Məhkəmə qərarları › İş №2(102)-1753/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1753/2019

05.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1753/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı22, İddiaçı16, İddiaçı43, İddiaçı20, İddiaçı33 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(008)-xx/18) i ddiaçılar İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı37, İddiaçı8, İddiaçı23, İddiaçı41, İddiaçı28, İddiaçı3, İddiaçı36, İddiaçı5, İddiaçı2, İddiaçı15, İddiaçı26, İddiaçı24, İddiaçı27, İddiaçı25, İddiaçı14, İddiaçı35, İddiaçı16, İddiaçı10, İddiaçı9, İddiaçı43, İddiaçı31, İddiaçı39, İddiaçı11, İddiaçı13, İddiaçı40 Bullud oğlu, İddiaçı38, İddiaçı4, İddiaçı19, İddiaçı29, İddiaçı30, İddiaçı12, İddiaçı42, İddiaçı34, İddiaçı7, İddiaçı17, İddiaçı6, İddiaçı1, İddiaçı33, İddiaçı32 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı18, Cavabdeh5, Cavabdeh6 qarşı «səlahiyyət müddətlərinin bitmiş hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İddiaçı2-sədrlik edən və məruzəçi, S.Hacıyev və F.Talışinski, iş № 2(103)xx/18) İddiaçı20 və qeyrilərinin apellyasiya şikayətləri təmin edilməyərək Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı22, İddiaçı16, İddiaçı43, İddiaçı20, İddiaçı33 kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçılar İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı37, İddiaçı8, İddiaçı23, İddiaçı41, İddiaçı28, İddiaçı3, İddiaçı36, İddiaçı5, İddiaçı2, İddiaçı15, İddiaçı26, İddiaçı24, İddiaçı27, İddiaçı25, İddiaçı14, İddiaçı35, İddiaçı16, İddiaçı10, İddiaçı9, İddiaçı43, İddiaçı31, İddiaçı39, İddiaçı11, İddiaçı1 3, İddiaçı40 Bullud oğlu, İddiaçı38, İddiaçı4, İddiaçı19, İddiaçı29, İddiaçı30, İddiaçı12, İddiaçı42, İddiaçı34, İddiaçı7, İddiaçı17, İddiaçı6, İddiaçı1, İddiaçı33, İddiaçı32 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı18, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Azərbaycan Əfqanıstan Veteranları» İctimai Birliyinin keçmiş sədri və İdarə heyətinin keçmiş üzvləri olan cavabdehlərin səlahiyyət müddətlərinin xx xxx 2010-cu il tarixdən xx xxx 2016-cı il tarixədək olan dövr üzrə bitmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərkən kassasiya şikayətlərini qəbul etmədi və onların rədd olunmasını xahiş etdi. İddiaçılardan İddiaçı20, İddiaçı22, İddiaçı16, İddiaçı43, İddiaçı33, İddiaçı34, cavabdehlərdən Cavabdeh2 və 3-cü şəxsin nümayəndəsi Ə.Hüseynov Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatları dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iş tirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında iddiaçılardan yalnız beş nəfər - İddiaçı22, İddiaçı16, İddiaçı43, İddiaçı20, İddiaçı33 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq mübahisələndirilən qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətlərinə münasibətdə yoxlayır və qiymət verir. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçıların tələbi «Azərbaycan Əfqanıstan Veteranları» İctimai Birliyinin keçmiş sədri və İdarə heyətinin keçmiş üzvləri olan cavabdehlərin səlahiyyət müddətlərinin xx xxx 2010-cu il tarixdən xx xxx 2016-cı il tarixədək olan dövr üzrə bitmiş hesab edilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. İddiaçılar öz tələblərini onunla əsaslandırmışlar ki, İctimai Birliyin xx xxx 2005-ci ildə keçirilmiş konfransda seçilmiş sədrinin və İdarə heyətinin üzvlərinin səlahiyyət müddətləri 5 il müəyyən edilmiş olsa da, onların səl ahiyyət müddətləri başa çatdıqdan sonra 2010-cu ildə konfrans keçirilməmiş və onlar yenidən seçilməmişlər. Buna baxmayaraq onlar qanunsuz fəaliyyətlərini davam etdirmişlər. İddiaçılar öz tələblərini hüquqi cəhətdən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsi ilə əsaslandırmışlar. Həmin maddəyə görə ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası kimi istinad olunan halların sübuta yetmədiyini, 2010-cu ildə İctimai Birliyin hesabat-seçki konfransının keçirildiyini, həmin konfransda Birliyin sədrinin və idarə heyətinin üzvlərinin seçildiyini, eləcə də iddiaçılardan 31 nəfərin Birliyin üzvü olmadıqları səbəbindən bu iddianı qaldırmağa subyektiv hüquqları olmadığını müəyyən edərək iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və bu zaman aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İctimai Birliyin əvvəlki adı “Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqı” olmuş, bu qurum Əfqanıstan müharibəsi veteranlarının sosial problemlərinin həllinə kömək etmək məqsədilə yaradılmış və onun nizamnaməsi 30.12.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qurumun hazırkı adı Azərbaycan X8 birliyi, qanuni təmsilçisi Cavabdeh1dur. Birliyin xx xxx 2005-ci il tarixdə keçirilmiş konfransında İdarə heyətinin sədri Cavabdeh1, sədr müavini X11, üzvləri Cavabdeh2, X5, X21, X6 və X2. Birliyin üzvlərinin sayı 321 nəfər təşkil edir. 15.08.2005-ci ildən sonra növbəti hesabat-seçki konfransı xx xxx 2010-cu il tarixdə keçirilmiş və həmin konfransda X19 üzvləri və idarə heyətinin sədri seçilmişdir. Sonuncu konfrans isə xx xxx 2016-cı il tarixdə keçirilmiş, ictimai birliyə sədr və idarə heyətinin üzvləri seçilmişdir. Təqdim olunmuş sənədlər əsasında Azərbaycan X8 Birliyi 01.03.2017-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınmışdır. İşin bu halları Ədliyyə Nazirliyi tərəfindən verilmiş rəsmi məlumatlarla, o cümlədən X1 Reyestrindən çıxarışlarla təsdiq olunmuşdur. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Həmin Qanunun 10.1-10.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə i lə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Göründüyü kimi, qanunvericilik yalnız ictimai birliyin üzvlərinin həmin birliyin rəhbər orqanlarına seçmək və seçilmək, fəaliyyətində iştirak etmək, rəhbər orqanların fəaliyyətinə nəzarət etmək, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilmək hüquqlarını tanımışdır. İşə baxan birinci və apellyasiya instansiyası məhk əmələri həm Ədliyyə Nazirliyinin, həm də İctimai Birliyin özünün təqdim etdiyi sənədlərə əsasən hazırkı iş üzrə iddiaçılardan İddiaçı22, İddiaçı23, İddiaçı41, İddiaçı28, İddiaçı3, İddiaçı36, İddiaçı5, İddiaçı2, İddiaçı26, İddiaçı24, İddiaçı27, İddiaçı25, İddiaçı14, İddiaçı35, İddiaçı16, İddiaçı10, İddiaçı43, İddiaçı31, İddiaçı11, İddiaçı13, İddiaçı40 Bullud oğlu, İddiaçı38, İddiaçı4, İddiaçı30, İddiaçı12, İddiaçı42, İddiaçı34, İddiaçı7, İddiaçı17, İddiaçı6, İddiaçı1 Azərbaycan X8 Birliyinin üzvü olmadığını müəyyən etmiş və bu səbəbdən iddia tələbinin həmin şəxslərə münasibətdə rədd edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbini həmin şəxslərə münasibətdə rədd edərkən ictimai birliyin üzvlərinin sayının rəsmi məlumatlara əsasən 321 nəfər olduğunu nəzərə almışdır. Məhkəmə iddi a tələbinin Cavabdeh4 dair hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Cavabdeh4 Azərbaycan X8 Birliyinin xx xxx 2008-ci il tarixli protokolunda qəbul edilmiş qərara əsasən birliyin idarə heyətindən və birlik üzvlüyündən çıxarıldığından və o, 1xx xxx 2010-cu il tarixdən xx xxxr 2016-cı il tarixədək idarə heyətinin üzvlüyündə iştirak etmədiyindən hazırkı iddia tələbinə cavab verməli şəxs olmadığı üçün iddia tələbi həmin cavabdehə münasibətdə də rədd edilməlidir. Eləcə də, cavabdehlər qismində göstərilmiş Cavabdeh5 xx xxx 2005-ci il tarixdə birliyin idarə heyətinə üzv seçilməsi, daha sonra xx xxx 2010-cu il tarixdə idarə heyətinin üzvlüyünə keçirilən seçkilər zamanı onun idarə heyətinə üzv seçilmədiyi müəyyən edilmişdir. Odur ki, o, xx xxx 2010-cu il tarixdən xx xxx 2016-cı il tarixədək idarə hey ətinin üzvlüyündə iştirak etmədiyindən hazırkı iddia tələbinə cavab verməli şəxs olmadığı üçün iddia tələbi həmin cavabdehə münasibətdə də rədd edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların cavabdeh qismində göstərdiyi Cavabdeh3 adlı şəxsin idarə heyətinin üzvü olmadığı, həmin dövrdə idarə heyətində «X21» adlı şəxsin iştirak etdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçılar İddiaçı20, İddiaçı21, İddiaçı8, İddiaçı37, İddiaçı15, İddiaçı9, İddiaçı39, İddiaçı19, İddiaçı29, İddiaçı33, İddiaçı32 aid hissəsi ilə əlaqədar qeyd etmişdir ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının s əlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanma sına yol verilmir. Eləcə də, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müd dətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. İş materiallarında olan 21.10.2005-ci ildə təsdiq edilmiş Azərbaycan X8 Birliyinin nizamnaməsindən məlum olur ki, birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağrılan konfransdır. N övbəti konfrans idarə heyətinin qərarı ilə çağrılır. Növbədənkənar konfrans X19 qərarı və ya üzvləriinin 1/3 hissəsinin təşəbbüsü ilə çağrılır. Konfrans nümayəndələrin 2/3-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Konfranslararası dövrdə birliyin fəaliyyətinə idarə heyəti rəhbərlik edir. İdarə heyətinin üzvləri birlik sədrinin təqdimatı əsasında konfrans tərəfindən 5 il müddətinə seçilir. Birliyin sədri konfransda 2/3 səs çoxluğu ilə beş il müddətinə seçilir. İddiaçılar iddia tələblərini əsaslandırarkən məhz Birliyin sədri və İdarə Heyətinin üzvlərinin Birliyin xx xxx 2005-ci il tarixli konfransında 5 il müddətinə seçildiyi üçün xx xxx 2010-cu ildə həmin şəxslərin səlahiyyət müddəti başa çatmasını və həmin tarixdən sonra bir daha seçkilərin keçirilməməsinə istinad etsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin müşayiət məktubu ilə daxil olmuş, həm də bilavasitə ictimai birlik tərəfindən təqdim olunmuş Azərbaycan X8 Birliyinin Hesabat-Seçki Konfransının xx xxx 2010-cu il tarixli protokolundan məlum olmuşdur ki, Cavabdeh1, X11, Cavabdeh2, İddiaçı18, X21, X7 və X17 Azərbaycan X8 Birliyinin İdarə Heyətinin üzvləri, Cavabdeh1 isə idarə heyətinin sədri seçilmişlər. Nəzərə alınmalıdır ki, iddiaçıların tələbləri bu hissədə bilavasitə sübutetmə yükü ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçılar müvafiq sübutetmə yükünü həyata keçirə bilməmişlər. İddiaçılar xx xxx 2010-cu il tarixdə ictimai birliyin idərə heyətinə seçkilərin keçirilməməsini və Cavabdeh1, X9, Cavabdeh2, İddiaçı18, X12, X3 və X10 Azərbaycan X8 Birliyinin İdarə Heyətinin üzvləri, Cavabdeh1 isə idarə heyətinin sədri seçilməməsini mötəbər sübutlarla təsdiq edə bilməmişlər. İddiaçılar, həmçinin iddianı əsaslandırarkən ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilməməsi barədə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə və hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minməsi barədə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə istinad etmişlər. Qeyd edilməlidir ki, ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilməməsi barədə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsi xx xxx 2013-cü il tarixli 849-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minməsini nəzərdə tutan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi xx xxx 2013-cü il tarixli 848-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və hər iki qanun “Respublika” qəzetinin xx xxx 2014-cü il tarixli sayında dərc olunmuşdur. Yəni, Azərbaycan X8 Birliyinin xx xxx 2010-cu il tarixli Hesabat-Seçki Konfransı ilə birliyin idarə heyətindəki dəyişikliklərin reyestrdə qeydə alınmadan qüvvəyə minməsini qadağan edən norma həmin tarixdə mövcud olmamış, yalnız xx xxx 2014-cü il tarixdə qüvvəyə minmişdir. Bundan sonra xx xxx 2016-cı il tarixdə ümumi yığıncaq (konfrans) keçirilmiş, ictimai birliyə sədr və idarə heyətinin üzvləri seçilmiş və bu dəyişikliklər 01.03.2017- ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınmışdır. Hətta ictimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilməməsi barədə müddəa da xx xxx 2014-cü il tarixədək qüvvədə olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Apellyasiyaşikayətinindəlilləriformal mülahizə xarakteri daşımaqla qətnaməninləğvedilməsivəyadəyişdirilməsiüçünəsasolabilməz. Belə ki, iddiaçıların tələbinin hüquqi və fa ktiki əsasları mövcud deyildir. İddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri hazırkı iş üzrə apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudl uğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı olan kassatorlar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbin ə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən bu tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verir. Həmin maddəyə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəm əsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı22, İddiaçı16, İddiaçı43, İddiaçı20, İddiaçı33 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar