Məhkəmə qərarları › İş №2(102)-1778/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1778/2025

31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1778/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, sökülməsi və.s) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh (Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, sökülməsi və.s” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-852/2025 nömrəli iş üzrə 24 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.1 kv.m olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.

2. İddiaçı MTK-nın nizamnaməsindən görünür ki, Kooperativ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmı ş İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Nazirlər Kabi netinin Qərarında qeyd edilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon icra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon icra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon icra Hakimiyyəti və Xəzər Rayon icra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə, mənzil fondunun yenilə nməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabma inşa ediləcək çoxmənzilli yaşayış binalan üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirsinlər.

4. İş materiallarında olan Bakı şəhər Binəqədi RİH Başçısının xx.xx.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində 1,2179 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamda İddiaçı MMC-yə Binəqədi rayonu, Azadlıq Prospekti 5,7,9 saylı yaşayış binalarının sökülməsi, sakinləri ilə qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək kirayə haqqının verilməsi və.s həvalə edilmişdir.

5. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər Binəqədi rayonu, Azadlıq prospekti və Zahid Qənbərov küçələrinin kəsişməsində yerləşən binanın tikintisi üçün NK qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina l ayihələrinə razılığın verilməsi və.s barədə razılığa gəlmişlər. Şirkət müqavilə üzrə üzərinə öhdəlik götürmüşdür ki, binaların tikinti üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək, müqavilələr imzalayacaqdır; yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək həmin sakinlərə yaxın ərazilərdə şəraitli müvəqqəti yaşayış yerləri üçün kirayə haqqı verəcəkdir; binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15-25 faiz artıq sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir; sakinlərə verilən sahələrin cəmi çıxıldıqdan sonra qalan sahənin 10 faiz təşkil edən hissəsini RİH-nin sərən camına verəcəkdir və.s. Həmin müqavilədə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini icra edənədək qüvvədədir.

6. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı MMC ilə Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilə və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 18 saylı sərəncamı hal-hazırda qüvvədədir və bağlanmış müqavilənin şərtlərinə əməl edilməsi tövsiyə edilir.

7. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsi ndə yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.

8. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli hesabatına əsasən, X7 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7-də yerləşən 23 saylı mənzilin bazar dəyəri 118.000 manat təşkil edir.

9. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 9/51xx-xx/4956 №li, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilin artırmasız içdəniçə sahəsi 64.2 m2 müəyyən olunur. Həmin mənzilin artırılmış hissəsinin içdən-içə sahəsi 39.55 m2 müəyyən olunur. Həmin mənzilə verilmiş xx.xx.2021ci il qeydiyyat tarixli **********73-05101-093004 reyestr nömrəli çıxarışa əsasən, X4 mülkiyyətinə verilmiş ümumi sahəsi 62. 1 m2 olan 23 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 85000,0 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, artırmalar nəzərə alındıqda 23 saylı mənzilin faktiki vəziyyət üzrə orta bazar dəyəri təqribən 142500,0 manat məbləğində müəyyən edilir. ünvan 2 ünvanına yaxın ərazilərdə yerləşən, yeni tikilən binalarda təmirli mənzillərin 1 m2 -nin dəyərinin təqribən 2200 manat, təmirsiz mənzillərin 1m2 -nin dəyərinin isə təqribən 1745 manat olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanına yaxın ərazilərdə yerləşən mənzillərin aylıq kirayə haqqı təqribən 450,00 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq məhkəmədən X7 məxsus ünvan 2 ünva nında yerləşən 23 saylı mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət 23 saylı mənzilinin yerində, çox mərtəbəli yaşayış binası olan 4 saylı evin/binanın 4-cü mərtəbəsində olan 407 saylı, 3 otaqlı yeni mənzilin, ümumi (oxdan-oxa) 104 m2, içdəniçə 94 m2 olan mənzilin cavabdeh X4 mülkiyyətinə verilməsi, mənzilin sahə nisbətlərinin əvəzləşdirilməsi nəticəsində 39.55 m2 sahənin hər kv.m üçün 1200 manat olmaqla cavabdehlərə 47 460 manat kompensasiyanın verilməsi, X7 hər ay ödənilməli olan 400 manat kirayə haqqı məbləğinin artırılaraq 450 manat olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Na zirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 1.2179 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir və bununla bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. "xxxx" MMC təşkilati hüquqi formasını dəyişərək hazırda MTK kimi fəliyyət göstərməkdədir və “RELT HOUSE" MTK "xxxx" MMC-nin hüquqi varisidir. "RELT HOUSE” MTK Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 2016-cı il tarixli, 18 saylı sərəncamının və Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmı ş müqaviləyə əsasən "RELT HOUSE” MTK sözügedən ərazidə yaşayan sakinlərlə danışıqlar aparmaqla qarşılıqlı razılaşmaya əsasən həmin sakinlərə tikiləcək yeni yaşayış binasından ev və ya mənzilinin qarşılığında kompensasiya verməklə ərazidə olan sakinlərin köçürülməsi işlərinə başlamış və prosess hazırda davam etməkdədir. Aparılmış işlər nəticəsində ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müqavilələr imzalanmış, ilkin razılıqlar əldə olunmuşdur. Lakin bir neçə sakinlər də var ki, ilkin razılıqlar olsa da sonradan yaranmış vəziyyətdən istifadə edərək Şirkətdən evinin dəyərinin 2-3 qatını tələb etmək məqsədi ilə qanunsuz zəbt etdikləri əraziləri də əlavə edərək külli miqdarda məbləğ tələb edirlər. Biz isə MTK olaraq belə hallarda sakinlərə bu işlərin yalnız MTK-nın maddi maraqlarına xidmət e tmədiyini, əsas olaraq şəhərin hazırki görünüşünə xələl gətirən istismar vəziyyəti keçmiş və əsasən qəzalı vəziyyətdə olan binaların əvəzinə müasir tələblərə cavab verən, müasir və şəhərin görünüşünü müasir tələblərə uyğunlaşdırılmasına yönəldiyini izah edirlər. Bəzi sakinlər tərəfindən mülkiyyətlərindən sui-istifadə kimi hallar isə köçürülmüş digər sakinlərin mənzillə təmin olmasını uzatmaqla yanaşı şirkətə də hər gün külli miqdarda maddi ziyan vurmaqdadır. Əgər belə davam edərsə nəzərdə tutulmuş layihəni yekunlaşdırmaq mümkünsüz ola bilər. Həmin fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 60% -100% (arası) artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad ya şayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 400 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən bir çox ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bunlardan savayı sakinlərin qanunsuz, mülkiyyətindən tam kənar zəbt etdiyi ərazilər də iddiaçı tərəfindən razılaşdırılmaqla nəzərə alınır. Lakin, Cavabdeh (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 7 ünvanında yerləşən 62.10 kv.m ü/s ibarət 23 saylı mənzili) iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən (individual razılıqla 50%-100% artıq) təmi rli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etməyin mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İddiaçı olaraq artıq maliyyə itkilərinə məruz qalırlar. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 18 saylı Sərəncamının göstərilən t ələbə əsasən ərazidəki yaşayış və qeyriyaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadl aşdırılması, gözəlləşdirilməsi deməkdir. Cavabdeh həmin mənzildə yaşamır. Başqasına kirayə verib. Onun dediyi kimi heç nə itirmir, illərlə məhkəmələrdə süründürəcəyini və istədiyini alacağını aşkar formada bəyan edir. Həmin binalar istismar müddətini başa vuduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin verdiyi arayışa əsasən qeyd edilən ev/bina qəzalı vəziyyətdədir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3006/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın təmin edilməsi, İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 4-cü mərtəbəsində 407 saylı, 3 otaqlı, ümumi sahəsi 104 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil ve rilməklə, əlavə artırılmış hissənin əvəzinə 47460 (qırx yeddi min dörd yüz altmış) manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7 ünvanında olan 23 saylı mənzil üzərində mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüququna xitam verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza xərcinin əvəzi qismində 100 (yüz) manat vəsaitin İddiaçı MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin Vİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.6, 203, 560.1-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx " Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzi l Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarına, İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərarına, Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərarına, Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarına, X8rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərarına, Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərarına, X1rşı iş üzrə 2004-cü il 22 iyun, §147148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarlarına, Böyük X2rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasi ya instansiyası məhkəməsində icraat

14. Cavabdeh X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 42, 17.5-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Göründüyü kimi, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiy at olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. Məhkəmə yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. İddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır. Mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı prinsipləri çərçivəsində iddiaçı yalnız cavabdehlə razılıq əldə edərək müqavilə bağladıqdan sonra həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirə bilər. Mülkiyyət hüququna xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvaf iq normalarında öz əksini tapsa da, hazırkı iş üzrə həmin hallardan heç biri mövcud deyildir. İş materiallarında cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə mübahisənin həlli üçün zəruri olan sübutlara qiymət verməmiş və bununlada real olmayan hallar müəyyən etmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara deyil, mövcud olmayan hallar yanlış hallar müəyyən etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutları məhkəmə təhrif edərək əsassız olaraq təndiqi yanaşmış və bu səbəbdən də zəruri əsaslandırma apara bilməmişdir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqla rı haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Lakin məhkləmə qərar qəbul edərkən cavabdehin mövqeyinə əsaslanmamış, X4 mülkiyyətçi kimi hüquqlarına xələl gəldiyini nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin olunması üçün əsaslardan biri kimi mübahisə predmeti olan evin qəzalı vəziyyətdə olmasına istinad edərək gəldiyi nəticəni bu xüsusatla bağlı normalarla, plenum qərarları ilə əsaslandırmışdır. Lakin evin həqiqətən də məhz qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübut iş materiallarında mövcud deyildir. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, sözügedən MTK hal-hazırda cavabdehə məxsus əmlaka qanunsuz sahiblik edərək həmin mənzilin yerləşdiyi sahədə söküntü-tikinti işləri aparmaq məqsədləri güdür. Bu hal isə bir başa cavabdehin hüquq və mənafeyinə ziddir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2(103)-852/2 025 nömrəli qətnaməsi ilə (hakim A.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışinskidən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3006/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

18. İddiaçının sökülməsini tələb etdiyi mənzilin Cavabdeh məxsus olduğunu nəzərə alaraq qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü mad dəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.

19. Məhkəmə ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin aid olduğu binanın istismar müddətini başa vurmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə yaşamağa davam etməsi onun həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara u yğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə cavabdeh üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evini boşaltdığı halda, əvvəl yaşadığı mənzilə uyğun mənzilin verilməsi sərəncamla MTKnın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir.

21. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməs inin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 50% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bundan başqa iddiaçının evinin bazar qiyməti 142500 manat təşkil edir, halbuki, iddiaçı ona ümumi sahəsi 104 kv.m olan mənzil verir və həmin ərazidə təmirli yeni binaların 1 kv.m 2200 manat təşkil edir, bu isə 228000 manat edir. Hərçənd ki, cavabdeh iddiaçının öz mənzillərini bundan da baha satdığını bildirir. Bu isə əksinə cavabdehin mənafeyinə uyğun olan haldır. Bundan əlavə iddiaçı cavabdehin qanunsuz artırdığı 39.55 kv.m hissəsin hər kvadratmetrinə 1200 manat verir. Hansı ki, bu məbləğ qanuni tikilinin dəyərinin yarısından da çoxdur. Eyni zamanda, göstərilən mənzilin sahəsini nəzərə aldıqda iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ədalətli və ağlabatandır. Qeyd olunan hallar cavabdehin mənzildən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz.

22. Eyni zamanda, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin evin həqiqətən də məhz qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübut iş materiallarında mövcud olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, şikayətin göstərilən dəlili də əsassız olmaqla iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binası texniki cəhətdən yararsız vəziyyətdədir.

24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 152.1, 152.6, 560.1, 560.2, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Cavabdehin açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır.

27. Mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı prinsipləri çərçivəsində iddiaçı yalnız cavabdehlə razılıq əldə edərək müqavilə bağladıqdan sonra həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirə bilər.

28. Mülkiyyət hüququna xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarında öz əksini tapsa da, hazırkı iş üzrə həmin hallardan heç biri mövcud deyildir.

29. Məhkəmə İddiaçı MTK tərəfindən sökülərək əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Prospekti 7 ünvanında yeni tikiləcək 4 saylı binanın 4-cü mərtəbəsində 407 saylı, 3 otaqlı, ümumi sahəsi 104 kv.m (içdən-içə 94 kv.m) olan təmirli mənzil verilməklə, əlavə artırılmış hissənin əvəzinə 47.460 (qırx yeddi min dörd yüz altmış) manat kompensasiya və mənzildən çıxarıldığı vaxtdan yeni təmirli mənzil təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməklə cavabdeh Məmmədova Rübabə Rəsul qızının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 7 ünvanında olan 23 saylı mənzil üzə rində mülkiyyət (sahiblik, istifadə, sərəncam) hüququna xitam verilməsini qət etmişdir. Əvəzləşmənin hansı meyyarlarla aparılması bəlli deyildir. Niyə bir qismi “mənzil” digər qismi isə "xxxx" kompensasiya edilmişdir? Hər bir halda məhkəmənin müdafiə etdiyi yeganə maraq MTKnın kommersiya maraqları olmuşdur. Halbuki, məhkəmə qanunvericiliyin maraqlarını müdafiə etməli idi.

30. Hazırki işdən müəyyən olunur ki, iddiaçı hüquqdan sui-istifadə ilə bağlı ümumi normalara istinad etməklə iddianı irəli sürmüş və birinci instansiya məhkəməsi tərəflər arasında hansı hüquq münasibətlərinin mövcud olmasını və həmin hüquq münasibətlərinə uyğun maddi hüquq normasını müəyyən etmədən iddianı təmin etmişdir. Apellyasiya məhkəməsi həmçinin bu məsələlərlə əlaqədar hüquqi dəyərləndirmə aparmadan cavabdehin apel lyasiya şikayətini təmin etməmişdir.

31. İddianı təmin edən məhkəmələr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin xx.xx.2018-ci il tarixli rəyinə istinad edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində yerləşən 7 saylı yaşayış binasının “texniki cəhətdən yararsız vəziyyətdə” olmasını əsas götürərək, cavabdehin qeyd-şərtsiz olaraq həmin ünvandan “təxirəsalınmadan” çıxarılmasını vacib hesab etmişlər. Lakin bu zaman məhkəmələr həmin rəyin ziddiyyətli olmasını nəzərə almamış və mahiyyətinə varmamışlar. Belə ki, həmin rəyə nəzər saldıqda müəyyən olunur ki, bu daha çox akt xarakterli bir sənəddir. Çünki, rəydə qeyd olunduğu kimi binaya texnoloq və mühəndis tərəfindən heç bir xüsus i texniki avadanlıq vasitəsi olmadan məhz “vizual texniki baxış” keçirilmiş və binanın texniki cəhətdən yararsız olması qənaətinə gəlinmişdir. Hər halda bina hansısa bir texnika deyildir ki, ona texniki rəy verilsin. Yəni rəyin nəticə hissəsi binanın qəzalı vəziyyətdə olması demək deyildir. Məhkəmələr isə təəssüf ki, rəyin hərfi mənasını görməzdən gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qətnamənin əsaslandırıcı hissəsində, yəni 65-ci bəndində nəyin necə olmalı olmasını tamamilə qarışdırmış, xüsusi bilik tələb edən və ekspert tərəfindən araşdırılmalı olan məsələni özü həll etməyə çalışmışdır.

32. Məhkəmə iclasını xx.xx.2025-ci il tarixə saat 09:40-a təyin etmiş, həmin gün məhkəmədə bildiririlmişdir ki, işə baxan hakim bələdiyyə seçkiləri ilə bağlı tədbirdə olduğu üçün (hakimin işləri ni atıb bələdiyyə seçkilərində nə işi var idi oda bəlli deyil) məhkəmə iclası təxirə salınır. Məhkəmə iclasının hansı tarixə təxirə salınmasını soruşduqda isə məhkəmə tərəfindən məhkəmə iclasının xx.xx.2025-ci il tarixə saat 09:40-a təyin edildiyi (2 gün sonraya), lakin həmin gün gəlməyə ehtiyac olmaması və həmin gündə də məhkəmə iclasının təxirə salınacağı bildirilmişdir. Eyni zamanda vəkilə həmin gün üçün məhkəməyə təxir ərizəsi göndərilməsi xahiş edilmiş və vəkil tərəfindən məhkəmə iclası günü təxir ərizəsi elektron sistem vasitəsilə vurulmuşdur. Bu isə MülkiProsessual Məcəllənin 135, 138-ci maddəsinin tələblərinə ziddir. Yeni təyin edilmiş iclas tarixində (xx.xx.2025, 09:40) öncədən təyin olunmuş məhkəmə iclası olduğu üçün, iştirak edə bilməyəcəyimiz barədə ərizə təqdim olunmasına baxm ayaraq, iclas təkrar xx.xx.2025, 17:00-a (6 saat sonraya) təyin edilib. Bu isə qanun pozuntusudur. Məhkəmə yanğından mal qaçırdan kimi, qərar çıxartmağa tələsmişdir. Məhkəmə iclasının təxirə salınması barədə əvvəlcədən məlumat verilməyib və iştirakları olmadan qərar çıxarılmışdır. Nəhayət elektron system vasitəsi ilə məhkəmə iclasının 17:00-a təyin edilməsini gördükdən sonra (həmin tarixin başlamasına 1 saat vaxt qalmışdı) vəkil zəng edərək məhkəmənin bu hərəkətinin məhkəmə iclasını bitirmək niyyətindən xəbər verdiyini və iclasda iştirak edərək vəsatələr vermək lazım olduğunu bildirmişdir. Tərəflərindən məhkəməyə ərizə ünvanlanaraq vəsatətlərin verilməsi və işin araşdırılması zərurəti məhkəməyə izah edilmişdir. Buna baxmayaraq qanunsuz və ədalətsiz məhkəmə qərəzli şəkildə iştirak edərək və satətlər, ərizələr və sübutlar təqdim etmək hüquqlarını, həmçinin məhkəmə araşdırılmasında iştirakları məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Tərəflərindən təqdim edilməli sübutlar və vəsatətlər olmasına baxmayaraq məhkəmənin qanunsuz hərəkətləri nəticəsində bütün bunlardan məhrum olublar. Beləliklə onlara münasibətdə tərəflərin çəkişmə və bərabərlik hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı MTK kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 5.3 mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

37. Maddə 6.3 dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyəti n sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər;

38. Maddə 15 yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir;

39. Maddə 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;

40. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

41. Maddə 152.6 hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

42. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

43. Maddə 560.2 hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

44. Maddə 4.1 şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilm əsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

45. Maddə 4.2 Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlə t siyasətinin əsas istiqamətləridir.

46. Maddə 17.5 ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iş tirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmiş, MTK-nın belə bir niyyəti olmamışdı r. Əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzilin qanuni sahəsindən 50% əlavə yaşayış sahəsi əlavə edilməklə ona həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər.

56. Bundan başqa iddiaçının mülkiyyətində olan sahəyə görə ümumi sahəsi 104 kv.m. olan mənzil verilir, aparılmış əlavə tikililərə görə isə Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 23 iyun tarixli Qərarında formalaşdırdığı həddə kompensasiya təklif olunmuşdur.

57. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

58. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər.

59. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. V ətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

60. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunver ici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəz ərə alınmaqla həyata keçirilməlidir.

61. Bu baxımdan təklif olunan kompensasiya yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçının hüquq və maraqlarına uyğundur, ədalətli və ağlabatan tarazlığın təmin olunması aşkar olaraq müyyən olunmuş olur.

62. Cavabdehin digər dəlili məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmaması, zəruri vəsatətlərin verilməsinə imkan yaradılmaması ilə bağlı olmuşdur.

63. Bu dəlillərlə bağlı qeyd edilməlidir ki, bir qayda olaraq sübutlar məhkəmə hazırlıq iclasında təqdim olunur. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş, mümkün bütün sübutları təqdim etmək üçün bütün imkanlara malik olmuş və o, məhkəmə iclasları barədə məlumatlandırılmışdır. O da nəzəzrə alınmalıdır ki, apellyasiya icraatında əlavə sübutların təqdim olunması isə yolverilən hesa b edilmir.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

65. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən ed ilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 24 yanvar tarixli, 2(103)-852/2025 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar