Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1729/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X4, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (X4, X5 və X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(103)-5858/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 16 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 80,10 kv.m. sahəsi olan 26 nömrəli fərdi yaşayış evi İddiaçı (xx.xx.2019-cu il, 38/80), Cavabdeh (xx.xx.2020-ci il, 14/80) və üçüncü şəxslər X2 (xx.xx.2020-ci il, 3/80), X3 (xx.xx.2020-ci il, 11/80) və X1 (xx.xx.2020-ci il, 11/80) ümumi paylı mülkiyyətindədir. Gülnisa Novruz qızının 3/80 hissədə payı isə açıq saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən **********73-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alaraq 38/80 hissədə paylı mülkiyyət hüququ əldə etmişdir. Hazırda paylı mülkiyyətçilərdən biri olan cavadeh Cavabdeh həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır və onun həmin evdən mülkiyyətçi kimi istifadə etməyinə suni maneələr yaradır, heç bir səbəb olmadan həmin evdə yaşamağına icazə vermir. Onun mülkiyyətçi kimi həmin evdən istifadə etmək və evə dair sərənc am vermək hüququndan istifadəsinə məhdudiyyət yaradır. O, dəfələrlə mülkiyyətində olan mənzilə köçmək istəsə də, cavabdeh ciddi-cəhdlə buna mane olmuşdur. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, mübahisəli ev mülkiyyət hüququ ilə onun anası Gülnisa Novruz qızına məxsus olmuşdur. İddiaçı 1994-cü ildə ailə həyatı quraraq Gəncə şəhərinə köçmüşdür. Lakin onun həyat yoldaşı sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və iddiaçı tək qalmaması üçün mübahisəli evə gətirilmişdir. Hazırda iddiaçı ümumi evdən əlavə tikilmiş tikilidə yaşayır. Mübahisəli evdə isə daim onun ailəsi və anası yaşamışdır. Bir müddət sonra bacısı X6 həyat yoldaşından boşanmış və o da həyətdə yerləşdirilmi şdir. Sonradan nikahı pozulmuş digər bacısı X4 da həmin həyətə köçmüşdür. Lakin bu hal iddiaçıya xoş gəlməmiş, nəticədə bacılarının arasında mübahisə yaranmışdır. Bir müddət sonra bacıları Nailə və Səbinə onun köməkliyi ilə həyətin digər tərəfində bir otaq tikdirib, oraya köçmüşlər. Hazırda iddiaçının yaşadığı tikilidə qaz, su, işıq, rabitə və kanalizasiya sistemi, habelə ayrı giriş-çıxışı var. Tikili bir neçə otaqdan ibarətdir. Bu bölgü hələ onun anasının sağlığında aparılmışdır. Əgər iddiaçı öz yaşadığı yerdən əlavə onun yaşadığı evin 38/80 hissəsinə də yiyələnmək istəyirsə, o zaman yaşadığı tikili sökülməli və ümumi istifadəyə verilməlidir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(002)1336/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 mənzilə köçürülməsi qət edilmişdir. (hakim X9)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırkı tələb üzrə iddiaçının mübahisəli mənzilə dair 38/80-hissədə mülkiyyət hüququ olduğundan həmin paydan istifadə ilə bağlı subyektiv hüququ vardır, həmin əmlaka sahibliyini itirmiş mülkiyyətçidir, sahiblikdən məhrum edilmişdir və ona məxsus pay hazırda faktiki olaraq cavabdehin istifadəsindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, onun evə köçürülməsinə dair iddiası təmin edilərək, İddiaçı ünvan 1 ünvanında olan evə köçürülməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, 215-ci, Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 nömrəliProtokoluna, “Broniovski Polşaya qarşı” işdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, bu illər ərzində mübahisəli evin qapıpəncərəsi, tavanı və döşəməsi çürümüş, otaqların divarlarının suvağı keyfiyyətini itirmiş, uçularaq yerə tökülmüşdür. O, bütün bacı ların razılığı ilə borc götürərək həmin evi də təmir etdirmişdir. Hazırda ünvanları eyni olsa da, həmin həyətdə ayrı-ayrı vərəsələrə məxsus bir neçə tikili mövcuddur. Hər kəs öz payına münasib hissədə öz ailəsi ilə birlikdə bütün kommunal xətlər ayrıca olmaqla yaşayırlar. Hesab etmişdir ki, iddiaçının tamahı güc gəldiyindən digər vərəsələrin də payından özünə almaq istəyir. Məhkəmə iddiaçının mübahisəli evə 38/80 hissədə paylı mülkiyyət hüququna işin faktiki hallarına uyğun olmayan hüquqi qiymət vermişdir. Qeyd edilən mübahisəli ev tərəflərin anası olan Gülnisa Novruz qızına məxsus olmuş və o, sağlığında həmin evlə eyni həyətdə tikilmiş digər evləri (otaqları) qızlarına vəsiyyət etmişdir. Onun ölümündən sonra hər bir vərəsə özünə məxsus payı qəbul etməklə, özlərinə aid olan hissədə yaşamağ ı davam etdirmişlər. Bununla bağlı məhkəmə qətnaməsi mövcuddur. O, hətta həmin yaşayış evinə baxış keçirilməsi ilə bağlı dəfələrlə vəsatət vermiş, ekspertizanın keçirilməsini tələb etmişdir. Amma məhkəmə işi hərtərəfli araşdırmaqda maraqlı olmamışdır. İşin halını tam əks etdirməyən sənədlərə əsaslanaraq iş üzrə yekun nəticə vermişdir. Məhkəmə araşdırma apararkən iddiaçının həmin ünvana köçürülməsini qət etmiş, onun həmin ünvanda hansı tikiliyə köçürüləcəyini qeyd etməmişdir. Bunu müəyyən etmək üçün isə məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilməli və mövcud real vəziyyət yerində müəyyən edilməli idi. O, məhkəmə iclaslarında məhkəməyə tərəflərin qaz, işıq və digər kommunal sistemlərinin, habelə həyətə giriş-çıxışlarının tamamilə ayrı olması barədə məlumat vermiş və iddiaçı b unu inkar etməmişdir. Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Bunun nəticəsində də qeyri-dəqiq və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı ona mülkiyyətçi kimi evdən istifadə və sərəncam hüquqlarını həyata keçirməsində onun tərəfindən icazə verilmədiyini bildirsə də, bunun nədə ifadə olunduğunu bildirməmiş və bu halın mövcudluğunu məhkəmədə sübut edə bilməmişdir. Məhkəmənin isə heç bir mötəbər sübut olmadan iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulması və onun həyata keçirməsinə maneələr olması qənaətinə gəlməsi əsassız və qanunsuzdur. Həmçinin mübahisə predmeti olan əmlak paylı mülkiyyətdə olduğundan və mülki qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirildiyindən, iddiaçının pay hü ququ olduğu əmlakda digər mülikiyyətçilər nəzərə almadan təkbaşına mülkiyyət hüquqlarını həyata keçirmək niyyəti ağlabatan deyildir. İddiaçının isə bu niyyətinin həyata keçirməsinin mümkünsüzlüyünü istifadə və sərəncam hüququnu həyata keçirməsində onun tərəfindən maneə yaradılması kimi qələmə verməsi əsassız və qanunsuzdur. Məhkəmə yerli baxış və ya ekspertiza keçirmədən, payların naturada bölünməsinin mümkünlüyünü araşdırmadan iddiaçıya məxsus payın onun istifadəsində olmasını qeyd etməsi də qətnamənin əsassız və qanunsuz olduğununun göstəcisidir. Belə ki, mübahisəli mənzil tək onun istifadəsində deyil və həmin mənzildə digər 3 ailə yaşayır. Məhkəmə həmin şəxsləri də üçüncü şəxslər kimi cəlb etməli idi. Beləliklə, məhkəmə tərəfindən gələcəkdə icrası mümkün olmayan qeyri-dəqiq və əsassız qətnamə qəbul edilmişdir. Onun da qeyd edilən əmlaka pay hüququnun olması və digər paylı mülkiyyətçilər kimi qabaqcadan müəyyən edilmiş ona aid hissədə ailəsi ilə birlikdə yaşaması, iddiaçının cavabdehin və digər bacılarının payını ələ keçirmək niyyəti ilə belə bir əsassız iddia qaldırması məhkəmə tərəfindən nəzərə alınmamışdir. O, qeyd edilən əmlaka öz pay hüququ əsasında sahiblik etməklə mülkiyyət hüququnu həyata keçirir və digər payçıların mülkiyyət hüquqlarını həyata keçirməsinə heç bir maneə yaratmır.
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, onun mübahisəli mənzilə 38/80 hissədə pay hüququ olduğundan həmin paydan istifadə ilə bağlı subyektiv hüququ vardır, o, həmin əmlaka münasibətdə sahibliyini itirmiş mülkiyyətçidir. Ona məxsus pay hazırda cav abdehin istifadəsindədir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məsələnin iddia predmeti ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh ailə-məişət məsələlərinə məhkəmənin diqqətini çəkməklə iddianın təmin edilməməsinə nail olmaq istəyir. Anasının ona vermiş olduğu vəsiyyətnamə üzrə aralarında uzun müddətli məhkəmə çəkişməsi olmuş və **********73-10301 nömrəli reyestr çıxarışında qeyd olunduğu paylar üzrə qətnamə çıxarılmışdır. Cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı orda yaşaya bilməz. Cavabdeh onun həmin mənzilə köçərək yaşamasına maneəçilik yaratmış və digər payçıların da həmin evdə paylarına uyğun yaşamalarına maneəçilik törətmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin 26 ok tyabr 2023-cü il tarixli, 2(103)-5858/2023 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2(002)-1336/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər-X12 (sədrlik edən və məruzəçi), X14 və X7)
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin 38/80 hissəsi məhz iddiaçının mülkiyyətindədir. Nəticə etibarı ilə onun mülkiyyətində olan sahə digər 4 payçının, o cümlədən cavabdehin mülkiyyətində olan hissənin ümumi ölçüsü (14 + 3 + 11 + 11 = 39/80) ilə eynilik təşkil edir.
13. Belə ki, hüquqi nəticə etibarı ilə iddiaçının paylı mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imka nı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqa zidd hərəkətləri ilə məhdudlaşdırılmış, bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. Bu səbəbdən iddiaçıların mülkiyyətçi olaraq pozulmuş hüquqları bərpa edilməli, bu məqsədlə onun həmin mənzilə köçürülməsi təmin edilməlidir.
14. İddiaçının həmin fərdi yaşayış evinin həyətində olan tikilidə maneəsiz yaşaması, o cümlədən həmin tikilinin bütün kommunal xidmətlərlə təchiz edilməsi iddiaçının bir mülkiyyətçi kimi öz mülkiyyət hüquqlarını həyata keçirməsinə, o cümlədən bu hüququn təminatı olaraq evə köçürülməsinə əngəl törədən hal kimi qiymətləndirilə və qəbul edilə bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. İş üzrə yerində müayinənin keçirilməsinə, habelə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsinə hər hansı hüquqi zərurət yoxdur. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçını paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçürmüşdür. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6, 148.2, 152.1, 152.2,152.3,152.5,157.2-ci və Mülki Prosessual Məcəlləsinın (bundan sonra-MPM) 14.2, 77.1,119.1,217.1,217.3,217.4-cü maddələri ilə əsasland ırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsinə tələbinin əsaslı olmasını sübut edə biləcək heç bir sənəd və sübut əlavə etməmişdir.
19. Bundan əlavə, iddiaçı və cavabdeh mübahisəli əmlakda payları mövcuddur. Yəni cavabdeh özgə şəxs deyil, əmlakın paylı mülkiyyətçilərindən biridir. Həmçinin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirərkən digər payı olan şəxslərin hüquqlarını pozmur. Məhkəmə bu normanı tətbiq edərkən, əmlakın paylı mülkiyyətdə olmasını və cavabdehin də mülkiyyətçi olmasını nəzərə almamışdır. Belə ki, digər paylı mülkiyyət sahibləri də vardır.
20. Həmçinin tərəflərin su, işıq, qaz və telekommunikasiya xətlərinin və onlara aid hissələrə giriş və çıxışlarının tamamilə ayrı olmasından paylı mülkiyyətdə olan əmlakı mülkiyyətçilər arasında faktiki bölünməsi ilə bağlı razılaşma olduğu aydın olur. Lakin, məhkəmə bu hala nəzər yetirməmişdir.
21. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi iddia ərizəsində və izahatlarında istinad etdiyi halları sübut edə bilməsə də, məhkəmə onlara əsasən qətnamə qəbul etmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının evə köçürülməsi barədə qəbul edilmiş qətnaməni kifayət qədər əsaslandıra bilməmişdir. Halbuki verilmiş vəsatətləri təmin etməklə yerində baxışa gedib, məhkəmə ekspertizası keçirib, əsaslı və qanuni qətnamə qəbul edə bilərdi. Lakin məhkəmə buna zərurət olmadı ğını hesab etmişdir.
22. İddiaçı tərəfin izahatları məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və məhkəmə iddiaçı tərəfin izahatlarına münasibətdə obyektivlik və qərəzsizlik nümayiş etdirə bilməmişdir. Halbuki bu izahatlar iş üzrə digər sübutlarla birlikdə yoxlanılaraq qiymətləndirilməli idi.
23. Bundan əlavə, məhkəmə cavabdehin təqdim etdiyi arqumentlərini və iddiaçının etiraf etdiyi halları nəzərə almamışdır. Həmin əmlak texniki pasporta əsasən, A, B və V tikililərindən ibarətdir. Və cavabdehin digər qardaşı və bacısı öz vərəsəlik payından imtina etdiklərinə görə cavabdehin payı digərlərinə nisbətdə çoxalmışdır.
24. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 157.2, 220.1-ci, MPM-nin 14.2, 77.1, 88, 106.1-cü və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsin in Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə
6. Mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir;
27. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə e dilməlidir;
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
29. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
30. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı paylı mülkiyyətdə olan əmlakın əsas payçılarından biridir və onun iddiası mülkiyyət hüququ əsasında qeydə alınmış yaşayış sahəsinə köçürülməsi ilə bağlıdır.
45. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçının paylı mülkiyyətində olan evdən maneəsiz istifadə və ona sahiblik etmək imkanı bu mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hüquqazidd hərəkətləri ilə məhdudlaşdırılm ışdır. Bununla da iddiaçının öz əmlakından maneəsiz istifadəsinə və sahibliyinə müdaxilə baş vermiş, nəticədə iddiaçı mülkiyyətçi olaraq bu əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri etmək hüququndan məhrum edilmişdir. Məhkəmələr haqlı olaraq onun pozulmuş hüquqlarının bərpasını evə köçürülməsi vasitəsi ilə təmin etmişlər.
46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan iba rət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 26 oktyabr 2023-cü il tarixli 2(103)-5858/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.