Məhkəmə qərarları › İş №2(102)-173/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-173/2022

25.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-173/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kooperativ pay hüququnun tanınması, mənzilin və ya onun bazar qiyməti ilə eyni olan pul vəsitinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli, 2(103)521/2021 saylı qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Mənzil-Ti kinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Baxılan mübahisə İddiaçı tərəfindən "xxxx" MTK-ya mənzil üçün 1990-cı ildə 9000 rubl, 1992-ci ildə 21000 rubl olmaqala, cəmi 30 000 rubl ödənilməsinə baxmayaraq, ona mənzil verilməməsi ilə bağlı yaranmışdır.

2. Belə ki, Bakı şəhər XDS İK-nın 19.05.1989-cu il tarixli 4/163 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi 3224 saylı məhəllədə Bakı Kooperativ Texnikumu və orta texniki peşə məktəbinin işçiləri üçün 9 mərtəbəli 3 bloklu kooperativ yaşayış binasının layihələndirilməsinə icazə verilmiş və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İK-nın 19.09.1990-cı il tarixli 6/284 saylı qərarı ilə həmin kooperativ yaşayış binasının tikintisi 1991-ci ilin əsaslı tikinti planına daxil edilməklə sifarişçi funksiyası Bakı şəhər Sovetinin Əsaslı Tikinti idarəsinə həvalə edilmiş, baş podratçı təşkilat isə Bakı Baş Tikinti İdarəsi müəyyənləşdirilmişdir.

3. İddiaçı tərəfindən "xxxx" MTK-ya 1990-cı ildə 9000 rubl, 1992-ci ildə 21000 rubl olmaqala, cəmi 30 000 rubl ödənilmişdir.

4. Bakı Baş Tikinti İdarəsi tərəfindən binanın tikintisi 1991-ci ilə başlanmış, və tikintinin titul vərəqəsinə əsasən tikinti sahəsində 1991-1992-ci ilin 2-ci rübünə qədər binanın özülü qazılmışdır. Lakin inflyasiya ilə əlaqədar kooperativ üzvləri tərəfindən ödənilmiş vəsait hesabına Bakı şəhər Sovetinin Əsaslı Tikinti idarəsi tikintini başa çatdıra bilməmiş, 1994-cü ildə tikinti işləri tam dayandırılmışdır.

5. Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli 1315 saylı sərəncamı ilə uzun müddət istifadə olunmadığı üçün Bakı Kooperativ Texnikumu və texniki-peşə məktəbinə Nəsimi rayonu, Pişəvari küçəsinin 3224-cü məhəlləsində kooperativ yaşayış binasının tikintisinə dair verilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/163 №-li qərarı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.03.1999-cu il tarixli 217 saylı sərəncamı ilə isə həmin qurumun 07.05.98-ci il tarixli 499 saylı sərəncamına Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 21.10.98-ci il tarixli 01-01/300 a №-li məktubu nəzərə alınaraq, sifarişçiyə ayrılmış ərazidə görülmüş işlərə çəkilmiş xərclərin Bakı Kooperativ Texnikumuna və texniki-peşə məktə binə ödənilməsinin qanunvericiliyə müvafiq qaydada həll etməsinin tapşırılması bəndinin əlavə edilməsinə göstəriş verilmişdir. 6. "xxxx" MTK cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.12.1997-ci il tarixli 1315 saylı sərəncamının etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmənin 14 mart 2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Respublikada bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış kəskin inflyasiya ilə bağlı kooperativ üzvləri tərəfindən ödənilən vəsait hesabına Bakı şəhər Sovetinin Əsaslı Təmir İdarəsi tikintini başa çatdıra bilməmiş, 1994-cü ildə tikinti işləri tamamilə dayandırılmışdır. Bakı şəhər İ cra Hakimiyyəti başçısının 1315 saylı 10 dekabr 1997-ci il tarixli sərəncamı ilə Bakı şəhər XDS İK-nin MTK-ya torpaq sahəsi ayrılması barədə 19 may 1989-cu il tarixli 4/163 saylı qərarı ləğv edilmiş, 05 avqust 1997-ci il tarixli 965 saylı sərəncam ilə isə həmin torpaq sahəsi MTK-dan alınıb “RəşadOrxan” kiçik müəssisəsinə verilmişdir.

7. İqtisad Məhkəməsinin 14.03.2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi və xüsusi qərardadı nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16.05.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir. 8. “Gənc kooperator“ MTK binanın tikintisinin davam etdirilməsi üçün ilkin p ayçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə, yəni 1 kv.metr üçün 180 ABŞ dolları əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK üzvlərinin 28 dekabr 2002-ci il tarixli iclasında onun kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır.

9. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətində qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-nin üzvü və payçısı olaraq kooperativə 4 otaqlı mənzilin bütün məbləğini - 30000 rubl pulu 1990-cı ildən keçirdiyinə görə Bakı şəhər İH-nin ehtiyat fondundan 4 otaqlı mənzlin verilməsi və vurulan mənəvi zərərə görə 10000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 31 iyul 2014-cü il tarixli, 2-1(81)-825/2014 sdaylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 11 fevral 2015-ci il tarixli, 2-1(103)-69/2015 saylı qərarı ilə təmin edilməmiş, eyni zamanda məhkəmə bildirmişdir ki, İddiaçı "xxxx" MTK-nin üzvü və payçısı olmuş, onun MTKya üzv olarkən ödədiyi pul (30000 rubl) məbləği hal-hazırda tikilmiş və "xxxx" MTK-ya aid binanın layihə smeta sənədlərinin hazırlanmasına, binanın özülünün qazılmasına sərf edilmişdir. İddiaçının ödədiyi məbləğ "xxxx" MTK-ya aid binanın tikilməsinə sərf edildiyindən mənzil əldə etmək üçün ödədiyi pulu (30000 rubl pulu) "xxxx" MTK-dan tələb etmək hüququ vardır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi kollegiyasının 11 fevral 2015-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14 oktyabr 2015-ci il tarixli, 2-1(102)-767/15 saylı qərarı ilə təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən kooperativ üzvlüyünə yeni payçılar qəbul edilərkən və onlar tərəfindən müvafiq məbləğlər ödənilərkən nəzərə alınmalıdır ki, binanın tikintisi üçün əvvəlki payçılar, o cümlədən iddiaçı tərəfindən müvafiq vəsait xərclənmiş, lakin bu vəsaitin müqabilində iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir.

