Məhkəmə qərarları › İş №2(102)-1742/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1742/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1742/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1742/21 (Açar sözlər: su və kanalizasiya xətlərinin bərpa edilməsi, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbləri) Bakı şəhəri, 5 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-218/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İ şin halları:

1. İddiaçı 1997-ci ildən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 47 saylı evin 25 və 29 “A” saylı mənzillərinin ( İİİ mərtəbə ), iş üzrə Cavabdeh isə 18.04.2009-cu ildən alt mərtəbədə yerləşən 14,14 “A” saylı mənzilin ( İİ mərtəbə) mülkiyyətçiləridirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ləğv edilmiş su və kanalizasiya xətlərinin cavabdehin hesabına bərpa edilməsi və həmin xətlərin işləməsinə maneələrin törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi ziyanın əvəzi olaraq 15.000 manat və mənəvi ziyanın əvəzi kimi 20.000 ma nat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 47 saylı evin 25 və 29 A saylı mənzilləri xüsusi mülkiyyət kimi 22.03.1997-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Həmin binanın ona məxsus olan üçüncü mərtəbəsində yerləşən 25 və 29A saylı mənzillərin alt mərtəbəsində, yəni ikinci mərtəbəsində yerləşən 14,14 “A” saylı mənzilin sahibi mənzilini təmir edərkən binanın güc daşıyan divarlarını sökərək çöl tərəfə çıxarmış, çöl tərəfə çıxarılan divardan keçən su kanalizasiya şaxtasını ləğv etmiş və bu səbəbdən o, su xətlərini və kanalizasiya xətlərini mənzilinə qoşmaq imkanından məhrum olmuşdur. Cavabdehin təqsiri üzündən o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir və bu hal onun mülkiyyət hüquqlarını pozur. Məsələ ilə əlaqədar bir sıra dövlət orqanlarına müraciət etsə də, müraciətləri nəticəsiz qalmış, həmçinin qonşusu ilə uzun müddət danışıqlar aparmış və kommunal xətlərin çəkilməsi üçün lazımi şəraitin yaradılmasını xahiş etsə də, xahişləri cavabsız qalmışdır. Apardığı mübahisələr, münaqişələr nəticəsində sarsılmış, çox böyük mənəvi ziyan çəkmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında izahat vermiş cavabdehin nümayəndəsi və vəkili olan X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi natamam və ziddiyyətlidir. Onların təşəbbüsü ilə verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, kanalizasiya su boruları mübahisəli binanın bayır hissəsindən çəkilmiş, 1, 2 və 4-cü mərtəbələr bu borulara müs təqil qoşulmuş, 3-cü mərtəbə təmir işləri getdiyi üçün həmin borulara qoşulmamışdır. Bina 1870-ci ilin binasıdır, orada olan bütün kommunikasiya xətləri çoxdan sıradan çıxmış, bu səbəbdən binanın bayır hissəsində kommunikasiya xətləri çəkilmiş və bütün mənzillər həmin xəttə qoşulmuşdur. Nümayəndəsi olduğu şəxs evi 2009-cu ildə almış, aldığı vaxtdan hər hansı dəyişiklik etməmiş, həmin vaxt yuxarıdan gələn hər hansı kanalizasiya xətləri mövcud olmamış və cavabdeh tərəfindən ləğv edilməmişdir. Qaldırılan iddianı tam əsassız hesab etmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 1 noyabr 2019-cu il tarixli, 2(009)-1684/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin müəyyən hərəkətləri etməyə məcbur edilməsi, mənzilə su və kanalizasiya xətlərinin onun hesabına bərpa edilməsi, bunun üçün normal şəraitin yaradılması, həmçinin dəymiş 15000 (on beş min) manat maddi ziyanın və 20.000 (iyirmi min) manat dəyərində mənəvi ziyanın tutulması barədə iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi, İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 100 (bir yüz) manat məbləğində pulun tutulması qət edilmişdir.

6. Məhkəmə Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 1997-ci il tarixdən 25 və 29A saylı mənzillərin mülkiyyətçisi olsa da, uzun müddət həmin mənzildə yaşamamış, bu səbəbdən də onun mənzilində su və kanalizasiya xəttlərinin ləğv edilməsindən məlumatı olmamışdır. İddiaçı öz mənzilinə aid olan hissədə k analizasiya xəttinin cavabdeh tərəfindən ləğv edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, əksinə müəyyən edilmişdir ki, həm cavabdehin, həm digər alt və üst qonşuların kanalizasiya xətləri binanın bayır hissəsindən gedən kanalizasiya borusuna qoşulmuş və həmin kanalizasiya xəttinə iddiaçının qoşulmasına hər hansı maneə yoxdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi su kanalizasiya xətti ümumiyyətlə işlək vəziyyətdə deyil və yalnız iddiaçının mülkiyyətində olan mənzildə ləğv edilməmişdir. Digər qonşular qeyd olunduğu kimi binanın bayır tərəfi ilə gedən kanalizasiya xəttinə qoşulmuş və həmin xətdən istifadə edirlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğ v edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincin instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə onun hüquqları pozulmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 47 saylı evin 25,029 saylı mənzillərini xüsusi mülkiyyət əsasında ona məxsus olan binanın 3-cü mərtəbəsində yerləşən 25,29 A saylı mənzilin alt mərtəbəsində yerləşən 14/14 saylı sahibi mənzilini təmir edərkən binanın güc daşıyan divarlarını söküb çöl tərəfə çıxarmış, çöl tərəfə çıxarılan divardan keçən su kanalizasiya şaxtasını ləğv etmişdir. Bu səbəbdən o, su və kanalizasiya xətlərini mənzilinə qoşa bilmir. Qonşunun həmin hərəkətləri ilə ona çox böyük ziyan dəymiş, h əmçinin cavabdehin təqsiri ucbatından mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Nəticədə onun qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və C.Yusifov) 29 sentyabr 2021-ci il tarixli, 2(103)218/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-1684/2019 saylı 1 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilmiş, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri qismində 150 manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işə apellyasiya qaydasında tam və hətərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən 05 fevral 2020-ci il tarixdə sözügedən ünvanın yerində müayinəsi keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 47 saylı evin 25 və 29 saylı mənzillərinə aid olan su və kanalizasiya xətti binanın ikinci mərtəbəsinə olan cavabdehə məxsus yaşayış evinə qədər gəlsə də, işlək vəziyyətdə deyil. Belə ki, həmin su və kanalizasiya xətti cavabdehə məxsus 14,14a saylı mənzil daxilində ləğv edilmişdir. Binanın kanalizasiya və su sisteminə texnikivizual baxış keçirilərək müəyy ən olundu ki, kanalizasiya və su boruları binanın bayır (çöl) hissəsindən çəkilmiş, 1-ci, 2-ci və 4-cü mərtəbələr bu borulara müstəqil qoşulmuşdur. 11. 12.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsinin verdiyi rəydən görünür ki, 05 fevral 2020-ci il tarixdə məhkəmə kollegiyası ilə birlikdə ünvan 2 ünvanda yerləşən iki mənzilə, Cavabdeh məxsus eyni ünvanda binanın 2-ci mərtəbəsində yerləşən mənzil 14 və 14 a saylı, eləcə də eyni ünvanda yerləşən həmin binanın 3-cü mərtəbəsində İddiaçı məxsus olan 25 və 29A saylı mənzillərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdi ki, Cavabdeh məxsus Xaqani küçəsi, 47 saylı binanın 2-ci mərtəbəsində yerləşən mənzil 14 və 14 a birləşdirilmişdir. Eləcə də, İddiaçı məxsus olan 25 və 29 A saylı mənzillər də üst mərtəbə olmaqla birləşdirilmiş və artırılmışdır. Mənzillərə baxış keçirilərkən İddiaçı məxsus birləşdirilmiş mənzillərdə təmir işləri aparılması, iki ədəd sanitar qovşağının müstəqil olaraq mənzillərdə ayrılması müşahidə olunmuşdur. İddiaçı baxış zamanı izahat verərək göstərmişdi ki, mənzillərin birində kanallizasiya xətti aktiv olmaqla istifadəyə yararlı olsa da, digər mənzildən ümumi kanalizasiya borusu ilə Cavabdeh evindən keçən ümumi kanalizasiya borusuna qoşulmaq istəyir. Ümumiyyətlə, İddiaçı tərəfindən, eləcə də hər hansı bir sakin tərəfindən kanalizasiya borusuna qoşulma ilə bağlı müraciət daxil olarsa, bu "xxxx" ASC-nin Səbail Sukanal İdarəsi tərəfindən zəruri dəstək göstərilir, kanalizasiya xəttinin istismara yararlığı yoxlanılır və adekvat rəy verilir. Lakin "xxxx" ASC-nin Səbail Sukanal İdarəsinə İddiaçı tərəfindən kanalizasiya xəttinə qoşulma barədə hər hansı rəsmi müraciət daxil olmamışdır. Eləcə də İddiaçı tərəfindən müstəqil olaraq binada mənzillərin daxilində sanitar qovşağın yeri dəyişilərkən öncədən qoşulmanın texniki cəhətdən mümkünlüyü barədə Sukanal İdarəsinə müraciət daxil olmamışdır. Yalnız mənzillərin birində kanalizasiya xətti istifadəyə yararlıdır. İddiaçı 168 saylı 19.11.2018-ci il tarixli məktubuna cavab olaraq əvvəl də bina daxilində 75mm-lik keçən çuqun boru mətbəx üçün nəzərdə tutulduğundan həmin boruya tualet xəttinin qoşulmasının mümkünsüz olduğu bildirilmişdir.

12. Apellyasiya baxışı zamanı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilində su və kanalizasiya xəttinin bərpa edilməsi üçün Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni boruların texniki cəhətdən hansı qaydada quraşdırılması yolu ilə su və kanalizasiya xətlərinin bərpasının mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin 2(103)-1104/2020 saylı 12 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/752 saylı 19 noyabr 2020-ci il tarixli ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilində Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni borular vasitəsi ilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olduğu göstərilmişdir.

14. Həmin rəy məhkəmə kollegiyası tərəfindən nə zərdən keçirilərkən müəyyən olundu ki, ekspert tərəfindən məhkəmənin 12.02.2020-ci il tarixli qərardadında qoyulmuş suala tam cavab verilməmişdir. Belə ki, qərardadda sual iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzildə su və kanalizasiya xəttinin bərpa edilməsi üçün Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni boruların texniki cəhətdən hansı qaydada quraşdırılması yolu ilə su və kanalizasiya xətlərinin bərpasının mümkünlüyünün müəyyən edilməsi barədə olsa da, ekspert verdiyi rəydə cavabdehin mənzilinin ləğv edilmiş hissəsindən yeni borular vasitəsilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olduğunu yazmaqla kifayətlənmiş və həmin rəyini müvafiq sxem çəkilməklə əsaslandırmamışdır.

15. Bu səbəbdən də məhkəmənin 17 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzilində su və kanalizasiya xəttinin bərpa edilməsi üçün cavabdehə məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni boruların texniki cəhətdən hansı qaydada quraşdırılması yolu ilə su və kanalizasiya xətlərinin bərpasının mümkünlüyünün müəyyən olunması barədə sual qoyulmuşdur.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1212 saylı 30 aprel 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, bina 1870-ci ildə inşa edildiyindən ümumi kanalizasiya xətti istismara yararlılığını itirdiyindən bina sakinləri bina xaric indən fərdi olaraq çəkilmiş ümumi yeni kanalizasiya borusuna qoşulmuş, o cümlədən Cavabdeh da evindən yeni kanalizasiya borusuna qoşulma mövcuddur və köhnə kanalizasiya borusuna İddiaçı qoşulması texniki cəhətdən mümkünsüzdür. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan 25,29A saylı mənzillərə aid olan kanalizasiya və su xətti mövcuddur. Lakin həmin xətlər işlək vəziyyətdə deyil. Həmin mənzilin alt hissəsində 14/14a saylı mənzilin sanitar qovşağı yerləşir və həmin mənzilin kanalizasiya xətlərinə baxış keçirilərkən binanın ümumi fasadına bitişik quraşdırılmış 100 mm ölçüdə kanalizasiya xətlərinə qoşulduğu, 14/14a saylı mənzilin divarlarının kafellə üzləndiyi və mənzil daxili olan kanalizasiya xətlərinin gizli şəkildə olduğu müəyyən edilmişdir. Rəyin nəticə hissəsində göstərilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 saylı evin 25, 29A saylı mənzildə Cavabdeh məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən 100mm diametrində plasmas boruların vasitəsi ilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olduğu, bunun üçün mənzillərin daxilindən nəzərdə tutulan yerdən plasmas boru çəkilməklə ümumi kanalizasiya xəttinə birləşdirilməsi göstərilmişdir.

17. Sözügedən ekspert rəyinə iddiaçının mənzilinə kanalizasiya xəttinin plasmas borular vasitəsi ilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkün olmasını təsdiqləyən sxem əlavə olunmamışdır.

18. Ekspert rəyinin nəticə hissəsində göstərilən məsələnin araşdırılması məqsədilə həmin ekpsert rəyini tərtib etmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz a Mərkəzinin eksperti X2 məhkəməyə dəvət olunmuşdur. Ekspert izahatında bildirmişdir ki, iddiaçının mənzilinin yerləşdiyi binalarda daha öncədən kanalizasiya xətləri mövcud olmuş, lakin sonradan ləğv edilmiş, mənzilə yerində baxış keçirərkən iki mənzilin birləşdirildiyi, kanalizasiya xətlərindən birinin işlək, digərinin isə işlək vəziyyətdə olmadığı, faktiki vəziyyətdə isə hər 2 mənzildə təmir işlərinin getdiyi müəyyən edilmişdir. Beləliklə, ekspert verdiyi rəyin nəticə hissəsində gəldiyi qənaətiiddiaçıya məxsus 25, 29A saylı mənzildə su və kanalizasiya xəttinin cavabdehə məxsus 14/14a saylı mənzilin ləğv edilmiş hissəsindən yeni 100 mm diametrində plasmas boruların vasitəsilə ümumi kanalizasiya xəttinin bərpa edilməsinin texniki cəhətdən mümkünlüyünü, o cümlədən bunun üçün mənzillərin dax ilindən nəzərdə tutulan yerdən plasmas boru çəkilməklə ümumi kanalizasiya xəttinə birləşdirmənin mümkünlüyünü əsaslandıra bilməmişdir.

19. Kollegiya nəzərə almışdır ki, həm cavabdehin, həm digər alt və üst qonşuların kanalizasiya xətləri binanın bayır hissəsindən gedən kanalizasiya borusuna qoşulmuş və həmin kanalizasiya xəttinə iddiaçının qoşulmasına hər hansı maneə yoxdur. İddiaçının mübahisələndirdiyi su kanalizasiya xətti isə ümumiyyətlə işlək vəziyyətdə deyil və yalnız iddiaçının mülkiyyətində olan mənzildə deyil, digər qonşularda da ləğv edilmiş vəziyyətdədir. Lakin digər qonşular yuxarıda da qeyd olunduğu kimi, binanın bayır tərəfi ilə gedən kanalizasiya xəttinə qoşulmuş və həmin xəttdən istifadə edirlər.

20. Hazırkı vəziyyətdə iddiaçının öz mənzilinə aid olan hissədə kanalizasiya x əttinin məhz cavabdeh tərəfindən ləğv edilməsi, ümumiyyətlə irəli sürülən tələblər üzrə cavabdehin təqsirli olması, məhz cavabdehin günahı ucbatından iddiaçının evində kanalizasiya sistemindən məhrum olması halları məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmadı. Belə olan halda iddiaçının “onun mənzilinə aid kanalizasiya xətlərinin cavabdehin hesabına bərpa edilməsi, bərpa edildikdən sonra mənzilinə gələn su və kanalizasiya xətlərinin normal işləməsinə maneələr yaratmamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbləri əsassızdır və təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün həmin mə hkəməyə qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin işdə olan sübutlarla təsdiq olunmasına, cavabdehin iddiaya etirazında göstərdiyi sübutların təsdiqini tapmamasına baxmayaraq işə baxan apellyasiya instansiyası məhkəməsi formal və subyektiv sübutlara istinad etməklə, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

23. Belə ki, işdə olan sübutlarla və apellyasiya instansiyası məhkəməsi kollegiyası tərəfindən 05.02.2020-ci il tarixdə keçirilmiş yerli baxışla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 47 saylı evin 25 və 29 A saylı mənzillərinə aid olan su və kanalizasiya xətti binanın ikinci mərtəbəsində olan cavabdehə məxsus yaşayış evinə qədər gəlsə də, işlə k vəziyyətdə deyildir. Həmin su və kanalizasiya xətti cavabdehə məxsus mənzil hissəsində ləğv edilmişdir ki, kanalizasiya və su boruları binanın fasad hissəsindən çəkilmiş 1-ci, 2-ci və 4-cü mərtəbələr bu borulara müstəqil qoşulmuşlar. İşin bu halı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. İşdə olan "xxxx" ASC-nin Səbail rayon Su İdarəsinin rəyindən müəyyən olunur ki, əvvəl bina daxilində 75 mm-lik çuqun boru xətti olmuş, lakin həmin xəttin hazırda cavabdehin mənzilindən keçən hissəsinin ləğv edildiyi göstərilərək iddiaçıya məxsus mənzilin kanalizasiya xəttinin həmin boruya qoşulmasının mümkünsüz olduğu bildirilmiş və bu səbəbdən o, hazırkı vaxtadək mənzildən istifadə edə bilmir. Bu hal onun xüsusi mülkiyyətindən maneəsiz istifadə hüquqlarının həyata keçirilmə sinə mane olur. İddiaçı həmçinin bildirir ki, apellyasiya instansiyası məhkəməsinin kollegiyası onun iddia tələbinin predmetinə də diqqət yetirməmiş, iddiaçının iddia tələbinin heç də onun mənzilinə aid olan hissədə kanalizasiya və su xəttinin məhz cavabdeh tərəfindən və məhz onun təqsirli hərəkətləri səbəbindən, yəni onun günahı ucbatından baş verməsi ilə əlaqədar deyil, iddia tələbinin iddiaçının mülkiyyətində olan mənzillərə aid kanalizasiya xətlərinin normal işləməsinə cavabdehin maneələr yaratmaması və kanalizasiya xətlərinin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və hazırki vaxtadək cavabdehin bu tələblərə əməl etmədiyi üçün vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədardır. Lakin iş üzrə apellyasiya instansiyası məhkəməsi iddia tələbin də qeyd olunan halların öz təsdiqini tapmadığına əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək apelyasiya şikayətini təmin etməmişdir. İddiaçıya görə göstərilən hallar məhkəmə tərəfindən AR MPM-in tələblərinin pozulması kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və y a hərəkətsizlikdir).

29. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdır ma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış, işdəki sübutlara düzgün hüquqi qiymət verilməklə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-218/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar