Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1724/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili xxx oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Valehov Qismət Valeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxx oğluna qarşı vurulmuş ziyan barədə iddiası təmin edilmiş, cavabdeh xxx oğlundan vurulmuş ziyana görə İddiaçı1 xeyrinə 25,500 (iyirmi beş min beş yüz) manat, İddiaçı2 xeyrinə isə 8,000 (səkkiz min) manat tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh xxx oğlundan 15 (on beş) manat 20 (iyirmi) qəpik İddiaçı1 xeyrinə, 15 (on beş) manat 20 (iyirmi) qəpik isə İddiaçı2 xeyrinə tutulması, ödənilməli olan daha 30 (otuz) manat dövlət rüsumunun cavabdeh xxx oğlundan dövlət büdcəsinin xeyrinə tutulması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), İ.Quliyev və M.Əsədli, 2(103)-1399/2019 saylı mülki iş) hazırki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh xxx oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh xxx oğluna qarşı vurulmuş ziyan barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, xxx oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2016-cı il tarixdən hesablanmışdır. xxx yuxarıda qeyd edilən maddələrlə təqsirli bilinmişdir ona görə ki, o, özgənin əmlakını aldatma və etibardan sui istifa də etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X2 və digər şəxslərlə qabaqcadan əlbir olub, bir qrup şəxs halında İddiaçı1, sonuncunun oğlu X1 şəhər polis Şəbəsinin DYP-nin bölməsinin yol polis xidməti inspektoru vəzifəsinə bərpa edəcəklərinə vəd verib, aldadaraq xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı tarixə kimi vahid qəsdlə əhatə olunmaqla ümumilikdə İddiaçı1 25,500 manat məbləğində, İddiaçı2 8,000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, onun iddiaçılara qarşı dələduzluq etməsi, iddiaçılardan pul alması ilə bağlı məhkəmənin qənaət qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Cavabdehin kassasiya şikay ətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsi dəyərləndirmə aparmışdır. Məhkəmə qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, həmin hökmlə xxx Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, xxx dələduzluq cinayətini törətməklə zərər çəkmiş şəxs İddiaçı1 25,500 manat, İddiaçı2 8,000 manat məbləğində ziyan vurmuşdur. Həmin hökmdən xxx tərəfindən verilmiş apeiyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində baxılmış, apelyasiya şikayəti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cina yət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 4 nömrəli, xx xxxxxx 2005-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Apelyasiya məhkəməsinin tətbiq etdiyi həmin norma kasatorun şikayətini cavablandırır. Nə qədər ki, artıq qanuni qüvvəsini almış məhkəmə hökmü mövcuddur cavabdeh onun iddiaçılara qarşı dələduzluq etməməsinə və ya, onlardan pul al mamasına istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1724/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1724/2020
09.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver