Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1772/2023 16.03.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7412/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(001)-4399/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ümumilikdə 27694 manat pulun tutulması barədə iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2886/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə təmin e dilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5042/2022 nömrəli, xx.xx.2022-ci il qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2886/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün mülki iş apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7412/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 3500 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh (Vəkil1) kassasiya şika yəti verib, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7414/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbi 27694 manat həddində olmuş, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, cavabdehdən 3500 manat pulun tutulmasını qət etmişdir. İddiaçı bu məbləği mübahisələndirməyərək, iddianın rədd edilən hissəsindən şikayət verməyib. Qətnamədən iddianın təmin edilən hissəsində cavabdeh kassasiya şikayəti verib. Nəzərə alın sa ki, apellyasiya məhkəməsi iddianı 3500 manat hissədə təmin edib, belə olan halda cavabdehin hazırda kassasiya şikayətində mübahisələndiridiyi hissə 3500 manat olmaqla 5 min manat həddi keçmir. Buna görə də qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya inst ansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayət inin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (Vəkil1) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7412/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1772/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1772/2023
16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver