Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1732/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2123/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakı ları müəyyən etmişlər.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonu, X8 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 16 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Xaçmaz Rayon Polis Şöbəsinin 11 aprel 2022-ci il tarixli arayışına əsasən xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.1988-ci il təvəllüdlü Ağayev X4 şəhəri, Y.Şahbazov küçəsi, ev 12 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qar şı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərə məxsus olan əmlaklar – 10 ədəd plastik işlənmiş qapının, 1 ədəd qara rəngli «Niva» markalı avtomobil kuzasının, 1 ədəd işlənmiş dəmir qapının, 1 ədəd yararsız yaşıl rəngli şkaf dəstinin, 1 ədəd yararsız tumbanın, 1 ədəd yararsız şüşəli bir ayağı olmayan jurnal stolunun, 2 ədəd xalçanın, 1 ədəd köhnə divanın, 1 ədəd boz rəngli yararsız qab yığmaq üçün şkafın, 1 ədəd yaşıl rəngli kompyuter masasının, 2 ədəd stenka mebelin, 2 ədəd stulun, 1 ədəd pərdənin, stenkanın içində olan qabların, 1 ədəd korobkanın içində 6 dənəli armudu stəkanın, çay servizlərinin, mürəbbə qablarının, aş servizinin ona məxsus Xaçmaz rayonu X8 kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 200 manat mediasiya xərcinin alınaraq ona verilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşadığı ev onun mülkiyyətindədir. Cavabdehlər yaxın qohumları olmuş və onun evində cavabdehlərə məxsus əmlaklar qalmışdır. Dəfələrlə cavabdehlərə bildirmişdir ki, gəlib əmlaklarını aparsınlar. Cavabdehlər ona qərəzli olaraq aparmayacaqlarını, yəni onlara məxsus olan əmlaklarını onun evindən çıxarmayacaqlarını bildirmişlər. O özünə məxsus əmlaklarını öz evinə yığa bilməmiş, cavabdehlərin köhnə yararsız əmlaklarına görə onun əmlaklarına yer olmamışdır. Cavabdehlərə məxsus əmlaklar ona evdə maneəçilik törətmişdir.
6. Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd olunan əmlaklar anasına məxsus olmuşdur. Mübahisəli ev onlara məxsus olmuş, həmin evi atası tikdirmişdir. İddiaçı olan əmisi evsiz olduğundan atası ona mübahisəli evdə müvəqqəti yaşamağa icazə vermişdir. Lakin sonradan iddiaçı onların xəbəri olmadan evi öz adına rəsmiləşdirmişdir.
7. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının evi vərəsəliklə əldə olunmuş və hazırda hər iki cavabdehin bu evdə istifadə hüququ olmuşdur. Buna görə də iddia təmin oluna bilməz. Belə ki, hər iki cavabdeh bu evdə anadan olmuşlar və yaşamışlar. Hazırda da həmin evə gedib gəlmişlər.
8. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-626/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qeyd etdiyi əmlakların bir h issəsi Cavabdeh1 anasına məxsus əmlak, digər hissəsi isə Cavabdeh1 məxsus əmlak olmuşdur. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının istifadəsində olan fərdi yaşayış evində istifadə hüquqları olduğundan və həmin evdən istifadə hüquqlarına xitam verilmədiyindən iddia tələbi təmin oluna bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1, 152.5, 157.2, 228.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2123/2022 nömrəli mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və İlqar Dəmirov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması qət edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlakların yerləşdiyi Xaçmaz rayonu X8 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. İş üzrə tərəflər yaxın qohumluq mün asibətləri olan şəxslər olmuşlar. Cavabdehlər iddiaçıya məxsus evdə yaşamamışlar və onların ayrıca yaşayış yerləri olmuşdur. Bu barədə sübutlar iş materiallarına əlavə edilmişdir. Habelə məhkəmə iclasında iştirak edən Cavabdeh1 bu halı öz izahatında təsdiq etmişdir. İddiaçı hazırda cavabdehlərə məxsus olan əmlakların ona məxsus evdən çıxarılmasını tələb etmişdir. Cavabdeh1 isə iddiaya etirazın dəlilləri kimi mübahisəli mənzilin onun atası tərəfindən tikildiyinə, bununla da həmin əmlakdan istifadə hüququnun mövcud olmasına istinad etsə də bu halları təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yalnız mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə iddia təmin olunmuşdur. Bundan əlavə cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması ilə bağlı hər hansı hərəkətinin olması barədə iş materiallarında sübut olmamışdır. Eləcə də hazırkı mübahisə fərdi yaşayış evindən istifadə hüququnun tanınması ilə bağlı deyil, mülkiyyətdən sərbəst istifadəyə yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xaçmaz rayonu X8 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi iddiaçı olmuş və onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınarkən həmin evə dair cavabdehlərin rəsmi reyestrdə qeydə alınmış heç bir hüququ olmamış, başqa sözlə ev iddiaçının mülkiyyətinə digər şəxslərin hüquqları ilə yükl ənməmiş şəkildə keçmişdir. İddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilməmişdir. Cavabdehlərə məxsus əmlakların mübahisəli evdə qalması isə həmin evin mülkiyyətçisi olan iddiaçının hüquqlarının pozulması mənasına gəlmişdir.
15. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin nəzərə almışdır ki, cavabdehlərin ayrıca yaşayış yerləri olmuşdur. Yəni, digər səbəblərlə yanaşı, cavabdehlərə məxsus əşyaların iddiaçının evində qalmasına zərurət qalmamışdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 228.1, 228.2, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. İddiaçının ondan mənzilin boşaldılmasını tələb etməyə subyektiv hüququ olmamış və bununla bağlı da məhkəməyə heç bir sübut təqdim e dilməmişdir. Belə ki, məhkəmə tərəfindən iş materialı kimi istinad edilən heç bir sənəddə iddiaçının çıxarılmasını tələb etdiyi əmlakın ona məxsus olması öz təsdiqini tapmamış və bu barədə məhkəmənin istinad etdiyi heç bir sənəd olmamışdır. İddiaçı hesab edirsə ki, qeyd edilən əmlaklar onun mərhum atası Yaqub Süleymanova məxsus olmuşdur, atasından qalmış mirası anası Xalidə Ağayeva qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə iddiaçının ondan hansı əsasla əmlakların çıxarılmasını tələb etməyini, iddiaya cavab verməli olan şəxsin o olmadığını araşdırmamışdır. Hazırki iş üzrə subyektiv hüququn başqa (borclu) şəxslərdən tələb etmək hüququ ilə bağlı elementi mövcud olmamışdır.
19. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyd edi lən əmlakı hansı qaydada əldə etməsi, fərdi yaşayış evi üzərində digər şəxslərin itirilməmiş hüquqlarının olub-olmaması halı araşdırılmamışdır. Belə ki, qeyd edilən fərdi yaşayış evi miras qoyan nənəsi X2 (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarışla) məxsus olmuşdur. Qeyd edilən əmlak iddiaçıya vərəsəlik qaydasında keçdiyinə görə əvvəllər həmin evdə istifadə hüququ olan şəxslərin istifadə hüquqlarının davam etməsi halı nəzərə alınmamışdır.
20. Kassator qeyd etmişdir ki, iddiaçı tərəfindən əmlakların daimi əlaqələri olan evdən məcburi qaydada çıxarılmağı, hal-hazırda isə həmin evə daxil olmalarına icazə verməməsi onların mənzil hüquqlarını pozmuşdur.
21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
22. Daha sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsində iddiaçı X3 cavabdeh İddiaçı qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair 2(067)-1253/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı çıxıb qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Mə cəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan m əhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəməni n gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası əvvəlcə onu qeyd edir ki, X3 İddiaçı qarşı “mirasa vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi” tələblərinə dair qaldırdığı iddiaya görə hazırkı işin icraatının dayandırılması barədə Cavabdeh1 ərizəsinin təmin olunması üçün əsas yoxdur. Belə ki, hazırkı məqamda daşınmaz əmlakın dövlət reyestrindəki qeydə görə Xaçmaz rayonu, X8 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçi İddiaçıdir. Odur ki, X.Ağayevanın iddiası mövcud mülkiyyətçi İddiaçı hüquqlarının müdafiəsinə dair bu iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qaldırdığı iddiaya baxılmasına hüquqi maneə təşkil etmir.
35. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
36. Belə ki, qanuna əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 26).
37. Baxılan işdə Xaçmaz rayonu, X8 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması barədə qənaət əsaslıdır. Bundan əlavə, apellyasiya məhkəməsi işdəki sübutları araşdıraraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh1 ayrıca yaşayış yeri olduğundan ona məxsus əşyaların iddiaçının evində qalmasına zərurət qalmamışdır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq norma ları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2123/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.