Məhkəmə qərarları › İş №2(102)-1761/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1761/2020

16.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1761/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İB-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 nömrəli qə tnaməsi ilə İddiaçı İB-nin cavabdehlər Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 1080 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1110 məbləğində pulun alınaraq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı İB iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti v ermişdir. İşin halları: İddiaçı İB cavabdehlər Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5471.70 manat pulun tutularaq İddiaçı İB-nin hesabına keçirilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı İB-nin vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamədə cavabdeh tərəfindən aylıq orta hesabla 30 manat istifadə edilə biləcəyini, bunun nəticəsində 1080 manat ziyan dəyəcəyini ehtimal etmişdir. Məhkəmə iddia tələbini qismən təmin edə rkən hər hansı maddi hüquq normalarına deyil, ehtimala əsaslanmışdır. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin vəkil i Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının sübut kimi istinad etdiyi aktların surətindən görünür ki, aktlarda aktları tərtib etmiş şəxslər abonentin onları imzalamaqdan imtina etdiyi barədə qeydlər aparmışlar. Aktlar birtərəfli qaydada iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh aktları imzalamışdır. Akt larda cavabdehin onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Həmçinin apellyasiya kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat cavabdehin sayğacdan kənar xətdən istifadə etdiyini müəyyən etdiyi üçün 2016-2019-cu il tarixlərdə bir çox aktlar tərtib edərək borc hesablamışdır. Lakin iddiaçı həmin xətti müəyyən etdikdən sonra yerindən ayırmamış (aktlarda bu barədə hər hansı qeyd aparılmamaqla yanaşı, təqdim edilmiş fotoşəkillərdə eyni xətt olması açıq-aşkar görünür) və müxtəlif tarixlərdə aktlar tərtib edərək cavabdehin borcunun artmasına şərait yaratmışdır. Beləliklə apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizə xarakteri daşıması qənaətin ə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün olaraq tərtib edilmiş aktların qeyri-mötəbərliyini, apellyasiya şikayətinin dəlillərinin isə formal xarakterli olmasını müəyyən etmişdir. Hazırda da iddiaçının iddia tələbinin əsasını təşkil edən hər hansı mötəbər sübut müəyyən edilməməkdədir. Odur ki, kassasiya şikayətinin dəlilləri formal dəlil kimi müəyyən edilir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar