Məhkəmə qərarları › İş №2(102)-1759/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1759/2024

27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1759/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi, paylı mülkiyyətdə olan əşyanın hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-597/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 24-cü məhəllədə yerləşən ümumi sahəsi 110.4 kv.m olan 19 nömrəli fərdi yaşayış evinin (bundan sonra – mübahisəli fərdi yaşayış evi) ¾ hissəsi İddiaçı (bundan sonra – iddiaçı), ¼ hissəsi isə Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətindədir.

2. Tərəflər bacı-qardaşdır.

3. Mübahisəli fərdi yaşayış evi tərəflərin mülkiyyətinə vərəsəlik yolu ilə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılm ası mümkün olmadıqda, evin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2019-cu ilin yanvar ayından onun evinə köçmüş və onu ailə üzvləri ilə birlikdə evdən qovmuşdur. Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmuş, o işdə olan müddət ərzində həyat yoldaşını və uşaqlarını söyüb təhqir etmiş, iddiaçının özü ilə də dalaşmışdır. Bacısı olduğuna görə hüquq mühafizə orqanına müraciət etməmiş və öz ailə üzvlərinə şikayət etməyi qadağan etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili iddianın qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı i lə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 10/7197 nömrəli ekspert rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin iddiaçının ¾ hissə və cavabdehin ¼ hissədə paylarının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 18 nömrəli ekspert rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin hazırkı dövrə likvid qiyməti 70.000 manat müəyyən edilmişdir.

9. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən mübahisəli fərdi yaşayış evinin hazırkı dövrə likvid qiyməti (real bazar dəyəri) olan 70.000 manatın cavabdehin payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olubolmamaları barədə təklif göndərilmiş və cavabdehə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat vermələri xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər hansı bir məlumat məhkəməyə bildirilməmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-140/2023 nömrəli iş üzrə 9 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli fərdi yaşayış evinin açıq hərracda satılması, evin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun, yəni ¾ hissəsi iddiaçıya, ¼ hissəsi cavabdehə verilməsi, mübahisəli fərdi yaşayış evinin ilkin satış q iyməti 70.000 manat müəyyən edilməsi qət edilmişdir (hakim Nilufər Cəfərli).

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, ev açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasi ya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə baxılarkən Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməmiş, ayrılan mülkiyyətçinin, yəni iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etməməsinə əhəmiyyət verilməmiş, cavabdehin isə kompensasiya vermək imkanının olub-olmaması və ya kompensasiya vermək istəyib-istəməməsi araşdırılmamışdır. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməli idi. Qətnamədə məhkəmə tərəfindən cavabdehə iddiaçının payına düşən hi ssəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamaları barədə təklif göndərildiyi qeyd edilsə də, cavabdeh belə məktub almamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-597/2024 nömrəli mülki iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov).

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci i nstansiya məhkəməsi iddia tələbini təmin edərkən Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarına əməl etmiş, iddianı təmin etməklə paylı mülkiyyətdə olan mübahisəli əmlakın açıq hərracdan satılaraq tərəflər arasında paylarına mütənasib olaraq bölünməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi keçirilmiş 12 yanvar 2023-cü il tarixli, 10/7197 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən payın naturada ayrılmasının mümkün olmaması qənaətinə gəlməklə, eyni zamanda tərəflərin fikrini soruşaraq onlardan birinin digərinə kompensasiya ödəməklə aralarında razılığa gələ bilmə imkanının olub-olmaması halını da aydınlaşdırmışdır.

18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə istinad edərək qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli məktubu almadığını qeyd etsə də, işdən görünmüşdür ki, bütün məhkəmə bildirişləri də məhz həmin ünvana (ünvan 1nçu rayonu, Zabrat qəsəbəsi, məhəllə 2, ev 6) göndərilmiş, cavabdehin nümayəndəsi də, birinci instansiya məhkəməsinin əvvəlki məhkəmə iclasında iştirak etmişdir. Eyni zamanda apellyasiya şikayətindən də görünmüşdür ki, cavabdeh hazırda da faktiki yaşadığı və rəsmi qeydiyyatda olduğu ünvan kimi məhz həmin ünvanı, yəni ünvan 2tmişdir. Hazırda da məhkəmə tərəfindən 3 dəfə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəməyə dəvət edilsə də, məhkəmə iclasında iştirak etməməklə, səlahiyyətli nümayəndəsinin də iştirakını təmin etməmişdir. O cümlədən şikayətdə qeyd edilən dəlilinə uyğun olaraq h ər hansı bir təklif də göndərməmişdir. Kollegiya bunu apellyasiya şikayətinin formal olaraq verilməklə işin məhkəmədə baxılması müddətinin uzadılması kimi qəbul etmişdir.

19. Bununla yanaşı kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi barədə nəticəyə gəlməklə iddia tələbindən kənara çıxmış və Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normasının tələbini pozmuşdur.

20. Kollegiya qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə tələb olmadığı halda, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq evin ilkin satış qiymətinin 70000 mana t müəyyən edilməsi qənaətinə gəlmişdir. Qeyd edilən normanın tələbinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olduğu təqdirdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə məhkəmənin iddia tələbindən kənara çıxmasını zəruri edən qanunda göstərilən hər hansı müstəsna hal olmamışdır.

21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilmə si ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadı

26. Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 220.6-cı maddələri, ümumi paylı mülki yyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır.

27. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 8

8. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyind ən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

37. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi təmin edilərkən Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş tələblərinə əməl edilmiş, eyni zamanda tərəflərin fikri soruşulmuş, onlardan birinin digərinə kompensasiya ödəməklə aralarında razılığa gələ bilmə imkanının olub-olmaması halı da aydınlaşdırılmışdır. Buna görə də, əmlakın açıq hərracda satılması barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bi rinci instansiya məhkəməsi işə baxarkən mübahisəli fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi barədə nəticəyə gəlməklə iddia tələbindən kənara çıxmış və Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normasının tələbini pozmuşdur.

38. Lakin apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqi ilə bağlı qətnaməsində gəldiyi qənaət və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində əks olunan hüquqi məsələlər üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli, 06 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilmiş və həmin qərardadda Mülki Məcəllənin 220-ci və 221-ci maddəsindəki qeyd olunan tələblərin baxılması qaydası və əsasları ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir.

39. Belə ki, həmin qərardadda müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyy ətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mex anizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə paylı əmlakın 2 mülkiyyətçisi olduğundan və onlardan birinin payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.

41. Mülki Məcəllənin 221-ci maddəsində isə onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexaniz m müəyyən edilmişdir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilm əsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə həmin qərardadda göstərilən qaydada həll olunmalıdır.

42. Azərbaycan Respublikası MPM-nin 418-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Mülki Məcəllənin 220-ci maddəsinə istinad etməklə qəbul etdiyi qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, yuxarıda qeyd edilən qərardaddakı hüquqi mövqelər nəzərə alınmaqla hazırkı işə yenidən baxılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2024-cü il tarixli 2(103)597/2024 saylı iş üzrə qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar