Məhkəmə qərarları › İş №2(102)-1745/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1745/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1745/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” X-X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, X8, İddiaçı katibliyi, Cavabdeh “xxxx” Azərbaycan-X4 vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X0 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 ASC və “xxxx” Azərbaycan-X9 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə İddiaçı məxsus X erləşən 2 saylı mənzilə suyun axması nəticəsində dəymiş zərərin əvəzinin cavabdehlər Cavabdeh1 ASC və “xxxx” Azərbaycan-X3 tələb edilməsi ilə bağlıdır.

2. İddiaçı, həmin zərərin əvəzinin ödənilməsinə görə hər iki cavabdehin məsuliyyət daşıdığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mənzilinə və əmlakına vurulmuş 7000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehlər “xxxx” Azərbaycan-X9 və Cavabdeh1 ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, 25 avqust 2018-ci il tarixdən ünvan 1 ünvanında kirayə qaldığını bildirmiş və buna görə də evin kirayəsi ilə bağlı 2250 manatın cavabdehlər Cavabdeh1 ASC və “xxxx”-dən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Astara rayonuna içməli su xətti çəkilən zaman onların yaşadıqları binaya da Cavabdeh1 ASC tərəfindən su xətləri çəkilmişdir. Həmin vaxt müvəqqəti olaraq mənzilində yaşamamışdır. Yaşadıqları binada su xətlərinin çəkilməsi və su sayğaclarının quraşdırılması Cavabdeh1 ASC tərəfindən digər cavabdeh “xxxx” Azərbaycan-X7 həvalə olunmuşdur. 25 avqust 2018-ci il tarixində su xətlərinə qoyulmuş kranlar açıq olduğuna görə axan su onun mənzilinə tökülərək mənzilin divarlarını, rəngli divar kağızını, döşəməni, yataq otağının q apısını, mənzilin içərisində olan mebellərini (yataq dəsti, şifoner, mətbəx mebeli), bir ədəd yorğanı, bir ədəd döşəyi, bir ədəd balışı, taxtın döşəyini, bir ədəd adyalı, iki ədəd dəri gödəkçəni və bir ədəd dəri çəkməni yararsız vəziyyətə salmışdır. Su xətlərindən suyun buraxılması barədə onlar məlumatlandırılmamış və su xətlərinə qoyulmuş kranlar yoxlanılmamışdır. Bunlar da ziyanın Cavabdeh1 ASC-nin və «xxxx» MMC-nin işçilərinin səhlənkarlığı nəticəsində vurulduğunu təsdiq edir. Onun əmlaklarına və mənzilinə vurulan ziyan 7000 (yeddi min) manat təşkil edir. Cavabdeh1 ASC-nin işçilərinin səhlənkarlığı nəticəsində 25 avqust 2018-ci il tarixindən indiyə kimi qonşusunun mənzilində yaşayır. Bunlar da onun narahatçılığına səbəb olmuşdur. Belə ki, əsəbdən qulaqları tutulmuş və bu barədə həkimə m üraciət etmişdir. Bu barədə sənədi isə iddia ərizəsinə əlavə etmişdir Astara rayon İcra Hakimiyyətinin nümayəndələri mənzilində olmuş və mənzilin hansı vəziyyətdə olduğunu görmüşlər. Bu barədə akt da tərtib edilmişdir. Cavabdehlər Cavabdeh1 ASC və «xxxx» MMC-nin nümayəndələri mənzilə baxış keçirmiş və müvafiq fotoşəkillər çəkərək rəhbərliklərinə məruzə etmişlər. Cavabdehlər ona vurulan ziyanı ödəyəcəklərinə söz versələr də, indiyə kimi ziyanla bağlı ona heç bir köməklik göstərilməmişdir. Mənzili və mənzildə olan əşyaları yararsız vəziyyətə düşdüyü üçün ailəsi ilə birlikdə Astara şəhəri H.Əliyev prospekti ev 224 kirayədə yaşayır və hər ay kirayə haqqı kimi 150 manat məbləğində pul ödəyir.

6. Cavabdeh “Cavabdeh1”ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaya qarş ı etiraz təqdim edərək bildirmişdir ki, işin ərazi aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddia cavabdehin olduğu yerə görə verilməlidir. İş materiallarından görünür ki, işə cəlb edilmiş cavabdehlərin ünvanları Bakı şəhərində yerləşir və Cavabdeh1 ASC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 67 ünvanıdır. Bundan başqa 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”-nin icrasına başlanmışdır. Bu layihə Azərbaycan hökuməti və İslam İnkişaf bankı tərəfindən birgə həyata keçirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci il ə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə rayonun 73000 nəfərədək sakininin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 102000 nəfər sakin faydalanacaq. Layihə çərçivəsində Astara şəhərində 109 km içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə satınalan təşkilat Cavabdeh1 ASC, layihənin icraçısı qismində isə podratçı şirkət «xx xx», «xxxx» MMC və Artek Zemin araşdırma İ.T. San.Tic. şirkəti» konsorsiumudur. Tərəflər arasında müvafiq müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq layihənin icrası zamanı obyektin təminatlı istismara verildiyi gündən başlayaraq onun bütünlüklə fasiləsiz istismarına verildiyi təminat müddətində yarana biləcək istənilən qüsur və zərərin aradan qaldırılmasını podratçı şirkət «xxxx» MMC öhdəlik kimi üzərinə götürmüşdür. İddiaçının müraciəti əsasında hər iki cavabdehin əməkdaşları iddiaçının yaşadığı binada olmuş, su və heç bir sızma aşkar edilməmişdir.” Etirazda iddiaçının iddianın təmin edilməsi üçün məhkəməyə təqdim etdiyi sübutların iddianın təmini üçün yetərli olmaması səbəbindən rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

7. Cavabdeh “xxxx” Azərbaycan-X4 nümayəndəsi və vəkili birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ilkin iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək 7000 manat maddi və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. 2-ci qrup əlil olduğu üçün ona 2012-ci ildə mənzil verilmişdir. H.Əliyev prospektində tikilmiş mənzil onun istifadəsindədir. Onların binalarına Cavabdeh1 ASC tərəfindən su xətti çəkilmişdir. Həmin vaxtdan mənzildə yaşamamışdır. 25 avqust 2018-ci ildə su xəttinə qoyulmuş kranlar açıq olduğuna görə axan su onun mənzilinə tökülmüşdür. Su xətlərinə suyun buraxılması barədə onlar məlumatlandırılmamış və su xəttinə qoyulmuş kranlar yoxlanılmamışdır. “xxxx” X6 təsdiq olunan layihə çərçivəsində müqavilə əsasında qeyd olunan yaşayış binasının və digər çoxmərtəbəli binaların girişlərində yerləşən ümumi istifadədə olan binaların mərtəbələrində, yəni pilləkən qəfəsin üstündəki sahədə və s. sayğac quraşdırılır. “xxxx” su xəttini binanın giriş hissəsində (mənzili daxilinə yox) sayğac quraşdıraraq və kran (bağlayıcı) qoymaqla suyun axa biləcəyi ehtimalını istisna edir. “xxxx” ayrı-ayrı mənzillərin daxilinə su xətti çəkmədiyi üçün, binanın giriş hissəsinin pilləkən qəfəsindəki sahədə qurşadırılmış sayğacdan mənzilə su axması qəti mümkün deyildir. Digər tərəfədən binanın giriş hissəsinin pilləkan qəfəsində quraşdırılmış sayğacdan sonra qoyulmuş kran əgər kimsə tərəfindən açılırsa, oradan axan su binanın zirzəmisinə gedə bilər. Suyun mənzilin daxilinə tökülməsi mümkün deyil. İddiaçı özü etiraf edir ki, mə nzildə heç vaxt yaşamamış, kimsə sayğacın yanındakı kranı açıq qoyub su oradan axıb onun mənzilindəki əşyaları nəmləndirib, və ona ziyan dəyib. “xxxx” X1 mənzilə su xətti çəkməməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 11 fevral 2020-ci il tarixli, 2(004)852/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ”İddiaçı Astara şəhəri, H.Əliyev prospekti, ev 224-də yerləşən 2 saylı mənzilinə və ordakı əşyalara vurulmuş maddi ziyana görə 5205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində olan ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və “xxxx” MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə Mülki Məcəllənin 1096-cı maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 12 iyun 2019-cu il tarixli, X saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı məxsus X-də yerləşən 2 saylı mənzilə və oradakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat təşkil edir. Cavabdeh1 ASC işlərin rəsmi qaydada podratçı şirkət tərəfindən təhvil alınmadığını, bu səbəbdən məsuliyyəti podratçı şirkə tin daşıdığını bildirsə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ASC işləri rəsmi qaydada təhvil almamasına baxmayaraq, su xəttinin həmin binaya verməsində iştirak etməli deyildi. Həmçinin digər cavabdeh xxxx” MMC də, işləri podrat müqaviləsinə uyğun təhvil verməmiş suyu binaya çəkməli deyildi. Məhkəmə qeyd etmişdir ki, xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanılmış müqavilənin 2.18-ci bəndinə əsasən qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməməyə, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. Məhkəmə hesab etmişdir ki, hər iki cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdirlər (Cavabdeh1xxxx“Cavabdeh1” ASC-nin nümayəndəsi izahatında bu halı inkar etməmişdir və xxxx” MMC isə işl əri təhvil-təslim edənədək müqavilə ilə bütün qüsurlara görə məsuliyyəti öz üzərinə götürmüşdür) və buna görə də birgə məsuliyyət daşıyırlar. İddia tələbi mənzilinə və əmlakına vurulmuş 7.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində və kirayə haqqı kimi 2250 manatın cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mənzilinə və əmlakına vurulmuş maddi ziyana görə keçirdiyi mənəvi sarsıntılar və mənzili su basmı nəticəsində kirayədə qalması, qaldığı təqdirdə aylıq kirayə haqqı barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Huseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) 20 avqust 202 0-ci il tarixli, X nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 ASC və “xxxx” Azərbaycan-X9 tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri 12. “xxxx” Azərbaycan-X9 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Kassasiya şikayətinin dəlilləri “xxxx” Azərbaycan-X4 iddia ərizəsinə verdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir.

14. Cavabdeh1xxxx“və Cavabdeh1 ASC-dən müştərək qaydad a” hissəsini xaric etməklə, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 ASC-nin iddia ərizəsinə verdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz göndərərək, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” X-X4 vəkili müdafiə etdiyi qurum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

18. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prose ssual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

24. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

25. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna o laraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, iddianın cavabdeh “xxxx” Azərbaycan-X7 aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin adı çəkilən cavabdehə aid hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

34. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai bi rliyi tərəfindən verilən Ə 009843 saylı vəsiqəyə əsasən İddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün X yaşayış binasındakı mənzillərin” bölgüsünün həyata keçirilməsi məqsədi ilə 18 iyul 2011-ci il tarixli 1X-115 nömrəli əmrlə yaradılmış komissiyanın 20 oktyabr 2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən ümumi sahəsi 65,13 kv.m, faydalı sahəsi 30.187 kv.m olan 2 otaqlı mənzil ”İddiaçı verilmişdir. 01 oktyabr 2018-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı içməli suyun, nəzarətsizlik nəticəsində, evinə ziyan vurulması, müraciətinə əsasən yaşadığı mənzilinə və ev əşyalarına ziyan dəyməsi faktı yerində araşdırılmışdır. Həmin binanın 2-ci mərtəbəsinə “xxxx” MMC tərəf indən çəkilmiş içməli su xətti açıq saxlanıldığından, İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evin divarlarına və mənzillərdə olan ev əşyalarına, müxtəlif növ mebel dəstlərinə və yorğan-döşəyə qismən ziyan vurulmuşdur. Astara şəhərinin Su Təhcizatı və Kanalizasiya Layihəsinə dair 25 dekabr 2014-cü il tarixdə Cavabdeh1 ASC və podratçı “xxxx” AzərTürk MM arasında bağlanmış müqaviləyə əsasən podratçı tərəfindən icra edilən bütün işlər nəticəsində ictimaiyyətə ziyan və ya zərər verilməməli və ictimaiyyəti qoruyan qanunlar pozulmamalıdır. Podratçı müqavilənin etibarlılıq müddəti ərzində ətraf mühitin qorunması ilə bağlı yerli qanun və qaydalara, eləcə də insanlar, mədəni miras, yerinə yetirdiyi işlər ilə bağlı təhlükəsizlik və sağlamlıq məsələləri barədə qaydalara, o cümlədən Dünya Bankının ətraf mühit üzrə qaydalarına uyğun hərəkət etməyə, hesabatlar hazırlamağa, fəaliyyət dövründə qüvvəyə minmiş” yeni qaydalara riayət etməyə, işlərin yerinə yetirilməsi üçün müəyyən tədbirlər həyata keçirmək məqsədi ilə tələb edilən icazələrin əldə edilməsinə zəmanət verməyə, qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməyə, həmçinin qüsur və pozuntuların aradan qaldırlması üçün lazımi işlərin həyata keçirilməsinə görə məsuliyyət daşıdığı əks edilmişdir. Astara RİHB-nın memarlıq və tikinti şöbəsinin müdiri, Astara Su kanal İdarəsinin müdiri, Astara RİHB-nın Astara şəhər İƏD-si üzrə nümayəndəsi, Astara şəhəri H.Əliyev prospekti ev 224, mənzil 13 və 14 də yaşayan qonşuların iştirakı ilə tərtib edilmiş 01.10.2018-ci il tarixli akt ın məlumatlarına əsasən iddiaçının mənzilinə həmin binanın 2ci mərtəbəsinə “xxxx” MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evə maddi ziyan dəymişdir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikintitexniki və əmtəəşünaslıq ekspertizasının 28 mart 2019-cu il tarixli, 31676/8136 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Astara şəhəri H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə smeta üzrə aparılmış hesablamalar nəticəsində, yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində olduğu müəyyən edilmişdir.

36. Həmin Mərkəzin məhkəmə tikinti- texniki və əmtəəşünaslıq ekspertizasının 12 iyun 2019-cu il tarixli, 12714/12794 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Astara şəhəri H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə və ordakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat məbləğində olduğu müəyyən edilmişdir.

37. Hər iki cavabdehə münasibətdə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 12 iyun 2019-cu il tarixli, 12714/12794 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus Astara şəhəri, H.Əliyev prospekti ev 224-də yerləşən 2 saylı mənzilə və ordakı əşyalara vurulmuş maddi ziyanın ümumi dəyəri 5205 (beş min iki yüz beş) manat təşkil edir. Cavabdeh1 ASC işlərin rəsmi qaydada podratçı şirkət tərəfindən təhvil alınmadığını, bu səbəbdən məsuliyyəti podratçı şirkətin daşıdığını bildirsə də, Cavabdeh1 ASC işləri rəsmi qaydada təhvil almamasına baxmayaraq, su xəttinin həmin binaya verməsində iştirak etməli deyildi. Həmçinin digər cavabdeh “xxxx” MMC də işləri podrat müqaviləsinə uyğun təhvil verməmiş suyu binaya çəkməli deyildi. “xxxx” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış müqavilənin 2.18-ci bəndinə əsasən qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görməməyə, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. Hər iki cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdirlər (Cavabdeh1xxxx“Cavabdeh1” ASC-nin nüma yəndəsi izahatında bu halı inkar etməmişdir və xxxx” MMC isə işləri təhvil-təslim edənədək müqavilə ilə bütün qüsurlara görə məsuliyyəti öz üzərinə götürmüşdür) və buna görə də birgə məsuliyyət daşıyırlar.

38. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 14.2.6, 1096.1, 1096.2-ci maddələrinin işin müəyyən edilmiş hallarına tətbiq edilməklə iddiaçıya məxsus mənzilə və oradakı əşyalara dəymiş ziyana görə 5205 manat məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 ASC və “xxxx” Azərbaycan-X3 tutularaq İddiaçı xeyrinə ödənilməsi əsaslıdır.

39. Kollegiya “xxxx” Azərbaycan-X7 aid hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, həmin cavabdehin kassasiya şikayətinin dəlilləri qətnamənin ona aid hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Belə ki, sözügedən binaya suyun çəkilməsi ilə bağlı işləri podratçı şirkət kimi “xxxx” AzərbaycanX9 həyata keçirmişdir. Cavabdeh1 ASC ilə “xxxx” Azərbaycan-X9 arasında bağlanmış Astara şəhərinin Su Təhcizatı və Kanalizasiya Sistemlərinin Tikintisinə dair 25.12.2014-cü il tarixli müqavilənin 2.18-ci bəndinə əsasən, qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görülməsi, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır.

41. İşdə olan, Astara rayon İcra Hakimiyyəti Başçısının Memarlıq və Tikinti şönəsinin müdirinin, Astara rayon Su-kanal idarəsinin müdirinin, Astara rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər İƏD-si nümayəndəsinin və bina sakinlərinin iştirakı ilə tərtib edilmiş 01.10.2018-ci il tarix li aktdan görünür ki, iddiaçının mənzilinə suyun axması ilə bağlı müraciətin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, binanın ikinci mərtəbəsində “xxxx” MMC tərəfindən çəkilmiş içməli su xətti açıq saxlanıldığından İddiaçı 1-ci mərtəbədə yerləşən mənzilinə su axaraq evin divarlarına və ev əşyalarına qismən ziyan dəymişdir. Eyni məlumat Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2019-cu il tarixli rəyində öz əksini tapmışdır.

42. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi tələbinin “xxxx” Azərbaycan-X7 münasibətdə təmin olunması ilə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir (§ 21-22). Ona görə də həmin Müştərək Müəssisənin kassasiya şikayəti təmin olunmamalı, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlan ılmalıdır.

43. Bununla belə, Kollegiya hesab edir ki, iddianın Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsi kifayət qədər əsaslandırılmamışdır.

44. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

45. İddiaçının Cavabdeh1 ASC-yə qarşı tələbinin hüquqi əsası kimi mülki hüquq pozuntusuna (dekiktə) dair Mülki Məcəllənin 1096, 1097 və 1099-cu maddələri nəzərdən keçirilə bilər (§ 2122, 24).

46. Normaların məzmunundan göründüyü cavabdehin deliktə görə məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.

47. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mənzilinin yerləşdiyi binaya suyun çəkilməsi ilə bağlı işləri Cavabdeh1 ASC-nin sifarişi əsasında “xxxx” Azərbaycan-X9 həyata keçirmişdir. Eyni zamanda həmin hüquqi şəxslər arasında bağlanmış müqavilədə “İctimai təhlükəsizlik və ətraf mühitin qorunması üzrə ehtiyat tədbirlərinə dair” şərtə əsasən qaydaların pozulması və ya onlara riayət edilməməsinin qarşısını almaq üçün kifayət qədər tədbir görülməsi, qüsur və pozuntuların aradan qaldırılması üçün məsuliyyəti podratçı şirkət daşıyır. Zərərin yaranma səbəbi kimi məhz “xxxx” Azərbaycan-X9 tərəfindən çəkilmiş içməli su xəttinin açıq saxlanılması yuxarıda göstərilən sənədlərlə təsdiqlənir (§ 41).

48. Bundan əlavə, Cavabdeh1 ASC bildirir ki, podratçı təşkilat Astara şəhəri üzrə istifadəyə verilmiş bir sıra tikili və qurğularda işləri yekunlaşdırsa da iddiaçının yaşadığı mübahis əli binanın su və kanalizasiya sisteminin tərəflər arasında təhvil-təslimi icra edilməmiş və səhmdar cəmiyyətinin balansına qəbul edilməmişdir.

49. Belə olan halda, Cavabdeh1 ASC-nin iddiaçıya qarşı təqsirli və qeyri-hüquqi əməl törətməsinin nədə ifadə olunması apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

50. Kollegiya onu da nəzərə alır ki, qanunda mülki hüquq pozuntusu ilə bağlı bəzi hallarda təqsirsiz məsuliyyət halı nəzərdə tutulmuşdur. Məsələn, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (§ 23, 24).

51. Qanunverici bu münasibətlər çərçivəsində işçiyə anlayış verərkən göstərmişdir ki, işçi əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir (§ 25).

52. Baxılan işdə isə Cavabdeh1 ASC-nin sifarişi əsasında su təhcizatı və kanalizasiya sistemlərinin tikintisi işlərini görən hüquqi şəxs “xxxx” Azərbaycan-X5.

53. Yuxarıda göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, Cavabdeh1 ASC-nin iddiaçı qarşısında məsuliyyət daşıması üçün qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərinin işin müəyyən edilmiş halları ilə uyğunluğu lazımi şəkildə araşdırılmamış və əsaslandırılmamışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaqla, işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 27-28). Bu hallar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh1 ASC-yə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına dəlalət edir.

54. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 ASC-yə aid hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin cavabdehə aid tələbin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 ASC-yə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. “xxxx” Azərbaycan-X4 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar