Məhkəmə qərarları › İş №2(102)-1760/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1760/2023

27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1760/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(103)-648/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarix li qərarı ilə, X3 məxsus əmlak kimi üzərinə həbs qoyulmuş əmlaklar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə X2 əmlakı kimi, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 2lı evin 157/158 saylı mənzillər müsadirə olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2008-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı ləğv edilərək əmlak müsadirəsinə dair hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü əmlak müsadirəsi və mülki iddialara aid hissələrdə dəyişdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyul 2009cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X3 məxsus əmlak kimi üzərinə həbs qoyulmuş əmlaklar, o cümlədən ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 2lı evin 157/158 saylı mənzillər müsadirə olunmuşdur.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 2lı e vin 157/158 saylı mənzillərinin müsadirə olunan əmlaklar siyahısından çıxarılmaları qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 nömrəli iş üzrə 5 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi qismən - Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilmiş, İddiaçı məxsus ünvan 2lı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmiş,iddia Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus ün van 2lı evin, 159 saylı mənzili müsadirə olunan əmlaklar siyahısından çıxarılmış, lakin mənzilin üzərindən həbs götürülməmişdir. Bu isə ona məxsus əmlaka dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır.

6. Məhkəmə qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ona məxsus ünvan 2lı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini tələb etməkdə tam haqlıdır.

7. Məhkəmə onu da qeyd etmişdir edir ki, araşdırma zamanı müəyyən edildiyi kimi, İddiaçı məxsus ünvan 2lı evin, 159 saylı mənzilin üzərinə həbs Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müvafiq vəsatətinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə verilmiş təqdimat əsasında qoyulmuşdur.Məhkəmə hesab etmişdir ki, hazırki iddia Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilə bilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə isə iddianın təmin edilməsini mümkün hesab etmir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Protestdə göstərmişdir ki, iddianın iddiaya cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki, cavabdehin bu qətnaməni icra etmək, yəni hazırkl mərhələdə əmlakın üzərinə qoyulmuş həbsi götürmək səlahiyyəti və imkanı yoxdur. Konstitusiyai Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli və xx.xx.2009-cu i l tarixli qərarlarına əsasən iddiaçılar cinayət mühakimə icraatı qaydasında pozulduğunu iddia etdikləri hüquqlarının bərpası üçün cinayət mühakimə icraatı qaydasında əmlak üzərinə həbs qoyulması barədə qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməli olmasını müəyyən etsə də qeyd olunan normaların tələbləri pozulmuşdur.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-648/2023 nömrəli iş üzrə 14 fevral 2023-cü il tarixli qəraradadı ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Afər Yusifov və Pərviz Hüseynov) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protestinin qismən təmin edilməsi, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və İddiaçı iddia ərizəsində göstərdiyi mübahisəyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, İddiaçı–cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir.

12. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun.

13. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qan uni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər.

14. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin.

16. İşin faktiki hallarından və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.2005-ci il tarixli məktubu əsasında mübahisəli ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə cinayət işi ilə bağlı məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tə rəfindən qəbul edilən qərarlar və hərəkətlər mülki hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların mülki iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə mülki məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.2, 449.3.6,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0, 384.0.5, 387.2, 387.2.8-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəki li Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliyə uyğun olaraq hərəkət etmişdir.İş materiallarından görünür ki, iddiaçıcavabdehə müraciət etmiş və məhz cavabdehin cavab məktubundan sonra məhkəməyə müraciət etmişdir. Hətta cavabdehin apellyasiya protestində qətnamənin ləğvinə əsas kimi, iddiaçının məhkəmə nəzarəti qaydasında müraciət etməli olduğu qey edilməmişdir. Bu isə iddiaçının doğru müraciətinə əsasdır.

20. İddiaçı tam qanuni əsaslarla mülki icraat qaydasında məhkəməyə müraciət etmişdir, lakin məhkəmə prosessual normaları tətbiq etməməklə qanunsuz qərar qəbuletmişdir 21. mübahisələndirilən qərardadda AR CPM-nin 449.1-ci maddəsinə istinad edilir. Həmin maddəyə istinad tam olaraq yalnışdır. Belə ki, həmin maddədə söhbət təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından gedir. İş materiallarından isə görünür ki, mübahisəli mənzil üzərinə həbs məhkəmə qərarı əsasında qoyulmuşdur. Yanı burada CPM-nin 449.1-ci maddəsini tətbiq etmək olmaz.

22. Bundan əlavə mübahisələndirilən qərardadda AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair" 5 avqust 2009-cu il tarixli Qərarına istinad edi lmişdir. Halbuki, həmin Qərarda CPM-nin 449.1-ci maddəsində göstərilən şəxslərin (təhqiqatçı, müstəntiq, prokuror və sair) prosessual hərəkətlərindən və qərarlarından hansı digər şəxslərin şikayət vermə hüququnun şərhi verilmişdir. Bizim halda isə həbs CPM-nin 449.1-ci maddəsində göstərilən şəxslər tərəfindən yox, məhz məhkəmə tərəfindən qoyulduğundan yuxarıda qeyd edilən Qərara istinad doğru deyildir.

23. AR CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddə tində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Buradan görünür ki, iddiaçı qanunvericiliyə uyğun olaraq hərəkət etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

25. Maddə 449.1. Məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hə rəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun.

26. Maddə 449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər.

27. Maddə 449.3.6. Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxsl ər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 29. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işl ər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilərkən prosessual hüquq normalarının tələbi pozulmuşdur.

38. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnam əsi ilə İddiaçı məxsus ünvan 2lı evin, 159 saylı mənzili müsadirə olunan əmlaklar siyahısından çıxarılmışdır.

39. Həmin vaxt qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikasının CPM-in 248.1 və 248.1.1-ci maddələrinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir;

40. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 161.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

41. Məhkəmə kollegiyası hesab edir ki, əmlak üzərinə həbs qoyularaq əmlak müsadirə edilsə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi i lə İddiaçı məxsus ünvan 2lı evin, 159 saylı mənzil müsadirə olunan əmlaklar siyahısından çıxarıldığına görə, artıq, həmin mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə tələbə məhkəmələrdə baxılması üçün əsas və zərurət aradan qalxır.Yəni, göstərilən halda mənzil üzərinə qoyulmuş həbsin götürülməsi barədə tələbə məhkəmədə baxılmalı deyil.Maraqlı şəxs mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini daşınmaz əmlak üzərində hüquq və məhdudiyyətlərin qeydiyyatını aparan orqana təqdim edərək, həmin mənzil üzərinə həbs qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğvini xahiş etməli, müvafiq orqan tərəfindən bundan imtina edildikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət olunmalıdır.

42. Lakin, ap ellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilən şikayətlərə aid etmiş, buna görə də verilmiş iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmaması əsası ilə icraata xitam vermiş və İddiaçı iddia ərizəsində göstərdiyi mübahisəyə dair, cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır.

43. Halbuki, cinayət işi üzrə icraat başa çatmışdır və iddiaçının CPM-in tələblərinə əsasən hüquqi hərəkət imkanları itirilmişdir. Göründüyü kimi işə baxmış apellyasiya məhkəməsinin əmlakın həbsdən azad edilməsinə nail olmaq üçün prosessual hüquqi vasitənin CPM-də müəyyən olunmuş məhkəmə nəzarəti qaydasında şikayət verilməli ol duğu barədə gəldiyi nəticə səhvdir.

44. Bu qərarın 40-cı bəndində şərh edildiyi kimi iş məhkəmədə baxılmalı olmadığına görə də MPM-in 261.0.1-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir.

45. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə icraata xitam verilməklə iddiaçıya mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini daşınmaz əmlak üzərində hüquq və məhdudiyyətlərin qeydiyyatını aparan orqana təqdim edərək, həmin mənzil üzərinə həbs qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğvi barədə müraciət etməli olması, müvafiq orqan tərəfindən bundan imtina edildikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inziba ti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(103)-648/2023 nömrəli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı mənzilin müsadirə olunan əmlaklar siyahısından çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini daşınmaz əmlak üzərində hüquq və məhdudiyyətlərin qeydiyyatını aparan orqana təqdim edərək, həmin mənzil üzərinə həbs qoyulması ilə əlaqədar aparılmış qeydiyyatın ləğvi barədə müraciət etməli olması, müvafiq orqan tərəfindən imtina edildikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar