Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1780/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X12 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6229/2022 saylı iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2023cü il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)1874/2015 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı, X2 və X4 qarşı ’’pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və boşaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X1 və X3 müştərək qaydada 99973,58 (doxsan doqquz min altı yüz doxsan) manat, cərimə borcuna 2000 (iki min) manat olmaqla, cəmi 136663,58 (bir yüz otuz altı min altmış üç manat əlli səkkiz qəpik) manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçm az şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv metr yaşayış sahəsindən və 149,70 kv metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv metretr yaşayış sahəsindən və 149,70 kv metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu 2ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilmə si üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İkramİı İnci İkram qızının digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi müəyyən edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Quba rayon İcra Şöbəsinin sifarişi əsasında əmlakların qiymətləndirilməsi keçirilmiş və Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv metretr yaşayış sahəsindən və 149,70 kv metretr yardımçı sahədən ibarət fərdi yaşayış evinə 80000 manat, Quba rayonu 2-ci Nügədi kəndində yerləşə n sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10100 manat, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3000 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması “X8” MMC-nə sifariş edilmişdir. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 dekabr 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, X2, X4 və İkramİı İnci İkram qızına ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9150 (doqquz min bir yüz əlli) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3000 (üç min) manat qi ymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10100 (on min bir yüz) manat qiymətinə 29 yanvar 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir. 3. “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsini 9150 manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10100 manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 (üç min) manat dəyərin də Cavabdeh2 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət, hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı İlə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149.7 kvadrat metr yar dımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, Quba rayonu, İkinci Nüğədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir.
5. İddiaçı cavabdehlər “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriyalı ******* nömrəli; MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən ona məxsus Quba rayonu İİ Nügədi kəndi) ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 mart 2018-ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. X16 oglu iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. O, iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə pr otokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 08 sentyabr 2015-ci il tarixli qətnaməsindən X16 oglu tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi 2(103)-5G89/2017 nömrəli 22 may 2017- ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra üçüncü şəxsin kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında baxılmış kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
8. Quba rayon icra məmuru Vahid İbrahimov bu qətnaməni icra etmək üçün 29 yanvar 2018-ci il tarixə hərrac təyin etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verdiyini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə 25 yanvar 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciəti əsas tutaraq özünün 25 yanvar 2018-ci il tarixli 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. 06 fevral 2018-ci il tarixli 6ÜS-322/2018 nömrəli məktubla Bakı Apelyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənov “s ifarişli” məktubla Cavabdeh1 ASC-nin bas direktoruna mülki prosessual qanunvericiliyin tələblərini izah edərək qətnamənin qanııni qüvvəyə mindiyi və bu əsasla icra edilməsində heç bir maneənin olmadığını izah etmişdir. 9. “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti hərrac keçirərək İddiaçı əmlakını satmışdır.
10. İddiaçı qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli olduğunu qanunsuz hesab edərək birinci instansiya məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 13 fevral 2020-ci il tarixli 2(005)-27/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən o apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı səhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 saylı iş üzrə 13 fevral 2020-ci İl tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi. “X8” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokolları etibarsız hesab edilməsi, Quba rayonu, ikinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli, Quba rayonu, İkinci Nüg ədi kəndi 12635 ha torpaq sahəsinin X5 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı 1 ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0.347 ha torpaq sahəsinik 1 X6 adına xüsusi mölkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi barədə yeni qətnamə çıxarılmışdır.
11. Cavabdeh1 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləgv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsi təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar vermiş və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. 12. “X8” MMC formal hərrac keçirərək əmlakını satmışdır. a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3 il üçün Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sah əsinin məhsulunu yığaraq mənimsədiklərinə görə və kökündən yox olmuş ağaclara görə, qurumuş ağaclara görə, budaqları sınmış ağaclara görə, bütün ağaclara düşmüş xəstəliyə görə 900000 manat maddi zərər, onu bu 3 il 6 ay ərzində zülm və əziyyətlərə düçar edərək məhkəmə, hüquq-mühafizə orqanları yollarında qoyaraq, sağlamlığını əlindən alaraq, maddi sıxıntılara (yeganə qazanc yerini qanunsuz əldə edərək onu və 3 uşağını 3 il ac, əsir-yesir qoymuşlar) məruz qoyduqlarına görə 400000 manat mənəvi zərər, 30 manat məhkəmə xərci, 1 manat bank xidməti haqqı olmaqla, ümumilikdə ******* manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda göstərilən hallarına istinad edərək iddia ərizəsini onunla əsaslanmışdır ki, 12 mart 2018-ci il tarixdən 9 mart 2021 -ci ilə qədər yuxarıda göstərilən torpaqlarını, yəni Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hazır əkilmiş taxıl sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 10 İllik alça bağı və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 istifadəsində olmuşdur. Həmin vaxt Cavabdeh2 iştirakı İlə bağlarda çəkiliş də etmişdir. Çəkilişdən və kəndin sakinləri tərəfindən bu fakt təsdiqlənir ki, onun əmlakına qəflətən sahibləndiklərinə görə torpaqları məhsul üzərində olmuşdur. 2018, 2019, 2020-cİ illər, yəni 3 (üç) il qanunsuz sahibləndiklərinə görə, bu illər ərzində ona dəymiş ziyan cavabdehlər "xxxx" ASC və Cavabdeh2 tərəfindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi çıxandan sonra cavabdehlər əmlaklarına sahiblikdən ümidlərini itirdiklərindən 2020-ci il məhsulunu yığandan sonra alça bağına qulluğ etmədiklərinə görə ağaclara xəstəlik (Şəbiyə xəstəliyi deyilir) düşmüşdür. Bu xəstəlik ağacların məhsulunun keyfiyyəti zərərlidir və ağacları məhv edir. Alça bağına qəsd edərək cəngəlliyə çevirmişlər. Ağacların xeylisi qurumuş, xeylisi qırılıb tökülmüş və xeyli ağaclar da kökündən çıxarılmışdır. Şahidi olduğu mövcud mənzərəni Media qurumundan çəkiliş qrupu bağa girərək videoçəkiliş etdirmiş, həmin görüntüləri qoşmaya əlavə edir. Cavabdehlər onun 10 il ərzində böyüdüb-becərdiyi və aqro-texniki qulluğun külli miqdarda pullar xərclədiyi ağacları qulluqsuz saxladı qlarına görə ciddi zədələnmiş, 50-dən çox ağacın kökündən yox olması və 60-dan çox ağacın quruması və ağacın budaqlarını, yəni 40 faizini məhsulu yığarkən sındırıb ağacın dibinə salxaq vəziyyətdə buraxaraq ona külli miqdarda maddi ziyan vurmuşlar.
15. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)1874/2015 saylı qətnaməsinin pul tələbinə dair hissəsində deyilir ki, cavabdehlər İddiaçı və onun qardaşları X7 ilə X3 müştərək qaydada cəmi 136663,58 manat və 124 manat ödənilmiş dövlət rüsumunun əvəzi pul tutularaq Cavabdeh1 ASC-yə ödənilməlidir. Qətnaməyə görə həmin tələblər ipoteka predmetləri olan Quba rayonu, 2-ci Nligədi kəndində yerləşən yuxarıda adları çəkilən f ərdi yaşayış evinə və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yönəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5089/2017 saylı qətnaməsi ilə İddiaçı münasibətdə şikayət təmin edilməmişdir. Lakin Ali Məhkəmənin xx.xx.2018-cİ il tarixli, 2(102)-7043/2018 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə 3 məsələyə toxunmuşdur: 1-ci - ipoteka predmetlərinin ilkin satış qiymətinin qeyd edilməməsinə, 2-ci - ipoteka müqaviləsinin cavabdeh tərəfindən mübahisələndirilməsinə və 3-cü əmlakların satışdan sonra 1 ay ərzində boşaldılmasına. Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə növbəti xx.xx.2020-ci il tarixli, 2(103)-146/2020 saylı qətnaməsində İddiaçı apellyasiya şikayəti qismən təmin edilərə k, Yasamal rayon məhkəməsinin qətnaməsi ilə tələbin yönəldiyi ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilməmişdir. Bu iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-2499/2021 saylı qərarı ilə tərəflərin kassasiya şikayətləri təmin edilməmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qanun qüvvəsini aldığından xx.xx.2015-ci il tarixində icra olunması üçün Quba rayon İcra şöbəsinə icra vərəqəsi verilmişdir. Quba rayon İcra şöbəsinin sifarişi əsasında “X8” MMC-nin keçirdiyi hərraclarda, ipoteka predmetləri olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh2 xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokollar əsasında almışdır və torpaqlara dair DƏDRX-dən öz adına Çıxarışlar alaraq həmin tor paqların yeni mülkiyyətçisi kimi onlara sahiblik etmişdir. Həmin protokollar İddiaçı tərəfindən miibahisələndirilmişdir. Nərimanov rayon məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(005)27/2020 saylı qətnaməsi ilə İddiaçı iddiasını təmin etməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixli, 2(103)-4809/2020 saylı qətnaməsi ilə ləğv edərək, hərracların nəticələrini etibarsız saymış və torpaqların yenidən İddiaçı adına keçirilməsini qət etmişdir. Bu qətnamədə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)7043/2018 saylı Qərarı ilə Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsinin ləğv edilmiş olması və Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə növbəti xx.xx.2020-ci il tarixli, 2(103)-146/2020 saylı qətnaməsi ilə ipoteka pre dmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsini və həmin qiymətlərin hərrac zamanı əmlakları satış qiymətlərindən fərqlənməsinə istinad etmişdir. Hərracların etibarsızlığına dair qətnamədən verildiyi şikayətlər təmin edilməmişdir. Bundan sonra torpaqlar yenidən İddiaçı adına keçirilsə də, qətnamə üzrə borc ödənilmədiyindən, həmin torpaqların hərracı yenidən təşkil edilmişdir. Bu zaman müəyyən edilmişdir ki, İddiaçı həmin torpaq sahələrini məhkəmə qərarlarından sui-istifadə edərək öz qızı Banuçiçək Yusifovaya bağışlayaraq özgəninkiləşdirmişdir. Həmin əqdin etibarsızlığına dair Yasamal rayon məhkəməsində qətnamə qəbul edilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsində ipoteka predmetlərinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına da çalışan İddiaçı vəsatətləri və şikayətləri Nəsi mi rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir. Göründüyü kimi artıq 7 ildir ki, Bank öz pul tələbinin icrasına nail ola bilmir. Çünki İddiaçı müxtəlif əsassız iddialarla məhkəmədə öz prosessual hüquqlarından suiistifadə etməklə buna mane olur. Hal-hazırda da İddiaçı Banka olan qətnamə borcunu ödəmək əvəzinə Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız şəkildə hərracların yenidən keçirilməsinə mane olur. İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1203 sa ylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinə 4p12-ci ildə 9 cərgədən ibarət, hər cərgədə 61 ədəd ağac olmaqla alça bağı salınmışdır. Cəmi 549 ədəd tingdən ibarət “Göyçə Soltanı” və "kazvin” alça sortlarından ümumilikdə 489 ədədi məhsuldar olmuşdur.
17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8209 saylı ekspert rəyindən görünür ki, Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən - 2018-2020-ci illərdə təxmini olaraq orta hesabla bir ağacdan 35.0 kq meyvə məhsulu olmaqla bir ildə 489 ağac x 35 0 kq=17115 kq, 3 ildə isə 17115 kq x 3 il= 51345 kq alça məhsulu yığmaq mümkün olardı. Bağda əkilmiş sortların yetişmə vaxtının eyni deyildir, amma hər iki alça sortunun orta satış qiyməti eynidir. Meyvənin satış ilindən, ölçüsündən, yetişməsindən asılı olaraq 1 kq meyvənin orta satış qiyməti nəzərə alınmaqla 2018-ci ildən başlayaraq son üç ildə 51345 kq x 2,2 manat = 112959 manat məbləğində satışdan gəlir əldə etmək mümkündür. Bağ sahəsində quruyaraq məhv olmuş 45 ədəd alça ağacının 1 ədədinin dəyəri 64,5 manat olarsa alça ağaclarının ümumi dəyəri 2902,5 manat tə Həmin ağaclar vaxtından əvvəl qurumasaydı hər ağacdan 48,0 kq olmaqla məhsul əldə edilə bilərdi və 48 kq x 45 ağac=2160 kq, meyvə bağının istismar müddəti 25 il olduğunu nəzərə alsaq, baxımsızlıq üzündən qurumasaydılar həmin ağaclardan 15 il ərzində məhsul vermə qabiliyyətinə malik olub, 15 il ərzində 32400 kq alça məhsulu və həmin məhsulun satışından 32400 kq x 2.2 man=71280 manat gəlir əldə edə bilərdi. İddiaçı məxsus 1,2635 ha alça bağına baxış zamanı 15 ədəd alça ağacının budaqları sınmış və ağacların hamısı mamırla sirayətlənmişdir. Budaqların sınması məhsuldarlığın 40 % azalmasını nəzərə alsaq hər bir ağacdan 15 il istismar müddətində hər birindən ildə 28, 8 kq alça məhsulu yığılması gözlənilir. Sahibkar 15 ədəd skelet budaqlarə sınmış ağaclardan bir ildə 15ağacx48,0 kq=720,0 kq əvəzinə, 15 ağac x 28,8 kq = 432,0 kq meyvə məhsulu əldə etməklə, ümumi məhsul istehsalı 288,0 kq azalacaqdır. Növbəti 15 İl istismar müddətində İncUkram qızı İkramlı 288,0 kq x 15 il = 4320,0 kq az məhsul istehsal etməklə 9504,0 manat məbləğində az gəlir əldə edəcəkdir. 2021-ci ildə ağaclara aqrotexniki qulluqlar edilmədiyindən, xüsusilə xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmədiyindən məhsuldarlığı 60% aşağı salmış, məhsulun 10269,0 kq azalmasına və nəticədə 10269,0 kq x 2,2 manat=22,591,8 manat məbləğində az gəlir əldə etməsinə səbəb olmuşdur. Bağda dərmanlama işləri düzgün şəkildə aparılsaydı İnci İkramli ******* manat məbləğində pul xərcləməli olacaqdı. 1,1426 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq hər il buğda bitkisi əkəcəyi təqdirdə bir hektardan orta hesabla təxmini olaraq 32,0 sentner taxıl məhsulu olmaqla, 1,1425 ha torpaq sahədən isə 36,56 sentner buğda məhsulu və bir sentner məhsulun orta satış qiyməti 40,0 manatdan olmaqla 1462,4 manat gəlir əldə etmək mümkündür. Dörd ildə ümumi gəlirin miqdarı 4 x 1462,4=5848,6 manat təşkil edər. 0,347 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq buğda bitkisi əkilsəydi bir ilə orta hesabla təxmini olaraq 32,0 sentner olmaqla, ümumi sahədən 11,1 sentner buğda məhsulu və bir sentner buğda məhsulunun orta satış qiyməti 40,0 manat olmaqla, cəmi 444,0 manat gəlir əldə etmək olardı. Dörd ildə taxıl satışından 4 il x 444,0 man=1776 manat gəlir əldə etmək olardı.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 01 iyul 2022-ci il tarixli, 2(006)-238/2022 nömrəli qətnaməsi ilə (hakim C.C. Musayeva) İddiaçı cavabdelər "xxxx" ASC və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4809/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyan faktlardan göründüyü kimi müvafiq torpaq sahələrinin açıq hərraca çıxarılaraq satılmasına əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi olmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş, mülki iş isə yeni apellyasiya baxışına qaytarılmışdır. Sözügedən qərarda Ali Məhkəmə göstərmişdir ki, tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə edilməmişdir. Beləliklə hə rracın nəticələrinə dair yekun protokolların əsasında duran və hərracın keçirilməsinə əsas verən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi ilkin satış qiyməti hissəsində ləğv olunduğundan və ilkin satış qiyməti yenidən müəyyən edildiyindən, keçirilmiş hərracların yekunları üzrə müvafiq protokollar etibarsız hesab edilmişdir.
20. Hazırda iddiaçı Quba rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi səbəbilə hərracın dayandırılmasının “X10” MMC-dən xahiş edilməsinə və hərracın dayandırılmasına baxmayaraq, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən hərracın keçirilməsinin yenidən xahiş ed ildiyinə, bunun nəticəsində hərracın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ləğv olunmuş xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən keçirildiyinə, ona məxsus torpaq sahələrinin əsassız olaraq satıldığına və buna görə də uzun müddət ərzində baxımsız qaldığına istinad edərək ona dəymiş 900000 manat məbləğində maddi və 400000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından i barətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Hazırki işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır.
23. Birinci instansiya məhkəməsi iddiaç ının özünə məxsus torpaq sahələrinə zərər dəyməsi halı üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edib ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.
24. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1,119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b.) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-238/2022 saylı işi üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin orlunması barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6229/2022 saylı mülki iş üzrə 12 dekabr 2022-ci tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi hakim), A.N.İmanov, Q.A. Əsgərov) apellyasiya şikayətini təmin edilməməsini və hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi 01 iyul 2022 il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət edilmişdir.
27. Apellyasiya instansiyası mə hkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin (iddianın) cavabdehlərə münasibətdə sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləki, iddiaçının dəlilləri məhkəmə qərarı ilə ipoteka predmetinə yönəldilmiş və hərracda satılmış əmlakların satışı üzrə hərracların etibarsız hesab edilməsinə dair və mübahisə dövründə əmlaklara dair hər hansı hərəkətlərin (özgəninkiləşdirmənin) aparılmasına məhdudiyyət qoyulmasından ibarət olan digər məhkəmə qərarların olmasıdır. İddiaçının iddiasından anl aşılır ki, cavabdehlər öz hüquqlarından sui-istifadə etmiş və ona ziyan vurmuşlar. Bu baxımdan cavabdehlərin əməllərinə (təqsirliliyinə) qiymət verilməsi mülki icraat səlahiyyətlərindən kənardır və cinayət təqibi üzrə araşdırma aparılmasından imtina edilsə də, iddiaçı qərardan şikayət verməmişdir. Halbuki, cinayət qanunvericiliyinə görə Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma (Cinayət Məcəlləsinin 188-ci maddəsi), Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı (Cinayət Məcəlləsinin 191-ci maddəsi), Torpaqları korlama (Cinayət Məcəlləsinin 254-cu maddəsi), Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər (Cinayət Məcəlləsinin 303-cü maddəsi) və digər mülkiyyət əlehinə olan cinayətlərin tərkibi təqsirsizlik prezu mpsiyası əsası olan konstitusion prinsipə istinadən yalnız onların cinayət mühakimə icraatı qaydasında təqsirliliyi əsasında müəyyən edilə bilər. Bankın ipotekasaxlayan kimi ipoteka predmetinin salamatlığını təmin etmək kimi vəzifələri olsa da, mübahisə edilən təfərrüatlar məhkəmə qərarı əsasında icra mərhələsində icra qurumunun sifarişi və hərracın keçirilməsi üzrə müvəkkil edilmiş təşkilatın əmlaklar üzərində müvafiq vəzifələrini əhatə edir. Bundan əlavə, iddiaçı mübahisə dövründə əmlaklara dair hər hansı hərəkətlərin (özgəninkiləşdirmənin) aparılmasına məhdudiyyət qoyulmasından ibarət olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli məhkəmə qərardadına istinad edərək əmlaklarına dair hər hansı hərəkətlərin aparılmasının qanunsuzluğu ilə izah edir. Halbuki, adı çəkilən qərardadla hər hansı hərəkətlər aparılmasına məhdudiyyətin qoyulması onun özgəninkiləşdirməsinin aparılmasına yönələn məhdudiyyəti nəzərdə tutmuşdur.
28. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17,17.1.4, 17.1.7, 51.1, 51.2, 51.3, 53.2, 61, 61.1., 61.2., 61.3.1, 61.3.2. və 61.3.4-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 26, 26.1.1, 26.1.3, 26.1.4.,26.1.5., 26.1.6., 26.1.7., 26.2., 26.3., 30.6, 36, 36.1, 36.2.1, 36.2.2., 36.2.3, 36.2.4., 36.4., 36.4.1, 36.4.2.,36.5., 37.1, 38.2, 42, 42.1., 42.2., 42.3., 42.5., 42.6.,42.8 və 47-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 13, 29 və 63-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 299, 319, 415, 416, 10 96 və 1097-ci, Mülki Prosesual Məcəllənin 76, 77, 80-82, 88, 119, 216, 217, 218, 220, 360 və 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (və onun vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6229/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun torpaq sahələrinə sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək hüquqları 12 mart 2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Cavabdeh1 ASC və Cavabdeh2 tərəfindən pozulmuşdur və bu aralıqda ona 900000 (doqquz yüz min) manat maddi zərər dəymişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 6ÜŞ-322/2018 nömrəli İddiaçı mülkiyyət hüquqlarını pozan məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı qərardadından cavabdeh İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Halbuki, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “X8” MMC xx.xx.2018-ci il tarixli məktubu ilə Quba Rayon İcra və Probasiya şöbəsinə, Cavab deh1 ASC-yə xx.xx.2018-ci il tarixində hərracın keçiriləcəyi barədə məlumat vermişdir. Cavabdeh1 ASC və Cavabdeh2 kassasiya şikayətinin icraata götürülməsi və baxılması ilə bağlı bütün proseslərdən xəbərdar idi. 12 mart 2018-ci il tarixdə keçirilən hərracda Cavabdeh2 məhkəmə prosesləri barədə məlumatlı olduğu halda 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollar əsasında Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 9150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 10100 manat, 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 manat dəyərində əldə etmiş və 10 aprel 2018-ci il tarixində DƏDRX-də qeydiyyata alınmışdır. Cavabdeh2 yuxarıda qeyd edildiyi kimi, torpaq sahələri ilə bağlı məhkəmə mübahisəsinin olduğunu bildiyi halda, qeyri-qanuni olaraq torpaq sahələrini əldə etmiş və istifadə etməyə başlamışdır. Onu bu 3 il 6 ay ərzində zülm və əziyyətlərə düçar edərək məhkəmə, hüquq-mühafizə orqanları yollarında qoyaraq, sağlamlığını əlindən alaraq, maddi sıxıntılara məruz qoyduqlarına görə 400000 manat mənəvi zərər, 30 manat məhkəmə xərci, 1 manat bank xidməti haqqı olmaqla, ümumilikdə ******* manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. İddiaçı kassasiya şikayyətinin dəlillərini, Azərbaycan Respublikası Mülki Məcəlləsi, maddə 416-ci maddəsinə, “İpoteka haqqında” Qanunun 25.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi-nin 88 və 158.1.2.-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
32. Cavabdeh1 ASC kassasiya ş ikayətinə etiraz verərək göstərmişdir ki, apellasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, mübahisə olunan hissədə iddiaçının apellasiya şikayətində göstərdiyi dəlillərə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İpoteka haqqında” Qanunun və “İcra haqqında” Qanunun norimaların a istinda etməklə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun mübahisəni həll etmişdir. İddiaçının cavabdehlərə münasibətdə sübuta yetirilməyən dəlilləri mülahizə xarakterlidir, onun ziyana düşməsində Cavabdeh1 ASC-nin təqsiri yoxdur. Kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul olunmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikası Mülki Məcəlləsi
33. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə
319. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
35. Maddə
415. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müs abiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
36. Maddə
416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
37. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilmə lidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanun:
39. Maddə 17. və 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır:
40. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
41. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53. 2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 42. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:
43. Maddə 26.1.1 ipot eka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq;
44. Maddə 26.1.3 ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;
45. Maddə 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək;
46. Maddə 26.2. İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və y a) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
51. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. İş üzrə İddiaçı (və onun vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. İddiaçının kassasiya şikayəti dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərlə eyüni məzmunludur. Həmin dəlillər aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
56. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların iddiaçının göstərdiyi hallarla bağlı məsu liyyət daşımaları iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapmır.
57. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, bllbfxsysy kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6229/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.