13. Bundan sonra İddiaçı cavabdehlər "xxxx" MTK və kooperatorin sədri Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın üzvlər inin 28 dekabr 2002-ci il tarixli 7 saylı protokolu əsasında qəbul edilmiş onun "xxxx" MTK-nın üzvlüyündən azad edilməsi barədə qərarının ləğv edilməsi və onun "xxxx" MTK-nın üzvlüyünə bərpa edilməsi, "xxxx" MTK tərəfindən ona haqqı olan 4 otaqlı mənzilin verilməsinin təmin edilməsi, MTK-nın sabiq sədri Cavabdeh2 ona və ailəsinə vurulmuş maddi və mənəvi ziyana görə 20000 manat məbləğdə pulun tutulmasını xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(006)-1923/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı iddi a ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30000 sovet rublunun "xxxx" MTK-da payı kimi tanınması, bu pay onun tərəfindən tam ödənildiyinə görə kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kv.metr mənzilin, yaxud onun indiki bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi, həmçinin 15 il "xxxx" MTK-nın onun ev payını mənimsədiyinə, ondan faydalandığına, həmin dövrdə evsiz və paysız qalaraq kirayələrdə maddi sarsıntılar keçirdiyinə görə dəymiş maddi zərər olaraq hər il üçün mənzilin indiki dəyərinin 5 faizi məbləğində pul hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(006)-333/2018 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hüseynov) İddiaçı cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və Cavabdeh2 qarşı kooperativ pay hüququnun tanınması, mənzilin və ya onun bazar qiyməti ilə eyni olan pul vəsitinin ödənilməsi barədə iddia tələbləri rədd edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı “kooperativ payının tanınması, mənzilə mülkiyyət hüququnun tanınması, 120 kv.metr mənzilin və ya onun hazırki dəyərinin ona verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı onun "xxxx" MTK-nın üzvlüyündən azad edilməsi barədə "xxxx" MTK-nın üzvlərinin 28 dekabr 2002-ci il tarixli 7 saylı protokolu əsasında qəbul edilmiş qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli 2(006)-1923/2016 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər XDS İK-nın 19.05.1989-cu il tarixli 4/163 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Pişəvəri küçəsi, 3224 saylı məhəllədə Bakı Kooperativ Texnikumu və orta texniki peşə məktəbinin işçiləri üçün kooperativ yaşayış binasının layihələndirilməsinə icazə verilmiş və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Müvafiq vəsaitin olmamasından kooperativ yaşayış evinin tikintisi 1994-cü ildə dayandırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10.12.1997-ci il tarixli 1315 saylı sərəncamı ilə uzun müddət istifadə olunmadığına görə Bakı şəhər XDS İK-nin "xxxx" MTK-ya torpaq sahəsi ayrılması barədə 19 may 1989-cu il tarixli 4/163 №-li qə rarı ləğv edilmişdir. Həmin torpaq sahəsi "xxxx" MTKdan alınmış, İqtisad Məhkəməsinin 14.03.2000-ci il tarixli 64/11-14 saylı qətnaməsi və xüsusi qərardadı nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 16.05.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir. "xxxx" MTK binanın tikintisinin davam etdirilməsi üçün ilkin payçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK-nın üzvlərinin 28 dekabr 2002-ci il tarixli iclasında İddiaçı kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı 18 yanvar 2005-ci il tarixli ərizə ilə "xxxx" MTK-nın sədri Cavabdeh2 müraciət edərək ona indi və gələcəkdə heç bir pul iddiasının olmadığını və olmayacağını bildirmişdir. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə məhkəməyə on iki ildən artıq müddət keçdikdən sonra 14.07.2017-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1, 112.2, 372.1, 372.2, 373.2, 375.1 və 375.2-ci maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov) 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı (apellyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş həmin məhkəmə aktlarındakı hüquqi dəyərləndirmələr hazırki iş üzrə də preyudisial əhəmiyyət daşıyır. Ona görə də, yalnız formal mülahizələrə görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almaq olmaz. Birinci instansiya məhkəməsinin qətnaməsi İddiaç ı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli, 2(102)-965/2020 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.A.Əhmədov) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11085/2018 nömrəli iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən, yəni 30000 rubl pulun hazırki dəyərlə iddiaçıya verilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələblərini kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kvadrat metr mənzilin, yaxud onun indiki bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi hissələrdə rədd etməkdə düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 16.05.2000-ci il tarixli 465 saylı sərəncamı ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 3224-cü məhəllədə kooperativ yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,33 hektar torpaq sahəsi "xxxx"MTK-nın daimi istifadəsinə verilmişdir. "xxxx" MTK binanın tikintisin in davam etdirilməsi üçün ilkin payçılara, o cümlədən İddiaçı güzəştli qiymətlə əlavə ödəniş etməsini təklif etmiş, lakin iddiaçı müvafiq ödənişi etməmiş və MTK-nın üzvlərinin 28 dekabr 2002-ci il tarixli iclasında İddiaçı kooperativin üzvlüyündən azad edilməsi qərara alınmışdır.

25. Göründüyü kimi, İddiaçı cavabdeh MTK-da mənzil əldə etmək üçün təklif edilmiş pay haqqının tam ödəməmişdir

26. Həmçinin İddiaçı onun "xxxx" MTK-nın üzvlüyündən azad edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 28 dekabr 2002-ci il tarixli 7 saylı iclasın protokol qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 aprel 2016-cı il tarixli 2(006)-1923/2016 saylı qətnaməsi ilə onun bu iddiası rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdi r.

27. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən kooperativə ödənilmiş 30 000 rubl pulun ona geri qaytarılması tələbinin rədd olunması hissəsində düzgün nəticəyə gəlməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə maddi hüquq normalarının pozulması və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə nəticələnmiş, apellyasiya instansiyası məhkəməsi bu hissədə məhkəmənin buraxdığı səhvləri təkrarlamışdır.

28. Belə ki, məhkəmələr bu hissədə iddia tələbini rədd edərkən iki hala istinad etmişlər: 1) İddiaçının bundan əvvəl başqa məhkəmə mübahisələrində qaldırdığı iddialar üzrə məhkəmə qərarları ilə müəyən edilmiş halların hazırkı işə baxılmasında üstün hüquqi qüvvəyə malik olmasına; 2) İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə.

29. Məhkəmə kollegiyası birinci halla bağlı qeyd e dir ki, iddiaçının digər məhkəmə mübahisələrində 30000 rubl pulun hazırki dəyərinin qaytarılması ilə bağlı tələbi olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından iddiaçının bundan əvvəl belə bir tələbinin olması müəyyən edilmir. 30....Əksinə, iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə iddiaçının cavabdeh MTKya 30000 rubl pay haqqını ödəməsi müəyyən edilmişdir.

31. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 fevral 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nın üzvü və payçısı olmuş, onun MTK-ya üzv olarkən ödədiyi pul (30000 rubl) məbləği hal-hazırda tikilmiş və MTK-ya aid binanın layihə smeta sənədlərinin hazırlanmasına, binanın özülünün qazılmasına sərf edilmişdir. İddiaçının ödədiyi məbləğ "xxxx" MTK-ya aid binanın tikilməsinə sərf edildiyindən, iddiaçının mənzil əldə etmək üçün ödədiyi pulu (30 000 rubl pulu) MTK-dan tələb etmək hüququ vardır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 oktyabr 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 fevral 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Məhkəmələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmiş, lakin həmin normanı hazırki işin hallarına düzgün tədbiq etməmişlər.

34. Həmin normaya görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş qərarlara düzgün hüquqi qiymət verməmiş, Mülki Prosessual Məcəllənin qeyd edilən normasının tədbiqində səhvə yol vermişlər.

36. Məhkəmələrin digər qənaəti iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlıdır. Məhkəmə kollegiyası bu hissədə məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab etmir.

37. Belə ki, 29 dekabr 1990-cı il tarixli 67 saylı orderin surətindən görünür ki, İddiaçı tərəfindən pay haqqı üzrə "xxxx" MTK-ya 9000 rubl ödənilmişd ir. 38. 28 yanvar 1992-ci il tarixli 20 saylı orderin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MTK-ya ilk ödəniş üzrə 21000 rubl ödənilmişdir.

39. Kooperativ üzvlərinin ümumi yığıncağının 28 dekabr 2002-ci il tarixli qərarı ilə İddiaçı kooperativ üzvlüyündən xaric edilmişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qanuni qüvvəyə minmiş 11 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı mənzil əldə etmək üçün ödədiyi 30000 rubl pulu MTK-dan tələb etmək hüququnun olduğu müəyyən edilmişdir.

41. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ilə iddiaçı tərəfindən cavabdeh MTKya ümumilikdə 30 000 rubl pay haqqının ödənilməsi, onun kooperativin üzvlüyünə xitam veriləndən sonra isə həmin məbləğin ona qaytarılmaması müəyyən edilmişdir.

42. İddiaçı kooperativə üzv qəbul edilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən, əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud dövlətə və bir və ya bir neçə kolxoza və ya kooperativ və sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09 noyabr 1991-ci il tarixli Qanunun 21-ci maddəsinin 3-cü hissəsinə görə mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. 07 fevral 1996-cı ildə qəbul edilmiş “Kooperasiya haqqında” Azərbaycan Respublikası Q anunun 21-ci maddəsinə əsasən, kooperativin əmlakı onun əsas fondlarından, dövriyyə vəsaitlərindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir.

43. İddiaçı cavabdeh MTK-ya 30000 rubl pay haqqını ödəməklə kooperativə üzv qəbul edilmiş, kooperativdə paya mülkiyyət hüququ əldə etmişdir. İddiaçı ilə kooperativ arasında olan pay haqqına əsaslanan və kooperativdə üzv olmaqla formalaşan həmin münasibətlər iddiaçı kooperatvi üzvlüyündən xaric edilənə kimi, yəni 28 dekabr 2002-ci il tarixə davam etmişdir. Bu səbəbdən də 01 sentyabr 2000-ci il tarixdən sonra kooperativin üzvü İddiaçı ilə kooperativ arasındakı münasibətlərə 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin normaları şamil olunmalıdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən onun həmin pay haqqını tələb etməsi ilə bağlı iddia müddəti tədbiq edilə bilməzdi. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi İddiaçı cavabdeh MTK-dan 30 000 rubl pay haqqı tələbinin rədd olunması hissədəki nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

44. İşə yenidən baxan məhkəmə İddiaçı cavabdeh MTK-dan 30000 rubl pay haqqı tələbinin həmin məbləğin hazırkı d əyərinə uyğun indeksasiyası aparılmaqla qanuni və əsaslı olmasına iş üzrə toplanmış sübutlara əsasən hüquqi qiymət verməlidir”. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

45. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli, 2(103)-521/2021 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hazırkı apellyasiya baxışının predmeti olan hissədə təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-333/2018 saylı iş üzrə 11 may 2018-ci il tarixli qətnaməsinin hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “30 000 rublun hazırki dəyərlə ona verilməsi (MTK-dan mənzilin hazırkı bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi)” tələbi nin rədd edilməsi hissəsində ləğv olunması, İddiaçı həmin iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Mənzil-Tikinti Kooperativindən 30000 rublun hazırki dəyəri qismində 14882,88 (on dörd min səkkiz yüz səksən iki manat 88 qəpik) manat, dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manatın alınaraq İddiaçı verilməsi, İddiaçı qeyd olunan iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" Mənzil-Tikinti Kooperativindən ekspertizaların xərcləri qismində 150 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 250 manat tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının “30000 rublun hazırki dəyərlə ona verilməsi (MTK-dan mənzilin hazırkı bazar qiyməti ilə ola n pul dəyərinin alınıb ona verilməsi)” tələbini təmin etmədiyi zaman hüququn tətbiq edilməsində səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı kassasiya şikayəti verərək apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərin indeksləşdirilməsi haqqında” Qanuna və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında əsasnaməyə əsasən istehlak qiymətlərinin indeksasiyası haqqında məlumat Azərbaycan Respublikasının Statistika Komitəsi tərəfindən aparıldığı qeyd edildiyi halda, məhkəmə yekun qərar qəbul edərkən nə həmin orqanın məktubuna əsaslanmış, nə də ki, yenidən daha konkret məlumatın verilməsini həmin qurumdan tələb etməmişdir. Bununla da məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq norma larının tələblərini pozmuşdur. Həmçinin məhkəmənin qətnamə qəbul edərkən əsaslandığı "xxxx" MMC-nin rəyi tamamilə əsassızdır. Belə ki, qeyd olunan rəydə tədqiqat düzgün aparılmamış və formal mülahizələrə əsasən 30000 rubl 14.882,88 manata bərabər tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi məsələyə səthi yanaşaraq sübutlara obyektiv, hərtərəfli və tam baxıb qiymət verməmiş, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərin indeksləşdirilməsi haqqında” Qanunun tələblərinə riayət etməmişdir. Onun tərəfindən 1992-ci ildə mənzilin pulu tam ödənilmiş, mənzilə onun mülkiyyət hüququ yaranmışdır. Buna görə də ona mənzilin dəyəri tam ödənilməli, habelə iddia zərərin ödənilməsi hissəsində təmin edilməlidir. 49. "xxxx" MTK kassasiya şikayəti verərək apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr Bakı şəhər İcra Hakimiyyətinin təkidi və əsassız müdaxiləsi ilə həmin iş üzrə düzgün olmayan nəticəyə gəlməklə, pul tələbini əsassız olaraq kooperativə yönəltmişlər. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən qoyulmuş sual üzrə rəy verilmiş, lakin məhkəmə həmin rəyi qəbul etməyərək iclasda Mərkəzi Banka sorğu verəcəyini deyib məhkəmə iclasını bağlı elan etsə də sonradan məlum olmuşdur ki, məhkəmə özəl qiymətləndirmə şirkətinə də sorğu göndərərək pulun indeksasiyasının aparılmasını xahiş etmişdir. Halbuki, bununla bağlı məhkəmə prosessual qanunvericiliyə uyğun olaraq məsələni tərəflərin müzakirəsinə çıxarmalı, daha sonra müvafiq qərar qəbul etməli idi. Lakin nəyin bahasına olursa olsun, iddianın təmin edilməsi üçün zəruri olan bütün sübutları toplamağa çalışan məhkəmə tərəflərin fikrini öyrənmədən ixtisaslaşmış Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə almadan şəxsi münasibətdə olduğu müstəqil Mərkəzə müvafiq sorğu ilə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. İddiaçı təqdim etdiyi əlavədə kassasiya şikayətinin dəlillərini təkrarlamış, həmçinin tutulmalı olan məbləğin kooperativin sədrindən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı yazılı etiraz verməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

52. İddiaçı və onun vəkili X1 məhkəmə koll egiyasının əvvəlki iclasında onlar tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

53. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin vəkili Vəkil1 məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh tərəfin kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

54. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf hazirki məhkəmə iclasına heç bir səbəb göstərmədən gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

109. Kooperativlər haqqında əsas müddəalar 109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıd ır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Maddə

112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 112.2. Kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. 56. “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanun (07 fevral 1996-cı ildə qəbul edilmiş və 17 iyun 2003-cü il tarixli 479-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Maddə

13. Kooperativdə üzvlüyə xitam verilməsi

1. Kooperativdə üzvlüyə aşağıdakı hallarda xitam verilir: 5) kooperativ üzvü üzvlükdən xaric edildikdə; Maddə

14. Kooperativ üzvünün kooperativdən xaric edilməsi Kooperativdən kooperativ üzvünün xaric edilməsi məsələsinə kooperativin nizamnaməsində müəyyən edilmiş qaydada kooperativin ümumi yığıncağında baxılır. Ümumi yığıncağın kooperativ üzvünün kooperativdən xaric edilməsi barədə qərarından məhkəməyə şikayət edilə bilər. Maddə

15. Kooperativdən çıxan və ya xaric edilən üzvə payın qaytarılması

1. Kooperativdən çıxan və ya xaric edilən kooperativ üzvünə nizamnamədə nəzərdə tutuları qaydada və müddətdə onun pay haqqının dəyəri və ya bu paya müvafiq əmlak, habelə bu paydan istifadə edilməsi ilə yeni yaradılmış əmlakdan ona çatası hissə qaytarılır və təsərrüfat ilinin yekununa görə kooperativin mənfəətindən ona veriləsi hissə ödənilir. Pay haqqının istifadə edilməsi ilə yeni yaradılmış əmlakın dəyəri kooperativin nizamnaməsində müəyyən edilmiş qaydada qiymətləndirilir.

2. Kooperativdən çıxan və ya xaric edilən kooperativ üzvü çıxdığı vaxta kimi kooperativin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər üzvlərl ə birlikdə kooperativdə olan əmlakı (pay haqqı) həcmində məsuliyyət daşıyır.

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

58. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

59. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətlərində apellyasiy a instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş həqiqi halları bu qərarın 2-12-ci paraqraflarında qeyd olunmuşdur.

64. İddiaçının tələbi “30000 sovet rublunun "xxxx" MTK-da payı kimi tanınması, bu pay onun tərəfindən tam ödənildiyinə görə kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kv.metr mənzilin, yaxud onun indiki bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi, həmçinin 15 il "xxxx" MTK-nın onun ev payını mənimsədiyinə, ondan faydalandığına, həmin dövrdə o, evsiz və paysız qalaraq kirayələrdə maddi sarsıntılar keçirdiyinə dəymiş maddi zərərə görə, hər il üçün mənzilin indiki dəyərinin 5 faizi məbləğində pulun alınb ona verilməsi” barədədir.

65. İş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli, 2(102)-965/2020 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işin yeni baxışa qaytarılması zamanı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi «İddiaçı cavabdeh MTK-dan 30000 rubl p ay haqqı tələbinin həmin məbləğin hazırkı dəyərinə uyğun indeksasiyası aparılmaqla qanuni və əsaslı olmasına iş üzrə toplanmış sübutlara əsasən hüquqi qiymət verməlidir».

66. Ali Məhkəmə həmin qərarında iddia tələblərinin «kooperativdə mənzilə mülkiyyət hüququnun tanınması, MTK-dan 120 kvadrat metr mənzilin, yaxud onun indiki bazar qiyməti ilə olan pul dəyərinin alınıb ona verilməsi» hissələrində rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticəni düzgün hüsab etmişdir.

67. Məhkəmə kollegiyası, Ali Məhkəmənin Mülki Kollegiyasının 17.02.2020-ci il tarixli, 2(102)965/2020 saylı qərarında ifadə olunmuş bu mövqe ilə razılaşaraq qeyd edir ki, iddiaçının mənzil almaq üçün "xxxx" MTK-ya 30000 rubl ödəməsi ilə bağlı yaranan mübahisəyə müxtəlif iddia tələbləri üzrə məhkəmələrdə baxılmışdır. Belə ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətində qarşı "xxxx" MTK-nin üzvü və payçısı olaraq kooperativə 4 otaqlı mənzilin bütün məbləğini - 30000 rubl pulu 1990-cı ildən keçirdiyinə görə Bakı şəhər İH-nin ehtiyat fondundan 4 otaqlı mənzlin verilməsi və vurulan mənəvi zərərə görə 10000 manat pulun tutulması tələbinə dair iddiası Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 fevral 2015-ci il tarixli, 2-1(103)-69/2015 saylı qərarında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MTK-nin üzvü və payçısı olmuş, onun MTK-ya "xxxx" MTK-ya aid binanın layihə smeta sənədlərinin hazırlanmasına, binanın özülünün qazılmasına sərf edil mişdir. İddiaçının ödədiyi məbləğ "xxxx" MTK-ya aid binanın tikilməsinə sərf edildiyindən mənzil əldə etmək üçün ödədiyi pulu (30000 rubl pulu) "xxxx" MTK-dan tələb etmək hüququ vardır.

68. Daha sonra İddiaçı cavabdehlər "xxxx" MTK və kooperatorin sədri Cavabdeh2 qarşı "xxxx" MTK-nın üzvlüyündən azad edilməsi barədə 28 dekabr 2002-ci il tarixli qərarın ləğv edilməsi və kooperativin üzvlüyünə bərpa edilməsi, 4 otaqlı mənzilin verilməsinin təmin edilməsi, ona və ailəsinə vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması tələbinə dair iddia vermiş, həmin iddia Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(006)1923/2016 saylı qətnaməsi ilə təmin edilməmişdir. Qeyd olunan iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

69. Yeni apelyasiya baxışında baxılan mübahisə kooperativdən çıxarılmış üzvünün kooperativdən payını almaq hüququ ilə bağlıdır və Mülki Məcəllənin 112.2-ci maddəsinin tələbləri əsasında həll edilməlidir.

70. İddiaçının “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərin indeksləşdirilməsi haqqında” Qanuna əsasən istehlak qiymətlərinin indeksasiyası haqqında məlumat Azərbaycan Respublikasının Statistika Komitəsi tərəfindən aparıldığı halda məhkəmə yekun qərar qəbul edərkən Statistika Komitəsinin məktubuna əsaslanmadığı, yaxud yenidən daha konkret məlumat tələb etmədiyi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən ilk növbədə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşd irilməsi haqqında” Qanuna istinadən «30 000 rubl pul vəsaitinin 1990-92-ci illərdə olan alıcılıq qabiliyyətinin hazırkı dövrdə hansı məbləğdə Azərbaycan manatı ilə ölçüldüyü» barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu vermiş, sorğuya Dövlət Statistika Komitəsinin 04/1-54 saylı 09 sentyabr 2020-ci il tarixli məktubu ilə verilən cavabda bildirilmişdir ki, Respublikada inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2020-ci ilin iyul ayında 1991-ci ilin dekabr ayına nisbətən 2654854,8 %, 1992-ci ilin dekabr ayına nisbətən 158744 % olmuşdur.

71. Lakin həmin cavab konkret olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq ekspertizalar təyin olunmuşdur. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 05.01.2021-ci il tarixli rəyində Azə rbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli Fərmanına əsasən hesablama aparılaraq “30000 (otuz min) rubl pul vəsaitinin 1990-92-ci illərdə olan alıcılıq qabiliyyətinin 2020-ci ilin dekabr ayı üçün 2096 manat təşkil etdiyi” göstərilmişdir. 72. "xxxx" MMC-nin 29 mart 2021-ci il tarixli rəyi ilə isə Dövlət Statistika Komitəsinin məlumatına istinadən müqayisəli təhlil aparılaraq həmin rəqəmin 14 882,88 manat təşkil etdiyi müəyyən edilmişdir.

73. Apellyasiya instansiyası məhkəməsi bir-birindən fərqli rəyləri təhlil edib qiymətləndirməklə hesab etmişdir ki, "xxxx" MMC-nin verdiyi rəy lazımi qaydada əsaslandırılmaq la mübahisənin mahiyyətinə daha uyğundur və məhz həmin rəy əsas götürülərək iddiaçının MTK-ya 1990-92-ci illər ərzində ödədiyi 30 000 rublun əvəzi qismində MTK-dan onun xeyrinə 14 882,88 manat (AZN) tutulmalıdır.

74. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının kooperativə ödədiyi pul banka depozit olaraq qoyulan vəsait kimi qiymətləndirilə bilməz və bu mənada Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məsələyə yanaşması nə işin hallarına, nə də ekspert qarşısında qoyulan sualın mahiyyətinə uyğun olmamışdır.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması və gəldiyi nəticə işin hallarına (mübahisə üzrə əvvəllki məhkəmə aktları əsasında müəyyən olunmuş münasibətlərə) və maddi hüquq normalarına uyğundur.

76. İddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin onun tələb etdiyi kimi mənzilin hazırkı bazar qiyməti ilə deyil, məhz istehlak qiymətləri indeksinə əsasən aparılması Avropa İnsan Hüquqları Məhkəməsinin bənzər işlərdəki təcrübəsinə də uyğundur. “Aka Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “...bu kimi hallarda ödənilməli olan pul məbləği toplumun ümumi tələbləri ilə fərdin əsas hüquqlarının qorunması arasında “ədalətli bir mütənasiblik” qurulmasına xidmət etməlidir. Belə bir “ədalətli mütənasibliyin” bir-birinə zidd mənfəətlər arasında qorunub-qorunmadığını qiymətləndirmək üçün daxili qanunvericiliklə indeksasiyanın aparılması şərtləri nəzərə alınmalıdır. Bu kimi mübahisələrdə, yəni ödənilməli məbləğin inflyasiya nisbətlərinə uyğunlaşdırılmasında istifadə olunan metodlarla əldə edilmək istənən məqsəd arasında müəyyən bir mütənasiblik təmin olunmalı və pul məbləğinin indeksasiyasını tələb edən şəxsin, həmçinin bunun tələb edildiyi şəxsin üzərində onların tab gətirə bilməyəcəyi bir yük qalmamalıdır...Bu cür hallarda qanunla müəyyənləşdirilmiş faiz nisbəti reallığı əks etdirməyə bilər, lakin bu vəziyyət indeksasiyanın real inflyasiya nisbətində həyata keçirilməsinə haqq qazandırmasa da, şəxsin düşdüyü vəziyyətlə də uyğun olmalı, ölkədə pulun öz dəyərini itirməsi insanları qeyri-müəyyənlik içərisində qoymamalıdır” (İş № 107/1997/891/1103).

77. Tutulan məbləğin kooperativdən deyil, kooperativin sədrindən tutulması barədə iddiaçının sonradan irəli sürdüyü dəlil əsassızdır. Çünki Mülki Məcəllənin 111-ci maddəsinə görə kooperativin sədr i kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və payın ödənilməsi üçün sədrin öhdəlik daşıması müəyyən olunmamışdır.

78. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddianın tamamilə rədd edilməsinə deyil, iddianın Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 05.01.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuş məbləğdə təmin olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası bu qərarın 70-75-ci paraqraflarında əks olunmuş hüquqi əsaslandırmaya istinadla, iddianın təmin olunmuş məbləğinə aid cavabdehin dəlilləri ilə razılaşmır.

79. Kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

80. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli, 2(103)521/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar