Məhkəmə qərarları › İş №2(102)-1722/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1722/2019

18.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1722/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2100/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qət naməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Qəbələ rayon məhkəməsinin (hakim Fehruz Abbasov) 22 may 2018-ci il tarixli, 2(025)552/2018 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Respublika əhəmiyyətli avtomobil yolundan qeyri-yaşayış obyekti üçün qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilməd ən sаxlаnılmışdır. İşin halları: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək R-8 indeksli Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci km sahəsində yolun sol tərəfində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus “Ticarət” obyekti üçün qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun cavabdehlərin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, R-8 indeksli Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 85-ci km sahəsində yolun sol tərəfində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxs us “qeyri-yaşayış obyekti” (Ticarət obyekti) yerləşmişdir. Cavabdehlərə məxsus “Ticarət” obyektindən qeyri-qanuni olaraq yaradılmış eni 30 metr, uzunluğu 73 metr olan ümumilikdə 30x73=2190 kvadrat metr ərazini zəbt edərək, 1.0.02-85 nömrəli inşaat norma və qaydalarına uyğun olmayaraq giriş-çıxış yolu yaratmışlar. Cavabdehlər yaratdığı giriş-çıxış yolunun ləğv edilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Belə ki, Cavabdeh1 rəsmi qaydada 22 sentyabr 2017-ci il tarixli, 65XG nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavabdehlər bu günə qədər qeyri-qanuni yaradılmış giriş-çıxış yolunu ləğv etməmişdir. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1080/34 nömrəli, 30.10.2017-ci il tarixli və Qəbələ rayon Polis Şöbəsi tə rəfindən verilmiş 15/144-22829-1217 nömrəli, 07.11.2017-ci il tarixli məktublarına əsasən qeyd olunan “Ticarət” obyektləri cavabdehlərə məxsus olması təsdiq edilir. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından növcud qanunvericiliyə əsasən “Avtomobil Yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli, 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 93 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Re spublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarını, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və Avtomobil Yolları Haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini kobud surətdə pozurlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 0 3 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Tərəflərin izahatları: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Qəbələ rayonu Nic kəndində 0,0221 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Cavabdeh2 adına, 0,0479 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsi üçün yaradılmış giriş-çıxış yolunun sökülməsini tələb edir və tələbini iddia ərizəsində göstərilənlərə əsaslandırmışdır. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı təşkilatın sökülməsini tələb etdiyi giriş-çıxış yolu onun okyektinin yerləşdiyi həmin ərazidə deyil. Çünki onun obyektinin yerləşdiyi ərazi üzrə yoldan onun obyektinə giriş-çıxış yolu yoxdur və onun obyektinə giriş-çıxış həmin obyektin qarşı istiqamətindəndir. Onun obyektindən avtomobil yoluna xüsusi olaraq hər hansı birləşmə yaradılmamışdır. Hesab edir ki, ona məxsus obyekt yolların mühafizə zonasından kənarda yerləşdiyindən və obyektindən avtomobil yoluna hər hansı yol birləşməsi etmədiyindən, tərəfindən hər hansı bir texniki şərt alınmasına da ehti yac yoxdur. “Avtomobil Yolları Haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin dispozisiya şərtlərinə görə, yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir (1-ci hissə). Yol təsərrüfatı orqanları bu məqsədlə, həmçinin müvafiq istirahət meydanları və xüsusi dayanacaqlar da yarada bilərlər (2-ci hissə). Yolkənarı xidmət obyektlərinin qurulması hərəkətin təhlükəsizliyini və yolun saxlanılma şərtlərini pisləşdirməməli, sanitariya-gigiyena və ekoloji tələbləri pozmamalı, qüvvədə olan standartlara və digər texniki normalara müvafiq yerinə yetirilməlidir (3-cü hissə). Yolkənarı xidmət obyektlərinin layihələri onların yerləşdiyi yerlərin mülkiyyətçiləri, yol təsərrüfatı orqanları və müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır (4-cü hissə). Avtomobil yollarının qorunma (mühafizə) zolağı hüdudları daxilində yolkənarı xidmət obyektləri bu Qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yerləşdirilir (5-ci hissə). Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar (6-cı hissə). Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçidsürət z olaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir (7-ci hissə). Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir (8-ci hissı). Ümumi istifadədə olan avtomobil yollarının mühafizə olunan pullu dayanacaqları, habelə bu maddədə göstərilən məqsədlər üçün avtomobil yollarının sərbəst torpaq sahələri icarəyə verilə bilər (9-cu hissə). Keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurğularının və yol servisinin digər qurğularının təmiri, qurulması və saxlanılması üçün xərclər həmin obyektlərin mülkiyyətçiləri tərəfindən çəkilir (10-cu hissə). Həmin Qanununun 26-cı maddəsinin 15-ci hissəsi yolkənarı xidmət obyektləri, istirahət meydanları və xüsusi dayanacaqların təşkil edilməsi qaydasını və şərtlərini, 6-8-ci hissəsi yolkənarı xidmət obyektlərinin nqəliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olması və həmin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması ilə bağlı tələbləri, 9-cu hissəsi ümumi istifadədə olan avtomobil yollarından istifadə qaydasını, 10-cu hissəsi isə keçidlərin, dayanacaqların, nəqliyyat vasitələrinin saxlanması üçün meydançaların, sutəmizləmə qurğularının və yol servisinin digər qurğularının təmiri, qurulması və saxlanılması qaydasını müəyyən etmişdir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nizamnaməsinin 3.1.25-ci bəndinə görə, agentliyin fəaliyyət istiqamətlərinə aid edilmiş vəzifələrindən biri də yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin tikilməsi, yenidən qurulması və təmiri işlərinin görülməsi üçün texniki şərtlərin verilməsi və ona nəzarəti həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus obyekt Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci km sahəsində yolun sol tərəfində mühafizə zonasından kənarda yerləşir. İddiaçı cavabd ehlər tərəfindən texniki şərt almadan qanunsuz olaraq obyektlərinə girişçıxış yolu yaradıldığını iddia etmiş və iddiasının qanuni əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə və “Avtomobil Yolları Haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 26-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus ticarət obyektlərinin də mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir. Qanunun tələbinə görə, yolkənarı xidmət obyektləri avtomobil yolları istifadəçilərinin ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının təhlükəsiz istismarı, saxlanılması və qorunması qaydalarını pozmayan digər fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilir. Yolkənarı xidmət obyektləri nəqliyyat vasitələrinin saxlanılması üçün parklanma yerləri, duracaq yerləri və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yollarına malik olmalıdırlar. Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin oby ektlərin sahibləri tərəfindən yerinə yetirilir. Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Məhkəmə hesab etmişdir ki, yolkənarı xidmət obyektlərindən istifadə etmək istəyən nəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə həmin obyektlərin sahibləri tərəfindən parklanma yerləri, duracaq yerləri və dayanacaqlar, həmçinin avtomobil yollarından onlara girişin təmin olunması məqsədilə giriş, çıxış və birləşmə yolları yaradılmalıdır. Yəni, giriş, çıxış və birləşmə yolları məhz parklanma və duracaq yerlərinə və ya dayanacaqlara girişə və çıxışa xidmət etməlidir və onların yaradılması (tikilməsi, qurulması) üçün heç bir texnik i şərt almağa ehtiyac duyulmur. Bununla belə, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri texniki şərtlər və tələblər əsasında həyata keçirilməlidir. Göründüyü kimi, yolkənarı xidmət obyektlərinin sahibləri tərəfindən avtomobil yolu sahibinin verdiyi texniki şərtlər və tələblər əsasında görülən işlərə yalnız avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri aid edilmişdir. Parklanma yerləri, duracaq yerləri və dayanacaqlarа giriş və çıxış təşkil etmək üçün isə heç bir texniki şərt alınması tələb olunmur. Agentliyin nizamnaməsində də söhbət parklanma yerləri, duracaq yerləri və dayanacaqlarа giriş və çıxışdan yox, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin tikilməsi, yenidən qurulması və təmirindən gedir. “ Giriş-çıxış” dedikdə avtomobil yolundan çıxaraq yolkənarı xidmət obyektlərinin dayanacaqlarına daxil olmaq və oradan çıxmaq imkanı (hansı ki, bunun üçün xüsusi olaraq nə isə tikməyə və ya qurmağa ehtiyac yoxdur), “yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələri” dedikdə isə avtomobil yolundan həmin obyektə (obyektin ərazisinə) daxil olmaq və obyektdən avtomobil yoluna çıxmaq üçün xüsusi olaraq tikilmiş yol, yəni yol birləşməsi başa düşülür. Əks təqdirdə, iddiaçının tələbi də giriş-çıxış yoluna yox, məhz yol birləşməsinin sökülməsindən ibarət olardı. İddiaçının tələbi onun irəli sürdüyü maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1 07)-2100/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar