Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1770/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh: Cavabdeh İddia tələbi: mülkiyyətə edilən maneələrin aradan qaldırılması Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorlar İddiaçı1, İddiaçı2 və vəkilləri Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxx 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2018-ci il tarixdə İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında paylı mülkiyyət hüququ ilə onlara məxsus olan, ünvan 1 ünvanında yerləşən 0,3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikintinin (ev tikmiş və qarşısında əlavələr etmiş) onun hesabına sökülərək torpaq sahəsində Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il t arixli qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən 0,3803 ha torpaq sahəsindən İddiaçı1 payı torpağın 1/4 hissəsi, İddiaçı2 payı torpağın 1/4 hissəsi, İddiaçı3 payı torpağın 1/4 hissəsi və X2 payı torpağın 1/4 hissəsi müəyyən edilmişdir. Həmin qətnamədən Vaqif Əliyevin nümayəndəsi şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni birgə mülkiyyətdə olan, ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində X2 payının müəyyən edilməsi hissəsində ləğv edilmiş və hissə qətnamədən xaric edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və həmin qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda iddiaçıların ¼ hissə payları göstərilsə də, Vaqif Əl iyevin sadəcə adı qeyd edilmiş, lakin payı göstərilməmişdir. Həmçinin iddiaçılar sözügedən torpaq sahəsində olan paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişlər, lakin payların naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, iddia tələbləri təmin edilməmişdir. ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsi, iddiaçıların və X2 paylı mülkiyyəti olaraq qalmışdır. X1 vəfat etmişdir. Onun oğlu Cavabdeh iddiaçıların mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində heç bir hüququ olmadan qanunsuz tikinti işləri aparmışdır. İddiaçılar Cavabdeh onlara məxsus torpaq sahəsində aparılmış tikintinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb etsələr də, sonuncu qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də, paylı mülkiyyət hüququ ilə iddiaçılara və mərhum X3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 0,3803 ha torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikintinin (ev tikmiş və qarşısında əlavələr etmiş) onun hesabına sökülərək torpaq sahəsində Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmalıdır. İş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, tədqiq olunan ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunduğu müəyyən olunmuşdur. Lakin, İddiaçı1, İddiaçı2, İddiaçı3 payları ümumi sahə dən ayrılmadığını və sərhəd hasarı olmadığını nəzərə alaraq, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin İddiaçı1 payına düşən ¼ hissədə, İddiaçı2 payına düşən ¼ hissədə və İddiaçı3 payına düşən ¼ hissədə inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Malik Abdullayev küçəsi 8 ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə bitişik sahəsi 68.2 kv.metr, (2.3x2.7m, 4.0x4.5m və 5.5x8.0m) talvar və həyətyanı torpaq sahəsinin qarşısında sahəsi 12.5 kv.metr (1.9x1.9m, 2.0x3.0m və 1.5x1.9m) yardımçı tikililər inşa olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-30/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi i lə (hakim H.S.Mirzəliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən, tədqiq olunan ünvanda yerləşən 0.3803 ha torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evi inşa olunduğu müəyyən olunmuşdur. Lakin, İddiaçı1, İddiaçı2, İddiaçı3 payları ümumi sahədən ayrılmadığını və sərhəd hasarı olmadığını nəzərə alaraq, Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 torpaq sahələrinin öz paylarına düşən hissəsindən istifadə etməsinə maneçilik yaradıb-yaratmama sını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1697/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, A.A.Mahmudov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdi rilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməni qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorlar və vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi m üstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericil iyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görə əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydaların ı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddiaçıların apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1770/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1770/2021
10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver