Məhkəmə qərarları › İş №2(102)-1736/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1736/2023

16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1736/2023 16.03.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2208/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailələrinə vurduğu maddi ziyana görə cavabdehdən əldən çıxan faydaya görə 12.600 manat - 3.000 manat İddiaçı2 üçün, 9.600 ma nat İddiaçı1 üçün, müalicə xərcləri üçün 5.000 manat, bundan sonrakı müalicə üçün 3.000 manat, cəmi 20.600 manat, mənəvi ziyana görə 20.000 manat, yekun olaraq cəmi 40.600 manatın tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3144/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş maddi ziyanın əvəzi olaraq 3.000 (üç min) manat və ödənilmiş dövlət rüsumu üçün 10 (on) manat məbləğində pul tutularaq İddiaçı1 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddət buraxılmaqla verildiyinən və müddətin bərpası barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Səyyad Qafari) cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın və bununla bağlı birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3144/2021 nömrəli qərardadının ləgv edilməsini və veril miş apellyasiya şikayətinə mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsində baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Səyyad Qafari) 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 03 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh (Vəkil) təkrarən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətində mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir və kassasiya şikayəti baxılması üçün Azərbaycan Respu blikası Aİi Məhkəməsin göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-556/2023 nömrəli mülki iş üzrə 18 yanvar 2023-cü il tarixli qərardadı ilə cavabeh xx.xx.2022-ci il tarixli kassasiya şikayətinin qaytarılması barədə qərardaddan deyil, təkrarən Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın dəyişdirilmədən saxlanılması barədə qərardaddan kassasiya şikayəti verdiyindən, qanunvericiliyin tələbinə əsasən bu qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutlmadığından, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2208/2022 nömrəli iş üzrə 03 noyabr 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6720/2022 nömrəli qərardadı ləğv edilmiş, mülki iş kassasiya baxışından çıxarılaraq geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 01 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Səyyad Qafari) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2208/2022 nömrəli mülki iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh X2 nümayəndəsi və vəkili tərəfindən təkrarən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdeh və vəkili Vəkil apellyasiya instansiyasının 03 noyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edil məsi və şikayətin baxılması üçün işin apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti müddət buraxılmaqla verildiyindən, həmçinin kassasiya şikayətində prossesual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərardadı Cavabdeh elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, nümayəndəsi və vəkili Vəkil tərəfindən isə xx.xx.2022-ci il tarixdə rəsmi poçt vasitəsilə alınmışdır. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə elektron qaydada bu qərardaddan deyil, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadından təkrarən kassasiya şikayəti vermi şdir. Hazırda 03 noyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermək üçün cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüş və həmin müddətin bərpası barədə vəsatət verilməmişdir. Həmçinin kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1, 408.1.4, 408.1.5 və 407-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2208/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar