Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1770/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarş (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti cəlb olunmaqla) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Ba nk Olmayan Kredit X2 Cəmiyyəti cəlb olunmaqla) “protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-685/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri 28 saylı Notariat Kontoru tərəfindən 8İ-4279 nömrə ilə 08 sentyabr 2022-ci il tarixində "xxxx" BOKT MMC ilə X1 arasında bağlanmış 2021/00879-İP nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 41.287,54 manat əsas borc, 12.156,77 manat faiz borcu, 18.060,00 manat dəbbə pulu, həmçinin 25 ma nat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu (haqq) olmaqla, cəmi 71.529,31 manat məbləğində borcun tutulması, həmçinin tutumanın ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzilə yönəldilməsi barədə icra qeydi aparılmışdır.
2. Qiymətləndirmə üzrə hesabata əsasən əmlakın ilkin satış qiyməti 270.000 manat məbləğində müəyyən edilmişdir.
3. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2022-ci sifarişi (Bakı şəhəri 28 saylı Notariat Kontorunun 4279 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar (xx.xx.2023-cü il və xx.xx.2023-cü il) keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün ipoteka predmeti daha sonra ipotek a saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, nəticədə xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə müqaviləyə əsasən, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin 29/28 saylı mənzili 172.125 manata "xxxx" BOKT MMC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə bundan sonra cavabdeh və ya Hərrac Mərkəzi) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra üçüncü şəxs və ya Kredit Təşkilatı)) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Hərrac Mərkəzinin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 463/22 nömrəli protokolunu ləğv edərək, hərracın etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, hərracın qiymətləndirməsi qeyri-obyektiv aparılmış, real bazar qiymətləri lazımi səviyyədə nəzərə alınmamış, mənzil real bazar qiymətindən aşağı məbləğdə satılmışdır. Həmçinin hərrac qanunvericiliyə uyğun olaraq keçirilməmişdir. Belə ki, hərracın keçirilməsi barədə bildiriş ona göndərilməmişdir. Protokolda keçirilən iki hərracın baş tutmadığı qeyd edilmiş, lakin hərracın keçirilməsindən onun xəbəri olmamış, bu barədə rəsmi bildiriş ona çatdırılmamışdır. Odur ki, mənzilin real bazar qiyməti ndən aşağı satılması, eləcə də hərracın keçirilməsinin qanunvericiliyin tələblərinə zidd olaraq keçirilməsi səbəbindən hərrac etibarsız sayılmalıdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinə əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə sorğu göndərilmiş və onların fikri ilə işin qeyri-müəyyən olduğu öz əksini tapmışdır. Şəxsi mənzilin satılması prosessual normaların pozuntusu ilə baş vermişdir. Hərracın yekun protokolunda isə hərracın sifarişçisi İcra Şöbəsinin nə möhürü, nə imzası var. Qeyd olunanlardan görünür ki, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Hərracın yekununa dair protokolda əmlakın Kredit Təşkilatı tərəfindən 172.125 manata alınması qeyd e dilsə də, Kredit Təşkilatı heç bir ödəniş etməmiş, yalnız Hərrac Mərkəzinə 5% xidmət haqqı ödəmiş, nə tərəfin pulu ödənilməmiş, nə Daşınmaz Əmlakın Dövlət Reyestrində bu əmlakla bağlı hər hansı əməliyyat aparılmamış, nə də İcra İdarəsinə ödənişlər edilməyib. Protokol natamamdır, formal olaraq bağlanmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-3186/2023 nömrəli, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, hərrac mərkəzi qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildirişlər göndər miş, hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hərracın keçirilməsi haqqında Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 212061/2022-xx-xx/2227 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu Hərrac Mərkəzinə daxil olmuş və Hərrac Mərkəzi tələbkar Kredit Təşkilatı və borclu İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 212061/2022-xx-xx/2227 saylı, xx.xx.2022-ci il tarixli şifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzilin xx.xx.2023-cü il tarixdə, saat 11:00-da ilkin hərrac, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya xx.xx.2022 və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada poçt vəsitəsi ilə bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə sms-bildiriş göndərilmişdir. Bununla yanaşı, hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir. Hərrac Mərkəzinin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Hərrac Mərkəzi cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında yerləşən 29/28 saylı mənzilini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Kredit Təşkilatı həmin əmlakı 172125 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 463/22 say lı, 10 fevral 2023-cü il tarixli Protokola əsasən, sözü gedən ev tələbkar Kredit Təşkilatına 172.125 manata satılmasına dair, Hərrac Mərkəzi ilə Kredit Təşkilatı arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı 212061/2022-16-12 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Bakı Şəhəri 28 saylı Notariat Kontorunin 4279 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ipoteka qoyan ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən (3 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan) əmlaka tutma yönəldilməsi qeyd edilmişdir. Kredit Təşkilatı ilə Nigar Sadıxova arasında bağlanmış öhdəliyi müəyyən edən 2021/00879-İP nömrəli, xx.xx.2021-ci il tari xli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 41.287,54 manat əsas borc, 12.156,77 manat faiz borcu, 18.060 manat dəbbə pulu, həmçinin 25 manat tələbkar tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi tutulmalı olan məbləğ 71.529,31 manat təşkil edir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar və bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda icra məmurunun icraata başlamaq haqqında qərar və bildirişi borcluya xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən (3 otaqlı, ümumi sahəsi 82,7 kv.m. olan) əmlakın qiymətləndirilməsini təşkil etmək üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məktub ünvanlanmışdır və əmlaka 270.00 0 manat likvid dəyər müəyyən edilmişdir. Sözügedən əmlakın hərrac vasitəsilə satışını təşkil etmək üçün xx.xx.2022-ci il tarixdə Hərrac Mərkəzinə məktubla müraciət olunmuşdur. Borclu İddiaçı məxsus əmlakın hərrac vasitəsilə satışının keçirilməsi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə təyin edilmişdir. Hərracın nəticəsi ilə bağlı Hərrac Mərkəzinə və tələbkar banka müxtəlif tarixlərdə müraciət olunmuşdur. Lakin borcluya məxsus əmlakın satılıb-satılmaması, o cümlədən tələbkar Bank tərəfindən əmlakı balansa götürülüb-götürülməməsi və borcluya ödəniləcək pul vəsaiti ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır.
10. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə y etirmiş, bu barədə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Market” reklam və elanlar qəzetində elan verilmişdir.
11. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC cəlb olunmaqla cavabdeh Hərrac Mərkəzinə qarşı protokolun ləğvi və hərracın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.2, 43.3, 43.7, 43.8-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53. 2, 61.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hərracın keçirilməsindən xəbəri olmamış, həmçinin İcra İdarəsi hərracın keçirilməsi ilə bağlı onu məlumatlandırmamışdır. Bunların dəlili olan bildirişlər məhkəməyə sübut kimi təqdim edilsə də, bildirişlərə çəkilən imzanın iddiaçıya məxsus olmasını məhkəməyə sübuta yetirə bilməmişdir. Buna baxmayaraq məhkəmə şübhəli və natamam dəlil i sübut kimi qəbul edərək ona müsbət hüquqi qiymət verməklə cavabdehin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə qərar çıxararkən onun hüquqlarını nəzərə almamış, birtərəfli mövqedə olaraq qanunsuz qətnamə qəbul etmişdir. O, müqavilə öhdəliklərinin fərqindədir, bu müqavilə üzrə öhdəliklərindən məlumatlıdır. Lakin keçirilən hərrac qanuna zidd şəkildə təşkil olunmuş, mülkiyyətçi olaraq onun hüquqları məhdudlaşdırılmışdır. Mübahisəli məsələ ilə bağlı ekspert rəyinə ehtiyac olduğu halda məhkəmə bəzi yaranmış sualların izahını vermək üçün iş üzrə ekspert təyin etməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş bildirişlərə çəkilən imzanın ona məxsus olub-olmamasını müəyyənləşdirmək üçün ekspert rəyi mütləq idi. Halbuki həmin imzaların kim tərəfindən çəkilməsi belə qeyri-müəy yəndir. Apellyasiya instansiyası birinci instansiya məhkəmə tərəfindən işin araşdırılmayan məsələlərinə aydınlıq gətirmək üçün məhkəmə ekspertizası təyin edə bilər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-685/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnmasəi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, mübahisənin fak tiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətindəki dəlili ondan ibraətdir ki, o, hərrac barədə məlumatsız olmuş, hərrac qanunvericiliklə müəyyən edilmiş qaydaları pozulmaqla keçirilmiş, bildirişlərdəki imzalar onun tərəfindən icra edilməmiş, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etməkdədir. Lakin iş materiallarından müəyyən edilir ki, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericilik lə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Halbuki məhkəmənin istinad etdiyi maddi hüquq normalarının mənasına görə hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də, əsasında aparılmış qeydlər də öz növbəsində etibarsız hesab olunur. Qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının y aşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
18. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, cavabdeh Hərrac Mərkəzi tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır.
19. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə cavabdeh Hərrac Mərkəzi tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmiş, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 337.1, 415, 416-cı, “İpoteka haqqında” Qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək və ya yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə həyata keçməsinə kömək göstərilməli olduğu halda, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazı mi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Cavabdehin nümayəndəsi və vəkili Anar İmamverdiyev iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edi lməsi üsuludur.
25. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
26. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini a çıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
27. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
32. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əml akın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
33. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
34. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
36. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
37. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
38. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi interne t saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiyməti nin 5 faizi məbləğində beh ödəməlidir.
39. Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.
40. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Res publikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
41. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.
42. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsas ında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
43. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxl ayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
44. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
45. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində prot okol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
46. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
47. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.
48. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətlənd irici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
49. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.
50. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələb kara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
51. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
52. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı məhkəmə icraçının sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
53. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. İddiaçı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessu al hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkə məsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
73. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-685/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.