Məhkəmə qərarları › İş №2(102)-1781/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1781/2020

08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1781/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: x3 İddia tələbi: əmanətlərin kompensasiya ödənilməsi tam sığortalanmış əmanət hesab edilməsi və (Açar sözlər: əmanətlərin tam sığortalanması, müqavilənin dəyişdirilməsi forması, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10917/2019 nömrəli iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə x6 “XXX” Kommersiya Bankı (bundan sonra – Bank) arasında bağlanmış 31 oktyabr 2014-cü il tarixli “Standart” depozit müqaviləsi və 31 oktyabr 2014-cü il tarixli, LD ********** nömrəli “VİP” depozit müqaviləsinə əsasən iddiaçı bankda müvafiq olaraq 36 ay müddətinə, illik 13% dərəcəsi ilə 300000 ABŞ dolları və 36 ay müddətinə illik 11,50% dərəcəsi ilə 484000 ABŞ dolları, cəmi 784000 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. Azərbaycan Respublikası Maliyyə x4 (bundan sonra – Palata) tərəfindən banka 03 may 2016-cı il tarixindən 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmiş və məhkəmə qərarı ilə əmanətlərin ödənilməsinə moratorium (dayandırılma) tətbiq edilmişdir. Məhkəmə qərarı ilə əmanətlərin ödənilməsinə qoyulmuş moratorium (dayandırılma) daha 1 (bir) ay müddətinə uzadılmışdır. Palatanın qərarı ilə Bankın lisenziyası 01 oktyabr 2016-cı ildən etibarən ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cu il tarixli Qərarı ilə Bank müflis elan edilmiş və sığorta hadisəsi baş vermişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: x2 Fonduna (bundan sonra – cavabdeh və ya Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Bank arasında bağlanmış “Standart” depozit müqaviləsinə əsasən 300000 ABŞ dolları və “VİP” depozit müqaviləsinə əsasən 4 84000,00 ABŞ dolları, cəmi 784.000 (yeddi yüz səksən dörd min) ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı tərəfindən respublikada baş verən iki kəskin devalvasiyadan sonra bir sıra banklar müflis olmuş və onlar barədə ləğvetmə prosesinə başlanılmışdır. Bu hadisələrdən sonra bank sisteminə etimad sarsılmış və əmanətlərin kütləvi geri götürülməsi halları xeyli artmışdır. Onun əmanət yerləşdirdiyi Bankda da anoloji problemlər yaşanmağa başlanmışdır. Bu səbəbdən iddiaçı dəfələrlə Banka yaxınlaşaraq “Əmantlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə istinad edərək mövcud olan əmanərtlərinin illik faiz dərəcəsini 3%-ə dəyişdirməklə əmanətlərinin tam sığortalanma sını tələb etmişdir. Tələb əvvəllər şifahi formada olmuş, Bank Palata tərəfindən dövlətin dəstəyi ilə sağlamlaşdırılma tədbirləri həyata keçirildiyini və vəziyyətin tezliklə düzələcəyini bildirmişdir. Lakin vəziyyət düzəlməmiş, Palata tərəfindən Banka müvəqqəti inzibatçı qoyulmasından sonra belə əmanət ödənişləri qaytarılmamışdır. Ona görə də Bankın Müştəri xidmətləri departamentinə yaxınlaşaraq, əmanətlərinin sığortalanaması tələbi ilə ilk olaraq 14 sentyabr 2016-cı il tarixli yazılı ərizə təqdim etmiş, həmin ərizəyə cavab verilmədiyi üçün yenidən eyni məzmunda 30 sentyabr 2016-cı il tarixində Banka yazılı müraciət etmişdir. İddiaçı tələbində həm şifahi, həm də yazılı müraciətləri nəzərə almaqla “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsini əsas tutaraq iddia ərizəsi üzrə tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iki əsasla iddiaya yazılı etiraz təqdim etmişdir: 1) Bank iflas olduğu və iddiaçıya 30000 manat kompensasiya ödənildiyi üçün hazırkı mübahisəyə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz; 2) iddiaçı tərəfindən faizlər aşağı salınmaqla müqavilənin dəyişdirilməsi ilə bağlı Banka müraciət olunmayıb. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1677/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-10917/2019 nömrəli iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik e dən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 950.1, 950.3-cü maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1, 5.1-ci maddələrinə, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 2.1.2, 2.1.3 və 2.1.4-cü maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla x5 01 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) istinad etməklə qeyd etmişdir ki, iddiaçı tərəfin banka müvafiq xahişlə müraciət etməsini digər tərəf mübahisələndirsə də, hətta belə müraciətin olması halında əmanətin tam sığortalanmış əmanət olması nəticəsinə gəlmək mümkün deyil. Həmin za manda Bank əvvəlki qaydada fəaliyyət göstərməmiş və morotorium elan olunmaqla ona idarəçi təyin olunmuşdur. Buna görə də depoziti qəbul edən Bankın iddiaçının müraciətinə baxmaq və müvafiq edilmiş təklifə uyğun yeni şərtlərlə müqavilə bağlamaq imkanı olmamışdır və nəticədə isə əvvəlki müqavilənin şərtlərinin dəyişməsini müəyyən edən yeni müqavilə bağlanmamışdır. Belə müqavilənin olmaması halında əmanət məbləğinin faiz dərəcəsinin ilkin vəziyyətdə qalması aşkar olan haldır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının tələbi artıq ləğv prosesi daxilində səlahiyyətli məhkəmə tərəfindən qeydə alınmış və ona qanunvericiliyin müəyyən etdiyi həddə kompensasiya ödənilmişdir. Bundan sonrakı hərəkətlər və tələblər yalnız ləğv prosesini həyata keçirən məhkəmə icraatı gedişində həll olunmalıdır. Ha zırkı işin halları baxımından tələbin qeydə alınması işə mahiyyəti üzrə baxılmasına mane olmur. İddiaçının Banka yerləşdirmiş olduğu depozit məbləği tam sığortalanmış əmanət hesab edilmir və bu halı nəzərə almadan birinci instansiya məhkəməsi yazılı sübutların üstünlüyünə diqqət yetirməmiş, edilmiş müracitələrə və şahid ifadələrinə əsaslanmaqla əmanəti əsassız olaraq tam sığortalanmış əmanət hesab edərək kompensasiyanın ödənilməsini mümkün saymışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının düzgün tətbiq və təfsir edilməməsi ilə çıxarılmışdır. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əmanətçinin faizin aşağı salınması ilə bağlı Banka müraciəti əmanətin tam sığortalanmış əmanət hesab olunması üçün yetərlidir, bunun üçün Bankın mülahizəsinə ehtiyac yoxdur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin Bankın müqaviləni dəyişdirmək imkanının olub-olmaması barədə məsələni araşdırması və iddianı rədd etmək üçün buna istinad etməsi əsassız olmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanuna və bankların fəaliyyətini tənzimləyən normativ xarakterli aktlara əsasən vətəndaşlar həm yazılı, həm də şifahi müraciətlər edə bilər. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə ic lasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 kassasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Madə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılmasına, bundan əlavə, əmanətçinin banka qarşı tələbləri üzrə onların bu Məcəllənin 453-cü maddəsində nəzərdə tutulmuş qaydada subsidiar məsuliyyəti ilə qarantiya verilir. "Əmanətlərin sığortalan ması haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə 2.1.2. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə x3 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.3. Sığortalanmış əmanət - qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.4. Sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qa nunu Maddə 3 Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq x1 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən... tam sığortalanır. Maddə 4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lizenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcəsi x1 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurt armamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə sığortalanır. MPM 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən əvvəllər cəlb edilmiş və illik faiz dərəcəsi x5 müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətlərin tam sığortalı əmanət hesab olunması üçün üç şərt mövcud olmalıdır: 1) əmanət müqaviləsinin müddəti bitməmiş olmalı; 2) əmanətçinin bununla bağlı Banka müraciəti olmalı; 3) həmin müraciət əsasında müqaviləyə müvafiq dəyişikliklər edilməlidir. Baxılan iş üzrə Bank müflis elan edilənədək birinci şərtin mövcudluğu mübahisəsizdir.Həmçinin tərəflər arasında bununla bağlı birmənalı mövqeyin olmadığına baxmayaraq apelyasiya instansiyası məhkəməsi mübahisə üzrə hüquqi dəyərləndirmə apararkən ikinci şərtin də mövcud olduğunu qəbul etmişdir. Lakin iş üzrə üçüncü şərt - əmanətçi ilə Bank arasında əmanət müqaviləsinə dəyişiklik edildiyi barədə yazılı müqavilə bağlanmamışdır. Belə ki, Mülki Məcəllənin 423.1ci maddəsinə əsasən iddiaçı ilə Bank arasında əmanət müqaviləsi yazılı bağlandığından onun faiz şərtinin dəyişdirilməsi barədə razılaşma da yazılı formada bağlanmalı idi. Halbuki iş üzrə belə yazılı razılaşmanın bağlanmadığı işin mübahisəsiz halıdır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçının əmanətlərinin tam sığortalı əmanət hesab edilməsi üçün qanuni əsas olmamışdır. Bunun üçün əmanətçinin Banka müraciət etməsinin yetərli olduğu barədə iddiaçının dəlilləri “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinin dispozisiya şərtləri baxımından əsassızdır. İstinad olunan Qanunun tələbinə əsasən əmanətçinin müraciəti tam sığortalanma üçün yetərli olmadığından, iddiaçının Banka şifahi müraciətlərinin mövcud qanunvericilik baxımından “müraciət” anlayışının tələblərinə cavab verib-vermədiyi üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur. Qeyd olunanlarla yanaşı Məhkəmə kollegiyası kassasiya ş ikayətinin belə bir dəlili ilə razılaşır ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq Bankın müqaviləni dəyişdirmək imkanının olub-olmaması barədə məsələni araşdırmış və iddianı rədd etmək üçün, həmçinin buna istinad etmişdir. Belə ki, həqiqətən də hazırkı iş üzrə Bank cavabdeh olmadığından Bankın iddiaçının müraciətlərinə vaxtında cavab verib-vermədiyinin və müqavilənin vaxtında bağlanmamasında Bankın təqsirli olub-olmadığının araşdırılması baxılan işin araşdırma predmetindən kənar olmuşdur. İş üzrə cavabdehin kompensasiya ödəməkdən imtina etməsinin qanuniliyi sadəcə iddiaçının əmanətlərinin tam sığortalı əmanət statusuna keçib-keçmədiyinin müəyyən olunmasından və bu zaman işin müəyyən olunan hallarının “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinin dispozisiy a şərtləri baxımından qiymətləndirilməsindən asılı olmuşdur. Bununla belə apelyasiya instansiyası məhkəməsinin istinad olunan istiqamətdə gəldiyi qənaət iddiaçının gələcəkdə təqsirli şəxslərə qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia qaldıracağı halda baxılacaq iş üzrə preyudisial əhəmiyyət daşımadığı üçün Məhkəmə kollegiyası qeyd olunan halı qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas hesab etmir. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə həmin hal iddia tələbinin predmetinə aid olmadığı üçün başqa iş üzrə preyudisial əhəmiyyət daşımır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10917/2019 nömrəli iş üzrə 08 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar