Məhkəmə qərarları › İş №2(102)-1744/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1744/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1744/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1744/22 (Açar sözlər: sübutların mötəbərliyinə düzgün hüquqi qiymət verilməməsi) Bakı şəhəri, 12 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8745/2021 nömrəli, 28.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh ilə qohumdurlar. Onlar arasında borc münasibətləri mövcud olmuşdur. Leyla Dilarəyə borc pul vermiş və həmin borcun geri qaytarılmaması ilə bağlı mübahisə yaranmışdır. Ona görə İddiaçı borcun qaytarılmaması əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 ABŞ dolları və 1330 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xalası qızı Cavabdeh 2018-ci ilin oktyabr ayında 2500 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Daha sonra 2 019-cu ilin fevral ayında 1100 ABŞ dolları və 1330 manat pulu borc kimi ona vermişdir. Cavabeh Cavabdeh ona olan borcunu 2019-cu ilin may ayında qaytaracağına dair yazılı qəbz imzalasa da hal-hazıradək borcunu ödəməmişdir. Bu barədə tərəfindən polisə şikayət edilmiş, Xəzər RPİ -nin 1-ci PŞ-nın təhqiqatçısı Zaur Babayevin 17 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 2500 ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası manatı ilə, 1330 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatın alınaraq iddiaçıya ödənilməs i, dövlət rüsumuna görə ödənilmiş 10 manat isə iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Ağayeva Leyla Şirxan qızı bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. Mairə ilə o, Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmişlər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur.

6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Kərimova Mairə Şiyab qızı bildirmişdir ki, iddiaçı ilə qonşu olmaqla rəfiqədirlər. 2019-cu ilin fevral ayında Leylanın evində olarkən onun evinə bir qadın gəlmiş və Leyladan pul istəmişdir. Leyla 2500 ABŞ dolları sayaraq həmin qadına vermişdir. Sonradan bilmiş lər ki, həmin qadın Leylanın xalası qızı olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, Leylanı 38 ildir ki tanıyır. Leyla ona bildirmişdir ki, xalası qızı Dilarəyə pul lazım olduğundan ona 1500 ABŞ dolları pul versin. O, da vermişdir. O, öz pulunu geri istəyəndə isə Leyla bildirmişdir ki, Dilarə hələ pulu qaytarmamışdır.

8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 oğlu bildirmişdir ki, o, Dilarənin əridir. Dilarə iddiaçıdan 700 manat pul almış, 700 ABŞ dolları qaytarmışdır. Sonra 1000 manat almış 2000 manat qaytarmışdır. Həmin pullar faizə verilmiş və qaytarılmışdır. Hazırda Dilarənin iddiaçıya heç bir borcu qalmamışdır.

9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Əliyeva Vüsalə Toğrul qızı bildirmişdir ki, o, Dilarənin gəlinidir. Yeni ail ə qurduğu vaxtlarda ailədə maddi çətinliklər olduğundan Dilarə Leyladan 700 ABŞ dolları pul almış, faizi ilə birlikdə qaytarmışdır. Daha sonra 1000 manat almış, 2000 manat qaytarmışdır.

10. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.

11. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 739.1, 442 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir.

12. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8745/2021 nömrəli, 28.10.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

15. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan qəbz ümumiyyətlə reallığı əks etdirmir və sübut qismində qəbul edilə bilməz. İddiaçının iddia ərizəsində və məhkəmə iclasları zamanı verdiyi ifadəsində qeyd etdikləri ilə şahid ifadələri arasında ziddiyyət var. Buna görə də, həmin sübut da etibarsız sayılmalıdır. Məhkəmələr həmin hallara düzgün qiymət verməmişdir. İddiaçı öz iddia tələbinə dair şübhələr yaratmayan sübutları məhkəməyə təqdim edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, həqiqətən cavabdeh ondan borc almış, lakin qaytarmamışdır. Onlar arasında borc münasibətləri mövcuddur. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi hallar əsassızdır. Məhkəmə iclasında şahid qismində iştirak edərək izahat vermiş cavabdehin əri və gəlini də borcun alındığını etiraf etmişlər. Onlar pulun faizə verildiyini desələr də, həmin hal ümumiyyətlə mövcud olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayəti cavabdeh X2 aid hissədən verildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Tərəflər arasında borc münasibətlərinin olması işin sübuta yetirilmiş halıdır. Belə ki, iş materiallarında olan (mülki iş, səhifə 10) Xəzər RPİ-nin 1-ci PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli qərarından və cavabdehin özünün məhkəmə iclasındakı etirafı ilə cavabdeh əvvəllər iddiaçıdan bir dəfə 700 manat, daha sonra 1000 manat aldığını, lakin artı qlamasıyla qaytardığını təsdiq etmişdir. Cavabdehin bunu etiraf etməsi iddiaçını həmin halı sübutetmə vəzifəsindən azad edir.

36. MPM-ə (§25) əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, hazırki iş üzrə iddiaçı tələb etdiyi məbləğdə pulu cavabdehə verdiyini, cavabdeh isə müvafiq məbləğdə pulu iddiaçıya qaytardığını sübut etməli idi. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi məhkəmə iclasına şahidlər dəvət etmişlər.

37. Məhkəmə iclasında iddia tələbinə dair təsdiqedici ifadə vermiş şəxslərdən 2si iddiaçının qonşusu, eyni zamanda rəfiqəsi, digəri isə 38 illik tanışı olmuşdur. Aşağı instansiya məhkəmələri iddiaçı və şahidlər arasındakı şəxsi münasibətləri qiymətləndirmədən, şahid ifadələrinin mötəbərli sübut olm ası qənaətinə gəlmişlər.

38. Şahid ifadələri sübutun bir növüdür və borc münasibətlərinə dair işlərdə ondan istifadə oluması istisna deyil. Lakin, müəyyən kateqoriya tələblər üzrə mötəbər sübutlar o sübutlar hesab olunur ki, onlar faktın mövcudluğunu etibarlı surətdə təsdiq etmiş olsun.

39. Hazırkı işdə iddiaçıların yaxın rəfiqələrinin deməsinə görə cavabdehdən pul məbləği tutulmuşdur. Məhkəmə bir halda şahidlərin ifadələrini etibarlı hesab etmiş, digər halda isə (cavabdehin şahidləri) onların mötəbərliliyinə qiymət verməmiş, hansı əsaslarla bir tərəfin şahidlərinin ifadəsinin doğru, digər tərəfin şahidlərinin ifadəsinin doğru olmamasına dair fikir bildirməmişdir.

40. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilmə li olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Məsələn, tərəflər arasında borcun mövcudluğuna dair notariusda təsdiq olunan saziş olmadığı halda adətən məhkəmə təcrübəsində tərəflər arasında borcun etirafına dair yazılı iltizam, borcun etiraf olunması, bir neçə şahidin iştirakı ilə tərtib olunmuş bir sənəd və.s daha etibarlı sübut hesab olunur. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsinə dair etibarlı sübutlar mövcud deyil.

41. Məhkəmələr hazırkı mübahisəni həll etmək üçün hüquqi dəyərləndirməni cavabdehin etirafı üzərində qurmuş olsaydılar, daha obyektiv qərarın qəbul edilməsinə nail ola bilərdi.

42. Belə ki, işdə olan “ Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli qərardan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl polis orqanlarına müraciət etmiş və onun şikayəti ilə bağlı araşdırma aparılmış, cavabdehin izahatı alınmışdır.

43. Həmin qərardan görünür ki, cavabdeh iddiaçıdan əvvəlcə 700 manat, sonra isə 1000 manat aldığını etiraf etmiş, lakin bütün vəsaiti geri qaytardığını bildirmişdir. Pulun geri qaytarılması halını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəməyə lazım gəlirdi ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi ilə bağlı məsələni həll etdikdən sonra tərəflərin həmin vəzifənin öhdəsindən hansı səviyyədə gəlmələrini nəzərə alaraq mübahisə üzrə yekun dəyərldəndirmə aparsın. 44. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissə sinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi b axımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

45. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§22 və §26) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halı na uyğun olur.

47. Apellyasiya məhkəməsində işə yenidən baxılarkən sübutetmə ilə bağlı yenidən dəyərləndirmə aparılmalı, mötəbər sübutlara istinad etməklə iddia tələbinin hansı həcmdə sübut olunduğu nəzərə alınmalı, bunun nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir.

48. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin ləğv edilməsi üçün əsasdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8745/2021 nömrəli, 28.10.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş ye nidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar