Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1749/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X8 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair müqavilənin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasın faktiki qəbulu, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh X6 və vəkili Mədətov Asif Hökümalı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(103)5596/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 30 may 2019-cu il tarixdə verilmiş 1416 №-li arayışdan görünür ki, X4 03 iyun 1990-cı ildə Bakı şəhərində rəhmətə getmişdir. İE seriyalı 668826 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X1, anası Leyla Fərəcquli qızıdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 07.06.1956-cı il tarixdə X3 adına ilkin qeydiyyatdan ke çmişdir. Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən 26 iyul 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən ev üzərində 3/6 hissədə Cavabdeh, 1/6 hissədə X6, 1/6 hissədə X12, 1/6 hissədə X5 payı müəyyən edilmişdir. Bakı şəhəri 17 saylı notariat kontorunda 26 iyul 2017-ci il tarixdə bağlanmış miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh, X10 və X17 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onlara düşən miras paylarını X8 bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li 12 avqust 2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri 4 saylı Dövlət Notariat Kontorunda 15 dekabr 1987-ci il tarixdə 43-23.340 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Hüseynov X18 ünvan 2 ünvanında yerləşən evin 1/3 hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin altında yerləşən 0,42 ha torpaq sahəsinin üzərində onun vərəsəlik hüququnun tanınması, bu əmlaklardan onun 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının razılığı ilə Cavabdeh əsl cavabdeh X13 ilə əvəz edilmişdir. İşin məhkəmə baxışında iddiaçı məhkəm əyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 saylı DNK tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X13 ilə Cavabdeh, X10 və X17 arasında miras payın bağışlanmasına dair 26 iyul 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdeh X8 verilmiş 12 avqust 2017-ci il tarixli mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun 1/3 hissədə miras payının (vərəsə payının) müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, ünvan 3 ünvanında yerləşən şəraitsiz evdə yaşayır. Hal-hazırda yaşadığı ünvan onun mərhum əmisinə məxsus olmuşdur. Bakı şəhəri X nömrəli ev və onun altında yerləşən 0,42 ha torpaq sahəsi atasına məxsus olmuşdur. X1 02 iyul 1990-cı il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi ünvanda yerləşən fərdi yaşayış evi altındakı torpaq sahəsi ilə birlikdə qardaşı Cavabdeh istifadəsində qalmışdır. Qardaşları ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıqlar səbəbindən o, uzun müddətdir ki, ata yurduna gedə bilmir. Bir neçə dəfə sözügedən ünvana gedib orada yaşamaq istəsə də, qardaşı və ailə üzvləri onu atasına məxsus evə buraxmamışlar. Onun hüquqi savadı olmadığı üçün atasına məxsus evə pay hüququnun olmasını bilməmişdir. Ona görə də bugünə qədər atasından mira s qalmış əmlakdan öz payını ala bilməmişdir. Bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, atası tərəfindən verilmiş vəsiyyətnamə əsasında onun ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsinə vərəsəlik hüququ vardır. Belə ki, X1 15 dekabr 1987-ci il tarixdə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsini ona vəsiyyət etmişdir. Lakin onun vəsiyyətnamədən məlumatı olmamış, bu yaxınlarda qonşularından məlumat almışdır. O, özünə məxsus payı cavabdehdən tələb etdikdə, o, qeyd olunan əmlakdan ona düşən payı verməkdən boyun qaçırmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim Zaur Hacıyev) 2(008)-514/2020 saylı 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X8 qarşı qanun üzrə vərəsəl ik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair müqavilənin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, miras qoyan X4 iddiaçının atasıdır, miras qoyan sağ ikən mübahisəli miras əmlakın mülkiyyətçisi olmuş, miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini İddiaçı vəsiyyət etmişdir. Miras qoyan 03 iyun 1990-cı il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 1976-cı ildə ailə quraraq mübahisəli evi tərk etmiş, 1990-cı ildə X1nun ölümündən sonra mirası faktiki olaraq qəbul etməmiş, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin1246-cı maddəsi ilə mirasın qəbul edilməs i üçün müəyyən edilmiş altı ay ərzində bu hüquqlarından istifadə etməmiş, mübahisəli miras əmlakı əldə etmək üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində və qaydada mirasın qəbulu ilə bağlı notariat orqanına ərizə ilə müraciət etməmiş və beləliklə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu hərəkətləri ilə İddiaçı mirası faktiki olaraq qəbul etmədiyini, sonradan da miras əmlaka dair hər hansı iddiasının olmamasını aşkar şəkildə nümayiş etdirmiş, beləliklə, onun miras əmlakda payı müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının 30 il sonra vəsiyyətnamədən qonşular vasitəsi ilə xəbər tutmasına dair dəlilini ağlabatan hesab etməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159.1.1, 1159.2, 1145, 1146, 1243.1, 1243.2, 1274, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli 2(008)-514/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Tofiq Səmədov sədrlik edən və məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 20 avqust 2020-ci il tarixli 2(103)5596/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə 21 yanvar 2020-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli 2(103)-5596/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı verdiyi izahatında göstərmişdir ki, o, atasının evinə gedib gəlmişdir, ancaq atasının vəfatından sonra miras əmlak qard aşı Cavabdeh istifadəsində qalmışdır. Qardaşları ilə aralarında baş verən şəxsi münasibətlər zəminində narazılıqlar səbəbindən ata yurduna gedə bilməmişdir. İddiaçı bildirmişdir ki, qardaşı Cavabdeh psixoloji pozuntu olduğundan onunla daimi münaqişələr yaratmış, hədə-qorxu gəlmişdir. Nəticədə o, ata yurduna Cavabdeh çəkinərək ara-sıra getmək məcburiyyətində qalmışdır. Bununla bağlı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına vəkil sorğusu verilmiş və 1953-cü ildə anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh Psixiatriya Xəstəxanasında uçotda durubdurmaması, əgər uçotda durubsa, hansı vaxtdan uçotda durması, ambulator və ya stasionar müalicələr alması, sonuncu psixoloji durumu barədə ətraflı arayışın verilməsi xahiş edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” özünün 6142 s aylı, 16.09.2020-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq bildirmişdir ki, Cavabdeh arxiv məlumatına görə 01.01.1979-26.05.1979-cu il, 26.01.19881-13.02.1981-ci il, 18.05.1987-10.06.1987-ci il, 19.05.1990-21.07.1990-cı il, 16.06.1992-17.08.1992-ci il, 19.12.1994-21.01.1995-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicə olub. Diaqnoz: “Şizoid tipli şəxsiyyət pozuntusu” olduğu göstərilmişdir. Qardaşı Tofiqin xəstə olması-eyni zamanda ona deməyə əsas verir ki, bu evə hər dəfə gedərkən o, hədə-qorxu gəlmiş, öldürməklə hədələmişdir. Hətta sonrakı məhkəmə proseslərində də qardaşı Tofiq ona, burada olan şahidlərə hədə qorxu gələrək əgər düzgün ifadələr versələr onları öldürməklə hədələmişdir. İddia müddətinin tətbiqi ilə bağlı qeyd edilmişdir ki, miras əmlakın qəbulu ilə bağ lı ötürülmüş müddətin üzürlü sayılaraq, uzadılması barədə vəsatətin verilməməsinin əsas səbəbi qanunun belə bir tələbinin olmasının məhkəmələr və vəkil tərəfindən ona izah edilməməsi olmuşdur. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İşdən göründüyü kimi cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. 17 saylı Notariat Ofisi özünün 405 saylı 28 sentyabr 2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, 03 iyun 1990-cı il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaklara 26.07.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır və 26.07.2017-ci il tarixdə 2V-38 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vərəsələrə Cavabdeh, X7, X8, X15 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür. Sonda isə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisi həmin şəhadətnaməni verərkən qanunun tələblərini pozaraq notariat hərəkətlərini həyata keçirib. Bakı şəhəri 17 say lı Notariat Kontoru göstərilən əmlaka şəhadətnamə verərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu verməmiş, vəsiyyətnamə olub-olmaması məsələsini araşdırmamış, bu evdə qeydiyyatda olmayan vərəsələrin dairəsini müəyyən etməmişdir, 6 aylıq müddəti gözləməmiş, anamın vəfatı ilə bağlı məsələni araşdırmamışdır. Notariat ofisi adı çəkilən şəxslərə qanun üzrə vərəsəlik şəhadətnaməsi verdikdən sonra, onların öz paylarına uyğun çıxarışlarını almasını da gözləmədən sonuncunun adına həmin günü bağışlama müqaviləsini təsdiq etmişdir. İşdən göründüyü kimi notarius normativ hüquqi aktların tələbini pozaraq miras əmlaka şəhadətnamə vermiş və bundan iddiaçının xəbəri olmamışdır. Bakı şəhəri 17 saylı Notariat Ofisi hazırkı iş üzrə cavabdeh qismində işə cəlb edilməli olduğu halda cəlb olunmamışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli 2(103)-5596/2020 nömrəli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh X13 və vəkili Mədətov Asif Hökümalı oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 avqust 2020-ci il tarixli 2(103)-5596/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (1965-ci ildən qüvvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş): Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidi r. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcə llənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.7. Apellyasiya i nstansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya d üzgün tətbiq edilməmiş olsun. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə koll egiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri pozularaq, mübahisəyə miras açılan zaman ( 03 iyun 1990-cı il tarixdə) qüvvədə olan maddi hüquq normaları deyil, 01.09.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyinə görə qətnamə əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Miras açılan zaman qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyan X4 03 iyun 1990-cı il tarixdə vəfat etmişdir. Miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi mərhumun qızı İddiaçı vəsiyyət edilsə də, o, 1976-cı ildə ailə quraraq mübahisəli evi tərk etmiş, 1990-cı ild ə X1nun ölümündən sonra mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu hərəkətləri ilə İddiaçı mirası faktiki olaraq qəbul etmədiyini, sonradan da miras əmlaka dair hər hansı iddiasının olmamasını aşkar şəkildə nümayiş etdirmişdir. Kasasiya şikayətinin mirasın faktiki qəbul edilməməsinin səbəbləri ilə bağlı dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmən in gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5596/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh X8 qarşı qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanmasına dair müqavilənin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.