Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1742/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi ziyanın ödənilməsi, ümumi iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2025-ci il tarixli 2(103)1389/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(011)310/2018 saylı hökmünə əsasən ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplamaqla, çəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməklə və cəzasının əvvəli 24 iyul 2018-ci il tarixdən hesblanmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. Məhkəmənin hökmünə əsasən Cavabdeh 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi dəftərxana müdiri) vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı İddiaçı özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəl i şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10 000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda müsbət həll olunacağına Müsənnif Talıbovla birlikdə yalan vəd verib, 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığında ida rə etdiyi **-XT-*** dövlat qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə İddiaçı rüşvət verməyə təhrik etmiş və eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimıi təqdim etməsi və İddiaçı buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur.
3. Məhkum Cavabdeh qardaşı Ceyhun Qurbanov CM-nin 73-1.2-ci maddəsinə əsasən, Cavabdeh cinayət məsuliyyətindən azad edilməsi üçün öz vəsait hesabına ibtidai istintaq tərəfindən hesab etdiyi ziyanı tamamilə ödəmək və cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmək məqsədi ilə 13 sentyabr 2018ci il tarixli qəbzlə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulu İcra Şöbəsinin depozit hesabına ödəmişdir.
4. X3 da "xxxx" ASC-nin Əhmədli Filialının 26 sentyabr 2018-ci il tarixli TT**********8397850 saylı qəbzi ilə Xətai rayon İcra və Probasiya şöbəsinin AZ15CTRE******************** qəbzlə ikinci dəfə əlavə olaraq 7850 manat manat pul ödəmişdir.
5. Məhkəmənin hökmü ilə Cavabdeh qardaşı X3 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödə nilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsi hökm edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1574/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə və məhkəmə hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)106/2021 saylı qərarına əsasən Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmiş, məhkum Cavabdeh qardaşı X3 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 manat pulun dövlət n əfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aşağı instansiya məhkəmələri tərəfindən məhkum barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilərkən, yəni “zərəçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulun “təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti” olması barədə nəticəyə gələrkən CM-nin 99-1.1-ci maddəsinin tələbləri pozulmuş, Cavabdeh qardaşı X3 tərəfindən ödənilmiş məbləğin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak olmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddi açı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 10.000 min ABŞ dolları məbləğində maddi və 2.000 manat məbləğində mənəvi zərərin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində gecikdirilmiş vaxt üçün illik beş faiz 2500 ABŞ dolları məbləğində pulun, 147 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, həm istintaq orqanı həm də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özünü vəzifəli şəxs, yəni Bakı şəhər Prokurorluğun, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəal iyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə ondan cəzaçəkmə müəssisəsində cəza çəkən atası X2 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və cəzadan azad edilməsi ilə bağlı ondan 10.000 min ABŞ dolları məbləğində pulunu etibarından sui-istifadə edib ələ keçirtmişdir. Bu hal yəni etibarından sui-istifadə edib əldə etdiyi 10.000 min ABŞ dolları məbləğində pulunu dələduzluq edərək əldə etməsi şahid ifadələri və istintaq dövrü öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir ödəniş edilməmişdir və istintaq dövründə təsdiqini tapan 10.000 min ABŞ dolları hələdə ödənilməmiş qalır. Cavabdehin bu hərəkətləri iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, o, bir vətəndaş olaraq hüquq-mühafizə orqanların a getmək məcburiyyətində qalmışdır. Bu illər ərzində ona dəymiş ziyan cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı maddi ziyana uğramışdır. Hesab edir ki, ona dəymiş mənəvi ziyan da maddi ziyanla bərabərləşdirilməli, maddi ziyanın məbləği 10.000 min ABŞ dolları mənəvi ziyan isə 2000 manat məbləğində müəyyən edilməlidir.
11. Cavabdehin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddiaya etiraz edərək, iddia tələblərinə yazılı şəkildə etirazını təqdim edərək, bildirmişdir ki, maddi zərərin qarşılığının tələb edilməsi ilə bağlı istinad edilən cinayət işi üzrə zərərçəkmiş şəxs deyil, şahid qismində tanınmış İddiaçı tələb hüququ (subyektiv hüququ) olmadığı, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı isə sübutetmə vəzifəsini daşıyan iddia tərəfinin heç bir sübut təqdim etmədiyi və edə bi lmədiyi hazırlıq iclası zamanı məhkəmənin və iddia tərəfinin nəzərinə çatdırılmış, məhkəmənin hazırlıq iclasında iddaçının nümayəndəsi iddiaçıya mənəvi zərərin vurulmasını, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin nə də ifadə olunduğunu təsdiq edəcək sübutun olmadığını etiraf etmişdir. Nümayəndə məhkəmənin hazırlıq iclasında iddiaçının maddi tələbilə bağlı 19 may 2023-cü il tarixli 11/2023 saylı qərarının mövcud mübahisəyə aidiyyatını təsdiq etməklə bağlı dəqiqləşdirmə edəcəyini bildirsə də, “iddia tələbinin dəqiqləşdirilməsi və tələbin artırılması” ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsində fərqli mövqe nümayiş etdirməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə hökmündən göründüyü kimi İddiaçı 2014-cü ilin yanvar ayında Cavabdeh 7844 AZN pul vermişdir. Mülki Məcəllənin 373.1- ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Qeyd etmək lazımdır ki, mövcud mübahisə üzrə iddi müddəti bitmişdir. Aralarındakı razılaşmaya müvafiq olaraq isə 3 il müddət başa çatmışdır. Qeyd edir ki, iddia tərəfinin xx.xx.2024-cü il tarixli ərizəsində nümayəndə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair islər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına deyil, həmin qərarın 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 may 2023-cü il tarixli 11/2023 saylı qərarına istinad etmişdir. Lakin iddia tərəfinin istinad etdiyi Plenum qərarının geriyə qüvvəsi olmadığından obyektiv yanaşma deyil. Belə ki, ilk növbədə qeyd edir ki, məhkəməyə təqdim edilmiş, həm Xətai Rayon Məhkəməsinin hökmündə, həm Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin qərarlarında, həm də ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair islər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına müvafiq olaraq, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində deyil, şahid qismində tanınmışdır. Yəni qeyd edilən cinayətlər (310, 312-ci maddələr) AR Cinayət Məcəlləsinin xüsusi hissəsinin dövlət hakimiyyəti əleyhinə olan cinayətlər fəslində yer aldığından onun müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması istisna edilmişdir. Çünki həmin cinayətin obyekti dövlət, yerli özünüidarəetmə orqan və s.-nin nüfuzdan salınması, vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit şərait yaradılması, vətəndaşların qeyri-qanuni davranışa vol vermələrinə əlverişli şəraitin ya radılmasıdır. Xətai Rayon Məhkəməsinin hökmündə, Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qərarlarında Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına istinad edilərək Cavabdeh əməlinə və A Hüseynovun cinayət prosesində hansı statusda iştirakına hüquqi qiymət verilmişdir. Hökmdən istinad: “Bununla da məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə İddiaçı Oulu oğlu zərərçəkmiş səxs qismində tanınmadığından və şahid statusunda olduğundan Qurbanov Eİçin Müzəffər oğlunun qardaşı X3 tərəfindən “zərərçəkmiş şəxsə vurulmuş maddi riyanın əvəzi kimi Xətai Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş 7850 manat, CM-in 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nə fınə müsadirə edilməlidir. Yekunda isə məhkəmə, Xətai Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş 7850 manat pulun hökm qanuni qüvvəyə mindikdən sonra, Cavabdeh qardaşı Cevhun Qurbanova qaytarılmasını hökm etmişdir. Həmçinin məhkəmə öz hökmündə İddiaçı zərərçəkmiş şəxs qismində tanımadığından, barışıq olmadığından CM-nin 73-1.2-ci maddəsinə əsasən vurulmuş zərərin ödənilməsi və təqsirləndirilən səxs Cavabdeh cinayət məsuliyyətindən arad olunması məsələsini istisna etmişdir. Məhkəmə hökmündə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli № 7 saylı qərarının 36-cı bəndinə istinad edərək “Şəxs, o cümlədən müvafıq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etm ək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur. CM-in 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müv afıq qaydada həll edilir.” İddiaçı zərərçəkmiş şəxs qismində tanımamışdır. Göründüyü kimi İddiaçı istinad edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində deyil, şahid qismində tanınmış, bu barədə öncəki etirazda ətraflı münasibət bildirilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə fərqli münasibət bildirilməmiş, yalnız iddiaçının vəziyyətini əsassız və istinadsız yaxşılaşdırmağa yönəlik dəqiqləşdirmə təqdim edilmişdir. Qeyd edir ki, bütün mübahisələr üzrə icraatlarda tərəflərdən birini əlverişsiz vəziyyətə salan, hüquqi vəziyyətini pisləşdirən icraatın aparılması qanunla qadağan edilir. Əgər iddia tərəfinin istinad etdiyi Ali Məhkəmənin Plenumunun həmin qərarının 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 may 2023-cü il tarixli 11/2023 saylı qərarıdırsa, bununla bağlı bild irir ki, həmin qərar mövcud mübahisə üzrə iddia tərəfinin hüquqi vəziyyətini yaxşılaşdırıb, təmsil etdiyi cavabdehin hüquqi vəziyyətini ağırlaşdırdığından həmin qərarın qeyd edilən bəndinə istinad ümumən əsaslı ola bilməz. Nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin istinad edilən həmin Plenum qərarının geriyə qüvvəsi yoxdur. Belə ki, Ali Məhkəmənin Plenumunun həmin qərarının 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 mav 2023-cü il tarixli 11/2023 saylı qərarının X bəndində “Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət ” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib ”. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlərin əslində dələduzluğun üsulu olması qiyməti verilsə də, nəzərə almaq lazımdır ki, əslində Cavabdeh Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018ci il tarixli 1(011)- 310/2018 saylı hökmü ilə rüşvət verməyə təhrik etməyə görə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 saylı qərarına müvafiq olaraq məhkum edilmişdir. Hökm çıxarılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qəraraına istinad edilmişdir. Həmin Qərarın 36-cı bəndinə dəyişiklik edilməsi haqqında 19 may 2023-cü il tarixli qərar dərc edilənədək bu növ cinayət işləri üzrə mübahisələr (19 may 2023-cü il tarixədək) Ali Məhkəmənin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına uyğun həll edilirdi. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddia tərəfinin istinad etdiyi Ali Məhkəmənin həmin Plenum qərarının geriya qüvvəsi şamil olunmur. Həmin qərar dərc edildikdən sonra məhkəmələr tərəfindən fərqli yanaşmanın sərgilənməməsi üçün dərc edildiyi vaxtdan yaranan mübahisələrə şamil olunur. 1
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4895/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10 000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə iddiaçının xeyli miqdarda əmlakını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Həmin cinayət işi üzrə iddiaçının zərərçəkən şəxs qismində tanınıb-tan ınmasından asılı olmayaraq iddiaçının hazırkı tələbi irəli sürməyə hüququ var. Çünki məhkəmənin hazırkı iddia tələbi üzrə müəyyən etməli olduğu hal cavabdehin iddiaçıya məxsus pul vəsaitini ələ keçirib-keçirməməsidir. Cavabdeh 10 000 ABŞ dollarını ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır, cavabdeh məhz buna görə də məhkum olunmuşdur.
14. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddiaçının zərəçəkmiş şəxs qismində tanınmamasını və şahid qismində dindirilməsi barədə dəlilinə münasibət olaraq bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmdə qeyd edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarın 6-cı bəndindən görünür ki, İddiaçı barəsində cinayət təqibinə AR CM-nin 312.1-ci maddəsinin qeyd hissəsinə əs asən xitam verilmişdir. Göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınması istisna edilmiş, habelə o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər.
15. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh həmçinin AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və onun etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçının 10 000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi məhkəmə qərarı ilə təsdiq edilmişdir. Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)106/2021 saylı qərarından görünür ki, Cavabdeh qardaşı X3 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və həmin pulun geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Beləliklə, Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının göstərişlərinə uyğun olaraq hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş olan və hazırda tələb edilən pul vəsaiti xüsusi müsadirə predmeti kimi hö kmlə tanınmadığından, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb edilmədiyindən o, hazırkı tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
16. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibət olaraq bildirmişdir ki, hazırkı iddianın əsasını cavabdehin hüquqzidd əməlləri nəticəsində iddiaçıya dəymiş ziyan təşkil edir. Belə olduğu təqdirdə iddia müddəti ilə bağlı məsələ AR Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə tənzimlənməlidir. Belə ki, həmin maddəyə əsasən ümumi iddia müddəti on il təşkil edir.
17. Məhkəmə iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq 2500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması”-na dair hissəsini əsaslı hesab etməmişdir.
18. Məhkəmə qeyd etmiş dir ki, iddiaçı tərəfindən cavabdehə 10 000 ABŞ dolları məbləğində pul vəsaiti verilən zaman tərəflərin razılığı və ya hər hansı digər əsaslarla həmin pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmamışdır. Çünki iddiaçı həmin pul vəsaitini cavabdehə verən zaman pulun nə vaxtsa qaytarılmasını yox, onun müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləmişdir.
19. Məhkəmə cavabdehdən 10 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə verilən 10 000 ABŞ dolları vəsaiti xüsusi müsadirə predmeti kimi hökmlə tanınmamış, iddiaçı rüşvət verməyə cəhd etmə norması əsasında cinayət məsuliyyətinə cəlb olunmamış, habelə ca vabdeh həmin pulu ələ keçirməklə, iddiaçıya ziyan vurmuşdur.
20. Məhkəmə iddia tələblərinin “2000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qə rarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, onun iddiaçıya heç bir borcu yoxdur, o, 2018-ci ilin sentyabr ayında həm ondan aldığı 10.000 ABŞ dollarını, həm də onun bir misli qədər əlavə pulu milli valyuta da ödəmişdir. Məhkəmələrin o zamankı qanuna istinadən müxtəlif cür qərarlar verməsi onun məsuliyyəti deyil. Onun məqsədi ziyanı ödəmək olub, onu da ödəyib. Bundan əlavə, iddiaçı 10 il sonra, heç bir statusa malik olmadan iddia müddətini ötürməkl ə qaldırmışdır.
24. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, o, cəzasını çəkib, hazırda işləmir, xəstədir, 10.000 ABŞ dolları hazırkı kursla 17.000 manat edir ki, onun həmin məbləği ödəməyə imkanı yoxdur, müflis vəziyyətdədir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1389/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmışdır.
26. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin məbləği ödəməli olduğunu qəbul edərək, həmin pulu ödədiyini, lakin məhkəmə qərarı ilə pulun qardaşına qaytarılmasının onun məsuliyyəti olmadığını qeyd etmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin borcu tam ödəməsi barədə dəlili üzrə qeyd etmişdir ki, öhdəliyi icra etdiyini iddia edən borclu bunu özü sübut etməlidir. Hazırkı halda, iddiaçı pulu ödədiyini iddia etsə də, bunun təsdiqi kimi hər hansı sübut təqdim etmədiyindən, onun həmin dəlili əsassızdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarına uyğun olmuşdur.
29. Belə ki, həmin qərarda qeyd edilir ki,...Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır....Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yeri nə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır....Xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri);
30. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə əsasən, hazırda cavabdehdən tələb olunan 10.000 ABŞ dolları pul iddiaçının mülkiyyəti hesab edilir, bu baxımdan da hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə (MM maddə 384) rayon məhkəməsinin mövqeyi mahiyyət etibarı ilə əsaslı olmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəli lləri
32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, cavabdeh barəsində Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(011)- 310/2018 saylı hökmü ilə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmamış, şahid qismində tanınmışdır. Həmin hökmdə alınmış 10000 ABŞ dolları (həmin vaxt rəsmi məzənnəyə əsasən 7850 manat) rüşvət kimi müəyyənləşdirilmişdir. Bundan başqa, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 1(102)-106/2021saylı qərarından görünür ki, həmin pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilməsi və geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Odur ki, iddiaçının həmin pulu cavabdehdən almağa hər hansı bir qanuni və ya müqavilə əsası olmamışdır.
34. Bundan başqa, iddiaçının həmin pulu cavabdehdən almağa hər hansı bir qanuni və ya müqavilə əsası olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyul 2024-cü il tarixli “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsait”də qeyd edilir ki: “Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinəqarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu c ür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir.” Bundan əlavə, hətta fərz olunsa ki, belə bir əsas vardır, onda bu əsassız varlanma kimi qəbul edilməlidir və beləliklə, iki il ötdüyü üçün iddiaçı varlanma obyektini qaytarmaq hüququnu itirmişdir.
35. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı digər hüquqi mövqeyə görə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə istənilən yazılı müraciət (həmin yazılı müraciətin ərizə, etiraz və s. adlandırılmas ından, eləcə də digər dəlillərlə birlikdə və yaayrıca verilməsindən asılı olmayaraq) məhkəmə tərəfindən qəbul edilməlidir. Cavabdeh tərəfindən verilən həmin etirazın Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-4895/2024 saylı qətnaməsində göstərilməsinə baxmayaraq nə həmin məhkəmə, nə də apellyasiya instansiyası məhkəməsi həmin halı araşdırmamışdır ki, bu da kobud qanun pozuntusudur.
36. Məhkəmə kollegiyasının cavabdehin pulu ödəməsinin təsdiqi kimi hər hansı sübut təqdim etmədiyindən, onun həmin dəlilini əsassız hesab etməsi barədə qənaəti qanunsuzdur. Belə ki, iş materiallarından olan Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 1(011)-310/2018 saylı hökmü ilə təsdiq olunur ki, 10000 ABŞ dolları (həmin vaxt rəsmi məzənnəyə əsasən 7850 manat) cavabdehi n qardaşı Cavabdeh qardaşı X3 tərəfindən "xxxx" ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayonİcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
40. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
41. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs ə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
47. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz.
58. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçının tələb hüququnun olması barədə düzgün nəticəyə gəlsələr də, mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı səhv yanaşma sərgiləmişlər.
59. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə verdiyi yazılı etirazında və yazılı çıxışında, həmçinin apellyasiya şikayətində iddianın 10 illik ümumi iddia müddətini ötürməklə verildiyini qeyd etmiş, iddianın həm də bu əsasla rədd edilməsini xahiş etmişdir.
60. Birinci instansiya məsələsi bu məsələyə səthi yanaşaraq qeyd etmişdir ki, hazırkı iddianın əsasını cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçıya dəymiş ziyan təşkil etdiyindən iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən on il təşkil edir.
61. Lakin birinci instansiya məhkəməsi bu müddətin nə vaxtdan hesablanmalı olması, müddətin keçib-keçməməsi ilə bağlı qətnaməsində hər hansı ə saslandırma aparmamışdır.
62. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015ci il tarixli qərarındakı hüquqi mövqeyə istinad edərək cavabdehdən tələb olunan 10.000 ABŞ dolları pulun iddiaçının mülkiyyəti hesab edildiyini, bu baxımdan da hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməməsi barədə (MM maddə 384) rayon məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir.
63. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmə iddia müddəti ilə bağlı qənaət ə gələrkən səhvə yol vermişlər.
64. Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
65. Kollegiya qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradı lır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir.
66. Qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir.
67. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
68. Lakin kollegiya aşağıdakılara əsasən hesab edir ki, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi id dia müddətindən artıq ola bilməz. Belə ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır.
69. Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır.
70. Analoji hüquqi mövqeyə dair Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini yuxarıda göstərilən qaydada müəyyən edən 3 ulduz nişanı təyin edilmiş qərarı vardır (bax: Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-46/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı).
71. Kassasiya kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və ona ziyan vurulduğunu bilmiş, bu barədə cinayət mühakimə icraatı qaydasında şikayət etmiş, cavabdehin barəsində məhkəmə hökmü qəbul edilmiş, cinayət işi üzrə son məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı bundan sonra daha 3 il gözləmiş və xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir.
72. Cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçı tərəfindən cavabdehə 10.000 ABŞ dolları pulun xx.xx.2014-cü il tarixdə verildiyi müəyyən edilmişdir.
73. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, ümumi iddia müddəti 10 il təşkil etdiyindən zərərçəkən zərər vuran şəxs qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyır.
75. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, gös tərilən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
76. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlillərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1389/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.