər verilsə də, cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X11, iş üzrə üçüncü şəxslər X8, X17 və X20 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh3 vəkili məhkəməyə teleqram ünvanlayaraq, karantin rejimi ilə əlaqədar ezamiyyətdə olduğu Qax rayonundan gələ bilməməsini qeyd etmiş və işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh3 vəkilnini teleqramda göstərdiyi halları üzrsüz hesab edərək, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin və vəkilin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən hazırki iş üzrə İddiaçı1 Niyazi oğlu və iddiaçının ailə üzvləri olan üçüncü şəxslər X8, X17 və X13 özlərinin mülkiyyətlərində olan Qax rayonu, Marsan kəndində yerləşən 0.11 ha torpaq sahəsini xx.xx.2009-cu il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda bağlanmış “Torpaq Bağışlama” müqaviləsinə əsasən İddiaçı2 bağışlamalarını, sonuncunun ona bağışlanmış torpaq sa həsi üzərində mülkiyyət hüququnu cavabdehlərin günahı üzündən həyata keçirə bilməməsini, ekspertin rəyində JN-169 A saylı şəhadətnamənin baza məlumatlarındakı DBF faylına əsasən İddiaçı1 Niyazi oğluna məxsus olması, JN-169 A saylı şəhadətnamədə göstərilən 0.11 ha torpaq sahəsinin cizgiləri daxilində Cavabdeh1 tərəfindən qanunsuz olaraq fərdi yaşayış evi, köməkçi tikililər inşa edilməsi, həmin tikililərin Cavabdeh1 istifadəsində olmasının göstərilməsini müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 157, 164.1, 165.1, 170.2, 213.6, 666.2, 668.1.1, Torpaq Məcəlləsinin 49, 84 və 111-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, JN-169 A saylı şəhadətnamənin baza məlumatlarındakı DBF faylına əsasən Qax rayonu Marsan kəndində yerləşən 0.11 ha torpaq sahəsinin İddiaçı1 Niyazi oğluna məxsusdur və cavabdeh iddiaçıya məxsus olan həmin torpaq sahəsinin cizgiləri daxilində tikililər inşa etmiş və həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründ üyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilini – mübahisəli torpağın qohumu X16 verilməsi, sonuncunun torpağı ona satması, buna görə də nə ilkin olaraq İddiaçı2, nə də İddiaçı1 Niyazi oğlunun mübahisə predmetinə dair subyektiv hüquqlarının olmaması – əsassız sayır. Belə ki, məhkəml ər tərəfindən torpaq sahəsinin cavabdehə qohumu X21 tərəfindən satılması halı müəyyən edilməmişdir. Əksinə, mübahisəli torpağın rəsmi reyestrdə İddiaçı1 Niyazi oğluna məxsus olması müəyyən edilmişdir. Buna görə də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tətbiq etdiyi maddi hüquq normaları baxımından əsaslı olmuşdur. Kassasiya şikayətində istinad edilən başqa dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X1 şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və X1 şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-2604/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar