Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1725/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh1 və vəkili X3 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev, iş № 2(075)-xx/19) İddiaçı Cavabdeh1 və Şəki şəhəri 1 saylı Dövlət Notari at Kontoruna qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ilk iddiası rədd edilmiş, Cavabdeh1 İddiaçı və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən həm İddiaçı, həm də Cavabdeh1 apelyasiya şikayətləri vermişlər. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən, M.Əsədli-məruzəçi, İ.Quliyev, iş № 2 (107)-xxx/19) Cavabdeh1 apelyаsiyа şikаyəti təmin edilməmiş, İddiaçı apelyasiya şikayəti isə qismən təmin edilərəkŞəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tаrixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək ilk iddia təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzillə bağlı özəlləşdirmə etibarsız hesab edilmiş, RX seriyalı, ******* nömrəli, xx xxx 2014-cü il tarixli çıxarış ləğv edilmiş, qətnamə qalan hissədə yəni, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ilk iddianın təmin edilən və qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilməsini və işin həmin hiss ələrdə yeni apelyasiya baxışına qaytraılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzillə bağlı özəlləşdirmənin etibarsız hesab edilməsi və XX seriyalı, ******* nömrəli, xx xxx 2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24.05.2014-cü il tarixli XX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı Kamil oğlunun istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissələrdə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 və vəkili M.Sarıyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında işdə iştirak edən şəxslərdən yalnız cаvаbdeh Cavabdeh1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, Cavabdeh1 və vəkili M.Sarıyevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk iddia tələbinin rədd olunması hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni həmin hissədə ləğv etmiş və iddianı həmin hissədə təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və bacısı Cavabdeh1 mübahisəli mənzilin cava bdehin adına özəlləşdirilməsinə, mənzil özəlləşdirildikdən sonra Cavabdeh1 həmin 4 otaqlı mənzili satması, satışdan əldə edilmiş puldan iddiaçıya 2 otaqlı mənzil alması və xərçəng xəstəliyindən əziyyət çəkən bacıları X2 müalicə etdirməsi şərtilə razılığa gəlmişlər. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh1 2000-ci ildən mübahisəli mənzildə deyil, atasından miras qalan mənzildə yaşadığını, mənzil özəlləşdirildikdən sonra həmin 4 otaqlı mənzili satması, satışdan əldə edilmiş puldan iddiaçıya 2 otaqlı mənzil alması və xərçəng xəstəliyindən əziyyət çəkən bacıları X2 müalicə etdirməsi ilə bağlı İddiaçı ilə razılığa gəldiklərini, lakin sonradan aralarında baş verən anlaşılmazlıqlardan dolayı razılaşmadan imtina etdiyini bildirmişdir. Apelyasiya instansiya sı məhkəməsinin qənaətinə görə işin halları belə nəticəyə gəlməyə əsas verir ki, həqiqətən də tərəflər mənzil özəlləşdirildikdən sonra həmin 4 otaqlı mənzilin satılması, satışdan əldə edilmiş puldan İddiaçı 2 otaqlı mənzil alınması və xərçəng xəstəliyindən əziyyət çəkən bacıları X1 müalicə etdirilməsi şərtilə razılığa gəlimiş, sonradan isə cavabdeh razılaşmadan imtina etmişdir. Bu fakt hər iki tərəfin izahatından və işin digər hallarından məlum olmuşdur. Digər tərəfdən, mənzil özəlləşdirilərkən cavabdeh faktiki olaraq 2000-ci ildən həmin mənzildə yaşamamışdır. Yəni, mənzil özəlləşdirilərkən Mənzil Fondunun Özəlləşdirilməsi haqqında qanunun 5-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi müddətin keçməsi ilə bağlı dəlilə münasibət bildirərək qeyd etmiş dir ki, hazırkı işdə mübahisələndirmə müddəti keçməmişdir. Belə ki, İddiaçı Cavabdeh1 aralarında olan razılaşmanı icra etməkdən imtina etdiyini bildikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və müddəti ötürməmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apelyasiya şikayəti təmin edilə bilməz. Belə ki, ilk iddia təmin edildiyindən qarşılqlı iddia tam təmin edilə bilməz. Belə ki, mənzilin özəlləşdirilməsi etibarsız hesab edildiyindən cavabdeh faktiki mülkiyyətçi statusunu itirmiş olur. Bu da cavabdehin həmin tələblə məhkəməyə müraciət üçün subyektiv hüquqa malik olmadığı qənaətinə gəlməyə əsas verir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin XX seriyalı, ******* nömrəli, xx xxx 2014-cü il tarixli çıxarışı n ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, XX seriyalı, ******* nömrəli, xx xxx 2014-cü il tarixli çıxarış mənzilin özəlləşdirilməsi əsasında verildiyindən və özəlləşdirmə etibarsız hesab edildiyindən RX seriyalı, ******* nömrəli, xx xxx 2014-cü il tarixli çıxarış da ləğv edilməlidir. İddiaçı qətnaməni cavabdehin mübahisəli mənzilə köçürülməsi hissəsində mübahisələndirmədiyindən apelyasiya instansiyası məhkəməsi qətnamənin həmin hissəsinə münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən maddi hüquq norması kimi Mülki Məcəllənin 337, 354.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apelyasi ya instansiyası məhkəməsi yuxarıda şərh olunanlara əsasən bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin ilk iddiaya aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qi ymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx oktyabr 2019cu il tarixli, 2 (107)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1725/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1725/2020
17.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver