Məhkəmə qərarları › İş №2(102)-1778/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1778/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1778/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı əsassız əldə etdiyi pulun, bu pula hesablanmış faizin və mənəvi zərərin ödənilməsi tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanmaya görə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X30 oğlunun katibliyi, İddiaçının vəkili X3, Cavabdeh, onun vəkilləri Vəkil2 və Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2016/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçının qızı X17 cavabdehin oğlu Cəmil Cavabdeh oğlu ilə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzilinə gəlin köçmüşdür. İş materiallarının 12-ci vərəqində olan 05 iyul 2015-ci il tarixli “Sözləşmə”yə əsasən ailə quran uşaqları üçün “xxxx” MTK-dan Dadaş Bünyadzadə küçəsindəki 5 saylı binanın 55-ci mənzilinin alınması məqsədilə Cavabdeh İddiaçı 34500 manat pul almışdır. Cavabdeh həmin “Sözləşmə”yə imza edərək göstərilən pul məbləğini almasını imzası ilə təsdiq etmişdir. “xxxx” MTK ilə Cavabdeh arasın da 12 iyul 2015-ci il tarixli 11 saylı kooperativ mənzil istehlak haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsindəki 5 saylı binanın 55-ci mənzilini Cavabdeh satmışdır. Həmin mənzil hazırda sonuncunun mülkiyyətindədir. X1 ilə X2 arasındakı nikah 19.10.2016-cı il tarixdə pozulmuşdur. Daha sonra Cavabdeh X8 həmin mənzildən çıxarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin 05 fevral 2018-ci il tarixli 2(004)-973/2018 saylı qətnaməsi ilə X1 rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsindəki 5 saylı binanın 55-ci mənzilindən çıxarılmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2(103)-4832/2018 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışd ır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında həmin mülki işə baxılarkən 05.07.2015ci il tarixli “Sözləşmə”dəki imzanın Cavabdeh tərəfindən icra edilməsini aydınlaşdırmaq məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının 29 iyun 2017-ci il tarixli rəyi ilə həmin “Sözləşmə”də “aldım” sözü qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı əsassız əldə etdiyi pulun, bu pula hesablanmış faizin və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonralar iddia tələbində dəqiqləşdirmələr aparmaqla Cavabdeh 34500 manat pulun, cavabdehin hərəkətləri nəticəsində məruz qaldığı psixolo ji iztirab və mənəvi ziyana görə 10000 manat məbləğində mənəvi zərərin və 05.07.2015-ci il tarixdən etibarən qətnamənin çıxarılacağı günə qədər illik 5 faiz olmaqla əldə edilən 7513 manat 32 qəpik faiz məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qızı X2 Cəmil Azad oğlu ilə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzilinə gəlin köçmüşdür. O, gəlin gedərkən cehiz əşyalarını həmin mənzilə aparmışdır. Onların bu nikahdan qızları 2011-ci ildə X12 və 2015-ci ildə X13 dünyaya gəlmişdir. Bir müddət sonra qızının həyat yoldaşı X26 hərbi xidmətə getmiş və bu zaman qızı X18 gecəl ər həyat yoldaşının valideynlərinin yaşadığı mənzilə, yəni Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, 41 saylı evin 45 saylı mənzilinə getmiş, səhərlər isə yenidən Qaradağ rayonu, Sahil qəsəbəsi, E. Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzilinə qayıtmışdır. 2011-ci ildə X26 hərbi xidmətini bitirib gəlmiş və 2015-ci ilə kimi qızı ailəsi ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, E. Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzilində yaşamışlar. X14 iş yeri Bakı şəhərində olduğu üçün onun işə gedib-gəlməsi çətinlik törədirdi. Bu zaman qızının həyat yoldaşının valideynləri fikirləşib ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, E. Quliyev küçəsi, 50 “A” saylı evin 69 saylı mənzili satıb və ondan əldə edilən pul ilə Bakıda, qızının həyat yoldaşının işinə yaxın bir yerdə ev alsınlar. Sö zügedən mənzil satıldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Bünyadzadə küçəsi, 5 saylı evin 55 saylı mənzili tapmışlar. Onlar həmin mənzilin alınması ilə bağlı pulu tamamlaya bilmədiklərindən ondan 35000 manat məbləğində pul istəmişlər. O, 20.000 manat özündə olan və qalanını X10 borc alıb 05.07.2015-ci il tarixdə 34500 manat məbləğində pulu Cavabdeh vermişdir. Bununla bağlı onların aralarında X18 və X14 adına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Bünyadzadə küçəsi, 5 saylı ev saylı mənzilinin alınması üçün 34500 manat məbləğində pulun ona verilməsinə dair sözləşmə imzalanmışdır. Ev alındıqdan sonra qızı ilə həyat yoldaşı arasında ailə münasibətləri pozulmuş, qızının bütün səylərinə baxmayaraq onların nikahı 19.10.2016-cı il tarixdə ləğv o lunmuşdur. Qızı nikahına xitam verildikdən sonra da həmin mənzildə uşaqları ilə birlikdə yaşamaqda davam etmişdir. Sabiq qayınatası yəni hazırkı iş üzrə Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qızının cehizləri ilə birlikdə evdən çıxarılmasına dair iddia qaldıranadək yaşadıqları mənzilin Cavabdeh adına alındığını bilməmişdir. Çünki mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi qızından xəbərsiz həyata keçirilmişdi. Sonralar ona məlum olmuşdur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Bünyadzadə küçəsi, 5 saylı evin 55 saylı mənzilinin X8 və X14 adına alınmasına dair ondan 34500 manat məbləğində pul alınmasına baxmayaraq onu aldadaraq həmin mənzilin alqı-satqısını öz adına rəsmiləşdirmişdir. O, 34500 manat məbləğində pulu Cavabdeh yalnız və yalnız Bakı şəh əri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Bünyadzadə küçəsi, 5 saylı evin 55 saylı mənzilin X8 və X14 adına alınması üçün vermişdi. Cavabdeh ondan aldığı 34500 manat pulu ona qaytarmalıdır. Cavabdeh iddiaya qarşı etiraz edərək qeyd etmişdir ki, İddiaçı istinad etdiyi “Sözləşmə” saxta olduğu üçün mötəbər sübut vasitəsi kimi qiymətləndirilə bilməz. X5 qarşı mənzildən çıxarılma barədə iddiasına baxıldıqda istinad olunan “Sözləşmə” barədə ekspertiza keçirilsə də, ekspert rəyi həqiqəti əks etmir. Belə ki, ona iş yerindən verilən arayışla təsdiq olunur ki, o, 05 iyul 2015-ci il tarixdə saat 15:50 radələrindən 06 iyul 2015-ci il tarixdə saat 1:25 radələrində kimi işdə olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X9 öz ifadəsində bildirdi ki, o, Cavabdeh ilə neçə illərdir birli kdə işləyir, 2015-ci il iyul ayının 5-i saat 15:30-dan gecə saat 02-yə kimi onunla bir yerdə olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X9 öz ifadəsində bildirdi ki, o, qaynaqçı Cavabdeh ilə uzun müddətdir ki, bir növbədə işləyir. 05 iyul 2015-ci il tarixdə saat 15:30-dan gecə saat 02-yə kimi onunla bir yerdə olmuşlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X9 öz ifadəsində bildirdi ki, o, Cavabdeh ilə uzun müddətdir ki, bir növbədə qaynaqçı işləyir. 05 iyul 2015-ci il tarixdə saat 16:30-dan onunla bir növbədə işləmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 14 noyabr 2019-cu il tarixli 2(002)-1138/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 34500 manat əsassız əldə etdiyi pul, 05.07.2015-ci il tarixdən başlayaraq, qətnamənin çıxarıldığı tarixədək həmin məbləğə illik 5 faizlə hesablanmış 7513,32 manat faiz borcu, 500 manat məbləğində mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 42543,32 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı 05 iyul 2015-ci il tarixli “Sözləşmə” ilə aldığı 34500 manat pulu həyata keçirilməmiş əsasla əldə edildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh 05 iyul 2015-ci il tarixdən hesablanmaqla, 34500 manat pul üçün illik 5% faizlə İddiaçı əlavə 7513,32 manat ödəməlidir. Məhk əmə mənəvi zərərin tutulması ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh ailə quran övladları üçün mənzil almaq məqsədi ilə 34500 manat pul verməsi, lakin Cavabdeh həmin puldan nəzərdə tutduqları məqsədlə istifadə etməməsi, bundan sonra İddiaçı qızı X8 Cavabdeh adına alınmış mənzildən çıxarılması halları İddiaçı mənəvi sarsıntısına səbəb olmaqla ona mənəvi zərər vurmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı bu tələbi qismən 500 manat məbləğində təmin edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1091.1, 1091.2, 1092, 449, 445.7, 449.1, 449.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2019-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələb inin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Raqib Qurbanov sədrlik edən və məruzəçi, Cahangir Yusifov və Vüsalə Baxışova) 2(103)-2016/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1138/2019 saylı mülki iş üzrə qəbul etdiyi 14 noyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni 05.07.2015-ci il tarixdən başlayaraq, qətnamənin çıxarıldığı tarixədək həmin məbləğə illik 5 faizlə hesablanmış 7513,32 manat faiz borcu və 500 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməm əsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən 34500 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, faiz borcunun və mənəvi zərərin əvəzinin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən həmin hissələrdə iddia rədd edilməlidir. Belə ki, cavabdehdən 34500 manat pulun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələb lərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, iş materiallarında olan 05 iyul 2015-ci il tarixli sözləşmədə qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı uşaqları X1 və X2 üçün Yasamalda satılan “xxxx” MTK-dan Dadaş Bünyadzadə küçəsindəki 5 saylı binanın 55 saylı mənzilin alınmasına görə 34500 manat pul al mışdır. Tərəflər arasında əvvəllər baş tutmuş iddiaçı Cavabdeh X11 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsində baxıldıqda İddiaçı iddiasının əsası kimi istinad etdiyi “Sözləşmə”də imzanın Cavabdeh tərəfindən icra edilməsini aydınlaşdırmaq məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2017-ci il tarixli rəyi ilə həmin “Sözləşmə”də “aldım” sözü qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Həmçinin hazırki apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında iş üzrə komisyon məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 avqust 2020-ci il tarixli 4/68 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən mülki işin 271-ci vərəqəsin ə tikilmiş zərfin içərisində olan 05 iyul 2015-ci il tarixli 34500 manat pula dair sözləşmədə “aldım” sözü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi 05 iyul 2015-ci il tarixli sözləşməyə əsasən iddiaçı uşaqları üçün mənzil alınması məqsədi ilə cavabdehə 34500 manat məbləğində pul vermiş, cavabdeh isə həmin vəsait hesabına uşaqların adına deyil, öz adına mənzil almış və bunun nəticəsində iddiaçının hesabına Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən “həyata keçirilməmiş əsas”la 34500 manat məbləğində əsassız varlanmışdır. Eyni zamanda kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, iddiaçı bildirir ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsində qızının cehizləri ilə bir likdə evdən çıxarılmasına dair iddia qaldıranadək yaşadıqları mənzilin cavabdehin adına alındığını bilməmişdir. Cavabdeh bu halı mübahisələndirmir. Eyni zamanda iş materiallarında da bunu təkzib edən hallar mövcud deyildir və hazırkı iddia həmin iş üzrə iddia verildikdən 2 il müddət keçmədən irəli sürülmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsində isə təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu baxımdan kollegiya hesab edir ki, 34500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd etmişdir ki, faiz borcunun tutulması hissəsində tələbin qanuni əsası nı Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Lakin hazırkı işdə həmin maddə tətbiq edilə bilməz. Çünki cavabdehin iddiaçı qarşısında hər hansı pul məbləğinin ödənilməsi öhdəliyi olmamışdır. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizləri tələb etmək hüququ yaranmamışdır. Ona görə də, həmin hissədə iddia təmin oluna bilməz. Həmçinin işin halları baxımından iddiaçıya mənəvi zərərin vurulması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq faiz borcunun və mənəvi zərərin tutulması hissəsində heç bir əsas olmadan iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair qeyd etm işdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9, X6 və X4 ifadələri və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “BOS ŞELF” tərəfindən verilmiş 09.04.2019-cu il tarixli arayışda Cavabdeh 05 iyul 2015-ci il tarixdə saat 15:30-dan sonra iş yerində olması faktını təsdiq edir. Belə olan halda isə həmin gün saat 15:30-dan əvvəlki saatlarda iddiaçı ilə görüşməsi və yuxarıda göstərilən sənədin imzalanması halı istisna olunmur. Məhkəmə hesab etmişdir ki, iş üzrə təkrar-komisyon məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi üçün də əsaslar mövcud deyildir. Belə ki, tərəflər arasında əvvəllər baş tutmuş iddiaçı Cavabdeh X11 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə verilmiş ekspert rəyinin və hazırkı iş üzrə verilmiş ekspert rəyinin düzgün olmaması qənaəti nə gəlmək üçün heç bir əsas yoxdur. Çünki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin rəyin qiymətləndirilməsi zamanı ekspertiza tədqiqatını aparan ekspertlərin təhsili, vəzifəsi və ekspertlərin iş stajı da nəzərə alınır. Cavabdehin təqdim etdiyi “xxxx” MMC tərəfindən verilmiş 07.02.2020-ci il tarixli 18 saylı ekspert rəyi isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir. Lakin hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 1092.1, 1091.1, 1091.2, 1095, 445.7, 21.2, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2016/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin edilib iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialının 119-cu səhifəsində olan məhkəmə iclas protokolunda İddiaçı Şahid oğlunun suallara verdiyi cavablar əks olunmuşdur. Həmin sual-cavabda ona verilən suallara cavab olaraq İddiaçı bildirir ki, “05 iyul 2015-ci il tarixdə saat 14:00-15:00 radələrində İnşaatç ılar metrosu yaxınlığında Azada 34500 manat pulu X15 yanında verdim” Bu cavabın özü də məhz işin faktiki halları ilə bağlı bir çox şeyi şübhə altına alır. 1-ci həmin saatda alınmış olsaydı belə o qədər yüklü bir məbləğlə Cavabdeh birbaşa işə getməsi mümkünsüz idi. Daha bir mümkünsüz vəziyyət isə Cavabdeh çalışdığı “Boş Şelf’ tərəfindən verilmiş arayışdan da göründüyü kimi (hazırki qətnamənin 4-cü səhifəsində öz əksini tapır) 15:30-da iş yerində olmuşdur. Belə olan halda şəxsi istifadəsinə avtomobil olmayan və ictimai nəqliyyatla iş yerinə gedən şəxsin həmin zaman aralığında iş yerinə çata bilməsi tamamilə absurddur. Lakin məhkəmə eyni səhifədə qeyd edir ki, “iddiaçının cavabdehlə 15:30-dan əvvəlki saatlarda iddiaçı ilə görüşməsi və yuxanda göstərilən sənədi imzalaması halı istisna olunmur” Bunu qeyd edərkən məhkəmə iddiaçının məhz məhkəmə iclas protokolundan qeyd etdiyi 14:00-15:00 radələrində qeyd etdiyi nüanslarla bağlı heç bir fikir bildirməmişdin təəccüblü deyil ki, həmin epizod üzrə dindirilmiş şahid də məhz saatla bağlı suallara cavab verməkdən yayınmışdır, (eyni protokol səhifə.120) Sədrlik edən isə ümumiyyətlə şahidə “sözləşmə”nin hansı formada yazılması, ümumiyyətlə yazılıbyazılmaması ilə bağlı heç bir sual verməmiş, bir növ işi məqsədli şəkildə sadəcə yekunlaşdırmaq istəmişdir. Yalnız bundan sonra İddiaçı hazırki iddia ilə guya ünvan 1 ünvanında yerləşən mənzilin X8 və X14 adına rəsmiləşdirmək şərti ilə cavabdehə 34.500 manat məbləğində pul verməsi barədə məhkəməyə müraciət etmişdir. Yəni övladlarının nikahının pozulması səbəbindən iki ailə arasında yaranmış mün aqişəyə görə iddiaçı cavabdehə qarşı əsası olmayan maddi və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsası kimi yeganə sübutu isə kim tərəfindən tərtib edilməsi və imzalanması məlum olmayan “sözləşmə” olmuşdur. İddiaçı həmin imzanın yalnız cavabdehə məxsus olmasını bildirmişdir. Lakin “sözləşmə”nin məzmunundan da göründüyü kimi həmin “sözləşmə” Cavabdeh tərəfindən yazılmamışdır. Əgər “sözləşmə” Cavabdeh tərəfindən yazılmış olsa idi onun xətti ilə yazılmış olardı. Bu isə həmin “sözdəşmə”nin saxta tərtib olunduğunu və Cavabdeh imzasının da oxşadıldığını göstərir. Bundan əlavə iş üzrə dindirilmiş şahidlərdə, eyni zamanda məhkəməyə təqdim olunan mübahisə edilən sözləşmənin imza edilməsi sənəd üzərində göstərilən tarixdə saxta olmasını təsdiq edən sübut kimi iş yerindən nəz arət- buraxılış məntəqəsində quraşdırılmış turniket sisteminin giriş-çıxış məlumatları barədə arayışı məhkəməyə təqdim edilsə də məhkəmə həmin sübuta ümumiyyətlə əhəmiyyət verməmiş, həmin sübutun digər sübutlarla təsdiq və ya təkzib edilməsini araşdırmamışdır. Belə ki, məhkəmə yalnız bir cümlə ilə bildirir ki, həmin sözləşmə iş vaxtından əvvəl də imzalanmış ola bilərdi. Ehtimallara əsaslanmaqla, iclas protokollarımda olan izahatlara, sual- cavablara diqqət yetirmədən mütləq ədalətin bərpası mümkün olmadığı kimi hazırki işdə öncəki qətnamələrdə və izahatlarda göstərilən nüanslara diqqət yetirilsə idi o zaman məsələnin mahiyyəti daha aydın bir şəkildə müəyyən ola bilərdi. Bundan əlavə iddiaçı bildirir ki, guya ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh adına sənədləşdirilməsindən uzun müdd ət xəbəri olmamışdır ki, onun qızı X1 və X2 rəsmi nikahda olarkən də, rəsmi şəkildə nikahlarına xitam verildikdən sonra da öz uşaqları ilə birlikdə orada yaşamağa davam etmişdir. Həmçinin həmin mənzilin Cavabdeh adına qeydiyyata alınması barədə qarşı tərəf heç bir şübhə yaratmamış və Yasamal rayon məhkəməsinin onun qızının evdən çıxarılmasına dair iddia qaldırdıqdan sonra həmin mənzilin aldığı andan cavabdehin mülkiyyətində olduğunu bildirmişdir. İddiaçının bu barədə olan mülahizəsi də əsassızdır. Belə ki, əgər iddiaçı pulun, alınacaq mənzilin X1 və X2un adına rəsmiləşdirilməsi üçün vermiş olsa idi, mənzilin alınmasında və kimin adına rəsmiləşdirilməsində həmin vaxt maraqlı olardı. Bunun edilmədiyi də yuxarıda göstərilən “sözləşmə”nin sonradan saxta tərtib olunduğunu və həmin pulun verilmə diyinə dəlalət edir. Məhkəmə təqdim olunmuş vəsatəti nəzərə almayaraq iş üzrə təkrar-komisyon məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi üçün də əsaslar mövcud olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş müstəqil ekspert tərəfindən verilmiş rəyə (X25 və Hüquq şirkəti - 07 fevral 2020-ci il tarixli rəy) şübhə ilə yanaşmış heç bir sübut kimi qəbul etməmiş, bunun əvəzində isə belə qənaətə gəlir ki, qeyd edilənlərin hazırkı iş üzrə verilmiş ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Halbuki həmin ekspert rəyini verən şəxsin 1990-cı ildən ekspert iş təcrübəsinə malik olması, SSRİ DİN-in X27 Akademiyasının ekspert- kriminalistika fakültəsinin məzunu olmasını da diqqətə almamışdır. Avqust 2020-ci il tarixli ekspert rəyini verən “ekspert” 201 9-cu ildən ekspert iş stajına malik olan şəxsdir. Bu isə öz növbəsində göstərir ki, 1-ci onun hazırki işə dair müstəqil şəkildə rəy verməyə iş stajı yetməməklə, özündən daha əvvəllər həmin mərkəzdə işləyən digər ekspertin rəyinin yanlış olmasını bildirmək kimi bir “imkari’ı mövcud olmamışdır. Buna əsasən də təkrar-komisyon ekspertizanın keçirilməsi ilə bağlı vəsatət kifayət qədər əsaslı olmasına baxmayaraq məhkəmə həmin ekspertizanın keçirilməsindən yayınmışdır. Bütün bunlar məhkəmənin qətnamələrinin işə səhlənkar yanaşması və iş üzrə nə işin faktiki halları, nə də maddi-prosessual hüququ normalarım düzgün tətbiq etmədən çıxarılan qətnamə olmasına dəlalət edir. Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh, onun vəkilləri Vək il2 və Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsin xahiş etmişdirlər. İddiaçının vəkili X7 məhkəmə kollegiyasının iclasınd kassasiya şikayətinə etiraz edərək iş apellyasiya instansiyası məhkəməsi məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (var lanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.“ Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlav ə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə“və“qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi m üstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermədiyindən cavabdehin kassasiya şikayətinə əsasən apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsi yalnız iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanıla hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübut un mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Hazırki iş üzrə iş üzrə mühüm əhəmiyyət daşıyan faktiki halların məhkəmə tərəfindən tam araşdırılmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasi ya məhkəməsi tərəfindənətraflı qiymət verildiyindən kassasiya məhkəməsi həmin dəlillər üzrə əlavə dəyərləndirmə aparmağa zərurət görmür. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2016/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar