Məhkəmə qərarları › İş №2(102)-1743/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1743/2022

11.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1743/2022 11.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7861/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, it alınması üçün ödənilmiş 2100 manatın, itin müalicəsi üçün sərf edilmiş 500 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manatın və dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh on un xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-503/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı N. Qasımova qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7861/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-503/2021 saylı, 05 mart 2021-ci il tarixli qətnaməsi “Cavabdeh itin alınması üçün ödənilmiş 2100 manatın iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2100 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə qalan hissədə də yişdirilmədən saxlanmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsin xahiş etmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kom mersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi dövlət rüsumu da daxil olmaqla 52630 manat həddində olmuş (it alınması üçün ödənilmiş 2100 manat, itin müalicəsi üçün sərf edilmiş 500 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat), birinci instansiya məhkəməsi həmin iddianı təmin etməmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini 2100 manat iddia tələbi hissəsində ləğv edərək, həmin hissədə iddianı təmin etmişdir. İddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirməyib. Qətnamədən cavabdeh kassasiya şikay əti verib. Nəzərə alınsa ki, apellyasiya məhkəməsi iddianı 2100 manat hissədə təmin edib, belə olan halda da, cavabdehin hazırda kassasiya şikayətində mübahisələndiridiyi hissə isə 2100 manat olmaqla 5 min manat həddi keçmir. Buna görə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Mə cəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izahı qətnamə qəbul edil diyi dövr üçün mülki prosessual qanunvericiliyinə uyğun olmuşdur. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verildiyi dövrdə artıq MPM-in 402-ci maddəsinin yeni redaksiyası qüvvəyə minmişdir. Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununu 2.2-ci maddəsinə görə də bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7861/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar