Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1764/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər X7 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın əsasının sübuta yetirilməməsi 18.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X9 və vəkili Vəkil, Cavabdeh1 və vəkili X2, cavabdeh X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5044/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarı ilə X17 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərə Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılmışdır.
2. Həmçinin iş materiallarından görünür ki, X üçün 13 aprel 1988-ci ildə təsdiq olunmuş texniki layihə əsasında fərdi yaşayış evlərinin tikintisinə dair 28 iyul 1988-ci il tarixli müqavilə bağlanmışdır.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 03 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestrində X dövlət qeydiyyatından keçm əsi barədə məlumat mövcud deyildir.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 08 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, keçmiş Dövlət Aqrar-Sənaye Komitəsinin işçilərinə bağçılıq və bostançılığm inkişaf etdirilməsi üçün Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35 hektar bağ sahəsi ayrılmışdır. Bu sahədən istifadəni təmin etmək məqsədilə 1987-ci ildə yaradılmış X hal-hazırda fəaliyyət göstərir.
5. Eyni zamanda iş materiallarından görünür ki, X Türkan bağ massivində bağ sahəsi ayrılmış üzvlərinin ümumi iclasının 01 nömrəli, 01 noyabr 2010-cu il tarixli protokolu ilə X8 X idarə heyətinin sədri vəzifəsinə seçilmişdir.
6. Bununla yanaşı iş materiallarından görünür ki, X idarə heyəti üzvlərinin 01 aprel 2019-cu il tarixli protokolu ilə X12 “Məhsul” bağçılıq yoldaşlığı idarə heyətinin sədri vəzifəsinə seçilmişdir.
7. Türkan bələdiyyəsi tərəfindən verilmiş 17 noyabr 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 Türkan qəsəbəsi Kənd Təsərrüfatı Nazirliyi Yodaşlıq-bağçılıq ünvanında sənədsiz və müvəqqəti qeydiyyatsız yaşayır.
8. Türkan Bələdiyyəsi tərəfindən verilmiş 01 may 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Türkan qəsəbəsi Aqroprom bağlar massivində müvəqqəti qeydiyyatsız yaşayır. 9. “xxxx” ASC tərəfindən verilmiş 16 may 2017-ci il tarixli texniki şərtdən görünür ki, Cavabdeh1 müraciəti əsasında onun Xəzər rayonu, Türkan qəsəbəsi Aqroprom bağlar massivində yerləşən fərdi yaşayış evində su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərt verilmişdir. 10. “xxxx” ASC tərəfindən verilmiş 408258 nömrəli protokoldan görünür. ki, Cavabdeh1 Türkan qəsəbəsində yaşadığı ünvana işıq sayğacı quraşdırılmışdır. 11. “SOCAR” tərəfindən verilmiş ******* nömrəli aktdan görünür ki, Cavabdeh1 Türkan qəsəbəsində yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır.
12. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 sentyabr 2018-ci il tarixli mütəxəsis rəyində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda aşkar olunan 9/459 saylı, 22.08.1988-ci il tarixli qərarının (qərarda 13.05.1987-ci il tarixli, 176 saylı qərarına istinad edilir) və keçmiş “Türkan” üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin cizgisinin surəti əlavə edilmişdir. Koordinatı müəyyən edilmiş sahə “X bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisidir. 1 sa ylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin qərb qonşusu 209a, şərq qonşusu 217 saylı bağdır. Mübahisələndirilən torpaq sahəsində naturada tikinti mövcuddur, lakin sözügedən tikintinin təyinatını müəyyən etmək səlahiyyətlərinə aid olmaması səbəbindən cavablandırmaq mümkün olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən koordinatı təqdim edilmiş 209 saylı sahə qeydiyyatdan keçməmişdir. Həmin sahənin qərb tərəfindəki qonşu bağ isə 209a nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir.
13. Məhkəmə mühəndis-texniki ekspertizasının 31 oktyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş materiallarındakı məlumatlara və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Rey estri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəsis rəyinə əsasən, qərardadın suallarına dair nəticələr nəticələr aşağıdakı kimi müəyyən edilir: Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli, 176 saylı qərarına əsasən X17 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəsislərin mədəni istirahətini, eləcə də bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədi ilə, keçmiş “Türkan” üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi ayrılmışdır. Koordinatı müəyyən edilmiş sahə X bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisidir. Elektron kadastr baza məlumatlarına əsasən 209 saylı sahənin qərb qonşusu 209a, şərq qonşusu 217 saylı bağ sahəsidir. Mübahisəli 209 saylı torpaq sahəsində tikili (bina) mövcuddur. “Türkan” üzümçülük sovxo zu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin 209 saylı ərazisində 1987-1988-ci ildə X üçün inzibati binanın (tikilinin) inşa olunub-olunmaması barədə hər hansı bir məlumat mülki iş materiallarında olmadığından, 209 saylı sahədə mövcud tikilinin (binanın) X üçün inşa olunmuş inzibati binanın olub-olmamasını müəyyən etmək mümkün deyildir. Elektron kadastr baza məlumatlarına əsasən koordinatı təqdim edilmiş 209 saylı sahə qeydiyyatdan keçməmişdir. Həmin sahənin qərb tərəfindəki qonşu bağ isə 209a nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdikləri inzibati binadan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarına əsasən, X17 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərin mədəni istirahətini, eləcə də, bağçılıq və bostançılığı inkişaf etdirmək məqsədi ilə keçmiş Türkan üzümçülük sovxozu ərazisindən 35.0 hektar torpaq sahəsi ayrılaraq hər biri 6 sot olmaqla, 504 nəfər torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahələrinin birində, 209 nömrəli sahədə 1987-88-ci ildə X üçün 3 otaqdan ibarət inzibati təsərrüfat binası tikilmişdir. Həmin binanın bir otağında X ofisi yerləşir. Digər iki otağını isə o, cavabdehlərin xahişi ilə müvəqqəti olaraq, heç bir təmənna olmadan onların istifadəsinə vermişdir. Razılaşmaya əsasən, ca vabdehlər qaldıqları müddət ərzində istifadə etdikləri işıq pulunu ödəməli idilər. Lakin cavabdehlər bir ildən artıq işıq pulunu ödəmədikləri üçün o, binanın işıq xəttini kəsdirmiş və onların binadan çıxarılmasını tələb etmişdir. Lakin cavabdehlər binadan çıxmaqdan imtina etmişlər.
16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli, 2(003)4970/2017 saylı qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia tələbi təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X Cavabdeh1 qanunsuz zəbt etdiyi inzibati binadan çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, X Azərbaycan Respublikası Vergilər Nazirliyində hüquqi şəxsləriin dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyindən və A zərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olduğundan, onun iddia qaldırman hüququ yoxdur. Bundan başqa iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi bağçılıq yoldaşlığının sədri X1 üzümçülük sovxozu ərazisindən 504 nəfərə ayrılmış torpaq sahələrinin birində, 209 saylı sahədə X üçün inzibati binanın inşa edildiyi qeyd etsə də, həmin binanın kimin torpaq sahəsində inşa olunmasını, həmin binanın hüquqi rejimini müəyyən edən və həmin binanın X məxsus olmasını sübut edə bilmədi və bununla bağlı heç bir sənəd məhkəməyə təqdim etmədi.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 180.1-ci, Mülki Prossesual Məcəllənin 77.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki bir inci icraat
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)-2710/2018 saylı qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli, 2(003)-4970/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən X məxsus 209 nömrəli torpaq sahəsindəki inzibati binadan çıxarılması, ekspertiza tətqiqatının dəyəri olan 100 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
21. Apellyasiya in stansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı X cavabdehlərə qarşı qanunsuz zəbt etdikləri inzibati binadan çıxarılmalarına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmadığı qənaəti əsassız olmaqla, həm də başa düşülən deyildir. Çünki, elə işdə olan Kənd Təsərrüfatı Nazirliyinin 08 noyabr 2017-ci il tarixli, 13/12-081985 nömrəli məktubunda 1987-ci ildə yaradılmış X hal-hazırda fəaliyyət göstərdiyi dəqiq göstərilmişdir.
22. İkincisi, «X Vergilər Nazirliyində hüquqi şəxslərin dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyindən və Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olduğundan onun iddia qaldırmaq hüququnun olmadığını göstərsə də, iddiaçının hansı əsasla Vergilər Nazirliyində qeydiyyatdan keçməli ol duğunu və Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olması, nəyə görə onun iddia qaldırmaq hüququnu məhdudlaşdırdığını açıqlamamışdır.
23. Üçüncüsü, həm işdəki sənədlərdən, həmdə apellyasiya baxışı zamanı alınmış ekspert və mütəxəssis rəyləri ilə koordinatı müəyyən edilmiş sahənin X bölgü sxeminə əsasən 209 saylı sahənin ərazisi olduğu, mübahisəli 209 saylı torpaq sahəsində tikili (bina) mövcud olduğu təsdiqlənmişdir. «Türkan» üzümçülük sovxozu ərazisindən ayrılmış 35,0 hektar torpaq sahəsinin 209 saylı ərazisində 1987-1988-ci ildə X üçün inzibati binanın (tikilinin) inşa olunması isə işin mübahisəsiz halıdır. Çünki, inzibati binaya və onun hüquqi rejiminə dair sənədlər işdə olmaqla yanaşı, cavabdehlər də həmin binanın mövcudluğunu və özləri yaxud hansısa şəxs tərəfindən inşa olunmasını mübah isələndirmirlər. Hətta, Kənd Təsərrüfatı Nazirliyinin cavabdehlərin həmin binada yaşamasına etiraz etmədiyini, yalnız iddiaçının razılaşmadığını bildirirlər. Belə olan vəziyyətdə, birinci instansiya məhkəməsinin bu mövqeyi başadüşülən olmamaqla, həm də ziddiyyətlidir.
24. Dördüncüsü, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsindəki yerləşən inzibati binanın iddiaçıya aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birin ci nstansiya məhkəməsi tərəfindən araşdırılmadan düzgün olmayan yekun nəticəyə gəlinmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Qətnamədən Cavabdeh1 kassasiya şikayətləri vermişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-783/2020 saylı qərarı ilə (hakimlər – S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)-2710/2018 saylı qətnaməsi kassatora aid hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfin ha zırki iddanı qaldırmaq üçün tələb olunan subyektiv hüququnun olması ilə bağlı gəldiyi qənaət qanuni olsa da, məhkəmə kassatorun çıxarılması tələb edilən tikilinin iddiaçıya məxsusluğunun müəyyən edilmədiyi halda tərəflərdən hansının vəsaiti hesabına inşa edilməsindən ibarət işin mühüm əhəmiyyət kəsb edən hallara qiymət vermədən iddianın təmin edilməsindən ibarət nəticəyə gəlməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
28. Halbuki, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Kons titusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
29. Kassasiya kollegiyası hesab etmişdir ki, cavabdehlər uzun illər məhz iddiaçı tərəfin icazəsi ilə həmin yerdə məskunlaşıb yaşadıqlarından onların yaşadıqları tikilinin kimin vəsaiti hesabına inşa edilməsinin, habelə cavadehlər tərəfindən inşa edildiyi halda buna iddiaçı tərəfin razılığı ilə edilib-edilməməsi iş üçün əhəmiyyətlidi r.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
31. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür.
32. Kollegiya hesab etmişdir ki, göstərilən vəziyyətdə mübahisənin tikilinin yalnız iddiaçının torpaq sahəsində inşa edilməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehlərin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
33. Çünki, işə baxan məhkəmələrin müəyyən etdiyi hallardan görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfə ayrılsa da, iddiaçı tərəfindən cavabdehlərə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildir ilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər.
34. Azərbaycan Respublikasında yaşayan bütün insanların layiqli həyat səviyyəsini təmin etmək niyyəti Azərbaycan Respublikası Konstitusiyası ilə bəyan olunmuşdur.
35. Cavabdeh tərəfin yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin iddiaçı tərəfin razılığı ilə inşa edilərək onların həmin tikilidə uzun illər yaşadığının müəyyən edildiyi halda kassasiya şikayəti vermiş cavabdehin heç bir təminat olmadan və hər hansı ədalətli kompensasiya ödənilmədən çıxarılması və faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5044/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) iddiaçı X tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli, 2(003)- 4970/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəm ənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlməmişdir.
38. Belə ki, iddiaçının mübahisələndirilən hissədə iddianı qaldırmaq üçün subyektiv hüququ vardır.
39. Bundan başqa iddiaçı tərəf dəfələrlə təklif olunmasına baxmayaraq, ona ayrılmış torpaq sahəsində tikilinin ona məxsus olması ilə bağlı sübutlar təqdim etməmişdir.
40. Əksinə işin halları ilə müəyyən olunur ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı tərəfə ayrılsa da, iddiaçı tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və cavabdeh özünün mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etməklə, tikinti işləri aparmaqla, yaxşılaşdırmalar etmişdir.
41. Belə olan halda cavabdehin heç bir təminat olmadan və hər hansı ədalətli kompensasiya ödənilmədən çıxarılması və faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi kollegiyaya görə Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir.
42. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir.
43. Həmin qərarda insanla rın illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzi, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqəlar yaratmaq və sosial həyat qurmasına imkan vermişlər.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasına da əsas kimi göstərmişdir.
46. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi ist ifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Önəryıldızın Türkiyəyə qarşı” qərarında da öz əksini tapmışdır.
47. Məhkəmə həmin qərarında hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq İnsan Hüquqları Haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
48. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia nın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin razılığı ilə cavabdehlərin mübahisəli tikiliyə buraxılmasını qeyd etsə də, iş materiallarında mübahisəli tikilidə cavabdehlərin yaşamasına icazə verilməsini təsdiq edən sübutların olmadığını nəzərə almamışdır. Belə ki, mübahisəli torpaq sahəsi və tikili Kənd Təsərrüfatı Nazirliyinə məxsus olmaqla X sahibliyində və istifadəsindədir və X3 şifahi razılığı cavabdehlərə mübahisəli tikilidə yaşamaq hüququ verilməsinin əsası ola bilməz
50. Bundan başqa mübahisəli torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinə məxsus olduğundan və X hüquqi şəxs olmadığından Kənd Təsərrüfatı Nazirliyi əsl iddiaçı kimi işə cəlb edilməli idi. Lakin apelyas iya instansiyası məhkəməsi bu hala düzgün qüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
52. İddiaçının nümayəndəsi X12 və vəkili Vəkil izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
53. Cavabdeh1 və vəkili X5 izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
54. Cavabdeh X10 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddə sinə əsasən onun izahatı dinlənilməmişdir Kassasiya baxışının hədləri
55. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
56. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğv ini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Torpaq Məcəlləsi
59. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. (maddə 55)
60. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahəl əri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. (maddə 67)
61. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (maddə 111) Mülki Prossesual Məcəllə
62. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
63. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
64. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
65. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
66. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
67. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
68. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi daxil olmaqla Abşeron rayonu Türkan üzümçülük sovxozu ərazisindən 35,0 hektar torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il tarixli 176 nömrəli qərarı ilə X deyil X17 Komitəsi, indiki Kənd Təsərrüfatı Nazirliyində işləyən mütəxəssislərə ayrılmışdır. X isə həmin torpaq sahələrinin qanuni istifadəçilərinin yaratdığı ictimai birlikdir. Ona görə də cavabdehlərin 209 saylı bağ sahəsindən çıxarılmasını tələb etmək hüquq u X deyil, 209 saylı bağ sahəsinin qanuni istifadəçisinə aiddir.
71. Bundan başqa mübahisəli torpaq sahəsinin Kənd Təsərrüfatı Nazirliyinə məxsus olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında mübahisəli torpaq sahəsinin Kənd Təsərrüfatı Nazirliyinin mülkiyyətində olmasını təsdiqləyən sübutlar mövcud deyildir.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5044/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.