Məhkəmə qərarları › İş №2(102)-1729/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1729/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1729/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Məcid qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması), prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, məhkəmə aktının kassasiya şikayətinin dəlillərindən aslı olmayaraq ləğv əsasları (işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1217/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxx 1975-ci il tarixdə anadan olmaqla, Astara şəhəri, Qum küçəsi, 86 nömrəli evdə yaşayır.

2. Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı tərəfindən imzalanmış yazılı qəbzə əsasən, Cavabdeh1 və Cavabdeh2 Sücaət qızı 2018-ci il tarixdə Astara şəhəri, Qum küçəsində yaşayan İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 29500 manat məbləğində borc pul almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabd ehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29500 manat verilmiş borcun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlərlə yaxın münasibətləri olmuşdur. Onlar ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə iddiaçıdan borc pul istəmişlər. Səbəb kimi isə faizə borc götürdüklərini və onu qaytarmaq istədiklərini bildirmişlər. Həm də 2018-ci ildə yeznəsi X2 həbs edildiyindən onu qurtarmaq üçün pul lazım olduğunu bildirmişlər. Cavabdehlər iddiaçının torpaqlarını satdığını və onda pul olduğunu bilirdilər. İddiaçı da etibar etdiyinə görə qaytarmaq şərtilə cavabdehlərə 29500 manat borc pul vermişdir. Hətta aralarındakı münasibətlər yaxşı olduğundan onlardan qəbz də almam ışdır. Sonradan aradan müəyyən müddət keçdiyi üçün borcunun qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçını şərəfi və ləyaqətini ləkələyən ifadələrlə təhqir etdikləri üçün o, “102” xidmətinə 22 aprel 2021-ci il tarixdə zəng etmiş, onların hərəkətləri barədə məlumat vermişdir. Astara RPŞ-də şikayət araşdırılarkən cavabdehlər yaxınlaşaraq ondan xahiş etmişlər ki, borc pul barədə iddiaçıya qəbz verirlər və iddiaçı da şikayətini geri götürsün. İddiaçı razılaşmış, cavabdehlər də qəbz yazaraq ona vermişlər. Cavabdehlər borclarını könüllü qaytarmaq istəmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı cavabdehlərə qar şı məhkəmədə 2018-2019-cu il tarixlərdə iddia tələbləri qaldırmış, sonunculardan 6500 manat məbləğində və 7000 manat məbləğində pul tələb etmişdir. Hər iki tələb üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmış və həmin qətnamələr yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki işlər yuxarı instansiya məhkəmələrində araşdırılarkən belə iddiaçı cavabdehlərdən 29500 manat məbləğində pulu tələb etməmişdir. Lakin sonradan iddiaçının cavabdehlərə şəxsi qərəzliyi yarandığından sonunculara qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və guya cavabdehlərin iddiaçıya 2018-ci il tarixdən 29500 manat məbləğində borcları olduğunu iddia etmişdir. İddia ərizəsinə əlavə edilən qeyd edilən qəbzlər cavabdehlər tərəfindən imzalanmamışdır. Həmçinin qeyd etmişdir ki, iddia çı 2018-ci il tarixdə borc pulu cavabdehlərdən tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən iddiaçı məhkəmədə iddia qaldırılması üşün iddia müddətini ötürmüşdür. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 16 may 2022-ci il tarixli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Nazilə Məçid q” yazıları önündəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya tə qdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki “husejnova Kulnur Suçaət q” yazıları önündəki imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(018)-271/2022 nömrəli mülki işin 6-cı və 7-ci vərəqələrində olan “Mən husejnova Nazilə Məçid qızı...” yazıları ilə başlayıb “... AZE 185309** AA ***8995” yazıları ilə qurtaran qəbzlərdəki yazılar Cavabdeh1 tərəfindən yox, Cavabdeh2 Sücaət qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

7. Cavabdehlərin vəsatəti əsasında məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərk əzinin 4 avqust 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Nazilə Məçid q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqlərində Cavabdeh1 və Cavabdeh2 Sücaət qızının adlarından olan borc qəbzlərində “husejnova Kulnur Suüaət q.” sözlərinin qarşısındakı imzalar Cavabdeh2 Sücaət qızı tərəfindən icra olunmuşdur.

8. Astara Rayon Məhkəməsinin 2(018)-271/2022 nömrəli, 4 oktyabr 2022-ci il tаrixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiа təmin edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəylərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

10. Cavabdehlərin vəkilinin iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə iddiaçı tərəfindən imzalanmış iddia ərizəsi məhkəməyə 24 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı tələb etdiyi borc pulu cavabdehlərə 2018-ci il tarixdə verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia qaldırılması üçün müddətin ötürülməsi halı təsdiq edilməmişdir.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.2, 739.1, 739.2, 740, 373.1 və 373.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçı əvvə llər də dəfələrlə cavabdehlərə qarşı müxtəlif məzmunlu iddialarla məhkəməyə müraciət etmiş və demək olar ki, bütün hallarda iddiaları əsassız hesab edilərək təmin edilməmişdir. Belə ki, iddiaçı 31 yanvar 2018-ci ildə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan əsassız varlanma nəticəsində 20142016-cı illərdə ondan aldıqları 6500 manat pul, borc aldıqları dövrdən hazırkı dövrə kimi həmin pulu özlərində saxlamaqla götürdükləri və ya götürməli olduqları gəlirlərin hesabına 3500 manat pul və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10030 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qism ən təmin edilmiş, 6500 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6530 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2018ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdə bütün məhkəmə instansiyalarının qəbul etdikləri aktlar 2018-ci i lə aid olsa da, həmin məhkəmə iclaslarının heç birində, o cümlədən iddiaçı tərəfindən verilmiş şikayətlərdə cavabdehlərin ondan həmin puldan əlavə olaraq 2018-ci ildə, yaxud ondan əvvəlki illərdə 29500 manat borc almaları barədə heç nə qeyd edilməmişdir. Təbii ki, əgər vermiş olsaydı, mütləq göstərərdi. Belə ki, onun hazırkı tələb etdiyi məbləğ o vaxt tələb etdiyi məbləğdən 4 dəfədən çox olan məbləğdir. Bundan başqa, iddiaçı Cavabdeh2 qarşı “verilmiş ərzaq məhsullarının pulunun geri qaytarılması tələbinə dair” iddia ilə 2019-cu ildə yenidən Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə də hazırkı tələb olunan məbləğ barədə hər hansı bir qeyd edilməmişdir. Cavabdehlər ekspert rəyləri ilə razılaşmır və həmin rəylərin şübhəli olduğunu bildirirlər. Belə ki, ekspertlər həmin saxta qəbzlərdəki saxta imzaların cavabdehlər tərəfindən icra edildiyi barədə rəy vermişlər. Hazırda Cavabdeh2 məhkəmə iclasından sonra ona qarşı edilən haqsızlıqlarla əlaqədar intihara cəhd etməsi səbəbindən Astara Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə araşdırma aparılır. Eləcə də, məhkəmə qətnaməsindən sonra digər Cavabdeh1 psixi durumu pisləşərək “psixi əlamətlərlə müşahidə olunan şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində anonim müal icədədir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı ya özü tərəfindən, ya da başqa biri tərəfindən sözügedən qəbzləri yazdırmış və cavabdehlərin əvəzindən onların imzalarına uyğun imzalar çəkdirmişdir. Maraqlıdır ki, iddiaçı xəstəxanada xadimə işlədiyi halda haradan o qədər və əvvəlki iddialarda qaldırdığı məbləğləri heç bir qohumluğu, yaxın münasibəti olmadığı halda tanımadığı şəxslərə borc olaraq vermişdir. O da maraqlıdır ki, iş materiallarının 6 və 7-ci vərəqlərində iki qəbz mövcuddur. İki eyni məzmunlu qəbzin yazılmasının hansı zərurətdən irəli gəlməsi müəyyən edilmir. Bundan başqa, həmin iki qəbzdəki cavabdehlərin adlarının qarşısındakı imzaların özü belə biri digərindən fərqlənir. Eləcə də, həmin qəbzlər əgər həqiqəti əks etdirirsə, hansı səbəbdən həmin qəbzlərdə alınan borcun, əgər alı nmışsa, nə vaxt alınacağı və qaytarılacağı qeyd edilməmiş, həmçinin, qəbzdə tarix qoyulmamışdır. Bütün bunlar həmin qəbzlərin ikisinin də saxta olmasından xəbər verir. Cavabdeh tərəf özəl ekspertiza mərkəzində tədqiqat aparılması üçün vəsatət versə də, vəsatət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi sübutları qiymətləndirməmiş, iddiaçı tərəfin verdiyi saxta sübutları isə sübut kimi qəbul edərək sözügedən qətnaməni qəbul etmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımadığı halda məhkəmə tamamilə şübhəli olmaqla həqiqəti özündə əks etdirməyən ekspert rəylərini əsas götürərək qətnamə qəbul etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-202/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası, cavabdehlərin iddiaçıdan 29500 manat məbləğində borc almalarının və həmin borcu qaytarmamalarının tam təsdiq edildiyini, cavabdehlərin mövcud borcu etiraf edən qəbzləri imzaladıqlarını, iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinin cavabdehlərə aid edilməli olduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

16. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışın göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və iş üzrə təqdim edilmiş dəlillərə heç bir qiymət verməmişdir. Belə ki, qətnamədə cavabdehlərə aid sübutlara hər hansı formada münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası sübutların araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsindən ibarət vəzifəsini lazimi qaydada icra etməmiş, bu isə qanunsuz və əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində kassatorların hüquqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası işdə olan ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri qaydasında qiymətləndirməmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2587/2023 nömrəli, 20 iyun 2023-cü il tarixl i qərarı ilə (hakimlər - Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 29500 manat pulun borc olaraq cavabdehlərə verilməsinə dair iddiaçının təqdim etdiyi qəbzə və həmin qəbzdəki imzalara münasibətdə verilmiş ekspert rəyinə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmədiyindən qəbul edilən qətnamə qanuni və əsaslı sayıla bilməz.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yeni apellyasiya baxışında baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi qəbzi, həmin qəbzə münasibətdə verilmiş ekspert rəyin Mülki Prosessual Mə cəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla birlikdə qiymətləndirməklə məhkəmə aktı qəbul etməlidir.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 529.3, 882.1, 380-cı maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1461/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhk əməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 29500 manat borc pul və 126 manat dövlət rüsumunun əvəzinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi qəbzdə olan imzaların cavabdehlər tərəfindən icra edilməsi barədə ekspert rəyi digər sübutlarla uyğunluq təşkil etmir. Belə ki, digər sübutlar nəzərə alınmadan ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmayan və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir. Buna görə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 448.1, 442 və 739-cu maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsin dəki ikinci icraat

28. İddiaçı (Vəkil5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış apellyasiya instansiyası işə aid olmayan və ümumiyyətlə, hazırkı işlə heç bir bağlı olmayan başqabaşqa məhkəmə qərarlarına istinadlar etmişdir. İddiaçının iddia tələbinin hüquqi əsasları, cavabdehlərin yazılı şəkildə iddiaçıya olan borclarının etirafını təsdiq edən, müvafiq qəbzlər və eləcə də iş materiallarında öz təsdiqini tapan, polisdə verilmiş izahatlardır. Ekspert rəyi ilə də iddiaçı tərəfindən təqdim edilmiş və sonradan da müvafiq sorğu əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş müvafiq qəbzlərdə olan yazı və imzaların məhz cavabdehlərə aid olması müəyyən edilir. Bun la baxmayaraq apellyasiya instansiyası hazırkı mübahisə üzrə mülki işin materiallarında olan mötəbər sübutlara əhəmiyyət verməmiş və ancaq fikir və sözdən ibarət olan cümlələr üzərindən işin həll olunmasına nail olmuşdur. Bunun da nəticəsində, həm maddi, həm də prosessual hüquq normalarının kobud pozulması ilə müşayiət olunan bir məhkəmə qərarı ərsəyə gəlmişdir. Maddi və prosessual hüquq normalarının pozulması isə yuxarıda qeyd olunan dəlillər hissəsində öz əksini tapır. Mübahisənin həlli, hüquq normalarına və mübahisə üzrə iş materiallarında olan mötəbər sübutlara istinad etməklə, həqiqətə nail olmaqla yekunlaşa bilər.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-977/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər – Əhməd Nurməmmədov (məruzəçi), Abi ddin Hüseynov və Zəki Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

31. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, cavabdehlərin apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsində işə baxılan zaman Mülki kollegiyanın hakimi Pərviz Əhmədov məhkəmə tərkibində olmuş və 15 fevral 2023-cü il tarixli qətnamə onun iştirakı ilə çıxarılmışdır. Sonradan həmin qətnamə Ali Məhkəmə Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətinə əsasən ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə ikincə dəfə apellyasiya instansiya məhkəməsində baxılarkən Pərviz Əhmədov yenə məhkəmə tərkibində olmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. Göründüyü kimi hakim Pərviz Əhmədovun işə baxılmasını istisna edən halın mövcud olmasına baxmayaraq Şirvan Apellyasiya Məhkəməsi işə qeyri-qanuni tərkibdə baxmışdır ki, bu da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv olunması üçün əsasdır.

32. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 19.1, 416.2, 418.3, 418.4cü maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

33. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında tərtib edilmiş xx.xx.2024-cü il tar ixli, 4/1458 nömrəli ekspert rəyindən görünür ki, nəticənin «1.» bəndində göstərilən tədqiq olunan yazıları və imzaları Cavabdeh2 xətt və imza nümunələri ilə; nəticənin «2.» bəndində göstərilən tədqiq olunan yazıları və imzaları Cavabdeh1 xətt və imza nümunələri ilə müqayisə etdikdə ümumi və xüsusi əlamətlərdə həmin cədvəldə gəstərilən fərqlər müəyyən olundu, Cədvəldə («Fərqlər») göstərilən fərqlər dəyərli və əhəmiyyətli olub, hər bir şəxs üçün ayrı- ayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da nəticənin «1.» bəndində göstərilən tədqiq olunan yazıların və imzaların Cavabdeh2 tərəfindən yox, başqa şəxslər tərəfindən; nəticənin «2.» bəndində göstərilən tədqiq olunan yazıların və imzaların Cavabdeh1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir.

34. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1217/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Samir Həsənov (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və Habil Bəhmənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

35. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandılrmışdır ki, avabdehlərin öz dəlilləri ilə bağlı iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, tərəflər arasında 2018-ci ilə qədər münaqişəli münasibət olmuşdur.

36. Hazırkı iş üzrə icraatdan əvvəl, yəni 31 yanvar 2018-ci ildə iddiaçı İlhamə X1 və hazırkı iş üzrə cavabdehlərə qarşı 6500 manat borc və 3500 manat əldən çıxmış fayda tələbinə dair iddia qaldırmış və qüvv ədə olan Şirvan Apellyasiya Məhkəməsinin 8 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsinə dair Astara Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət edilmişdir.

37. Bu icraatdan sonra 2019-cu ildə İddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı 7000 manat pul tələbinə dair yenidən iddia qaldırıb. Bu iddia da Astara Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Həmin işlərə baxılarkən İddiaçı 2018-ci ildə cavabdehlərə qarşı yenidən 29.500 manat pul verməsi və sonuncuların həmin pulu qaytarmaması barədə qeyd edilən iddia ərizələrində, o cümləd ən, məhkəmə proseslərində hər hansı bir dəlil irəli sürməyib.

39. Belə ki, digər sübutlar nəzərə alınmadan ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran zaman iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmayan və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir.

40. Bundan başqa, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunan göstərişlərin icrası məqsədilə əlavə ekspertiza təyin etmişdir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2587/2023 nömrəli, xx.xx.2023cü il t arixli qərarında əks olunmuş hüquqi mövqeyə görə məhkəmələr ekspert rəyi ilə kifayətlənməməli, mübahisəyə digər sübutlarla yanaşı baxılmalı olmasını bildirmişdir. İddiaçının müraciəti əsasında Astara rayon Polis Şöbəsində toplanmış materiallar hazırki müllki işə əlavə edilmişdir. Həmin materiallarda iddiaçının tələb etdiyi borcun cavabdehlər tərəfindən etirafı ilə bağlı izahat və qəbzlər vardır. İddiaçı da həmin sənədlərə əsaslanaraq hazırki iddianı qaldırmışdır.

41. Lakin, məhkəmə iclasında iştriak edən cavadeh Cavabdeh2 iş materiallarında olan qəbz və izahatlarda olan yazıların və imzaların onun tərəfindən icra edilmədiyini, ümumiyyətlə polis şöbəsində həmin məzmunda izahatın verilmədiyini və qəbzi imza etmədiyini bildirmişdir.

42. Xüsusilə qeyd edilməlidir ki, iş materiallarında olan İddiaçı DİN 102 xidmətinə etdiyi müraciətin baxılmasının nəticələrinə dair Astara RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Vüqar Mirzəyevin tərtib etdiyi xx.xx.2021-ci il tarixli arayışın məzmunundan görünür ki, İddiaçı DİN 102 xidmətinə müraciəti pul tələbi ilə bağlı deyil, cavabdehlərin onu təhqir etməsi ilə bağlı olmuş və araşdırma həmin istiqamətdə aparılmışdır.

43. Bu baxımdan 29500 manat borcun olmasına dair izahat və qəbzlərin cavabdehlər tərəfindən yazılıb-yazılmadığını və həmin sənədlərdə olan imzaların onlara məxsus olub-olmadığını müəyyən edilməsi zərurəti yaranmışdır.

44. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1217/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 4/1458 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan yazıların və imzaların Cavabdeh2 və Cavabdeh1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir.

45. Onu da qeyd etmək lazımdır ki, sonuncu ekspertiza ilə tədqiq olunan qəbzlər ilə əvvəlki (birinci instansiya zamanı keçirilmiş) ekspertiza ilə tətqiq olunan qəbzlər fərqli qəbzlərdir.

46. Məhkəmə kollegiyası ekspertiza rəylərində fərqli nəticələrin olması və hansı rəyin daha qəbul edilən olması ilə bağlı onu qeyd edir ki, iddiaçının marağına uyğun əvvəlki (birinci instansiyada aparılan icraat zamanı keçirilmiş) ekspertiza rəyini sübut kimi qəbul edilmiş olsa belə, bu hal iddianın əsaslı hesab olunması ilə nəticələnməyəcəkdir. Başqa sözlə, sonuncu ekspertizanın mənfi nəticələri nəzərə alınmasa belə, bu hal iddianın əsaslığı nəticəsini doğurmay acaqdır.

47. Çünki, yuxarıda qeyd edildiyi kimi digər sübutlar nəzərə alınmadan yalnız ekspert rəyinin sübut kimi qəbul edilməsi onu ehtiva edir ki, 2018-ci ilə qədər verilmiş 6500 manat borcun tutulması barədə 31 yanvar 2018-ci ildə iddia qaldıran zaman iddiaçı münaqişəli münasibətdə olduğu, eyni zamanda onun 6.500 manat məbləğində borcunu qaytarmayan və qaytarmaqdan imtina edən şəxslərə 2018-ci ildə daha böyük məbləğdə borc vermişdir. Bu isə ağlabatan və inandırıcı olmamaqla yanaşı, digər subutlarla öz təsdiqini tapmır.

48. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 448.1, 442 və 739-cu maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı (vəkil - Vəkil4) kassasiy a şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun borclunun bütün hərəkətləri üçün məsuliyyət daşıdığını nəzərdə tutur. Borclu kreditora borcu aldığını təsdiq edən sənəd vermişdir. Lakin borclu indi həmin sənədi mübahisələndirir və belə bir sənəd vermədiyini bildirir. Məhkəmədə bu yalan ifadələrə inanaraq iddianı rədd etmişdir. Məhkəmə tərəflərin bərabərlik prinsipini pozmuş, iddiaçının verdiyi izahatları və təqdim etdiyi sübutları qəbul etməmişdir. Məhkəmə sübutları obyektiv qiymətləndirməmiş, sübutları tam və hərtərəfli yoxlamadan qiymət vermişdir. Belə ki, ekspertiza rəyləri arasında ziddiyyətlər olduğu halda məhkəmə həmin ziddiyyətləri araşdırmadan və aradan qaldırmada n qətnamə qəbul etmişdir.

51. Məhkəmə sübut kimi yalnız apellyasiya məhkəməsində təyin olunmuş ekspertiza rəyini əsas götürmüşdür. Lakin məhkəmə əvvəllər verilmiş iki ekspertiza rəyini nəzərə almamış və onların arasında olan ziddiyətləri araşdırmamışdır. Halbuki təqdim olunmuş qəbzlər Astara rayon Polis şöbəsində aparılan təhqiqat zamanı alınmışdır. İddiaçı təhqiqatçını şahid qismində dindirilməsini tələb etsədə məhkəmə buna qiymət verməmişdir. Necə ola bilər ki, polis orqanında alınmış izahat və qəbz saxta olsun, onda burada cinatət tərkibi vardır. Lakin məhkəmə buna qiymət verməmiş və bu xüsusatı qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcə lləsi

53. Maddə

380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

56. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

57. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

58. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan ey ni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

59. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.

60. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yar anması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışını n hədləri

69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

73. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş h əmin məsələləri təkrarlamağa lüzum qalmır.

74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

75. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılm ır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1217/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar