Məhkəmə qərarları › İş №2(102)-1735/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1735/2024

16.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1735/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2(103)-657/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 32, 20 saylı mənzil (bundan sonra mübahisələndirilən mənzil) tərəflərin mərhum ataları X2 mülkiyyətində olmuşdur. Ataları xx.xx.2007-ci il tarixdə vəfat etdikdən sonra bu əmlaka qanun üzrə vərəsəlik hüquqi əsasında şəhadətnamə əsasında İddiaçı və Cavabdeh hər birinin bərabər payları müəyyən olunmuşdur.

2. Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 32, 20 saylı mənzil üzərində İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hər birinin payı ½ hissə təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 32, mənzil 20 ünvanında yerləşən ümumi sahəsi 86,94 kv.metr olan 4 otaqdan ibarət mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər - iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə belə əsaslandırıb ki, mənzilin naturada bölünməsi mümkün deyil, nə də bacısı onun payını pulla ödəmək istəmir. Belə ki, cavabdeh ona yalnız 60-65 min manat civarında (özünün satdığı evin pulunun bir hissə sini) pul verəcəyini bildirmişdir. Halbuki, qeyd edilən ev 1969cu ildə tikilməsinə baxmayaraq, daş konstruksiyalı, Leninqrad layihəsi üzrə inşa edilmişdir, çox geniş, rahat bir binadır və şəhərin mərkəzi dairəsində yerləşir. Belə mənzilin həmin ərazidə satış (bazar) dəyəri 200 min manatdan çox olduğu halda, cavabdehin etdiyi təklif minimal olmaqla yanaşı, həmin ərazidə 2 otaqlı mənzil almaq üçün yetərsizdir. Bütün bu illər ərzində mənzilin kommunal xərcləri anaları Zoya Vahidova və tərəfindən ödənilmişdir. Cavabdeh qeyd edilən mənzilə daşındıqdan sonra o, paylı mülkiyyətdə olan mənzilə gedib-gəlmək, istifadə və sərəncam vermə kimi qanuni hüquqlarından məhrum olmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3328 nömrəli eksp ert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 32 saylı evin, 20 saylı mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

8. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 32, 20 saylı mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş pul məbləğinin tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi olə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 32, 20 saylı mənzilin xx.xx.2023-cü il tarixə bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi müəyyn edilmişdir.

10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin əmlakın dəyərinin yarı hissəsini ödəmək imkanı olmadığından əmlakın satılmadan onun dəyərinin cavabdehə ödənildiyi halda, cavabdehin əmlaka olan hüquqlarından imtina edəcəyini və mənzili tərk edəcəyini bildirmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(005)-1267/2023 nömrəli qətnaməsi ilə (hakim X3), iddia tələbi qismən təmin edilmiş, mübahisələndirilən mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq (iddiaçıya ½ hissədə, cavabdehə ½ hissədə) bölünməsi, mübahisələndirilən mənzilinin ilkin satış qiymətin in 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mübahisəli əmlakın naturada ayrılmasının mümkünsüzlüyü müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbi əmlakın naturada bölünməsi hissəsində təmin edilə bilməz. Cavabdeh tərəfindən iddiaçının payına münasib təklif olunan kompensasiya məbləği real bazar qiymətindən əhəmiyyətli dərəcə aşağı olması səbəbindən iddiaçı tərəfindən həmin məbləğin qəbulundan imtina edilmişdir. Belə ki, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən əmlakın bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Yəni tərəflərin hər birinə çatası pul məbləği müvafiq hallarda 11 0000 manat və 102500 manat təşkil edir. Lakin cavabdeh tərəfindən iddiaçıya 75000 manat pul məbləği təklif olunmuşdur. Buna görə də iddiaçının bu məbləği qəbul etməkdən imtinası əsaslı olmaqla onun əmlakın açıq hərracdan satılması tələbi ilə iddia qaldırmaq hüququnu məhdudlaşdırmamalıdır.

13. Məhkəmə əmlakın hərracdan satış qiymətinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyindən əmlakın bazar dəyərinin 220000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi aydın olduğundan, əmlakın hərracdan satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunmalıdır.

14. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 136.1, 213.1, 213.2, 215.1, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220. 6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. b.) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 220.3, 220.4-cü maddələrində nəzərdə tutulmuş ardıcıllığa əməl edilməmişdir. İddiaçı tərəfindən ona paylarına uyğun olaraq pul kompensasiyasının ödənilməsi barədə bildiriş göndərilməmişdir. İlkin satış qiyməti də düzgü n müəyyən edilməmişdir. Müəyyən edilmiş dəyər mənzilin real dəyərindən qat-qat yuxarıdır. Mübahisəli mənzillə eyni texniki göstəricilərə malik olan, eyni ərazidə yerləşən mənzilin dəyəri 120000 manat civarındadır. Məhkəmə mənzilin ilkin satış qiymətini düzgün müəyyən etmiş olsa idi, cavabdeh tərəf həmin məbləğin onun payına uyğun hissəsinin ödənilməsini iddiaçıya təklif edə və ödəyərdi.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-657/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - V.N. Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə. İsgəndərov, M.Ə.Rüstəmli), apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(005)-1267/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən – mübahisələndirilən mənzilinin ilkin satış qiymətin in 220000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellasiya instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün deyildir. Həmçinin mənzilin iddiaçıya düşən hissəsinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi barədə də tərəflər arasında razılaşma mümkün olmamışdır. Belə ki, mütəxəssis rəyi ilə mənzilin bazar dəyəri 220000 manat müəyyən olunduğu halda, cavabdeh idiaçıya yalnız 75000 manat kompensasiya təklif etmişdir. Mənzilin bazar dəyərinin 120000 manat olması barədə cavabdeh tərəfin dəlillərinə qiymət verən kollegiya qeyd edir ki, əvvəla mütəxəssis rəyi kifayət qədər əsaslandırıl maqla, oxşar mənzillərlə müqayisəli şəkildə təhlil aparılmışdır, digər tərəfdən isə, cavabdeh özü hər hansı sübut (mütəxəssis rəyi, arayış və s.) təqdim etməmişdir. İşə apellyasiya icraatında baxılarkən cavabdehin nümayəndəsinin elektron kabinet vasitəsi ilə təqdim etdiyi elanlardakı satılan mənzillərin iki otaqlı olduğu müəyyən olunur, yəni hazırki iş üzrə mübahisəli mənzil dörd otaqlı olduğu halda, mənzilin bazar dəyəri ilə bağlı müqayisə aparmaq üçün iki otaqlı mənzillərə dair elanlar təqdim edilmişdir. O da qeyd olunmalıdır ki, həmin elanlardan da göründüyü kimi, iki otaqlı mənzillərin bazar dəyəri təqribən 147-148 min manat təşkil edir, belə olan halda isə dörd otaqlı mənzilin təqribən 200-220 min manat dəyərində olması şübhə doğurmamalıdır.

19. Göründüyü kimi qanunvericiliyin tələblə rinə, mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılması üçün əsaslar vardır.

20. Lakin məhkəmə tərəfindən eyni zamanda satış qiymətinin müəyyən edilməsinin hüquqi əsası yoxdur. Belə ki, qanunvericilikdə paylı əmlakın açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar çıxarılarkən əmlakın satış qiymətinin müəyyən edilməsi vəzifəsi müəyyən olunmamışdır.

21. Əmlakın açıq hərracdan satılması barədə məhkəmə qətnamələrinin icrası zamanı əmlakın qiymətinin müəyyən olunması icra məmurunun dəvət etdiyi qiymətləndirici tərəfindən həyata keçirilir.

22. Nəzərə alınmalıdır ki, qiymət özlüyündə daşınmaz əmlak bazarında tələ b və təklif əsasında formalaşmaqla yanaşı, sabit olmayıb, bir sıra amillərin təsiri altında dəyişə bilər. Açıq hərracda satılmalı olan əmlakın işə baxmış birinci instansiya məhkəməsində müəyyən edilən qiyməti, həmin qətnamənin qanuni qüvvəyə minərək, icra məmuru tərəfindən hərrac təşkilatına sifariş edilənədək dəyişməsi mümkündür. Xüsusilə, birinci instansiya məhkəməsinin qətnaməsindən yuxarı məhkəmə instansiyalarına şikayət verilməsi, icra icraatı mərhələsində mümkün obyektiv ləngimələr (qətnamənin icrasına möhlət verilməsi, tələbkarın ərizəsi əsasında geri qaytarıldıqda və s.) səbəbindən qiymətin müəyyən olunduğu tarixdən hərracın keçirilməsinədək kifayət qədər uzun müddət keçməsi gözləniləndir. Bu halda, ötən müddət ərzində əmlakın qiymətinin dəyişməsinə görə yenidən qiymətləndirilməsi üçün əsasların yaranması gözləniləndir ki, bu da birinci instansiya məhkəməsində aparılan qiymətləndirməni əhəmiyyətsiz etmiş olur.

23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 220.2, 220.3., 220.4., 220.5., 220.6-cı maddələrinə,.“İcra haqqında” Qanunun 51, 51.1, 61.1,61.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 217.4-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (və onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)-657/2024 saylı, 9 yanvar 2024cü il tarixli qətnaməsinin qismən (mənzilin ilkin satış qiymətinin 220000 manat müəyyən edilməsinin ləğv edilməsi hissəsində) ləğv edi lərək, həmin hissədə Nərimanov Rayon Məhkəməsinin 2(005)1267/2023 saylı 03 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə əmtəşünaslıq ekspertizasını təyin etməklə mənzilin bazar satış qiymətini müəyyən edib. Bunun əksi mümkün deyil, çünki evin satış qiyməti müəyyən edilmədiyi halda, tərəflərə konpensasiya ödənişinin təklifi mümkünsüzdür. Bu baxımdan da məhkəmənin bu prosesual hərəkətində heç bir qanun pozuntusu yoxdur. Məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Ərazi idarəsi tərəfindən verilmiş arayışa əsasən mənzilin iki otağının qiyməti 103000 manat dəyərində qiymətləndirilmişdir. Bu da i ş üzrə əsas dəlillərdən biri kimi qiymətləndirilməli idi. Apelyasiya instansiya məhkəməsinin istinad etdiyi “İcra haqqında” Qqanunun 51-ci maddəsində qeyd edilən istisna edici halları, yəni əgər borclu ipoteka qanununa əsasən tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə qiymətləndirildiyi və tənzimlənən qiymətlər tətbiq olunduğu hallar istisna olunmaqla borclunun əmlakının qiymətləndirilməsi o halda təşkil oluna bilər. Göründüyü kimi, qanunun bu müddəası məhkəmənin ekspertiza təyin edilərək, əldə edilmiş nəticəni şübhə altına almadan, istisna edici bir hal kimi təsbit edir.

26. Kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Məcəlləsi 215.3cü maddəsinə, “İcra haqqında” Qanunun 6.1, 51.1-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 8.8, 9.3, 77, 88, 102.2, 103.2, 171.1, 273, 274.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, kasasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını və apelyasiya instansiya məhkəməsinin 2(103)-657/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 30.Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 31.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrıl ması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir 32.Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyy ətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 33.Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 34.Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “İcra haqqnda” Azərbaycan Respublikası Qanunu

35. Maddə 51.1 borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

36. Maddə 61.1 vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakın ın satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

37. Maddə 61.2 ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§ 55).

44. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§ 54).

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia üzrə cavabdeh (və onun vəkili X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

1. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

2. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

3. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri fundamental vacib məsələlərlə bağlı deyil. Həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasında əksini tapmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəlinən nəticə ilə razılaşır.

4. Kassatorun dəlil ləri bəzi dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillərdir və həmin dəlillər kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.

5. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

6. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2024-cü il tarixli, 2(103)-657/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar