Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1727/2025 11.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tutulması, tələbin qanuni əsası, maddi hüquq normasının səhv tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-246/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında müqavilə imzalanmış, işçi Əsədullayev X1 Könül Baloğlan qızına məxsus mağazaya satıcı vəzifəsinə qəbul edilmişdir. 2. 14-15 sentyabr 2021-ci il tarixli aktın məzmununa əsasən 2021-ci ildə mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787 manat dəyərində məhsul olmuş, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində mal qalmış, 33243,40 manat dəyərində mal pul və ya məhsul formasında götürülmüşdür.
3. Astara Rayon Prokurorluğunun 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X3 xx.xx.2021-ci il tarixdə ərizə ilə rayon prokurorluğuna müraciət edərək, Astara rayon Pensər kəndində etibarnamə əsasında təmsil etdiyi şəxs - arvadı İddiaçı məxsus ərzaq mağazasında satıcı işləyən Cavabdeh həmin mağazadan ayrı-ayrı vaxtlarda təxminən 40-42 min manat məbləğində pulu mənimsədiyini bildirmişdir.
4. Müraciət əsasında toplanmış material üzrə müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar-may ayları ərzində, yəni ilk beş ayı ərzində İddiaçı məxsus mağazanın Cavabdeh satıcısı olduğu məhsullar bölməsinə ümumilikdə 107872 manat dəyərində məhsullar gətirilmiş, həmin məhsullara mütənasib olaraq satılan malların dəyəri isə 111065 manat təşkil etmiş, 2020-ci il tarixdə mağazada qalan və satılmayan 51915,40 manat dəyərində məhsullar isə 2021-ci ilə qalıq qalmış və cari il də satılması təmin edilmişdir. Hesabat sənədləri və 14-15 sentyabr 2021-ci il tarixlərdə həyata keçirilmiş sayım aktları əsasında müəyyən edilmişdir ki, 2021-ci il üçün mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağazada 159787,4 manat dəyərində məhsul olmuş və 111065 manat dəyərində məhsullar satılmış, hazırki dövrə isə mağazada ümumilikdə 15479 manat dəyərində mal-mülk qalmış, 33243,4 manat dəyərində mal-mülk isə pul və ya məhsul formasında götürülmüşdür. 5. 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı məxsus əmlak, yəni, ərzaq məhsulları mağazası etibarnamə əsasında Cavabdeh etibar edilsə də və sonuncu tərəfindən İddiaçı məxsus ərzaq məhsulla rı mağazasından qeyd edilən məbləğdə pul və mal özünkiləşdirilsə də, Cavabdeh İddiaçı tərəfindən “əmlak üzərində sərəncam vermə” hüququnun verilməsi, Cavabdeh isə ona verilən bu hüquqdan sui-istifadə etməsi sonuncunun əməlində cinayət tərkibini istisna etməklə, məsələyə mülki mübahisə qaydasında baxılmasına dəlalət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (tələbin dəiqiqləşməsi barədə ərizə) ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan (bundan sonra “cavabdeh”) 36785 manat zərərin əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Astara rayonu Pensər kənd sakini olan cavabdehə etibarnamə verərək Astara rayonu Pensər kəndində yerləşən iddiaçıya məxsus ərzaq mağazasının idarə edilməsini cavabdehə tapşırmışdır. Cavabdeh öz fəaliyyəti haqqında vaxtaşırı olaraq gördüyü işlər barədə iddiaçının digər nümayəndəsinə X2 (iddiaçının ərinə) hesabat verməli idi. Lakin cavabdeh öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, aldığı ərzaq məhsullarının satılması, qaytarılması və yığılmış pulların təyinatı üzrə xərclənməsi barədə iddiaçıya və iddiaçının nümayəndəsi X1a vaxtında hesabat verməmişdir. İddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsi şifahi bağlanmış, onların razılaşmasına əsasən mağazada satılacaq mallara, mağazanın anbarında olan və qəbul edilən və ya buraxılan mallara Cavabdehlik daşıyacaq və bu barədə vaxtaşırı olaraq iddiaçıya hesabat verəcəkdir. Vəkalət alan cavabdeh tapşırığı qəbul etmiş və bundan sonra həmin müqavilə qüvvəsini almışdır. Bundan əlavə iddiaçı cavabdehi həm də həmin mağazaya əmək müqaviləsinə əsasən satıcı kimi işə qəbul etmişdir. Mülki Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Cavabdeh qanunun bu tələbin pozmuş tapşırığı vicdanla icra etməmiş, ona tapşırılmış əmlakı dağıtmış, israf etmiş və mənimsəmişdir. Onlar həmin mağazada və mağazanın anbarında təftiş apararkən cavabdeh bu təftişdə iştirak etməmişdir. Belə ki, 14-15 sentyabr 2021-ci il tarixdə mağazada həyata keçirilmiş sayım aktları əsasında müəyyən edilmişdir ki, 2021-ci ildə mağazaya gətirilmiş və ötən ildən qalıq qalmış məhsullarda əskiklik olmuşdur. Belə ki, 2021-ci il ərzində ümumilikdə mağa zada 159787 manat dəyərində məhsul olmuş, hazırki dövrə isə mağazada ümumilikdə 15 479 manat dəyərində mal qalmış, 33243,40 manat dəyərində mal pul və ya məhsul formasında götürülmüşdür. Bundan əlavə, cavabdeh "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixdə 128D/2019 saylı müqavilə ilə ona verilmiş etibarnaməni təqdim edərək 22128 manat dəyərində buğda unu götürmüş və həmin malı mağazaya mədaxil etməmişdir. Hazırda həmin pul onların üzərində qalmışdır. Həmçinin cavabdeh XXX (tor) satışı mağazasından 1700 manatlıq XXX (tor) götürmüş həmin malı da mağazanın anbarına mədaxil etməmiş və nəticədə həmin məbləğdə pul hazırda mağazadan tələb olunur. Daha sonra cavabdeh Lənkəran rayonunda yerləşən topdan satış ərzaq mağazasından müxtəlif adlarda məhsullar götürmüş və həmin mağazaya da 350 manat borclu qalm ışdır. Beləliklə, cavabdeh iddiaçıya 36,785 ziyan vurmuşdur.
8. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, 2007-ci il yanvar ayının 27-də Astara rayonu Pensər kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus ticarət obyektində satıcı kimi işə qəbul olunmuşdur. İşə qəbul olunan zaman obyektdəki malların təhvil-təslimi həyata keçirilməmişdir. Daha doğrusu ona bu xüsusda heç bir akt da təqdim edilməmişdir. Ticarət obyektinin bütün fəaliyyətinə iddiaçının əri X1 rəhbərlik etmişdir. X1un psixi durumunda problem olduğu üçün o, Maştağadakı müvafiq Dispanserdə qeydiyyatdadır və mütəmadi olaraq dərman pereparatları qəbul edir. Ona sonradan bəlli olub ki, əmək fəaliyyətini obyektin sahibi 2007-ci ildə yox, 2015-ci ildə özünün tərtib etdiyi saxta müqavilə ilə rəsmiləşdirib. Ötən bu illər ərzində ona görə Dövlət Sosial Sığorta Fonduna ödənişlər həyata keçirilməyibdir. Saxtakarlıqlar bununla da bitməyib. Daha sonra iddiaçı onunla bağladığı saxta əmək müqaviləsində əmək haqqını 125 manat göstərib. Hansı ki, iddiaçı hər ay ona 450 manat əmək haqqı verib. İş saatını müqavilədə həftənin 6 günü olmaqla səhər saat 09:00-dan 18:00-dək bir növbəli iş günü kimi göstərib. Halbuki o, həftənin bütün günlərini səhər saat 08:00-dan axşam saat 21:00dək çalışmışdır. Burada məqsəd Dövlətin mövcud qanunlarından yan keçərək onun kimi burada çalışan daha üç nəfərin haqqını tapdamaq olub. Nəticə etibarı ilə, iddiaçı işlətdiyi ticarət obyektində çalışan işçilərin qul əməyindən sui-istifadə edərək gəlirini dövlətdən gizlətmək məqsədi güdüb. Aralarında baş verən mübahisəyə qədər burada heç bir problem yaşanmayıbdır. xx.xx.2021-ci il tarixdə X1 ticarət obyektinə gələrək ona vəzifəsinə aid olmayan iş tapşırmşdı. O da buna etiraz etmiş, bu zaman X1 onu küçə söyüşləri ilə söyüb təhqir etdikdən sonra obyektin açarlarını ona verib iş yerini tərk etmişdir. Bundan sonra X1 ona qarşı şər-böhtan kampaniyasına başlamışdır. İddiaçının iddia etdiyinə görə guya xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən 22128 manat dəyərində buğda unu, "XXX" satışı mağazasından 1700 manatlıq XXX və Lənkəran rayonunda yerləşən topdansatış ərzaq mağazasından müxtəlif adlarda 350 manat dəyərində mal götürmüşdür. Bundan əlavə, "XXXX" firmasından 2021-ci ilin avqust ayının əvvəllərində 749 manatlıq nisiyə düyü götürmüşdür. İşdən çıxdıqdan sonra həmin məbləği sözü gedən firmaya təqdim etmək üçün X1a vermişdir. Da ha sonra 2021-ci ilin üç ayı, iyun, iyul və avqust aylarına görə ticarət obyektinin təsərrüfat xərclərinə (işıq pulu, fəhlə pulu, vergi, dövlət sosial müdafiə fonduna sığorta pulu) ümumilikdə 4200 manat da əlavə ödəmişdir. Eyni zamanda işdən çıxan zaman nisiyə dəftərində verdiyi mallara görə 7000 (yeddi min) manat borc var idi. Yuxarıda qeyd edilən malların ticarət obyektinə daxil olması ilə bağlı aiddiyatı üzrə qaimə sənədləri olub və həmin malları daxil olma kitabına qeyd etmişdir. Həmin mallar da işdən uzaqlaşana qədər ticarət obyektinin anbarında olub. Həmçinin ticarət obyektinə firmalardan daxil olan bütün nisiyə mallar da obyektin mədaxil kitabında qeyd olunub. Lakin qarşı tərəflə aralarında yaranan mübahisədən sonra iddiaçı ona hədə dolu məktublar yazaraq çalışdığı 2007-ci ilə qəd ər obyektdə olan malların hesabatını da tələb edir. Bu ailənin məqsədi bu günə qədər ticarət obyektindəki bütün yeyinti və çatışmamazlıqları onun üstünə yıxıb oyundan quru çıxmaqdır. Halbuki işə qəbul olunan zaman malların təhvil-təslimi həyata keçirilməmişdi. Buna görə müvafiq akt da mövcud deyil. Amma bu adamlar ondan əl çəkmək istəmirlər. X4 xəbər göndərib ki, səni zorla da olsa dükana gətizdirib hesabatı alacağam. Dükanın heç bir qəpiyini belə mənimsəməmişdir. Mağazaya daxil olan mallar barədə qeyd kitabında qeydlərini etmişdir. Ona qarşı qaldırılan iddia əsassızdır.
9. Birinci instansiya məhkəməsi 11 aprel 2022-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir.
10. Zərurui sənədlər təqdim edilməyindən ekspertizanın aparılmasından imtina olunmuşdur.
11. Birinci instansi ya məhkəməsi Azərbaycan Respublikası Auditorlar Palatasına sorğu verərək, iddiaçıya məxsus mağazada 2019-2021-ci illər üçün audit yoxlamasını keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. 12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Auditor hesabatına əsasən iddiaçıya məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.12019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36785,52 manat mənfəət, yəni qazanc olması təsdiq edilir.
13. Birinci instansiya məhkəməsi Auditor hesabatını əlavə etməklə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə 11 aprel 2022-ci il tarixli qərardadı rəy verilməsi üçün yenidən Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/4146 nömrəli rəyinə görə iddiaçıya məxsus ərzaq malları ticar ət mağazasının topdan satış şöbəsində xx.xx.12019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36785,52 manat mənfəət əldə edilməsi müəyyən edilir.
15. Birinci instansiya məhkəməsi zərərin məbləğini müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixli qərardadla yenidən mühasibatlıq ekspertizası təyin etmişdir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 9/3637 nömrəli rəyinə görə iddiaçıya məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.12019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36785,52 manat mənfəət əldə edilməsi müəyyən edilir.
17. Astara Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(018)-3/2024 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 36,785 (otuz altı min yeddi yüz səksən beş manat) manat pul alınaraq iddiaçıya verilməsi qət edilm işdir. (hakim Zamin İbrahimov)
18. Birinci instansiya məhkəməsi Astara rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara istinadən göstərmişdir ki, həmin qərarda gəlinən nəticə, yəni cavabdehin iddiaçıya 36785 manat məbləğində ziyan vurması barədə gəlinən nəticə hazırki işə baxan məhkəmə üçün məcburidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4-cü maddələri və “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəmə sində icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla məhkəmə cavabdehi vəkalət alan kimi qiymətləndirsə də, qətnamədə tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin şifahi olduğu qeyd olunmuşdur. İddiaçı isə şəxsən məhkəmə iclaslarında iştirak edərək göstərilən məsələyə aydınlıq gətirməmişdir. Bundan başqa, ekspertiza rəyində hesablamalar qətiyyən düzgün aparılmamış, cavabdehin nə aldığı əmək haqqı, nə də başqa hesablar düzgün göstərilməmişdir. Belə ki, mülki iş məhkəmənin icraatında olduğu zaman cavabdeh məhkəməyə müraciət edərək aşağıdakı hallarla bağlı məlumat verərərək bildirmişdir ki, ona i llik 1500 manat deyil, aylıq 450 manat əmək haqqı verilmiş bu da illlik 5400 manat təşkil edir. Həmçinin hər il ƏSMM-nə 390 manat deyil, hər ay 196 manat ödənilmişdir ki, bu da illlik 2352 manat təşkil etmişdir. Eyni zamanda “Nisyə dəftəri”ndə olan şəxslərə verilən, lakin əvəzi ödənilməmiş ərzaqlara görə 4800 manat, eyni zamanda mağazanın gündəlik xərcləri nəzərə alınmamışdır. Cavabdeh məhkəməyə məlumat verərək bildirmişdir ki, YXO-ya illik 380 manat ödənilməsi həqiqəti əks etdirmir, YXO-ya aylıq 400 manat pul ödənilmişdir ki, o da illik 4800 manat etmişdir. Cavabdeh ondan başqa mağazada iki işçinin çalışdığını, onlardan birinin əmək haqqının 200 manat, digərininkinin isə 300 manat olduğunu bildirmişdir. Bu məbləğ isə illik 6000 manat təşkil etmişdir. Dəyirmandan mağazaya un gətirən maşına hər ay 400 manat pul ödənilmişdir ki, bu da illik 2400 manat təşkil etmişfir. Bunları rəsmi olaraq məhkəməyə bildirməsinə baxmayaraq cavabdehin məhkəmə iclaslarında vəkili olmadığından göstərilən hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Hesabatlar düzgün tədqiq olunmadığından da məhkəmə mübahisələndirilən qətnaməni qəbul etmişdir. Göründüyü kimi, cavabdeh həmin mağazada rəsmi işçi funksiyasını yerinə yetirdiyi halda və daşıdığı vəzifə təsnifatına uyğun olmadığı halda onunla qeyri-rəsmi razılığa əsasən ona cavabdehlik tapşırılmışdır ki, bu da qanunvericiliklə yol verilməzdir. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, iddiaçının tələbinin də dəqiq olmaması bu məsələnin bir daha həqiqəti əks etdirmədiyini sübut edir. Belə ki, ilkin olaraq məsələ il ə bağlı prokurorluq orqanına müraciət edən iddiaçı başqa məbləğ tələb etmişdir. İddiaçı cavabdehin qanuni işçi olduğu üçün məhz mənimsəmə cinayətinin tərkibinə qiymət verilməsini nəzərdə tutaraq prokurorluq orqanına müraciət etmiş, lakin bu hal müsbət həllini tapmadıqda çarəsiz qalıb mülki halda predmeti belə düzgün təqdim etməməklə məhkəməyə müraciət etmişdir. Təəssüflər olsun ki, məhkəmə göstərilən nöqsanlara diqqət etmədən mübahisəli qətnaməni qəbul etmişdir.
22. Apellyasiya baxışında cavabdeh əlavə olaraq göstərib ki, 2007-ci ildən xx.xx.2021-ci ilədək iddiaçıya məxsus mağazada un, düyü, taxıl, kəpək və sairə bölümündə işləyib. 2007-ci ildən 2015-ci ilədək həmin mağazada satıcı işləməsi rəsmi olmamış, qarşılıqlı razılaşma əsasında satıcı işləmişdir. 2015-ci ildən isə rəsmi olaraq satıc ı işləyib. Mağaza iki hissədən – ərzaq hissə və un, düyü, taxıl, kəpək və sairə satılan hissədən ibarət olmuşdur. Ərzaq hissədə kassa aparatı olsa da, o, işləyən digər hissədə kassa aparatı mövcud olmamışdır. İddiaçı ona vergi, sosial, kommunal ödənişləri etməyi, statistik, məşğulluq, bank əməliyyatları, mədaxil, məxaric və sairə işləri görmək üçün etibarnamə vermişdir. Mağazaya gələn malları o, qəbul etmiş və kitabında müvafiq qeydlər aparmışdır. Bəzi şirkətlər malı ona verərkən qaimələr versə də, bəziləri qaimələr verməmişdir. Mağazada təxminən 14 il işləmişdir. Bu illər ərzində demək olar ki, hər ay alverlə bağlı iddiaçının əri X3ə hesabat vermişdir. Lakin 2021-ci ilin iyun, iyul və avqust aylarında X3Bakıda olduğundan həmin aylar üzrə X3ə hesabat verməmişdir. xx.xx.2021-ci il tarixində X3mağazaya gələrək ona vəzifəsinə uyğun olmayan iş, məsələn daş daşımağı demişdir. Lakin o, bununla razılaşmamış və açarları X3ə verib çıxıb getmişdir. O, işdən çıxdıqdan 15-16 gün sonra iddiaçı tərəfindən mağazada sayım təşkil edilmişdir. O, həmin sayımda iştirak etməmişdir. Mağazada nə qədər kəsr qalıb onun xəbəri olmayıb. Həmçinin ekspertiza rəyində hesablamalar qətiyyən düzgün aparılmamış, onun aldığı əmək haqqı, nə də başqa hesablar düzgün göstərilməmişdir. Belə ki, ona illik 1500 manat deyil, aylıq 450 manat əmək haqqı verilmiş bu da illlik 5400 manat təşkil etmişdir ki, bu da ekspert tərəfindən müəyyən edilmiş mənfəətdən çıxılmamışdır. Eyni zamanda hər il ƏSMM-ə 390 manat deyil, hər ay 196 manat ödənilmişdir ki, bu da illlik 2352 manat, “Nisyə dəftəri”-də olan şəxslərə verilən laki n əvəzi ödənilməmiş ərzaqlara görə 6403 manat, eyni zamanda mağazanın gündəlik xərcləri, YXO-ya aylıq 400 manat pul olmaqla illik 4800 manat ödənilmiş məbləğ, mağazada iki işçiyə ödənilən illik əmək haqqı 6000 manat, həmçinin dəyirmandan mağazaya un gətirən maşına görə illik verilmiş 2800 manat da ekspertin müəyyən etdiyi ümumi mənfəətdən çıxılmayıb.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-246/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(018)-3/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə əsasən cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Q asım Əliyev)
24. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəilləri bağlı qeyd etmişdir ki, birincisi, parılan audit araşdırması və onun əsasında verilmiş mühasibatlıq ekspertizası 2019, 2020 və 2021-ci illəri əhatə etmiş və ekspert həmin 3 il ərzində mağazanın qeyd edilən bölümündə əldə edilmiş mənfəəti, yəni gəliri müəyyən etmişdir. Mənfəət isə müəyyən edilərkən mağazada ödənilmiş və çəkilmiş bütün xərclər çıxıldıqdan sonra əldə edilən xalis gəlirin olması deməkdir. Yəni, bütün ödəmələr, xərclər və s. çıxıldıqdan sonra mənfəət müəyyən edilir.
25. İkincisi, audit yoxlaması və onun əsasında aparılmış müvafiq ekspertiza auditə sahibkarlar tərəfindən təqdim edilmiş 6 saylı Vergilər İdarəsinin internet vergi saytından **********-VÖEN aid çıxarılmış mal satanların təqdim etdiy i mallara görə elektron qaimələr və 2019-2020-2021-ci illərə aid Gəlir vergisinin bəyannamələri əsas götürülməklə mənfəət 36785.52 manat müəyyən edilmişdir.
26. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh şikayətində dəlil kimi 5400+2352+6403+4800+6000+2800=cəmi 27755 manat pulun ekspertin müəyyən etdiyi məbləğdən çıxılmadığını göstərməklə sanki iddiaçıya maddi ziyan vurmasını və müəyyən edilən 36785 manat gəliri qəbul etmiş olur.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsində vəkillə təmsil olunmaması barədə dəılilinə münasibətdə gösrtərmişdir ki, bu hal cavabdehin özünün iradəsindən asılı olmuşdur. Yəni, cavabdeh Azərbaycan Respublikasında vəkillik fəaliyyəti ilə məşğul olan istənilən vəkillə müqavilə bağlamaqda sərbəst olmuş və məhkəmədə təmsil olunmamış və yaxud da müvafiq maddi durumda olmamasını əsas gətirərək məhkəməyə dövlət hesabına vəkillə təmin olunması ilə bağlı ərizə ilə müraciət etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin üçüncü dəlili (onun həmin mağazada rəsmi işçi funksiyasını yerinə yetirdiyi halda və daşıdığı vəzifə təsnifatına uyğun olmadığı halda onunla qeyri-rəsmi razılığa əsasən ona cavabdehlik tapşırılmasının yol verilməz olması) bağlı qeyd etmişdir ki, cavabdeh özü də qəbul edir ki, o mağazaya gələn malları qəbul etmiş və onlara cavabdehlik daşımış, bu mallara görə məsuliyyət ona tapşırılmışdır. Lakin cavabdeh hazırda onun qanunsuz olmasını bildirir. Həmçinin apellyasiya baxışında cavabdeh özü də etiraf etmişdir ki, mağazaya firmalardan gələn məhs ulları o, qəbul etmiş və bu barədə hesabat kitabında qeydlər aparmış, bəzi şirkətlər malı ona verərkən qaimələr versə də, bəziləri qaimələr verməmişlər. 14 il ərzində mağazada işləyərək, qazanılan pullar barədə X3ə hər ay hesabat vermiş və X3özünə nə qədər pul lazım olardısa götürmüş, qalan pullara isə mağazaya yeni mallar gətirilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmışdır. Bu hal cavabdehin etirafı ilə yanaşı, iddiaçı tərəfindən cavabdehə verilmiş və iş materiallarında öz əksini tapan 4 saylı Bakı Asan Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 960934 nömrəli etibarnamə ilə də sübut olunur.
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dördüncü dəlili (iddiaçının tələbinin dəqiq olmaması) qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək 57421 manat tələb etmiş, prokurorluğa yazmış olduğu şikayətində cavabdehin 41000-42000 manat pulunun mənimsədiyini bildirmişdir. İddiaçı sonradan iddia tələbini azaltmış və bu rəqəm 36785 manat təşkil etmişdir. MPM-nin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi iddiaçı ilkin olaraq 57421 manat tələb etsə də, sonradan bu məbləği azaltmış və məhkəmə iddianı 36785 manat həcmində təmin etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırmışdır ki, Prokurorluğun 143C-21 saylı material üzrə araşdırması nəticəsində vurulmuş ziyan məbləğinin 33 243,4 manat təşkil etməsi qənaətinə gəlinmişdir ki, qeyd edilən məbləğ də təmin edilmiş 36 785 manat məbləğinə yaxın məbləğdir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 777.2, 778.1, 778.2, 778.3, 779.1, 1096, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamənə dəqiq tədqiq edilsə o zaman iddiaçıya hər hansı bir ziyan dəyməmiş, onun əldən çıxmış faydası da mövcud deyildir. Zərər düzgün hesablamalarla aparıldıqda həmin zərərin əvəzinin ödənilməsi də məqsədə müvafiq olur. İddiaçı iddia verən zaman xeyli miqdarda artıq məbləğ göstərmişdir. Bu hal bir daha iddiaçının ona dəymiş ziyanla bağlı məlumatlı olmamasından xəbər verir. Eyni zamanda bu hal ümumi iddiada göstərilmiş məbləği də şübhə altına almaqdadır. Cavabdehin sübutları təqdim etmək imkanı olmamış, məhkəmə yalnız iddiaçı tərəfindən verilmiş sübutlar üzərindən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 777.2 tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1 Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyət i göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öh dəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayı r.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası gəldiyi nəticəni düzgün hesab etmir.
40. İddia tələbi iddiaçıya məxsus mağazada işlədiyi dövrdə vurduğu zərərin cavabdehdən tutulması barədədir.
41. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehin ona məxsus mağazada satıcı işləməsi, eyni zamanda cavabdehə mağazanın idarəçliyi ilə bağlı etibarnamə verməsi, cavabdehin mağazaya daxil olan pul və malları mədaxil etməməsinə istinad etmişdir.,
42. Cavabdeh də iddiaya etiraz olaraq 2007-ci ildən 2015-ci ilə kimi mağazada qeyrirəsmi, 2015-ci ildən is ə əmək müqaviləsi ilə rəsmi satıcı işləməsini, iddiaçıya heç bir zərər vurmamasını göstərmişdir.
43. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız Astara rayon prokurorunun köməkçisi tərəfindən qəbul edilmiş 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara və MPM-in 82.4-cü maddəsinə istinadən göstərmişdir ki, həmin qərarda gəlinən nəticə, yəni cavabdehin iddiaçıya 36785 manat məbləğində ziyan vurması hazırki işə baxan məhkəmə üçün məcburidir.
44. Əvvəla, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsind ə məcburidir.
45. Qeyd edilən normadan hansı qərarın və hansı hissədə mülki işə baxılarkən məhkəmə üçün məcburi olması dəqiq müəyyən edilib: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü; habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı; hadisənin olubolmaması; şəxsin həmin hadisəyə aidiyyəti.
46. Hazırki işdə birinci instansiya məhkəməsinin istinad etdiyi 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar, adından göründüyü kimi məhkəmə hökmü deyil, üstəlik, həmin qərar məhkəmə tərəfindən də qəbul edilməmişdir.
47. Buna görə də həmin qərarın hazırki işə münasibətdə preyudisiya kimi qəbul edilməsi üçün prosessual əsas olmamışdır.
48. Bundan əlavə, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara istinad edən birinci instansiya məhk əməsi cavabdehin iddiaçıya ziyan vurmasını qeyd etsə də, bunu həmin qərarın hansı hissəsinə əsasən müəyyən etdiyini qətnamədə göstərməmişdir.
49. Ümumiyyətlə, iddianı təmin edən birinci instansiya məhkəməsi mövqeyini əsasən “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar üzərində qurmuş, hazırki işlə bağlı sübutları (Audit hesabatı, ekspert rəyi, akt) araşdırmamış, həmin sübutların cavabdehin iddiaçıya zərər vurmasını təsdiq edən sübut olub-olmasına aydınlıq gətirməmiş, cavabdehin iddiaçıya zərər vurması barədə işin halını hansı sübutu araşdırmaqla müəyyən etdiyini qətnamədə göstərməmişdir. Cavabdeh iddianı qəbul etmir və zərərlə bağlı iddiaçının dəlillərini bütövlükdə inkar edir. Belə olan halda, iddiaçının dəlillərinin təsdiq edilmiş olması qənaətinə gəlmək üçün işdəki sübutlar müqayisəli şəkildə və müfəssəl qiymətləndirilməli idi.
50. Həmçinin birinci instansiya məhkəməsi “əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş”ə və iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqaviləyə (hərçənd ki, həmin müqavilə iş materiallarında yoxdur) istinad edərək cavabdehin iddiaçıya məxsus mağazaya satıcı vəzifəsinə qəbul edilməsini göstərmişdir. Eyni zamanda iddiaçı və cavabdeh də aralarında əmək müqaviləsinin olmasını bildirmişlər.
51. Bu isə tərəflər arasında əmək münasibətlərinin olması deməkdir, buna baxmayaraq birinci instansiya məhkəməsi bu məsələni diqqətdən qaçırmış, tərəflərin həqiqi münasibətlərini müəyyən etməmişdir.
52. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamış, gəldiyi nət icəni əlavə olaraq həm də Mülki Məcəllənin 777.2, 778.1, 778.2, 778.3 və 779.1-ci maddələri ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində dəlil kimi 5400+2352+6403+4800+6000+2800=cəmi 27755 manat pulun ekspertin müəyyən etdiyi məbləğdən çıxılmadığını göstərməklə sanki iddiaçıya maddi ziyan vurmasını və müəyyən edilən 36785 manat gəliri qəbul etmiş olur.
53. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Süb utlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
54. Mülki hüquqi mübahisələrin həllində məhkəmənin üzərinə düşən vəzifə “kimin, kimdən, nəyi və hansı əsasla” tələb etməsini aydınlaşdırmaqdır. Bu baxımdan, ilk növbədə bu qayda üzrə ardıcıl yoxlama nəticəsində iddiaçının tələb hüququ, iddianın yönəldiyi şəxsin həmin tələb üzrə cavabdehliyi, iddiaçının tələbinin nədən ibarət olması və sonda həmin tələbin qanuni əsasları tapılmalıdır.
55. Yuxarıda qeyd edildiyi kimi, işdə “əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş” vardır (İ cild, iş v.14), həmin bildirişdən görünür ki, işəgötürən olan iddiaçı ilə işçi olan cavabdeh arasında xx.xx.2015-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmış, cavabvdeh mağazaya satıcı vəzifə sinə qəbul edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq nəzəriyyəsində mülki hüquqi əqdlərlə (o cümlədən tapşırıq müqaviləsi) əmək müqaviləsi fərqli hüquqi instutlar kimi səciyyələnir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsinin tərəfləri işəgötürən və işçidir. Mülki Məcəllənin 777.1-ci maddəsinə görə isə tapşırıq müqaviləsinin bir tərəfi vəkalət alan, digər tərəfi vəkalət verəndir. Tapşırıq müqaviləsinə görə vəkalət alan vəkalət verənin tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
57. Əmək müqaviləsində iş və istirahət vaxtı, əməyin ödənilməsi və iş şəraiti əmək qanunvericiliyinin müəyyən etdiyi normalarla, mülki hüquqi əqd olan tapşırıq müqaviləsində isə tapşırığın məzmunu, tərəflərin hüquq və vəzifələri onların razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində işçi əmək prosesində işəgötürənə tabedir, tapşırıq müqaviləsində belə tabeçilik yoxdur.
58. Əmək müqaviləsi daimi (işin və əməyin müvəqqəti xarakter daşıdığı hallarda əmək müqaviləsinin müddətli bağlanması da nəzərə alınmaqla) xarakter daşıdığı halda, tapşırıq müqaviləsi müqavilədə nəzərdə tutulan işin görülməsi müddəti ilə məhdudlaşır.
59. Əmək müqaviləsi üzrə işləri işçi şəxsən yerinə yetirməlidir, tapşırıq müqaviləsində işlər Mülki Məcəllənin 780.1.1-780.1.3-cü maddələrində nəzərdə tutulm uş hallarda başqa şəxs(lər) tərəfindən də yerinə yetirilə bilər. Bu fəqrli cəhətlər bunlarla bitmir, lakin hər iki müqaviləni səciyyyələndirən hallar kimi qeyd edilənlərlə də kifayətlənmək olar
60. Çünki əmək müqaviləsinin predmeti əməyin özüdürsə, mülki-hüquqi əqd olan tapşırıq müqaviləsinin predmeti tapşırığın nəticəsidir.
61. Üstəlik nəzərə alınmalıdır ki, tapşırıq müqaviləsində vəkalət alan vəkalət verənin tapşırdığı işələri konkret nəticə əldə olunmasına təminat vermədən icra edir.
62. Göründüyü kimi, əmək və tapşırıq müqaviləri öz hüquqi təbiətlərinə görə fərqli münasibətləri nizama salırlar.
63. Tərəflərin bildirdiyinə və işdə olan bildirişə görə onlar arasında əmək münasibətləri olsa da, apellyasiya instansiyası məhkəməsi də buna əhəmiyyət verməmiş, iddiaçıya əmək müqaviləsinin özü nü (əsli və ya lazımı qaydada təsddiq edilmiş surətini) təqdim etməyi təklif etməmiş, iddiaçının cavabdehə verdiyi etibarnaməni əsas tutaraq mübahisəyə aidyyəti olmayan tapşırıq müqaviləsinə aid normaları tətbiq etmişdir. Baxmayaraq ki, iddiaçının cavabdehə etibarnamə verməsi onlar arasındakı əmək münasibətlərinin xarakterini dəyişmir, münasibəti əmək münasibətindən mülki hüquqi münasibətə çevirmir.
64. Halbuki mübahisə əmək münasibətləri yönündə qiymətləndirildiyi halda, Əmək Məcəlləsinin müvafiq normaları tətbiq edilməklə, cavabdehin tam maddi məsuliyyət barədə müqavilə bağlayıb-bağlamaması, bundan çıxış edərək cavabdehin həmin Məcəllənin 191, 192, 198 və 199-cu maddələrinə əsasən maddi məsuliyyətinin yaranıb-yaranmaması, sübutetmə yükünün bölüşdürülməsi və məsuliyyətin hədləri müəyyən edilməli idi.
65. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində 5400+2352+6403+4800+6000+2800=cəmi 27755 manat pulun ekspertin müəyyən etdiyi məbləğdən çıxılmadığı barədə dəlilini əsas götürməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh bu dəlili ilə sanki iddiaçıya maddi ziyan vurmasını və müəyyən edilən 36785 manat gəliri qəbul etmiş olur.
66. Ümumiyyətlə, ekspertin verdiyi rəyi tədqiq etmədən cavabdehin apellyasiya baxışında verdiyi bu izahatını iddianın dolayısı ilə etiraf edilməsi kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsi bunu qətnamadə əsaslandırmamışdır. Çünki ekspert rəyində göstərilib ki, iddiaçıya məxsus ərzaq malları ticarət mağazasının topdan satış şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə 36785,52 manat mənfəət əldə edilməsi müəyyən edilir. Belə olan halda, ekspert rəyi tədiq edilmədən, rəydə göstərilən nəticəyə aydınlıq gətirilmədən cavabdehin həmin rəylə bağlı mülahizəsinin iddianın etirafı kimi nə dərəcədə qəbul edilən olması qeyri-müəyyən olaraq qalır.
67. Həmçinin apellyasiya instansiyası məhkəməsi göstərib ki, Prokurorluğun 143C21 saylı material üzrə araşdırması nəticəsində vurulmuş ziyan məbləğinin 33243,4 manat təşkil etməsi qənaətinə gəlinmişdir ki, qeyd edilən məbləğ də təmin edilmiş 36785 manat məbləğinə yaxın məbləğdir.
68. Əvvəla yuxarıda qeyd edildiyi kimi həmin qərar hazırki iş üçün preyudisial xarakter daşımır.
69. Bundan savayı, həmin qərarda cavabdehin ziyan vurması barədə məlumatlar müəyyən edilmiş hal kimi yox, iddiaçının ərinin sözləri kimi yazılıb, 33243,4 manat dəyərində ma l-mülkün isə pul və ya məhsil formasında götürülməsi qeyd edilib.
70. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin də 02 oktyabr 2021-ci il tarixli, 143C-21 saylı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarla cavabdehin vurduğu zərərin təsdiqini tapması barədə gəldiyi nəticə əsaslı deyil.
71. Şərh edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi də iddiaçının iddia ərizəsində göstərdikləri və tədqiq edilən sənədlərlə təsdiqini tapmayan halları işin müəyyən edilmiş halı kimi müəyyən etmiş, üstəlik, tərəflərin hüquq münasibətinə uyğun gəlməyən tapşırıq müqaviləsinin normalarını tətbiq etməklə hüququn tətbiqində də səhvə yol vermişdir.
72. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki prosessual Məcllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
73. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
74. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-246/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışın