Məhkəmə qərarları › İş №2(102)-1737/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1737/2020

10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1737/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı xxx qızının iştirakları ilə iddiaçı xxx qızının cavabdeh Gəncə “xxxx” Kiçik Müəssisəsinə qarşı “istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar zərər ödəncinin verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)2645/2019 nömrəli qətnaməsindən iddiaçı və vəkili xxx oğlu tərəfi ndən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx qızı cavabdeh xxx zavodunun nəzdində fəaliyyət göstərmiş “xxxx” kiçik müəssisəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, səhhətinə dəymiş xəsarətlə əlaqədar 80% əmək qabiliyyətinin itirilməsi üçün xx xxxxxx 2005-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədəek olan dövr üçün ödənişlərin hesablanaraq cavabdeh müəssisədən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsin xx xxxxxxx 2017-ci il tarixli, 2(043)7860/2017 nömrəli qətnaməsi ilə (hakim Y.X.H əşimov) iddia təmin edilmiş, xx xxxxxx 2005-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan dövr üçün 24227,52 manat ödənilməmiş zərərə görə ödənc pulunun Gəncə “xxxx” kiçik müəssisəsindən alınaraq xxx qızına verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(104)-4135/2018 nömrəli qətnaməsi ilə (L.S.Süleymanov - sədrlik edən və məruzəçi, İ.Ə.Şəfiyev və A.V.Bahramov) iddiaçı xxx qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(043)7860/2017 nömrəli qətnaməsi iddiaçı xxx qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(102)-2293/2019 nömrəli qərarı ilə (Ə. G.Nurməmmədov – sədrlik edən və məruzəçi, M.T.Əhmədova və Ə.M.Rüstəmov) iddiaçı xxx qızının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(104)-4135/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-2645/2019 nömrəli qətnaməsi ilə (Ə.İ.Məmmədov - sədrlik edən və məruzəçi, F.Ə.Mehtiyev və Ş.M.Əliyeva) iddiaçı xxx qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(043)-7860/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xxx qızı və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Gəncə Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-2645/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. İddiaçı xxx qızı aldığı əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini 80% itirmiş və bununla əlaqədar cavabdeh müəssisə tərəfindən 2001-ci ildən pul vəsaiti ödənilməmişdir. “xxxx” Kiçik Müəssisəsinin fiziki şəxslər tərəfindən özəlləşdirilmiş, özəlləşdirmədən sonra həmin müəssisəsin bütün öhdəliklərinin icrası fiziki şəxslərin öhdəsinə ve rilmiş və iddiaçıya ödənilməli olan pul vəsaiti həmin fiziki şəxslərdən müştərək qaydada tutulmalıdır. İddiaçı xxx qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Gəncə “xxxx” Kiçik Müəssisəsi nümayəndəsinin iştirakını təmin etməmiş, habelə X4, X1, X2, X7, X8 və xxx, habelə tərəflərin vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edi lmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən xxx qızı xx xxxxxx 1992-ci il tarixdə xxx zavodunun nəzdindəki “xxxx” kiçik müəssisəsinin polietilen tıxac sexində tökməçi (liteyşik) işləyən zaman, sağ əlini kəsmiş və əmək qabiliyyəti 80% itirilməklə, aldığı əmək xəsarəti ilə əlaqədar İİ qrup əlil olmuşdur. İddiaçıya istehsalatda aldığı əmək xəsarətləri ilə əlaqədar cavabdeh müəssisə tərəfindən 2001-ci ilədək ödənc ödənilmişdir, lakin 2001-ci ildən həmin ödənişlər dayandırılmışdır. 21 saylı region üzrə X3 xx xxxxxxxx 2017-ci il tarixli, 358 nömrəli rəyində iddiaçıya ödənilməyən illər üzrə ödəniləsi ödəncin 24227,52 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı xxx qızı cavabdeh qismində “xxxx” kiçik müəssisəsini göstərməklə, qeyd olunan ödəncin sonuncudan tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin qətnamənin icrası zamanı müəyyən olunmuşdur ki, “xxxx” kiçik müəssisəsi xx xxx 2004-cü il tarixdə X1, X4, X2, X7, X8 və xxx tərəfindən özəlləşdirilmişdir. İddiaçı göstərilən hala istinad edərək apellyasiya şikayəti vermiş və tələbini faktiki olaraq başqa şəxslərə yönəldilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddiaçının “xxxx” Kiçik müəssisəsində aldığı əmək xəsarətinə görə ona ödənilməli olan pul vəsaitinin ödənilməsi vəzifəsini n üçüncü şəxslər kimi X4, X2, X7, X8 və xxxun üzərinə qoyulmasını mümkün saymamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yuxarıda qeyd olunduğu kimi, X4, X2, X7, X8 və xxx birinci instansiya məhkəməsində cavabdeh qismində cəlb edilməmiş, iddiaçı tərəfindən cavabdeh “xxxx” KM-nin əsl cavabdeh olan həmin şəxslərə əvəz edilməsinə dair müraciəti olmamış və işdə onların iştirakı təmin edilmə mişdir. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyi halda, iddiaçının apellyasiya şikayətinə əsasən onun ləğv edilməsi və apellyasiya icraatı qaydasında tələbi işdə iştirak etməmiş şəxslərə yönəldilməsi prosessual qanunvericiliyə uyğun deyildir. Məhkəmə kollegiyası izah edir ki, cavabdeh müəssisəsindən tələb olunan vəsaitin tutulmasının qeyri-mümkünlüyü “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun səlahiyyətli orqan tərəfindən araşdırılmalı və qərar qəbul edilməlidir. Həmçinin iddiaçıya izah olunmalıdır ki, onun “xxxx” KM-nin borclarına görə məsuliyyət daşıyan digər şəxslərə qarşı ümumi qaydada məhkəməyə iddia vermək hüququ qalmaqdadır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx qızı və vəkil xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(104)-2645/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar