Məhkəmə qərarları › İş №2(102)-1744/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1744/2024

16.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1744/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyətdə olan əmlakdan istifadəyə törədilən maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-386/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsində yerləşən 20 saylı evin 1 və 2 saylı mənzilləri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,01339 ha torpaq sahəsi, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti ev 35a ünvanında yerləşən 0,0255 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 2. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin tam payda xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,01339 ha torpaq sahəsi, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti ev 35a ünvanında yerləşən 0,0255 ha torpaq sahəsindən ibarət olan əmlaklara iddiaçının sərbəst şəkildə gediş-gəlişinə cavabdeh "xxxx" ASC və əməkdaşları (işçiləri) tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları (işçiləri) tərəfindən onun mülkiyyətinə sərbəst şəkildə gediş-gəlişinə maneə törədir, bir mülkiyyətçi kimi öz əmlakından istifadə edə, mənzillərinə daxil ola bilmir. İddiaçı sözügedən yaşayış evlərinə texniki pasportların verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin texniki pasportların verilməsi üçün idarənin mühəndisləri evlərə baxış keçirməlidirlər ki, müvafiq ölçü işləri aparıla bilsin. Lakin cavabdehin işçiləri nə iddiaçını, nə də mühəndisləri ölçü işlərini aparması üçün yaşayış evlərinə buraxmadığından, yəni bunun üçün lazımi şərait yaradılmadığından texniki pasportların verilməsindən imtina olunmuşdur. Məsələnin həlli üçün cavabdeh bankın nümayəndələri ilə də görüşmüş, lakin yaradılmış maneələrin səbəbləri izah olunmamış və görüşlər heç bir nəticə verməmişdir. Eyni zamanda İddiaçı məxsus mülkiyyət hüququna dair çıxarışlar, alqı-sat qı müqavilələri görüş zamanı sözügedən şəxslərə təqdim edilmişdir.

5. Cavabdehin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddia ərizəsində göstərilən əmlaklara bitişik ünvanda cavabdehə məxsus qeyri-yaşayış obyekti yerləşir. Belə ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında uzunmüddətli məhkəmə mübahisəsi predmeti olan “Yasmin” ticarət mərkəzi hazırda cavabdehin balansındadır. Həmin obyektlə də iddiaçının əmlaklarının sərhəddi müəyyən deyil. Cavabdehin hazırda balansında olan daşınmaz əmlakla bağlı çıxarışı və texniki pasportu yoxdur. Lakin hüquqların qabaqcadan qeydiyyatı ilə bağlı arayış mövcuddur.

6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ünvan 2 ünvanlarının sənədləşdirilməsi mümkün olmamışdır.

7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və 0.2704 ha torpaq sahəsini "xxxx" firmasının mülkiyyətindədir və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. 8. 10 mart 2023-cü il tarixli 10/7712 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,2704 ha torpaq sahəsinə dair texniki pasport sənədi təqdim olunmadığından, eyni zamanda İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanlarına dair texniki pasportlarda koordinat və situasiya planı əks olunmadığından, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evirin texniki pasportunda koordinatlar qeyd olunmadığından və həmin ərazidə söküntü aparıldığından, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən 0,01339 ha torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmadığından yuxarıda qeyd olunan əmlakların üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. **********41 re yestr nömrəli çıxarış sənədi ilə İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən 0,0255 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlarına əsasən naturada yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsinin ASC "xxxx"-ın istifadəsində olan qeyriyaşayış binasının cənub tərəfində yerləşdiyi və faktiki olaraq ASC "Xalq Bank” tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırılmışdır.

9. Məhkəmə iclasında ekspert X2 rəyə uyğun izahat verərək bildirmişdir ki, zəruri sənədlər çatışmadığından mübahisəli ərazidə tərəflərin əmlaklarının üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda ekspert qeyd edib ki, mübahisəli ərazinin giriş-çıxış hiss əsində quraşdırılan qapının iddiaçının mülkiyyətində olan ərazidə yerləşdiyi məlum olmuşdur.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 iyun 2023-cü il tarixli, 2(005)- 243/2023 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 2 və Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 20, mənzil 1, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən əmlak və həmin əmlakın yerləşdiyi 0,01339 ha torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsindən ibarət olan əmlaklara İddiaçı sərbəst şəkildə gediş-gəlişinə cavabdeh ASC "xxxx" tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və İd diaçı mülkiyyətinə edilən müdaxiləyə son qoyulması qət edilmişdir.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, mülki qanunvericiliyin normalarına əsasən qeyd edib ki, əmlakdan sərbəst şəkildə istifadə etmək hüququ əmlakın mülkiyyətçisinə məxsusdur. İş materiallarından da aydın olur ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi tam payda, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda, Bakı şəhəri, ünvan 8nda yerləşən 1 nömrəli mənzil tam payda, Bakı şəhəri, ünvan 8nda yerləşən 2 nömrəli mənzil tam payda, Bakı şəhəri, ünvan 9nvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı mülkiyyətindədir.

12. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibət bildirərək qeyd edib ki, birincisi, cavab deh özü də iddianın predmeti olan əmlakla bitişik ünvanda yerləşən əmlaklara dair çıxarışın və texniki pasportun olmadığını bildirdi. Məhkəmə ekspertizası tərəfindən əmlakların üst-üstə düşməsini müəyyən edilə bilməməsinin səbəblərindən biri də bu haldan irəli gəlir. İkincisi, məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklardan birinin - ünvan 6 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin ASC "xxxx" tərəfindən istifadə olunduğu torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırılmışdır. Bu fakt ekspert rəyi ilə də öz təsdiqini tapır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini t apır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin etirazında bildirdiyi digər hal – iddiaçıya məxsus hüquq müəyyənedici sənədlərdə Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi ev 20, mənzil 1 və mənzil 2 yerləşən əmlakın təyinatının mənzil kimi göstərildiyi halda faktiki olaraq həmin ünvanda qeyriyaşayış obyektinin yerləşməsi, digər ünvanda - ünvan 7 işlərinin aparılması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıra bilməz. Məhkəmə göstərilən nəticələrə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 152.5-ci, 157.1-ci, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş dir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspert rəyində qeyd olunanları nəzərə almamış, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədləri mötəbər sübut kimi qiymətləndirmiş və həmin sənədlər əsasında yekun qənaətə gəlmişdir. Ekspert rəyindən də göründüyü kimi, iddianın əsaslığı üçün mühüm əhəmiyyət kəsb edən hallardan biri olan iddiaçı ilə cavabdehə məxsus əmlakların üst-üstə düşüb düşməməsi, düşdüyü təqdirdə hansı hissədə üst-üstə düşməsi halı rəy ilə müəyyən edilməmişdir. Halbuki, bu halın müəyyən edilməsi məhkəmə tərəfindən zəruri hesab edildiyindən iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Tərəflər qeyd olunan bu məsələni öz aralarında müəyyən edə bilmədiyindən iş üzrə sözügedən ekspertizanın təyin edilməsi məqsədəuyğun sayılmışd ır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, məhkəmə kollegiyasının iştirakı ilə keçirilən yerində baxış zamanı müəyyən edildiyi kimi, iddiaçının mülkiyyətində olan əmlaka girişçıxış üçün mümkün olan yerlər hər iki tərəfdən cavabdeh tərəfindən dəmirdən hasar çəkib qapılar qoyulmaqla qıfılla bağlanmışdır. Bu baxımdan da, iddiaçı mülkiyyətinə sərbəst girib-çıxa bilmir. Bununla bağlı yerində baxış zamanı və əvvəlki vaxtlarda çəkilmiş fotolarda təqdim edilib. Mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə birinci instans iya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan da həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus boş torpaq sahəsi və eləcə də, tikili əmlak mövcuddur. Həmçinin əmlak da dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ümumilikdə istər torpaq sahəsinə, istərsə də iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi olan binaya girişçıxış üçün nəzərdə tutulan hissə cavabdeh "xxxx" ASC tərəfindən hasara alınmaqla, sözügedən bina da həmin hasarın içində qalmaqla qıfıllanmış və orada həmin yeri mühafizə edən şəxslər tərəfindən nəzarət edilir. Yerində baxış zamanı da məhz həmin mühafizə edən şəxslər tərəfindən qıfıllar açıldıqdan sonra həmin sahəyə keçməklə baxış keçirilm əsi mümkün olmuşdur. Baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının həmin sahəyə giriş-çıxışı başqa yerdən mümkün olmamaqla mülkiyyətindən istifadəsi cavabdeh tərəfindən məhdudlaşdırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-386/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.X.Bəhrəmzadə (sədrlik edən, məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi tam payda, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli prospekti, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi y/s-37.9 kv.m, k/s-23.1 kv.m payda, ünvan 8nda yerləşən 1 nömrəli mənzil tam payda, ünvan 8nda yerləşən 2 nömrəli mənzil tam payda, ünvan 9nvanında yerləşən torpaq sahəsi tam payda İddiaçı mülkiyyətindədir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC və əməkdaşları (işçiləri) tərəfindən onun mülkiyyətindən sərbəst istifadəsinə maneələrin yaradıldığını bildirir və bu maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə edilən qanunsuz müdaxiləyə son qoyulmasını xahiş edir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilən arayışa əsasən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası "xxxx" ASC-nin tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır.

20. Cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edilmişdir ki, cavabdeh özü də iddianın predmeti olan əmlakla bitişik ünvanda yerləşən əmlaklara dair çıxarışın və texniki pasportun olmadığını bildirmişdir. Məhkəmə ekspertizası tərəfindən əmlakların üstüstə düşməsini müəyyən edilə bilməməsinin səbəblərindən biri də bu haldan irəli gəlir. Məhkəmə araşdırmaları zamanı birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerində müayinə zamanı da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklardan birinin - ünvan 6 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin ASC "xxxx" tərəfindən istifadə olunduğu torpaq sahəsinin Səməd Vurğun küçəsi istiqamətində yerləşən hissəsində qapı quraşdırıldığı müəyyən edilmişdir. Bu fakt ekspert rəyi i lə də öz təsdiqini tapmışdır.

21. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehin isə iddiaçıya məxsus daşınmaz əmlaklarından istifadəyə maneənin yaradılması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması işin materialları ilə tam təsdiqini tapdığından birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.2-ci, 152.5-ci, 157.1- ci, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə cavabdehə məxsus əmlakların üst-üstə düşüb düşməməsi, düşdüyü təqdirdə hansı hissədə üst-üstə düşməsi halının müəyyən edilməsi üçün məhkəmə tərəfindən əlavə və ya təkrar ekspertiza təyin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəf indən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

41. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddiaçının birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

42. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlə r davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

43. Məhkəmələr baxılan iş üzrə iddianın təmin olunması üçün bu normanın dispozisiya şərtlərinin mövcud olduğunu müəyyən etmişdir.

44. Kassasiya kollegiyası kassatorun apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə yerində baxış keçirib, iş materiallarında olan sübutları kifayətedici hesab edib ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

45. Kollegiya bildirir ki, sübutl arı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-386/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar