Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1741/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şikayətdən imtina, şikayət üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsi Mülki kollegiyasının 2(011)-1723/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlərə qarşı dəymiş zərərin yeni qiymətlə (bir səhmə görə 5 manat) qiymətləndirilməsi və 17.500 manat kompensasiyanın 25%-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 75%-nin dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xə tai Rayon Məhkəməsinin 2(011)-1723/2023 nömrəli, 26 yanvar 2023cü il tarixli qərardadı ilə (hakim Samirə Eyvazova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verildiyi üçün geri qaytarılmışdır.
3. İddiaçı qərardaddan şikayət və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2023 nömrəli, 27 fevral 2024cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, şikayət rədd edilərək, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-1741/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
6. İşə kassasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı ərizə ilə müraciət edərək, şikayətin geri qaytarılmasını və kassasiya icraatına xitam verilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
8. MPM-in 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və ya qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xita m verilir.
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, hazırkı iş üzrə başqa şəxslər tərəfindən birinci instansiyası məhkəməsinin qəbul etdiyi qərardaddan şikayət verilməmişdir. Belə olan halda iddiaçının ərizəsi qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir.
10. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.