Məhkəmə qərarları › İş №2(102)-1785/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1785/2019

05.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1785/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Babazadə Ruhsarə Vəli qızının iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikay əti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Süleymanova, iş 2(001)-3637/2018) iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 100 ABŞ dollarının (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 01 manatın İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-8271/2018) İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, işüzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin edilməsi, cavabdeh maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 (üç yüz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edi r. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Babazadə Ruhsarə Vəli qızı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Kassassiya şikayətində qeyd etdiyi kimi apellyasiya insta nsiya məhkəməsinin qətnaməsi həm milli qanunvericiliyin tələblərinə, həmçinin də BMT-nin, Avropa İttifaqının istehlakşıların hüquqlarını müdafiə edən sənədlərə, Avropa Şurasının Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə cavab vermir. Məhkəmə ona daha çox məbləğində dəbbə pulu hesablamalı olduğu halda maddi ziyana görə cəmi 200 manat məbləğində maddi ziyan tutmuşdur. Hesablamalar beynəlxalq ədalət mühakiməsi sistemində aparılan qaydalar əsasında həyata keçirilməlidir. O istehlakçı kimi cavabdehlə müqavilə bağlamış, o vaxtında onun ona sifariş etdiyi yükü gətirməyib. Cavabdeh avtomobil daşımaları haqqında qaydaları pozub. Dəfələrlə müraciətinə baxmayaraq ona qarşı kobudluq etmiş hüquqlarını pozmuşdur. Ona görə də o evinin təmirini başa çatdıra bilməmişdir. Səhhətində problemlər yara nmışdır. O kassasiya şikayətində beynəlxalq sənədlərə və Azərbaycan qanunlarına istinad etməklə apellyasiya məhkəməsinin qərarının ədalətli olmamasını əsaslandırmışdır. İstəyir ki, məhkəmə onu istehlakçı kimi qəbul edib, həmin qanunlar əsasında məsələni həll etsin. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanun vericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 20.07.2017-ci il tarixli, 28611/2 saylı müqaviləyə görə, İddiaçı inşaat materiallarının əldə edilməsi üçün X4 100 ABŞ ödəməyi, o, isə həmin materialları alıcıya çatdırmağı öhdəsinə götürmüşdür. İddiaçı 30 gün müddətində cavabdehin Rusiyadan “Retardan” inşaat materialını alıb gətirməsi üçün ona 200 manat vermiş, cavabdeh isə həmin məbləği qəbul edərək, həmin məhsulu gətirməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş, cavabdehin özü ərizə və şikayətlərində də iddiaçıdan 200 manat aldığını və öhdəliyini icra etmədiyini təsdiq etmişdir Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1 və 850.2-ci maddələrinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 859.1-ci maddəsinə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Məcəllənin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi ö hdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. (778.1-ci maddə) Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İddiaçının maddi ziyanla bağlı digər tələbləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin tələblərinə dair məhkəməyə mötəbər sübutlar t əqdim etmədiyindən həmin hissədə onun iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasını müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi müxtəlif maddi hüquq normalarına, beynəlxalq müqavilələrə istinad etmiş, onun istehlakçı kimi hüquqlarının pozulmasının məhkəmə tərəfindən tanınaraq məhz istehlakçıların hüquqlarının pozulması prizmasında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla gələcəkdə İddiaçı yeni iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün əsas ola bilər, hazırki iş üzrə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh arasında 20 iyul 2017-ci il tarixdə 20 kq yükün Rusiya Federasiyasından alınıb Azərbaycan Respublikasına gətirilərək İddiaçı təhvil verilməsi barədə yazıl ı müqavilə bağlanmışdır. Müqavilədə yükün dəyəri 100 ABŞ dolları göstərilmiş, lakin müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 200 manat pul ödəmişdir. Müqaviləni İddiaçı və cavabdeh imzalamışdır. Cavabdehin imzası xüsusi möhürlə təsdiqlənməklə ********** saylı VÖEN sahibi, yəni sahibkar olması təsdiqlənmişdir. Məhkəmə kollegiyası ilkin olaraq mübahisəli hüquq münasibəti baxımından iddiaçının istehlakçı statusuna malik olub-olmaması və buna müvafiq olaraq mübahisəli hüquq münasibətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəalarının tətbiq edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Həmin qanuna müvafiq olaraq istehlakçı – şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş edən, yaxud almaq və sifariş vermə k niyyəti olan şəxsdir. İddiaçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal alıb, onun Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilərək ona təhvil verilməsi barədə müqavilə bağlamış və bu baxımdan o istehlakçı statusuna cavab verir. Belə olan halda müqavilənin qarşı tərəfinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna müvafiq olaraq istehsalçı, icraçı və ya satıcı statusuna malik olub-olmaması da əhəmiyyət kəsb edir. Müqavilənin məzmunundan göründüyü kimi müqavilənin qarşı tərəfi sifariş olunan malın alınması və daşıma xidməti göstərməsi öhdəliyi almış və bu baxımdan onun istehsalçı və satıcı kimi çıxış etməsi istisna olunur. Qanuna müvafiq olaraq icraçı – iş görən, yaxud göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar hesab olunur. İddia idarə, müəssisə və təşki lata qarşı qaldırılmayıb. Cavabdeh olması onun iddiaçı ilə bağladığı müqavilədən (iş vərəqə 6 və mülki işə əlavə olunmuş VÖEN-nin surətindən - iş vərəqə 29, həmçinin 2 saylı Ərazi Vergilər İdarəsinin məktubundan - iş vərəqə 191) təsdiq olunur. Deməli mübahisəli hüquq baxımından iddiaçı istehlakçı hüququna malikdir və mübahisəli hüquq münasibətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müddəaları tətbiq olunmalıdır. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən,icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinin 2-ci bəndi müəyyən edir ki, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndi müəyyən edir ki, bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəy ərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın. Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş dəbbə pulunun (cərimənin, penyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin verilməsi onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Həmin Qanunun 9-cu maddəsinin 6-ci bəndində qeyd olunur ki, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Həmin Qanunun 12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilə n ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan Qanuna, yəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna müvafiq olaraq Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə xidmətin dəyəri, icraçının xidməti gecikdirdiyi və iddiaçının dəbbə pulunun ödənilməsini tələb etdiyi müddət və dəbbə pulunun məhkəmə qətnaməsi çıxarılana qədər olan məbləğinə də aydınlıq gətirilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə yalnız yükün dəyərinə münasibətdə 100 ABŞ dolları məbləği müəyyən edilmişdir. 100 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi 170 manat təşkil edir. İddiaçı cavabdehin ona göstərməli olduğu xidmətin dəyərini 170 manat qiymətləndirmiş, cavabdeh bu məbləğə etiraz etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası xidmətin dəyərinin 170 manat olmasını qəbul edir. İddiaçı iddia ərizəsində dəbbə pulunun hər gün üçün bir faiz olmaqla tutulması müddətini məhkəmə qətnaməsinin çıxarılması günü ilə məhdudlaşdırmışdır. İş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi 24 aprel 2018-ci il tarixdə qəbul olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması ilə bağlı son gün iddiaçının iradəsinə uyğun olaraq 24 aprel 2018-ci il tarixi müəyyən edilməlidir. Müəyyən edilməli olan digər bir tarix isə dəbbə pulunun hesablanmasının başlanğıc tarixidir. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə 20 iyul 2017-ci il tarixdə bağlanm ış, icra müddəti müqavilədə öz əksini tapmamışdır. Lakin iddiaçı (istehlakçı) cavabdehə ünvanladığı “pretenziya” məktubunda ona məktubun çatdığı andan daha 30 gün vaxt ayıraraq xidmətin yerinə yetirilməsini xahiş etmişdir. Pretenziya məktubu 15 dekabr 2017-ci il tarixdə tərtib olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında ” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən həmin maddənin 2-ci bəndində göstərilmiş qüsurlar (xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxma), müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, icraçı xidmətin qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün xidmətin dəyərinin bir faizi məbləğində dəbbə pulu ödəyir. Beləliklə, Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, dəbbə pulunun ödənilməsinin başlanğıc tarixi 15 y anvar 2018-ci il tarixi hesab olunmalıdır. Həmin tarixdən birinci instansiyası məhkəməsinin qətnaməsinin qəbul olunduğu tarixə kimi (24 aprel 2018-ci il) 03 ay 09 gün, yəni 99 gün təşkil edir. İcraçının göstərməli olduğu xidmətin dəyərinin 170 manat, dəbbə pulunun iddiaçı tərəfindən tələb edildiyi müddət 99 gün olduğundan bu məbləğ 170:100 x 99=168 manat təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayəti ilə əlaqədar aşağıdakı məqamlara aydınlıq gətirilməsini də zəruri hesab edir: İddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürərkən avans ödədiyi 200 manat pulun alınıb ona verilməsini, müqavilə əsasında dəbbə pulunun tutulmasını, tibbi müayinə ilə əlaqədar ödədiyi 40 manat pulu, 200 manat məbləğində məhkəmə xərcini, Mülki Məcəllə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında ” Qanuna əsasən 7000 manatın, mənəvi ziyana görə 500.000 manatın, cəmi 507.440 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək cavabdeh maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 manat alınaraq İddiaçı verilməsini qət etmişdir. İddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində maddi ziyana görə 200 manatın Cavabdehdın İddiaçı xeyrinə tutulmasını qət etsə də, həmin ziyanın iddia tələbinin hansı hissəsinə aid olmasını qətnaməsində dəqiqliklə göstərməmişdir. Ona görə Məhkəmə kollegiyası bəzi məqamlara aydınlıq gətirməsini zəruri hesab edir. Mülki işin materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında yazılı müqav ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddiaçının cavabdehə ünvanlandığı pretenziya məktubundan (15.12.2017-ci il) görünür ki, iddiaçı həmin tarixdə cavabdehdən bir ay müddətində müqaviləni icra etməyi xahiş etmiş, müqavilənin ləğv edilməsi barədə ona müraciət etməmişdir. İddi a ərizəsində də müqavilənin ləğvi tələb olunmamışdır. Ona görə Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 20 iyul 2017-ci il tarixli yazılı müqavilə hal-hazıra kimi qüvvədədir. İddiaçı müqavilənin ləğvini tələb etmədiyinə, müqavilə qüvvədə olduğuna görə müqavilənin icrası ilə əlaqədar ödənilmiş pulun geri tələb olunması yolverilməzdir. Mülki qanunvericilik müqavilənin ləğv edilməsinin nəticələrini aşağıdakı kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424-cü maddəsinə görə, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəl i gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bel əliklə müqavilə qüvvədə olduğuna görə cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmək vəzifəsi daşıyır və o öhdəliklərini icra etdiyi təqdirdə ona ödənilmiş pul geri tələb oluna bilməz. Müqavilə ləğv olunanadək o öhdəliklərini icra etmirsə, onda müvafiq olaraq həmin müqaviləni icra etməklə bağlı ona ödənilən 200 manat geri tələb oluna bilər. Müqavilənin ləğv olunmaması eyni zamanda müqavilənin ləğv olunacağı tarixədək iddiaçının ona dəbbə pulunun ödənilməsinin kəsildiyi yəni 24 aprel 2018-ci il tarixdən müqavilə icra olunan və ya ləğv olunan tarixədək əlavə dəbbə pulu tələb etmək hüququnu da ehtiva edir. İddiaçı bu cür tələblə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin maddi ziyan la bağlı avans kimi verilmiş 200 manat, tibbi müayinəyə görə 40 manat, məhkəmə xərcinə görə 200 manat, kompensasiyaya görə 7000 manat, hissəsinin təmin olunmamasını düzgün hesab edir və həmin hissələrdə apellyasiya instansiyası məhkəməsi ilə razılaşır. Maddi ziyan kimi icraçının gecikdirdiyi hər gün üçün bir faiz olmaqla pulun cavabdehdən tutulması ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi ki, bu məbləğ 168 manat 30 qəpik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi isə maddi ziyanla bağlı iddianı 200 manat məbləğində təmin etmişdir. Cavabdeh həmin qətnamədən şikayət verməmiş, yəni qətnamə ilə razılaşmışdır. Ona görə Məhkəmə kollegiyası qətnaməni həmin hissədə qüvvədə qalmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası eyni zamanda mənəvi ziyanın qismən 1 00 manat məbləğində təmin edilməsini də ədalətli hesab edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bəzi qanun pozuntularına yol verildiyini müəyyən etsə də formal əsaslara görə qətnaməninm ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pözuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəm ə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar