Məhkəmə qərarları › İş №2(102)-1737/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1737/2019

14.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1737/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(103)7945/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 18.04.2018-ci il tarixli, 2(001)-2524/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “fərdi yaşayış evinə köçürülmə, istifadə hüququnun tanınması və evdən istifadəyə maneənin qadağan edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzində 5 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, Ə.Qasımov) 12.09.2018-ci il tarixli, 2(103)-7945/2018 nömrəli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq, iş üzrə Bakı şəhəri Binəqədi r ayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 2(001)-2524/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “yaşayış hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə 24.01.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X6 tərəfindən qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə və yaşayış hüququnun həyata keçirilməsinə qadağa və məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir otağına (digər yardımçı sahələrdən və kommunal xidmətlərdən istifadə etməklə) ailəsi ilə birlikdə köçürülməsi və həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması, cavabdehlərə həmin fərdi yaşayış evindən istifadə hüquqlarına maneələrin törədilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində daimi qeydiyyatdadır. 2000-ci ildə cavabdeh olan atası N1 digər Cavabdeh1 ilə ikinci dəfə ailə həyatı qurmuşdur. 2010-2011-ci illərə kimi iddiaçı cavabdehlərlə birgə qeyd olunan evdə yaşayımışdır. Lakin sonradan onun cavabdehlər ilə münasibətləri pozulmuş və o, məcburən evdən çıxmışdır. Lakin cehiz əşyaları həmin evdə olmuş, 2015-ci ilə kimi fasiləllərlə o, həmin evdə yaşamışdır. Sonra cavabdehlər onu və ailəsini evdən qovmuşlar. O, bir müddət özbaşına tikilidə yaşadıqdan sonra həmin ev satıldığından və ailəsinin başqa yaşayış yeri olmadığından, qeydiyyatda olduğu evə buraxılmadığından iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tələbini təmin etsə də, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan mübahisəli evin 2010-cu ildə qeydiyyatdan keçməsinə, buna görə mübahisəyə 2009-cu ildən sonra qəbul edilmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun qiymət verilməli olduğuna istinad edib b irinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin etməmişdir. Lakin nəzərə alınmamışdır ki, mübahisəli ev 30 ildən artıqdır ki, mülkiyyətçinin və onların istifadəsində olmuş, mülkiyyətçi tərəfindən inşa edilmiş, iddiaçı həmin evdə doğulmuşdur. Buna görə mübahisəli mənzilə dair hüquq münasibətləri 2009-cu ildən əvvəl yaranmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(103)7945/2018 nömrəli qətnaməsinin ləğv edilərək mülki işin yenidən apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ********************* istifadədə olan torpaq sahəsindəki 3 saylı ev 1/3 pay hüququ ilə 05.08.2010-cu ildə X2 adına, 1/3 pay hüququ ilə X3 adına, 1/3 pay hüququ ilə X4 adına qeydə alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaş ayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razı lıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Birinci instansiya Məhkəməsi iddiaçının iddiasını qismən təmin edərkən, 01.10.2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 53-cü maddələrinə istinad etmişdir. Lakin qeyd olunduğu kimi, cavabdeh N1 münasibətlərin yarandığı dövrdə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli yaşayış evi 05.08.2010-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 1/3 paylı mülkiyyət mülkiyyət hüququ əsasında cavabdeh N1 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması N1 mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alınd ıqdan sonra yaranır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin N1 adına paylı mülkiyyət kimi dövlət qeydiyyatına məhz 05.08.2010-cu ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü m addəsinin tətbiqi zamanı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar. Belə ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 03.09.2018-ci il tarixli, ***** saylı məktubundan görünür ki, Masazır Bələdiyyəsinin 16.02.2012-ci il tarixli, 03/26 saylı qərarı ilə vətəndaş İddiaçı 0,03ha torpaq sahəsi ayrılmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon hərrac və müşahidə Komissiyası tərəfindən 24.06.2014-cü il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin qalibidir. İddiaçı torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İş materialla rından daşınmaz əmlakın bağışlanması haqqında 20 dekabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən 31.07.2014-cü il tarixdə verilmiş ********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ünvan 2i ünvanında yerləşən 0,03 ha torpaq sahəsini X8 bağışlamışdır. İş materiallarından AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 yaşayış məntəqəsində yerləşən 0,03 ha torpaq sahəsi 12.01.2018-ci il tarixdən xüsusi mülkiyyət kimi X7 adına qeydə alınmışdır. Göründüyü kimi, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddi açı cavabdeh X2 olmaqla, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, 2015-ci ilə kimi orada yaşamış, sonradan özünün qeyd etdiyinə görə fasilələrlə yaşamağa başlamışdır. Abşeron rayonu Masazır Bələdiyyəsinin 16.02.2012-ci il tarixli, 03/26 saylı qərarı ilə vətəndaş İddiaçı 0,03ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində ayrıca fərdi yaşayış evi mövcuddur. Cavabdeh adına olan torpaq sahəsini 27.12.2017-ci ildə həyat yoldaşına bağışlamış, yalnız bundan sonra 24.01.2018-ci ildə hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı adına torpaq sahəsi olmasını birinci instansiya məhkəməsi və apellyasiya icraatında etiraf etməmiş, lakin sonrakı iclasda qeyd olunan halı etiraf etmişdir. İdiaçının adına torpaq sahəsi olması, o rada ev tikilməsi cavabdehin izahatı və şahid ifadələri ilə də, öz təsdiqini tapır. Kollegiya şahid ifadələrinə işdə olan digər sübutlarla birlikdə tam, hərtərəfli qiymət verərək, hesab etmişdir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul olunmalıdır. Göründüyü kimi, iddiaçı özünün etiraf etdiyi qaydada, 2015-ci ildən mübahisəli evdə daimi olaraq yaşamamaqla, öz adına olan, sonradan həyat yoldaşına bağışladığı torpaq sahəsində tikilmiş tikilidə yaşayır. Digər tərəfdən cavabdeh X6 İddiaçı atası olmaqla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən onun valideyn kimi hüquq və vəzifələrinə xitam verilmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verildikdən sonra, yaşayış sahəsi olmaqla, həmin yaşayış sahəsindən öz istifadə hüquqla rını həyata keçirməsi, onun cavabdehin paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan mübahisəli evdən istifadə hüququnun saxlanılmamasına əsas verir. Bundan əlavə iddiaçı iddia tələbində ailəsi ilə birlikdə evə köçürülməsini xahiş etsə də, ailə üzvlərinin kimlərdən ibarət olması, onların adından tələb irəli sürəmək hüququnun olub-olmaması barədə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən mübahisəli fərdi yaşayış evi 1/3 paylı mülkiyyət hüququ ilə cavabdeh X5 məxsus olmaqla, payların naturada ayrılması həyata keçirilməmiş, hansı tikilinin hansı otaqlarının cavabdehə məxsus olması bəlli deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi12.09.2018-cı il tarixli qətnaməsi ilə X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18.04.2018-ci il tarixli, 2(001)-2524/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlili olan “mübahisəli ev 30 ildən artıqdır ki, mülkiyyətçinin və onların istifadəsində olmuş, mül kiyyətçi tərəfindən inşa edilmiş, iddiaçı həmin evdə doğulmuşdur. Buna görə mübahisəli mənzilə dair hüquq münasibətləri 2009-cu ildən əvvəl yaranmışdır” dəlilinə gəldikdə isə kassasiya kollegiyası qeyd edir ki, hüquq münasibətlərinin yaranması anı apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 12.09.2018-cı il tarixli qətnamə ilə ətraflı şəkildə izah edilmişdir. Bu səbəbdən qeyd edilən dəlil əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(103)-7945/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar