Məhkəmə qərarları › İş №2(102)-1759/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1759/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1759/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1, Abşeron Rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Bank Olma yan Kredit X1 Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1, Abşeron Rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6881/2*22 nömrəli, 13 dekabr 2*22-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-2338/2*19 saylı, 2* fevral 2*19-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehl ər X6, X7, X2 birgə qaydada 57719,17 ABŞ dolları əsas, 1*466,41 ABŞ dolları faiz, 2** ABŞ dolları cərimə, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları, cəmi 69226,79 ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bank müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin qeydə alınması üçün ödənilmiş 3* manat dövlət rüsumunun əvəzi olaraq isə 3* manat pul vəsaiti "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, X3 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanında yerləşən, dəyəri 17259* manat müəyyən edilməklə tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 25**** manat müəyyən edilməklə Daşınmaz Əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 1* nömrəli vərəqində qeydiyyata alınan Abşeron ray onu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *.1* ha torpaq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 5* manat pulun cavabdehlər X6, X7, İddiaçı birgə qaydada tutulub AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

2. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 6 dekabr 2*19-cu il tarixli, *1/4489 nömrəli və 2* dekabr 2*19-cu il tarixli, *1/4729 nömrəli açı q hərracın keçirilməsinə dair bildirişlərinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *.1* torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 25**** manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 125** manat olmaqla hərraca çıxarılması və hərracın 7 yanvar 2*2*-ci il tarixdə saat 15:15-15:25-dək Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (2*A) 1933cü məhəllə ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC, X6, X7 və İddiaçı məlumat verilmişdir.

3. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 22 yanvar 2*2*-ci il tarixli, *1/138 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *.1* torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 25**** manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 125** manat olmaqla hərraca çıxarılması və hərracın 27 yanvar 2*2*-ci il tarixdə saat 15:15-15:25-dək Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (2*A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC, X6, X7 və İddiaçı məlumat verilmişdir. 4. “Birja yenilikləri” qəzetinin 2*-26 dekabr 2*19-cu il tarixə buraxılışına əsasən qeyd olunan fərdi yaşayış evinin hərraca çıxarılmasına dair elan yerləşdirilmişdir. 5. “FM Express” daşıma Xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin 124818 saylı talonuna əsasən hərracın keçirilməsi barədə bildirişi *3.*2.2*2*-ci il tarixdə “Mu sayev Kaman” adlı şəxs qəbul etmişdir.

6. Hərracın yekunları barədə 19 fevral 2*2*-ci tarixli, 13/*3 nömrəli protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-2338/2*19 saylı, 2*.*2.2*19-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-118-7H saylı, 15.11.2*19cu il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 25**** manat olan İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *,1* ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m "B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evini 1875** manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 əldə etmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-1851/2*21 saylı, 27 may 2*21-ci il tarixli qətnaməsinə əsasən iddiaçi İddiaçı "xxxx" BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi sahəsi 31*.3 kv.m olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsi, ev 1 saylı fərdi yaşayış evi və *,1* ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 16 dekabr 2*21-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1, Abşeron Rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *,1* ha torpaq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair ləğv prosessində olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 19.*2.2*2*-ci il tarixli, 13/*3 saylı Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *,1* ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evinin "xxxx" MM-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhə ri Ərazi İdarəsindən verilmiş 16.12.2*21-ci il tarixli, 621*3828* saylı Çıxarış ləğv edilməklə həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, fərdi evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 25**** manat olmaqla *7.*1.2*2*-ci il tarixində 15:15-da ilkin hərrac keçirilmişdir. Fərdi yaşayış evinin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 25**** manat olmaqla 27.*1.2*19-cu il tarixində 11:**-da təkrar hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Təkrar hərrac da baş tutmadığından hərrac tə şkilatçısının 31.*1.2*2*-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "xxxx" MMC-yə təklif olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və iddiası təmin edilməmişdir. Məhkəmənin 2(**5)1851/2*21 saylı, 27.*5.2*21-ci il tarixli Qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəmə sinin 2(1*3)-2338/2*19 saylı, 2*.*2.2*19-cu il tarixli icra sənədinə və Abşeron rayon icra və Probasiya şöbəsinin 15.11.2*19-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *,1* ha torpaq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon icra və Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən "xxx x" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin 13.11.2*2*-ci il tarixli e-2-2(113)-2186/2*2* saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “TBC Kredit BOKT" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfi ndən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir.” İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Lakin cari ilin əvvəlindən "xxxx" MMC tərəfindən İddiaçı şifahi formada xəbərdarlıqlar verilmiş və ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *,1* ha torpaq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m ve yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair hərracda protokol bağlanması və evin hazırda "xxxx" MMC-nin mülkiyyətində olması barədə məlumat verilmişdir. Bundan sonra VK üzvü Nümayəndəla bağlanmış 1223 saylı X4 haqqında Müqavilə üzrə "xxxx" MMC-yə Vəkil sorğusu verilmiş və əldə edilən sənədlərə baxış keçirilərkən "xxxx" MMC ilə “TBC Kredit BOKT" MMC arasında 19.*2.2*2*-ci il tarixli, 13/*3 saylı Hərracın yekunları barədə Protokol tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(**5)-1851/2*21 saylı mülki işin araşdırılması zamanı keçirilmiş hərracların nəticəsi olmamışdır. Eyni zamanda 19.*2.2*2*-ci il tarixdə Hərracın yekunları barədə Protokolun olması Bakı Kommersiya Məhkəməsinə müvafiq iddianın verilməsini və 13.11.2*2*-ci il tarixli e-2-2(113)2186/2*2* saylı qətnaməsi i lə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “TBC Kredit BOKT" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi “Külək" MMC-nin üzərinə qoyulması zərurətini aradan qaldırmışdır. Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-2186/2*2* saylı iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(**5)-1851/2*21 saylı mülki işə baxılarkən belə bir Protokol mövcud olmamışdır. Qeyd edilən 19.*2.2*2*-ci il tarixli, 13/*3 saylı Hərracın yekunları barədə Protokol 2*21-ci ilin iyun ayından sonra bağlana bilərdi. Protokolun tarixi Hərrac tərəfindən qəsdən, məqsədli şəkildə təhrif edilmiş, bağl andığı tarixi deyil 2*2*-ci il tarixi göstərilmişdir. Əvvəlki tarixli qeyd etməkdə məqsəd isə 31.*1.2*2*-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “TBC Kredit BOKT" MMC-yə təklif olunması və 31.*1.2*2*-ci il tarixdən 3* gün keçmədən Protokolun tərtib olunması olmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 43.8-ci il maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac təşkilatçısı geri tarixlə Protokol bağlamaqda məqsədi də ipotekaya xitam verilməsinin qarşısının alınması olmuşdur. Lakin Hərrac təşkilatı Bakı Kommersiya Məhkəməsinin 13.11.2*2*-ci il tarixli e-2-2(113)-2186/2*2* saylı qətnaməsinin mövcud olmasını və Protokolu ən yaxşı halda qətnamənin tarixindən sonrakı tarixə tərtib etməli olduğunu unutmuşdur. İddia ərizəsinə əlavə edilmiş Dövlət Reyestri xidmətindən verilmiş 16.12.2*21-ci il tarixli, 621*3828* saylı Çıxarışdan müəyyən edilmişdir ki, "xxxx" MMC-nin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınmışdır. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 31.*1.2*2*-ci il tarixdən başlayaraq 3* təqvim günü ərzində yəni *1.*3.2*2*-ci il tarixədək ipoteka predmetini əldə etməmişdir.

11. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini əsassız hesab edərək rədd olunmasını xahiş etmiş, yazılı etiraz təqdim edərək bildirmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində verilmiş i ddia üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-1851/2*21 saylı iş üzrə 27.*5.2*21-ci il tarixdə çıxartdığı qətnamə qanuni qüvvəyə minmiş və mübahisələndirilməmişdir. Həmin qətnamədə iddianın təmin edilməməsinin hüquqi əsası kimi əqdin etibarsızlığını mübahisələndirməyə imkan verən kəsici müddətlərin buraxılması çıxış etmişdir. Qətnamədə qeyd edilən “məhkəmə araşdırması zamanı müəyyən edilir ki, keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib edilməmişdir” hüquqi fakt olmamış, məhkəmə araşdırması zamanı hərrac təşkilatı tərəfindən protokolun məhkəməyə təqdim edilməməsinin nəticəsində yaranmış, əslində isə həmin protokol 19.*2.2*2*-ci il t arixdə tərtib edilərək imzalanmış, lakin ödəmə mənbəyində sadələşdirilmiş verginin ipoteka saxlayandan tələb edilməsinə və həmin verginin tərəfindən ödənilmədiyinə görə hərrac təşkilatı tərəfindən onlara verilməmişdir. Həmin protokolun 19.*2.2*2*-ci il tarixində tərtib edilməsi də bunu təsdiq etmişdir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin yalnız vergi xidməti tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilməsi onu göstərmişdir ki, bu iddia predmeti barədə mübahisə əslində ipoteka saxlayanla vergi orqanları arasında olmuş və hərrac təşkilatı ilə əsaslı mübahisəsi yaranmamışdır. İpoteka saxlayan ipoteka predmetinin balansa götürülməsi üçün ipoteka predmetinin son satış qiyməti ilə borc məbləği arasında fərqi təşkil edən 65884.46 manat vəsaiti 25.1*.2*21-ci il tarixdə Abş eron rayon İcra və X5 Xəzinədarlığı Agentliyinə AZ53CTRE*************2*868*1 saylı hesaba köçürmüş və həmin məbləğ daha sonra bu iş üzrə iddiaçı tərəfindən qəbul edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(**5)-2772/2*22 nömrəli iş üzrə 5 avqust 2*22-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" MMC olmuşdur. İddiaçı isə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən *,1* ha torpaq sahəsi və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərt əbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 23* kv.m olan 1 nömrəli fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi olmamış, evin mülkiyyətçisi X6 olmuşdur. Belə olan halda, iddiaçının hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün olmamışdır. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Bu isə o deməkdir ki, hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya məhkəməsinə iş üzrə icraata xitam verilməsi barədə vəsatət vermiş və apellyasiya məhkəməsinin iclasında vəsatətini müdafiə edərək bildirmişdir ki, eyni tərəflər, eyni əsas və eyni predmet üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-1851/2*21 saylı iş üzrə qanuni qüvvəyə minmiş 27.*5.2*21-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə heç kim tərəfindən mübahisələndirilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*3)-6881/2*22 nömrəli mülki iş üzrə 13 dekabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka predmetinin hərraca çıxarılması, təkrar hərracın baş tutmaması, ipoteka predmetinin ipoteka saxlayana təklif olunması və ipoteka saxlayanın ipoteka predmetini qəbul etməsini hərrac təşkilatına bəyan etməsi iddiaçıya məlum idi. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının keçirilmi ş hərrac və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası onun tərəfindən həmin aktları mübahisələndirməsi üçün qanunla müəyyən olunmuş iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Belə olan halda iddiaçı hərracla bağlı sənədləri, o cümlədən “Hərracın yekunlarına dair Protokol”u mübahisələndirmək hüququnu itirmişdir.

20. Məhkəmə kollegiyasi hərrac təşkilatı tərəfindən “Hərracın yekunlarına dair Protokol”un qanuni qüvvəsini alan Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən sonra tərtib olunmasının qanun pozuntusu olması səbəbindən etibarsız olması barədə iddiaçının dəlili ilə bağlı qeyd etmişdir ki, Hərrac təşkilatı “Hərracın yekunlarına dair Protokol”u məhz ipoteka saxlayanın ipoteka predmetini qəbul etməyi təklif etdiyi və bu təklifin ipoteka saxlayan tərəfindən q əbul edildiyi tarixə tərtib etmişdir. Bu da qanun pozuntusu hesab edilməsi üçün əsas hesab edilə bilməz. Çünki ipoteka saxlayan artıq həmin vaxt ipoteka predmetini qəbul etmişdir.

21. Məhkəmə kollegiyası "xxxx" MMC-nin nümayəndəsinin hazırki işin icraatına xitam verilməsi barədə vəsatəti ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.*5.2*21-ci il tarixli qətnaməsində olan iddia tələbi *7.*1.2*2*-ci il və 27.*1.2*2*-ci il tarixli hərracların və hərracların nəticələrinin etibarsız hesab edilməsi olduğu halda, hazırki iddia tələbi 19.*2.2*2*-ci il tarixli Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbindən ibarət olmuşdur. Hər iki işdə tərəflər, iddia predmeti eyni olsa da, əsaslar fərqli olduğundan, icraa ta xitam verilməsi üçün əsaslar mövcud olmamışdır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319, 39*.1, 415, 416-cı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2, 33, 34, 39, 41, 42, 43, 46.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz və əsassız olaraq fərdi müəyyən əşya (daşınmaz əmla k) ilə bağlı əqdin etibarsızlığı üzrə iddia tələbinə iddia müddəti tətbiq etmiş və iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunması ilə razılaşmışdır. İddiaçının keçirilmiş hərrac və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiasına hər hansı müddət məhdudiyyəti tətbiq edilə bilməzdi və iddiaçı hərracla bağlı sənədləri, o cümlədən “Hərracın yekunlarına dair Protokol”u mübahisələndirmək hüququnu itirməmişdir.

25. Kassator qeyd etmişdir ki, ipoteka saxlayan tərəfindən qeyd olunan müddətdə hərrac təşkilatı ilə hər hansı protokol imzalanmamamış, belə protokolun imzalanmasından hərrac təşkilatının sadələşdirilmiş vergi və digər ödənişlərin həyata keçirilməsinin tələb edilməsi əsas gətirilərək faktiki olaraq imtina edilmiş, daha sonra Bakı Kommersiya Məhkəməsində dah a sonra Bakı Kommersiya Məhkəməsində qaldırılmış müvafiq iddia əsasında qanunsuz olaraq əvvəlki tarixə protokol imzalanmışdır. Başqa sözlə, tərəflər arasında “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq faktiki təkrar hərracın baş tutmaması elan edildikdən 3* təqvim günü ötürüldükdən sonra hərracın yekunlarına dair protokol tərtib edilərək imzalanmış, protokolda isə onun tarixi saxtalaşdırılaraq geri tarixə tərtib edilmişdir. Hərracın təşkilatçısı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş müddət ərzində öz tərəfindən belə protokolun tərtib olunması üçün təşəbbüslə çıxış etmiş, bununla bağlı mümkün bütün tədbirləri görmüş, hətta qanunvericilikdə nəzərdə tutulmadığı halda ipoteka saxlayanı ipoteka predmetinin əldə olunması ilə bağlı ayrıca təklif bildirişi ilə məlumatlandırmışd ır. Lakin buna baxmayaraq ipoteka saxlayan hərracın təşkilatçısının bütün cəhdlərinə baxmayaraq onun tələb etdiyi ödəmə mənbəyində sadələşdirilmiş vergi və s. məbləğlərin əsassız olmasını əsas gətirərək hərrac protokolunun imzalanmasından imtina etmişdir. Halbuki, Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda vergi qanunvericiliyində artıq ödənilmiş vergilərin qaytarılması və ya əvəzləşdirilməsinin konkret mexanizmi nəzərdə tutulmuşdur. Belə olan halda "xxxx" BOKT MMC ipoteka saxlayan qismində “İpoteka haqqında” Qanunun 43.7-1, 43.8-ci maddəsinin tələblərinə riayət edərək hərrac protokolunu imzalamalı, əmlakı əldə etməli, bunun üç ün (həm də əmlakı itirməmək üçün) hətta artıq ödəmə hesab etdiyi vergi məbləğini də ödəmə mənbəyində ödəməli, daha sonra Vergi Məcəlləsinin 15.1.4-cü maddəsində müəyyən edilmiş hüquqlarını həyata keçirərək artıq ödənilmiş vergi qismində ödəmə mənbəyində sadələşdirilmiş verginin qaytarılması ilə bağlı tələb irəli sürməli idi. Başqa sözlə, təkrar hərracın baş tutmaması barədə elanın dərc olunmasından sonrakı 3* təqvim günü müddəti hərrac təşkilatı ilə vergi və s. ödənişlərlə bağlı məhkəmə mübahisəsi aparmaq üçün deyil, məhz əmlakı əldə etmək və yekun protokol imzalamaq üçün nəzərdə tutulmuşdur. İpoteka saxlayan isə bu müddətdən əmlakı əldə etmək və yekun protokol imzalamaq üçün deyil, məhz hərrac təşkilatçısı ilə vergi və digər ödənişlərin mübahisəsini aparmaq üçün istifadə etmişdir. Məhkəmə qətnaməsində isə məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı tərəfindən “Hərracın yekunlarına dair Protokol”un qanuni qüvvəsini alan Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən sonra tərtib olunmasının qanun pozuntusu olması səbəbindən etibarsız olması barədə iddiaçının dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Hərrac təşkilatı “Hərracın yekunlarına dair Protokol”u məhz ipoteka saxlayanın ipoteka predmetini qəbul etməyi təklif etdiyi və bu təklifin ipoteka saxlayan tərəfindən qəbul edildiyi tarixə tərtib etmişdir. Bu da qanun pozuntusu hesab edilməsi üçün əsas hesab edilə bilməz. Çünki ipoteka saxlayan artıq həmin vaxt ipoteka predmetini qəbul etmişdir.” Belə ki, Bakı Kommersiya Məhkəməsinin istinad olunan qətnaməsi *8.*8.2*21-ci i l tarixdə qəbul edilmiş, yəni bank əmlakı əldə etmək üçün ipoteka haqqında qanunvericiliyin istinad olunan normalarında müəyyən edilmiş 3* təqvim günündən xeyli müddət sonra protokolun tərtib olunması ilə bağlı iddia tələbi irəli sürmüşdür. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin istinad olunan qətnaməsində mübahisəli əmlaka dair protokolun qeyd olunan tarixdə bağlanmış hesab edilməsi tələbi yox, keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı "xxxx" BOKT MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması tələbi irəli sürülmüş və təmin edilmişdir. Belə ki, əgər BOKT tərəfindən Bakı Kommersiya Məhkəməsində hərracın yekunlarına dai r protokolun müvafiq tarixdə bağlanmış hesab olunması tələbi irəli sürülmüş olsa idi və belə tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilsə idi, o zaman bu qətnamə həmin tarixdə protokolun tərtib edilmiş hesab qətnamə həmin tarixdə protokolun tərtib edilmiş hesab olunması faktını özlüyündə qət etmiş olacaqdı. Lakin, mübahisəli əmlaka dair hərracın yekun protokolunun tərtib olunması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması barədə qətnamə, bu vəzifənin icrası üçün məhkəmə tərəfindən icra vərəqəsinin verilməsini, icra tədbirlərini - icra qurumu tərəfindən icraata başlanması haqqında qərarın qəbul edilməsi, borcluya könüllü icra bildirişinin göndərilməsi, borclu hərrac təşkilatı tərəfindən icra sənədi üzrə tələbin yerinə yetirilməsi və bu zaman tələbin faktiki icra e dildiyi tarixdə yekun protokolun qeyd olunan maliyyə ödənişləri tələb olunmadan tərtib olunmasını labüd etmişdir. Belə olan halda hərracın yekun protokolun əvvəlki tarixə tərtib edilməsi saxtakarlıq faktı olmuşdur.

26. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 14*, 146.2ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 13.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1, 43.8-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki M əcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2*21-ci il tarixli Qərarlarına, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” *2/2*22 saylı 14 iyun 2*22-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” *4/2*22 saylı, 14 dekabr 2*22-ci il tarixli Qərardadlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əm laka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

31. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

32. Maddə 39*.1. Fiziki və hüqu qi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

34. Maddə 415.5. Hərracı udmuş şəxs və hə rracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

35. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

36. Maddə

2. İpoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəf dar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

37. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

38. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. Bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

39. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

40. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

41. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

42. Maddə 41.3 Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

43. Maddə 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.

44. Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.

45. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 3* təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

46. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

47. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə i poteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

48. Maddə 43.8. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir.

49. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ö dəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

50. Maddə

12. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

62. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddə lərindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6881/2*22 nömrəli, 13 dekabr 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar