Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh Dаеmy Аghdаm Rаjаb tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş № 2(007)-xx/18)iddiаçı Аbdulоv İlqаr Məhərrəm о ğlunun cаvаbdеh Dаеmy Аghdаm Rаjаbа qаrşı “pul” tələbinə dair iddiası təmin edilərək cаvаbdеhdən iddiаçının хеyrinə 98000 (dохsаn səkkiz min) mаnаt borcun və ödənilmiş dövlət rüsumunа görə 30 (оtuz) mаnаtın, cəmi 98030 (dохsаn səkkiz min оtuz) mаnаt məbləğində pul vəsаitinin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Dаеmy Аghdаm Rаjаb apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, A.Hüseynov və V.Sadıqov, iş № 2(103)-xx/19) apellyasiya şikayəti təmin edilməyərək, Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Dаеmy Аghdаm Rаjаb kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçının tələbinin qismən təmin olunmasını, cavabdehdən iddiaçının xeyrinə 75306.6 AZN pul tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiаçı Аbdulоv İlqаr Məhərrəm оğlu cаvаbdеh Dаеmy Аghdаm Rаjаbа qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək 98.000 (doxsan səkkiz min) manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını хаhiş еtmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırıl mışdır. Cavabdehin vəkili T.Qasımov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil T.Qasımovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikay əti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər pul qoyub şərikli biznes qurmuş, lakin sonradan münasibətləri pozulduğundan iddiaçı iş birliyini dayandıraraq cavabdehdən şərikli biznesə qoyduğu pulu geri tələb etmişdir. Tərəflər arasındakı razılaşmaya əsasən cavabdehin iddiaçıya olan borcu 200 000 manat müəyyən edilmişdir. Həmin borcun müqabilində cavabdeh özünə məxsus daşınmaz əmlakı alqı-satqı yolu ilə iddiaçının adına rəsmiləşdirmiş və 17.02.2015-ci il tarixli bu alqı-satqı müqaviləsində daşınmaz əmlakın dəyəri 125 000 manat qiymətləndirilmişdir. Başqa bir iş üzrə (alqı-satq ı müqaviləsinin etibarsız hesab edilməsi və s.) qüvvədə olan məhkəmə qətnaməsindən görünür ki, mənzilin 125 000 manat qiymətləndirilmiş dəyəri həmin 200 000 manat borc məbləğindən ödənilmiş məbləğ kimi müəyyən olunmuşdur. Bundan başqa, həmin işə baxılarkən cavabdeh iddiaçının ona əlavə olaraq 23 000 manat pul vəsaiti verdiyini də etiraf etmiş və apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehdən həmin pulu tələb etmək hüququnun olduğunu və belə bir tələb hüququnun saxlanıldığını qeyd etmişdir. Hazırda iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia qaldıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mənzilin 125 000 manat dəyərinin 200 000 manat borc məbləğindən ödənilmiş məbləğ kimi qiymətləndirildiyini, habelə əlavə olaraq iddiaçı tərəfindən cavabdehə 17.02.2015-ci il t arixdə 23 000 manat pulun verildiyi birmənalı şəkildə təsdiq olunduğunu nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 98 000 manat (200 000 – 125 000=75 000+23 000=98 000) pul vəsaitinin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, eləcə də MPM-nin 14.2, 77.1, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin mün asibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas vermir. Cavabdeh apellyasiya şikayətində borcun onun tərəfindən tam ödənildiyini bildirsə də, bununla bağlı nə birinci instaniya məhkəməsində, nə də apellyasiya məhkəməsində heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən b irinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini isə təmin olunmadan saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməs i tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə ko llegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) b u sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassa siya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-175/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-175/2020
10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver